Musa Hacıqasımov
Musa Hacıqasımov | |
---|---|
Musa bəy Mirzə Həmdulla bəy oğlu Hacıqasımov | |
Doğum tarixi | |
Doğum yeri | Qasımkənd, Dağıstan, Rusiya İmperiyası |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Leninqrad, RSFSR, Sovet İttifaqı |
Vətəndaşlığı | Rusiya imperiyası Sovet İttifaqı |
İxtisası | Memarlıq |
Təhsili | Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutu |
Fəaliyyəti | memar, şəhər planlaşdırıcısı[d] |
Hacıqasımov Musa bəy Mirzə Həmdulla bəy oğlu (d. 1886, Qasımkənd, Dağıstan, Rusiya İmperiyası - ö. Leninqrad, RSFSR, Sovet İttifaqı, 1935) — Azərbaycan memarı və dövlət xadimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Musa Hacıqasımov 16 avqust 1886-cı ildə Dağıstanın Qasımkənd rayonunda dünyaya gəlib. 1903-cü ildə Bakı real məktəbini bitirərək Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutuna daxil olub, ancaq inqilabi işə görə bir müddət sonra xaric edilib. Oranı 1918-ci ildə bitirib. Bakı və Peterburqda müxtəlif vəzifələrdə çalışıb. 1925-1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Azərbaycan Xalq Təsərrüfatı Şurasının, Azərbaycan SSR Dövlət Plan Komitəsinin, Azərbalıq İdarəsinin sədri kimi vəzifələrdə çalışıb. 1930-1933-cü illərdə Leninqrad Şəhər Soveti Memarlıq-Planlaşdırma İdarəsinin rəisi və 1933-1935-ci ildə Leninqrad Memarlar İttifaqının qurucusu və ilk sədri olub.[1][2]
20 iyul 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində vəfat edib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Xeyrulla Xəyal. "МУСА БЕК ХАДЖИ-КАСУМОВ, ПЕРВЫЙ ПРЕДСЕДАТЕЛЬ ЛЕНИНГРАДСКОГО СОЮЗА АРХИТЕКТОРОВ". ochagsamara.wordpress.com. 20 iyul 2020. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2024.
- ↑ "Azerbaijani students in Saint Petersburg Technological Institute". garystockbridge617.getarchive.net. 2011. 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2024.