Manqal
Naviqasiyaya keç
Axtarışa keç
Manqal (ərəb. منقل - portativ)[1] — içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü.
Hazırlanması
[redaktə | vikimətni redaktə et]Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur.
İstifadə
[redaktə | vikimətni redaktə et]Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 98
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Mangal - Etimoloji". 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.