Müzakirə:Rusiya azərbaycanlıları

Vikipediya saytından
Ən son rəy: 12 il öncə, PPerviz tərəfindən
Naviqasiyaya keç Axtarışa keç
  • Hörmətli idarəçilər və digər istifadəçilər---düşünürəm ki, müxtəlif ölkələrdəki Azərbaycan diasporaları haqqında səhifələr yaradılarkən məqalələrin adlandırılmasında bir yalnışlıq var:
  • Beləki Azərbaycan Respublikasının ərazisində və ondan kənarda 5 dövlətin (Gürcüstan, İran, Dağıstan, Türkiyə və İraq) ərazisində yaşayan etnik azərbaycanlılar (Azərbaycan türkləri) bu ölkələrin yerli əhalisidir-yəni onlara dair diaspora anlayışını istifadə etmək yalnışdır.
  • Digər ölkələrdə məsələn Ukrayna, Kazaxstan, Belorus və sair yaşayan Azərbaycan diasporlarını adlandırmaq üçün -----məsəslən Ukrayna azərbaycanlıları, Kazaxstan azərbaycanlıları, Belorus azərbaycanlıları (həmçinin Rusiya azərbaycanlıları) adlandırılması daha doğrudur yoxsa Qazaxstanda azərbaycanlılar,...... və s. daha doğrudur ? Bütün belə problemlərin kökündə azərbaycanlı anlayışının etnik mənada istifadəsinin olduqca mən problemi yaratması dayanır-deyə düşünürəm . Lütfən təkliflərinizi və düşüncələrinizi bildirin----bu halda məqalələri necə adlandırmaq lazımdır ! Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:08, 4 iyun 2012 (UTC)Cavabla
Mənim nəzərimcə etnik azərbaycanlılar yerli əhalisindən olan ölkələrdə :Dağıstan azərbaycanlıları formada və Azərbaycan diasporlarını:Qazaxstanda azərbaycanlılar formada adlandırılması daha yaxşı ola bilər.Bəzi ölkələrdə həm yerli azərbaycanlılar yaşayır həmdə Azərbaycan diasporları,misal üçün İraqda:İraq türkmənləri (yerli), Ehqaqilər (diaspor) şablonda bunlar dəqiqləşə bilər.Birdə bütün ölkələrdə və məntəqələrdə yaşayan azərbaycanlılar bu şablonda olmalıdırla:Şablon müzakirəsi:Azərbaycan diasporaları, Müzakirə:Türkiyədə azərbaycanlılar Hörmətlə:--Orartu (talk) 17:45, 4 iyun 2012 (UTC)Cavabla
Hesab etmirəm ki, bu sahədə mütəxəssisəm, bununla belə nünasibətmi bildirmək istəyirəm. Məqalə adları hər yerdə standart formada "... azərbaycanlıları" adlanmsı düzgün olarıdı. Ancaq məqalə içərisində orada yaşayan azərbaycanlıların yerli xalq və ya diaspora olduğu bildirilsin. --Acategory (talk) 18:10, 4 iyun 2012 (UTC)Cavabla
Acategory-nin fikrini dəstəkləyirəm. Məncə də standart adlandırma daha məqsədəuyğundur.--Wertuose (talk) 18:25, 4 iyun 2012 (UTC)Cavabla
Adlandırma standart olmasa qarışıqlıq yaradacaq. Bu sonda intervkilərdə də özünü göstərəcək. Belədə də intervikilərdə uyğunsuzluqlar var. Məsələn, "Азербайджанцы в России" və "Azerbaijanis in Russia" bizim dilə sözbəsöz "Rusiyada azərbaycanlılar" kimi tərcümə olunur. Bu 2 variantdan ("Rusiyada azərbaycanlılar" və "Rusiya azərbaycanlıları") birinə üstünlük verib onu standart kimi bütün məqalələrə tətbiq etmək lazımdır (bütün digər xalqlarla da bağlı). --Sortilegus (talk) 20:34, 4 iyun 2012 (UTC)Cavabla
Hələ tələbəlik illərində diaspora ilə bağlı müəyyən tədqiqatlar aparmışam. Diplom işimin mühüm bir hissəsi də məhz Rusiya Federasiyasındakı Azərbaycan diasporası ilə bağlı idi. Hesab edirəm ki, bu istiqamət ilə bağlı 2 məqalə hazırlamaq mümkündür. De-fakto hazırda hər iki məqalə mövcuddur. Amma adlandırmaları yanlışdır. Belə ki, hazırda mövcud olan məqalələrin adlandırılması əslində aşağıdakı kimi olmalıdır:
Rusiya azərbaycanlılarıRusiyada azərbaycanlılar olmalıdır;
Dağıstan azərbaycanlılarıRusiya azərbaycanlıları olmalıdır.
Digər müvafiq məqalələrdə də belə bir standartın tətbiqinin faydalı və konkret olacağını olacağını düşünürəm. Öz milli tarixi torpaqlarında yaşayan soydaşlarımızdan bəhs edən məqalələr Ölkə azərbaycanlıları; öz milli tarixi torpaqlarından kənara köç edərək, orada məskunlaşmış soydaşlarımızdan bəhs edən məqalələr isə Ölkədə azərbaycanlılar adlandırılmalıdır. Bu standart tətbiq olunarsa, yalnız 6 ölkə - Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran, və İraq ilə bağlı hər iki mövzunun hazırlanması mümkündür. Digər ölkələrlə bağlı isə yalnız Ölkədə azərbaycanlılar mövzulu məqalələr olmalıdır. --►CEKde gəlsin 04:24, 5 iyun 2012 (UTC)Cavabla
İngilis və rus dillərindən fərqli olaraq "Rusiyada azərbaycanlılar" yerinə "Rusiyadakı azərbaycanlılar" dilimizə daha uyğundur--Melikov Memmedemail 06:04, 5 iyun 2012 (UTC)Cavabla

Məncə ikili standartlardan qaçmalıyıq. Əgər "Ölkədə" yerli azərbaycanlılar üçün ayrı, sonradan məskunlaşmışlar üçün ayrı məqalə yaratsaq bir qədər qarışıqlıq olacaq. Sonra digər etnik qruplar haqqında məqalələr yaradanda problem daha da böyüyəcək. Ona görə də Melikov Memmed-in versiyası ilə razılaşıram. "Rusiyadakı azərbaycanlılar"' kimi olduqda əlavə məqalə yaradılmasına ehtiyacın olmayacağını düşünürəm. Hörmətlə, -- Pərviz  19:43, 5 iyun 2012 (UTC)Cavabla