Şəhər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bakı, Azərbaycan
Berlin, Almaniya
La - Pas, Boliviya
Yohannesburq, CAR
Kampala, Uqanda
Ankara, Türkiyə

Şəhərəhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.

Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.

Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir — Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.

Şəhər planlaşdırılması və şəhərsalma

[redaktə | mənbəni redaktə et]

Şəhərlərin planlaşdırılması ilə şəhərin memarlıq strukturu məşğul olur. Şəhərin düzgün fəaliyyət göstərməsi üçün onun nəqliyyat planlaşdırılması da vacibdir. Şəhərin inkişaf planı şəhərin inkişaf istiqamətini müəyyənləşdirir və beləliklə qarşıya çıxa biləcək neqativ halları, eləcə də urbanizasiyanın təsirini minimallaşdırmağa xidmət edir.

Şəhərlərin quruluşu

[redaktə | mənbəni redaktə et]

Şəhərlər öz aralarında nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yollarla əlaqələndirilir. Şəhərin daxilində yollar küçə şəklində paylanır, küçələrin kənarlarında binalar, evlər və başqa tikililər yaradılır. Binaların ətrafında sakinlərin hərəkəti üçün səkilər nəzərdə tutulur.

Şəhərdə binaların və tikililərin növləri:

1900-cü ildə dünya üzrə şəhərlərdə yaşayan əhalinin sayı ümumi əhali sayının 14%-ni təşkil edirdi. XX əsrin sonunda bu rəqəm 47%-ə çatdı. Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə yaşayır [1]

il Şəhərlərin əhalisinin sayı
1804 0.5 mlrd.
1985 2 mlrd.
2002 3 mlrd.

Tədqiqatçılar göstərirlər ki, əgər inkişaf bu sürətlə gedərsə, şəhər əhalisinin sayı hər 38 ilə ikiqat artacaqdır. 1950-ci ildə dünyanın 83 şəhərində əhalinin sayı 1 milyonu keçirdi. 2000-ci ildə bu rəqəm 411 oldu.

2000-ci ildə 18 şəhər 10 milyonluq əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı 20-ə çatmışdır.

1950 1960 1970 1980 1990 2000 2010
Tokio 11.0 mln. 16.5 mln. 21.9 mln. 25.0 mln. 27.9 mln. 28.7 mln.
Şanxay 11.2 mln. 11.2 mln. 13.5 mln. 17.2 mln. 21.5 mln.
Mexiko 13.9 mln. 15.1 mln. 16.4 mln. 18.2 mln.
San Paulo 12.1 mln. 14.8 mln. 17.8 mln. 20.1 mln.
Osaka 10.0 mln. 10.5 mln. 10.6 mln. 10.6 mln.
Bombey 12.2 mln. 18.1 mln. 24.3 mln.
Los-Anceles 11.5 mln. 13.1 mln. 14.0 mln.
Pekin 10.9 mln. 14.2 mln. 17.8 mln.
Kəlküttə 10.7 mln. 12.7 mln. 15.6 mln.
Buenos-Ayres 10.6 mln. 11.4 mln. 12.0 mln.
Seul 10.6 mln. 12.3 mln. 13.0 mln.
Cakarta 14.1 mln. 19.2 mln.
Laqos 13.5 mln. 20.8 mln.
Tyansçin 12.4 mln. 15.6 mln.
Karaçı 12.1 mln. 17.6 mln.
Nyu Dehli 11.7 mln. 15.5 mln.
Manila 10.8 mln. 13.7 mln.
Qahirə 10.7 mln. 13.2 mln.
Moskva 10.5 mln. 13.1 mln.
Rio-de-Janeyro 10.2 mln. 11.1 mln.
Dəkkə 10.2 mln. 16.0 mln.
İstanbul 11.7 mln.

Avropada əhalinin 50%-i əhalisinin sayı az olan şəhərlərdə yaşayır (5-10 min əhali), 25%-i əhalisi 10-250 min olan, yerdə qalan 25%-i əhalisinin sayı 250 mindən artıq olan şəhərlərdə yaşayırlar.

Şəhərlərin İnkişafı

[redaktə | mənbəni redaktə et]

Şəhərlər inkişafına görə Alfa, Betta, Qamma və Kafi kateqoriyalarına bölünür. Şəhərlərin bu kateqoriyalara uyğun sinifləndirilməsi "Globalization and World Cities Research Network" adlı araşdırma məntəqəsi tərəfindən apaılır. GaWCRN 2020-yə görə şəhərlərin bölünməsi aşağıda göstərilmişdir.

Alfa şəhərlər

[redaktə | mənbəni redaktə et]

Alfa ++ şəhərlər

[redaktə | mənbəni redaktə et]

Alfa ++ şəhərlər qlobal iqtisadiyyata görə ən inteqrasiya etmiş şəhərlərdir:

Alfa + şəhərlər

[redaktə | mənbəni redaktə et]

Alfa + şəhərlər London və New York-u tamamlayan digər yüksək inteqrasiya olunmuş şəhərlərdir və əsasən Sakit okean/Asiya üçün qabaqcıl xidmət ehtiyacları ödəyir.

Şəhər aqlomerasiyası

  1. "Arxivlənmiş surət". 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-01.