Vikipediya:Addəyişmə müraciətləri
Addəyişmə müraciətləri | |
---|---|
Bu səhifə vasitəsilə fayl və səhifə adlarının dəyişdirilməsi ilə bağlı müraciət edə bilərsiniz. Texniki məhdudiyyətlər olan addəyişmələr üçün Vikipediya:Addəyişmə müraciətləri/Texniki müraciətlər səhifəsinə yazın. Fayl yükləmə müraciətləri üçün Vikipediya:Yükləmə müraciətləri səhifəsinə baş çəkə bilərsiniz. Səhifə adlarının dəyişdirilməsi ilə bağlı ətraflı məlumat üçün Vikipediya:Səhifənin adını dəyişdirmək səhifəsinə göz gəzdirə bilərsiniz. İstifadəçi adınızı dəyişdirmək istəyirsinizsə, Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin. Səhifənin adlandırılması ilə bağlı mübahisə yarandığı hallarda müvafiq müzakirə səhifəsində vəziyyət həll edilməli və qərardan sonra sorğu bu səhifəyə əlavə edilməlidir. Müraciətinizi təqdim etməzdən öncə Vikipediya:Məqalə adları qaydalarını oxumanız tövsiyə olunur. Yekunlaşdırılmış müraciətləri arxiv səhifəsində tapa bilərsiniz. |
- Hazırkı ad: Meymun Kralı
- Yeni ad: Meymunlar Kralı
- Səbəb: "Meymun Kralı" məqaləsinin adını "Meymunlar Kralı" zəhmət olmasa dəyişin. Məsələn Qadağan olunmuş krallıq filminin Azərbaycan dilinə dublyaj olunmuş versiyasında da, həmin obraz Meymunlar kralı kimi verilmişdir. ardıcıl olmaq üçün bu lazımdır. Mamed077 (müzakirə) 12:20, 29 avqust 2024 (UTC)
- Şərhlər:
- Mamed077, bəlkə məqalənin adını elə Sun Ukun elyək? Neçjada olduğu kimi. Məncə burada adı tərcümə etməyə ehtiyac yoxdur.--Sortilegus (müzakirə) 19:40, 7 sentyabr 2024 (UTC)
- başqa dilləri görsək yalnız bu AZ dildə bu şəkildə yazılır.
- mən sizinlə tam razıyam, bir şərhlə.
- adı olmalıdır Sun Vukong
- məqalədə aydınlıq ifadəsi var "Meymun kral və ya Sun Ukun" Mamed077 (müzakirə) 04:53, 9 sentyabr 2024 (UTC)
Ng üçün Azərbaycan dilində ayrı hərf var idi, sonra onu ləğv edib, n ilə əvəzləyiblər. --Мурад 97 (müzakirə) 15:28, 20 sentyabr 2024 (UTC)
- Qərar:
- Hazırkı ad: Uydurma triksterlərin siyahısı
- Yeni ad: Ədəbiyyat hiyləgərlərin siyahısı
- Səbəb: "Ədəbiyyat hiyləgərlərin siyahısı" daha uyğundur fikrimə görə Mamed077 (müzakirə) 04:39, 31 avqust 2024 (UTC)
- Şərhlər:
Məncə, Uydurma hiyləgərlərin siyahısı adı daha uyğun olacaq, çünki oradakı "Filmlərdə, televiziyada, animasiyada və video oyunlarında hiyləgərlər" bölməsi ədəbiyyatla bağlı deyil. --Мурад 97 (müzakirə) 10:44, 31 avqust 2024 (UTC)
- Mamed077, "Ədəbiyyat hiyləgərlərin siyahısı" adlandırılması özü Azərbaycan dilinin orfoqrafiya qaydalarına ziddir. Ola bilər "Ədəbiyyat hiyləgərlərinin siyahısı" və ya "Ədəbi hiyləgərlərin siyahısı". Amma bu adlandırmalar da tam fərqli mənalar verir. Mən də Muradla razıyam, adı dəyişdirməyək, olduğu kimi qalsın.--Sortilegus (müzakirə) 16:49, 7 sentyabr 2024 (UTC)
- Salam,
- Mən görürəm ki, oxşar ifadələrlə başqa məqalələr də var
- meselen bu megalede bele bir basliq var
- "Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır."
- Mən qeyd etmək istəyirdim ki, bu real deyil, bu ədəbiyyatdı.
- Bu sözlər ümumi olaraq eyni mənanı verirsə, mən razıyam
- qalsın Uydurma triksterlərin siyahısı
- Mamed077 (müzakirə) 04:42, 9 sentyabr 2024 (UTC)
- @Мурад 97
- mən sizin şərhnən razı deyiləm
- ədəbiyyat deyilsə, nədən gəlir?
- ədəbiyyatdan gelir bütün bunlar! Mamed077 (müzakirə) 04:44, 9 sentyabr 2024 (UTC)
- Məsələn, Bart Simpson ədəbiyyatdan gəlmir, cizgi serialın öz orijinal personajıdır. Bir sıra filmin, video oyunun və s. özünəməxsus orijinal personajları var. --Мурад 97 (müzakirə) 08:32, 10 sentyabr 2024 (UTC)
- "Fictional" sözü "uydurma" deməkdir. Videooyun və filmlərdə də belə personajlar ola bilər. Hətta məqalənin bir bölməsi bu haqdadır. Şiroi Akuma 09:26, 10 sentyabr 2024 (UTC)
- Qərar:
- Hazırkı ad: Achatina
- Yeni ad: Axatina
- Səbəb: azərbaycan dili qaydalarına əsasən adın dəyişdirilməsi tələb olunur, zəhmət olmasa Mamed077 (müzakirə) 07:13, 3 sentyabr 2024 (UTC)
- Şərhlər: Mamed077, düşünürəm ki, sizin addəyişmə tələbiniz məntiqlidir və transliterasiya baxımından sizin təklif etdiyiniz variant doğrudur, ancaq bəzən Azərbaycan dlində heyvan və ya bitkinin adı transliterasiya edilmir, tam fərqli ad olur. Məsələn, biz Nərələr deyirik, bütün digər dillərdə fərqli adlandırma olur. Ona görə addəyişmə tələbinizə Azərbaycan dilində etibarlı mənbələrə əsaslanan linklər və ya dəqiq səhifə göstəriciləri (kağız yayımlar üçün) əlavə etsəniz, bizim qərar verməmizi xeyli asanlaşdırmış olarsınız.--Sortilegus (müzakirə) 16:20, 6 sentyabr 2024 (UTC)
- @Sortilegus
- diqqətinizə görə çox sağ olun. Çox müxtəlif materiallara baxdım, lakin bu xüsusi növün istifadəsini tapa bilmədim.
- Mən bir neçə yerdə bu növün istifadəsini tapdım (burda, və burada) , lakin bu mənbə mənim üçün etibarlı olmadığı üçün sadəcə olaraq belə istifadələrdən istifadə etmədim və daha çox axtarışa davam etdim. Milli ensiklopediyada bu növün təsviri yoxdur. bəlkə də reallıqda hələm yoxdur. buna görə də axtarışa davam edəcəyəm. Bəlkə nəsə tapım. bu arada təklif edirəm
- Həm Achatina Həm Axatina təsvirləri mötərizədə qoymağı təklif edirəm.
- goy adi galsin ACHATINA
- ancaq sehifenin icinde yazaq nese bele (Azərbaycan dilində Axatina).
- siz ne düşünürsünüz?
- Mamed077 (müzakirə) 06:13, 7 sentyabr 2024 (UTC)
- Qərar:
- Hazırkı ad: Cizgi filmi
- Yeni ad: Cizgi
- Səbəb: Bu məqalə cizgi texnologiyası və ya animasiya haqqındadır. Cizgi və cizgi filimi bir-biri ilə bağlı, lakin iki ayrı anlayışdır. Burda TrViki-dən nümunə göstərdim, RuViki-də və bir sıra başqa vikilərdə bunlar üçün həmçinin iki ayrı məqalə var. Мурад 97 (müzakirə) 08:47, 6 sentyabr 2024 (UTC)
- Şərhlər: Мурад 97, əslində, Azərbaycan dilində "cizgi" sözü "xətt" sözünün sinonimidir. Məsələn, deyə bilərik ki, "İdmançı finiş xəttini keçdi" və ya "İdmançı finiş cizgisini keçdi". Azərbaycan dilinin orfoqrafiya lüğətində də belə misallar var: "Kosa dik bir cizgi çəkir, sonra yanlardan onu qarmaqla bağlayır. S.Rəhimov." və ya "Gözlərinin kənarlarından gicgahlarına doğru uzanan cizgilər onu daim gülümsər göstərirdi. M.Rzaquluzadə." "Cizgi filmi" əslində "Xətt filmi" kimi anlaşılmalıdır. Ehtimal etdiyim qədəriylə ilk vaxtlar xəttlərin hərəkət etdirilməsindən bu növ filmlər meydana gəlmişdir. Ona görə "cizgi" sözünü "cizgi filmi" səhifəsinə deyil, "xətt" səhifəsinə istiqamətləndirməyimiz daha məntiqli olar.--Sortilegus (müzakirə) 16:10, 6 sentyabr 2024 (UTC)
- Sortilegus, fikrimcə həmin lüğətlər vaxtında səviyyəsiz yenilənib, çünki dilimizdə cizgi sözü artıq "3D cizgi" kimi ifadələrdə mövcuddur və orda "xətt" mənasında işlənilmir (əslində, "cizgi film" ifadəsində də həmin söz bu mənasını daşımır). Lakin, əgər biz sərt şəkildə ancaq köhnəlmiş (verilən bütün sitatlar sırf bədii ədəbiyyatdandır və həmin texnologiya ilə işləyənlərin peşəkar dilini əks etmir) AMEA lüğətlərimizə əsaslanırıq, yenə də, həmin məqalənin adı "cizgi film" yox, animasiya ([1]) olmalıdır. Çünki, texnologiyanın adı (yenə də, həmin məqalənin özündə və bir də yuxarıda verdiyim intervikilərə baxa bilərsiniz) budur, "cizgi film" deyil. Bundan artıq, konkret nümunələrə baxsaq, məsələn GIF və fenakistiskop animasiyanın (və ya cizginin) nümunələridir. Amma onlar cizgi filmi deyil. --Мурад 97 (müzakirə) 16:38, 6 sentyabr 2024 (UTC)
- @Sortilegus ilə razıyam, cizgi sözü bizdə xətt mənasında işlənir. Sözü gedən məqalə isə Animasiya olmalıdır. Şiroi Akuma 16:51, 6 sentyabr 2024 (UTC)
- White Demon, yaxşı, animasiya olsun. Lakin "cizgi film", "cizgi serial", "3d cizgi nümunəsi", "cizgi proqramı" (həm kompyuter, həm də televiziya) kimi ifadələrdə cizgi sözü "xətt" mənasında deyil. Bu Azərbaycan dilidir, xarici dil deyil. Bu lüğətlərimizin çatışmazlığıdır. --Мурад 97 (müzakirə) 17:02, 6 sentyabr 2024 (UTC)
- Мурад 97, "animasiya" adlandırmaq olar, amma mənbələrə istinad etmək şərti ilə. Baxmaq lazımdır ki, son vaxtlar Azərbaycanda nəşr olunan kitab ensiklopediyalarda bu film növü necə adlanır. Şəxsən mənim fikrimcə "cizgi filmi" "animasiya"dan daha yaxşıdır. Həm öz sözümüzdür ("animasiya" ingilislərin "animation" sözündəndir), həm də xatırladığım qədərilə "multiplikasiya" sözü Azərbaycan müstəqil dövlət olandan sonra "cizgi filmi" ilə əvəzlənmişdi və yerli TV-lərdə-filan o vaxt daha çox işlənirdi. İndi bilmirəm vəziyyət necədir.--Sortilegus (müzakirə) 16:32, 7 sentyabr 2024 (UTC)
- Sortilegus, animasiya film növü deyil. O, filmdən əvvəl mövcud idi (məsələn, yuxarıda qeyd etdiyim fenakistiskop artıq olanda, filmin ixtirası hələ baş verməmiş). Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, məsələ animasiya anlayışın cizgi filmi anlayışından yaxşı ya da pis olmağında deyil. Məsələ ondadır ki, bu iki ayrı anlayışdır. Qeyd etdiyiniz nümunələr (TV-lərimizdən, məsələn) ümumiyyətlə (geniş mənada) animasiya haqqında deyil, çünki TV-lərdə yuxarıda qeyd etdiyim gif-lər göstərilmir (gif film növü deyil, animasiya növüdür). Beləliklə, bu iki anlayış üçün iki ayrı məqalə lazımdır (nəcə ki, kinematoqraf və film üçün iki ayrı məqalə var). Yuxarıda artıq orfoqrafiya lüğətinə istinad vermişəm. Bundan əlavə, bir peşəkar tərəfindən yazılan bu kitabda belə sözlər var: "Nə üçün multiplikasiya yox, animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxlama) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırmışdır". Bu köhnə kitabdır və səhvləri var (animasiya kinematoqraf növü deyil, ondan əvvəl var idi). Lakin, əsas odur ki, tarixi səhvlərinə baxmıyaraq bu onu göstərir ki, peşəkarlar artıq 20 ildən çoxdur ki, animasiya sözünü belə işlədir. İndiki vaxtda isə, peşəkarlar ümumiyyətlə bu mövzu ilə bağlı kitab yazmır. Əvəzinə YouTube təlim videoları çəkir və sosial şəbəkələrdə paylaşım edirlər. Və orda "3D cizgi", "cizgi proqramı təlimi" və s. kimi ifadələr işlənilir. Bunlar səhv deyil, ona görə ki, necə ki "cizgi film" ifadəsində cizgi sözü "xətt" yox, "animasiya" mənasında işlənilirdi (lüğətlərimizdə bu mövzuda çatışmazlığa baxmıyaraq), burda da belədir. --Мурад 97 (müzakirə) 12:31, 8 sentyabr 2024 (UTC)
- @Мурад 97, intervikiyə əsasən bu məqalənin adının “Animasiya” olması daha məntiqli olmaz? samral müzakirə 14:36, 28 oktyabr 2024 (UTC)
- Samral, məncə intervikilərdən aslı olmayaraq (Vikipediya intervikilərin əsasında yazılmır) həm "Animasiya", həm də "Cizgi" məntiqlidir və ikisi də mütləq məqalənin başlıq hissəsində sinonimlər olaraq qeyd olunmalı. Sadəcə "Animasiya" kalka olduğuna görə, şəxsən üstünlük "Cizgi" variantına verirəm. --Мурад 97 (müzakirə) 16:39, 28 oktyabr 2024 (UTC)
- @Мурад 97, mən intervikini ona görə misal çəkdim ki, çünki “animasiya” beynəlxalq bir anlayışdır. Və cizgi animasiyanın, cizgi film də animasiya filminin bir növüdür. Məsələn 2010-cu illərə qədərki Azərbaycan animasiyaları, demək olar ki, hamısı cizgi filmidir. Çünki hamısı cizgi üsulu ilə, 2D formatında hazırlanıb. Amma 2010-cu illərdən sonrakıların əksəriyyəti 3D kompüter qrafikası ilə hazırlandığı üçün bunlar artıq cizgi film və ya cizgi serial yox, birbaşa animasiya filmi və ya animasiya serialı adlandırılır. Nümunə üçün bu yaxınlarda yaratdığım Azərbaycanın ilk animasiya serialı olan Adil və Hudhud məqaləsinə və həmçinin Azərbaycanda bu sahədə yazılmış ən fundamental əsər olan Azərbaycan animasiyası (kitab)ına da baxa bilərsiz. Lüğətlərimizdən də görə bilərsiz ki, dilimizdə də animasiya sözü daha əhatəli və genişdir. samral müzakirə 16:49, 28 oktyabr 2024 (UTC)
- Samral, mən heç vaxt inkar etmirdim ki, animasiya sözü dilimizdə işlənilir. Sadəcə, bura beynəlxalq Vikipediya deyil ki, beynəlxalq termindən kalkasına üstünlük verilsin. Buna görə, öz sözümüzə üstünlük verirəm. Yenə də vurğulayaraq ki, ikisi də düzdür və bu iki variantdan birini seçməli olan zamanı, yuxarıdaki verdiyim səbəblərə görə, "cizgi" sözünü seçdim. --Мурад 97 (müzakirə) 17:04, 28 oktyabr 2024 (UTC)
- Bir də, 3D cizgi ilə 3D animasiya eyni şeydir. Bundan da yuxarıda yazmışdım. --Мурад 97 (müzakirə) 17:07, 28 oktyabr 2024 (UTC)
- @Мурад 97, eyni şey deyil. Sinonim deyillər. Mən bu mövzunu “Azərbaycan animasiyası” kitabının baş redaktoru Rəşid Ağamalıyevlə danımışam daha əvvəl. Və o da mənə bildirib ki, cizgi filmi animasiya filminin bir növüdür və animasiya daha geniş bir anlayışdır. samral müzakirə 19:06, 28 oktyabr 2024 (UTC)
- Samral, əgər dildə iki söz sinonim şəkildə işlənilir, bu iki söz sinonimdir. Nümunələri yuxarıda vermişəm. Əgər cizgi ayrı bir anlıyış olsaydı, onun üçün ayrı məqalə lazım olardı. Rəşid Ağamalıyev isə bu məsləynən bağlı ictimai şəkildə də danışmışdı, onun izahatı ilə tanışam. Həmin izahat, bu sözlərin tarixi mənşəyi ilə bağlıdır, müasir işlətməsi ilə bağlı deyil. --Мурад 97 (müzakirə) 19:29, 28 oktyabr 2024 (UTC)
- @Мурад 97, siz ya başa düşmürsüz, ya da başa düşmək istəmirsiz. Yuxarıda yazdıqlarınızın çoxu da şəxsi mülahizə və şərhlərinizdir. Mən isə yuxarəda rəsmi lüğətlərimizə və bu mövzuda yazılmış yeganə fundamental kitaba da istinadən danışıram. Mən demədim Rəşid bəyin hansısa açıqlaması. Mən dedim ki, birbaşa özü ilə danışmışam neçə ay əvvəl bu mövzunu. Cizgi film Animasiya filminin bir növüdür. Hətta deyə bilərik ki, artıq köhnəlmiş bir növüdür. Məsələn kuklalardan istifadə edilərək animasiyalar çəkilir. Bu animasiyadır, amma cizgi film deyil. Və yenə deyirəm 3D kompüter qrafikası ilə hazırlanan animasiyalar da həmçinin animasiyadır, amma cizgi film deyil. Və rəyinizdə yazmısız ki, bu mövzuda tay kitablar yazılmır filan. Bu onu göstərir ki, mövzunu dərindən araşdırmamısız. samral müzakirə 12:15, 29 oktyabr 2024 (UTC)
- Samral, deyəsən yazdığımı oxumursunuz. Lüğətə verdiyiniz istinad mənim sözlərimi inkar etmir. Bir kitabın yazılması kimi yaxşı olay da, təəssüf ki, istisna olaraq, ümumiyyətlə yazdığımın təsdiqidir (Azərbaycanda ümumiyyətlə Estoniya və İslandiya kimi balaca ölkələrdən az orijinal kitab çap olunur). Həmin kitabda (məs., s. 36-37) "cizgi animasiya texnikası" ruscadan "техника рисованой анимации" ifadəsinin tərcüməsi kimi işlənilir. Amma bu mənbədən kənar baxsaq, "cizgi" sözü sırf bu texnika üçün işlənilmir və ümumiyyətlə başqa cür istifadə olunur.
- Bir də, mən 3D animasiya üçün "cizgi filmi" anlayışını heç vaxt işlətməmişəm, 3D cizgi anlayışını işlətmişəm. Çünki, animasiya və cizgi sözləri sinonim şəkildə işlənilir. Əgər, sizcə, "cizgi" adlı ayrı "köhnəlmiş" animasiya növü var, onun haqqında niyə ayrı məqalə yoxdur? Onun ingiliscə və başqa dillərində adı nədir? Ənənəvi animasiya (AzVikidə bu məqalə pis vəziyyətdədir) anlayışı var, amma cizgi anlayışı (cizgi film, cizgi serial formasında) sırf onun üçün yox, bütün animasiya üslubları üçün işlənilir. Hər hansı kanalımızda belədir (nümunə). Ənənəvi animasiya üçün istifadə olunan alternativ termin isə "əllə çəkilmiş animasiya" (hand-drawn animation) ifadəsidir ([2], [3]). --Мурад 97 (müzakirə) 13:24, 29 oktyabr 2024 (UTC)
- @Мурад 97, “Animasiya filmi” və “cizgi film” anlayışları bir-birinə yaxın olsa da, aralarında fərq var.
- 1. Animasiya filmi: Bu, hər hansı animasiya texnikası ilə hazırlanmış istənilən filmi ifadə edir. Animasiya filmləri müxtəlif janrlarda və üslublarda ola bilər və həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutula bilər. Animasiyalarda rəqəmsal, əl çəkimi, stop-motion və ya 3D texnologiyaları kimi müxtəlif texnikalar istifadə edilə bilər.
- 2. Cizgi film: Cizgi film, adətən əl ilə çəkilən və rəqəmsal texnikalarla animasiya edilən xüsusi bir animasiya növüdür. Ənənəvi olaraq uşaqlar və gənclər üçün nəzərdə tutulur və çox vaxt qısa epizodlar şəklində təqdim edilir. Cizgi filmləri, televiziya seriyaları və qısa metrajlı filmlər şəklində daha çox yayımlanır.
- Qısacası, hər cizgi film animasiya filmidir, amma hər animasiya filmi cizgi film deyil. (ChatGPT) samral müzakirə 17:23, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, “cizgi” ingiliscə “cartoon” deməkdir. Bu adını dəyişdirməyi təklif etdiyiniz məqalə isə “animasiya” barədədir. EnViki başda olmaqla bir çox vikidə “cartoon” məqaləsi ensiklopedik bir anlayış kimi zatən var. Belədə elə siz “cartoon” məqaləsini AzVikidə “cizgi” kimi yaradın da. Bu müzakirə etdiyimiz məqalənin adı isə “animasiya” olmalıdır məntiqlə. samral müzakirə 17:38, 4 noyabr 2024 (UTC)
- Samral, bizdə cizgi sözü bu mənada demək olar ki, işlənilmir. Elə olsaydı, məsələn, Molla Nəsrəddin və ya Kirpi jurnalından bir sıra karikaturalar cizgi adlanardı. Fəqət, mən heç vaxt onların bu cür adlanmasına rast gəlməmişəm. Animasiya sözünün sinonimi olaraq istifadəsinin nümunələri isə yuxarıda görə bilərsiniz (əlavə olaraq, burda da görə bilərsiniz: [4], [5], [6]). --Мурад 97 (müzakirə) 18:03, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, indi də “karikatura” (caricature) anlayışı ilə “cizgi” (cartoon) anlayışını qarışdırırsız :) “Animasiya” ilə “cizgi film” sinonim olaraq bəzən işlənə bilər, çünki, yuxarıda da qeyd etdiyim kimi, cizgi filmi animasiyanın, animasiya filmlərinin bir növüdür. samral müzakirə 18:10, 4 noyabr 2024 (UTC)
- Samral, bizdə cizgi sözü bu mənada demək olar ki, işlənilmir. Elə olsaydı, məsələn, Molla Nəsrəddin və ya Kirpi jurnalından bir sıra karikaturalar cizgi adlanardı. Fəqət, mən heç vaxt onların bu cür adlanmasına rast gəlməmişəm. Animasiya sözünün sinonimi olaraq istifadəsinin nümunələri isə yuxarıda görə bilərsiniz (əlavə olaraq, burda da görə bilərsiniz: [4], [5], [6]). --Мурад 97 (müzakirə) 18:03, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, “cizgi” ingiliscə “cartoon” deməkdir. Bu adını dəyişdirməyi təklif etdiyiniz məqalə isə “animasiya” barədədir. EnViki başda olmaqla bir çox vikidə “cartoon” məqaləsi ensiklopedik bir anlayış kimi zatən var. Belədə elə siz “cartoon” məqaləsini AzVikidə “cizgi” kimi yaradın da. Bu müzakirə etdiyimiz məqalənin adı isə “animasiya” olmalıdır məntiqlə. samral müzakirə 17:38, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, siz ya başa düşmürsüz, ya da başa düşmək istəmirsiz. Yuxarıda yazdıqlarınızın çoxu da şəxsi mülahizə və şərhlərinizdir. Mən isə yuxarəda rəsmi lüğətlərimizə və bu mövzuda yazılmış yeganə fundamental kitaba da istinadən danışıram. Mən demədim Rəşid bəyin hansısa açıqlaması. Mən dedim ki, birbaşa özü ilə danışmışam neçə ay əvvəl bu mövzunu. Cizgi film Animasiya filminin bir növüdür. Hətta deyə bilərik ki, artıq köhnəlmiş bir növüdür. Məsələn kuklalardan istifadə edilərək animasiyalar çəkilir. Bu animasiyadır, amma cizgi film deyil. Və yenə deyirəm 3D kompüter qrafikası ilə hazırlanan animasiyalar da həmçinin animasiyadır, amma cizgi film deyil. Və rəyinizdə yazmısız ki, bu mövzuda tay kitablar yazılmır filan. Bu onu göstərir ki, mövzunu dərindən araşdırmamısız. samral müzakirə 12:15, 29 oktyabr 2024 (UTC)
- Samral, əgər dildə iki söz sinonim şəkildə işlənilir, bu iki söz sinonimdir. Nümunələri yuxarıda vermişəm. Əgər cizgi ayrı bir anlıyış olsaydı, onun üçün ayrı məqalə lazım olardı. Rəşid Ağamalıyev isə bu məsləynən bağlı ictimai şəkildə də danışmışdı, onun izahatı ilə tanışam. Həmin izahat, bu sözlərin tarixi mənşəyi ilə bağlıdır, müasir işlətməsi ilə bağlı deyil. --Мурад 97 (müzakirə) 19:29, 28 oktyabr 2024 (UTC)
- @Мурад 97, eyni şey deyil. Sinonim deyillər. Mən bu mövzunu “Azərbaycan animasiyası” kitabının baş redaktoru Rəşid Ağamalıyevlə danımışam daha əvvəl. Və o da mənə bildirib ki, cizgi filmi animasiya filminin bir növüdür və animasiya daha geniş bir anlayışdır. samral müzakirə 19:06, 28 oktyabr 2024 (UTC)
- @Мурад 97, mən intervikini ona görə misal çəkdim ki, çünki “animasiya” beynəlxalq bir anlayışdır. Və cizgi animasiyanın, cizgi film də animasiya filminin bir növüdür. Məsələn 2010-cu illərə qədərki Azərbaycan animasiyaları, demək olar ki, hamısı cizgi filmidir. Çünki hamısı cizgi üsulu ilə, 2D formatında hazırlanıb. Amma 2010-cu illərdən sonrakıların əksəriyyəti 3D kompüter qrafikası ilə hazırlandığı üçün bunlar artıq cizgi film və ya cizgi serial yox, birbaşa animasiya filmi və ya animasiya serialı adlandırılır. Nümunə üçün bu yaxınlarda yaratdığım Azərbaycanın ilk animasiya serialı olan Adil və Hudhud məqaləsinə və həmçinin Azərbaycanda bu sahədə yazılmış ən fundamental əsər olan Azərbaycan animasiyası (kitab)ına da baxa bilərsiz. Lüğətlərimizdən də görə bilərsiz ki, dilimizdə də animasiya sözü daha əhatəli və genişdir. samral müzakirə 16:49, 28 oktyabr 2024 (UTC)
- Samral, məncə intervikilərdən aslı olmayaraq (Vikipediya intervikilərin əsasında yazılmır) həm "Animasiya", həm də "Cizgi" məntiqlidir və ikisi də mütləq məqalənin başlıq hissəsində sinonimlər olaraq qeyd olunmalı. Sadəcə "Animasiya" kalka olduğuna görə, şəxsən üstünlük "Cizgi" variantına verirəm. --Мурад 97 (müzakirə) 16:39, 28 oktyabr 2024 (UTC)
- @Мурад 97, intervikiyə əsasən bu məqalənin adının “Animasiya” olması daha məntiqli olmaz? samral müzakirə 14:36, 28 oktyabr 2024 (UTC)
- Sortilegus, animasiya film növü deyil. O, filmdən əvvəl mövcud idi (məsələn, yuxarıda qeyd etdiyim fenakistiskop artıq olanda, filmin ixtirası hələ baş verməmiş). Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, məsələ animasiya anlayışın cizgi filmi anlayışından yaxşı ya da pis olmağında deyil. Məsələ ondadır ki, bu iki ayrı anlayışdır. Qeyd etdiyiniz nümunələr (TV-lərimizdən, məsələn) ümumiyyətlə (geniş mənada) animasiya haqqında deyil, çünki TV-lərdə yuxarıda qeyd etdiyim gif-lər göstərilmir (gif film növü deyil, animasiya növüdür). Beləliklə, bu iki anlayış üçün iki ayrı məqalə lazımdır (nəcə ki, kinematoqraf və film üçün iki ayrı məqalə var). Yuxarıda artıq orfoqrafiya lüğətinə istinad vermişəm. Bundan əlavə, bir peşəkar tərəfindən yazılan bu kitabda belə sözlər var: "Nə üçün multiplikasiya yox, animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxlama) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırmışdır". Bu köhnə kitabdır və səhvləri var (animasiya kinematoqraf növü deyil, ondan əvvəl var idi). Lakin, əsas odur ki, tarixi səhvlərinə baxmıyaraq bu onu göstərir ki, peşəkarlar artıq 20 ildən çoxdur ki, animasiya sözünü belə işlədir. İndiki vaxtda isə, peşəkarlar ümumiyyətlə bu mövzu ilə bağlı kitab yazmır. Əvəzinə YouTube təlim videoları çəkir və sosial şəbəkələrdə paylaşım edirlər. Və orda "3D cizgi", "cizgi proqramı təlimi" və s. kimi ifadələr işlənilir. Bunlar səhv deyil, ona görə ki, necə ki "cizgi film" ifadəsində cizgi sözü "xətt" yox, "animasiya" mənasında işlənilirdi (lüğətlərimizdə bu mövzuda çatışmazlığa baxmıyaraq), burda da belədir. --Мурад 97 (müzakirə) 12:31, 8 sentyabr 2024 (UTC)
- Мурад 97, "animasiya" adlandırmaq olar, amma mənbələrə istinad etmək şərti ilə. Baxmaq lazımdır ki, son vaxtlar Azərbaycanda nəşr olunan kitab ensiklopediyalarda bu film növü necə adlanır. Şəxsən mənim fikrimcə "cizgi filmi" "animasiya"dan daha yaxşıdır. Həm öz sözümüzdür ("animasiya" ingilislərin "animation" sözündəndir), həm də xatırladığım qədərilə "multiplikasiya" sözü Azərbaycan müstəqil dövlət olandan sonra "cizgi filmi" ilə əvəzlənmişdi və yerli TV-lərdə-filan o vaxt daha çox işlənirdi. İndi bilmirəm vəziyyət necədir.--Sortilegus (müzakirə) 16:32, 7 sentyabr 2024 (UTC)
- White Demon, yaxşı, animasiya olsun. Lakin "cizgi film", "cizgi serial", "3d cizgi nümunəsi", "cizgi proqramı" (həm kompyuter, həm də televiziya) kimi ifadələrdə cizgi sözü "xətt" mənasında deyil. Bu Azərbaycan dilidir, xarici dil deyil. Bu lüğətlərimizin çatışmazlığıdır. --Мурад 97 (müzakirə) 17:02, 6 sentyabr 2024 (UTC)
- @Мурад 97, Azərbaycan Milli Ensiklopediyası da animasiya filmi və animasiya kinosu deyir əsasən. “Cizgi kinosu” anlayışından isə “animasiya kinosu” anlayışına istiqamətlənmə verir. samral müzakirə 18:20, 4 noyabr 2024 (UTC)
- Samral deyəsən, nə mən yazdığımı, nə də özünüz istinad verdiyiniz məqaləni diqqətlə oxumamısınız. "Bir sıra" karikaturanın EnVikidə verilən cartoon sözünün mənası ilə üst-üstə düşdüyündən yazıram. Ümuniyyətlə caricature ilə cartoon eyni şey olduğundan yazmıram. Çünki, həmin məqalənin bu hissəyə baxsanız: "an image or series of images intended for satire, caricature, or humor; or a motion picture that relies on a sequence of illustrations for its animation", məsələn bu karikatura ingilis dilində həmçinin cartoon da adlana bilər. Halbuki, Azrbaycan dilində bu cür karikaturalar heç zaman "cizgi" adlanırmır.
- İnkinci cavabınızla bağlı. Yəni, bu mənim yazdığımı təsdiq edir. Bunlar sinonimdir. Sinonim olmasaydı, istiqamətlənmə yox, ayrı məqalə olardı. --Мурад 97 (müzakirə) 18:40, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, əlbəttə ki, oxuyub sonra istinad edirəm. AME-dən də qeyd etdiyim mənbələrə əsasən bu adını dəyişdirməyi təklif etdiyiniz məqalə “animasiya” adlandırılmalı, növləri arasında Animasiya və cizgi filmi də göstərilməlidir. “Cartoon” məqaləsini də “cizgi” kimi yaratmaqdan başqa variant görmürəm. “Cartoon” barədə sizin alternativiniz varsa, buyurun. samral müzakirə 19:11, 4 noyabr 2024 (UTC)
- Samral, iki söz sinonim olanda, onlar üçün iki ayrı məqalə olmur. Adətən Google Trends-ə baxıb, məqalənin adını daha çox istifadə olunan termin qoyulur. Biz burda "cartoon" məqalənin adını müzakirə etmirik. Həmin məqalənin özündə yazılıb ki, "The specific meaning has evolved, but the modern usage usually refers to either <...>". Yəni ingilis dilində bu çoxmənalı və dəyişkən termindir, və başqa dillərdə həmin anlayışlar üçün müxtəlif terminlər istifadə oluna bilər (o, konkret olaraq Azərbaycan dilinə isə, demək olar ki, heç zaman cizgi kimi tərcümə olunmur). Amma yenə də, bu artıq ayrı problemdir. Bu müzakirə üçün əsas odur ki, biz animasiya ilə cizgi sözlərinin (o cümlədən, sizin verdiyiniz mənbənin sayəsində) sinonim olduğu haqqında razıyıq. --Мурад 97 (müzakirə) 19:29, 4 noyabr 2024 (UTC)
- @Samral, @Мурад 97, məncə, müzakirəni köçürün səhifənin MS-nə, həm də orada müzakirə davam etsin. Hörmətlə, Qədir (müzakirə) 19:44, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, mən sizinlə “animasiya” və “cizgi” sözlərinin sinonim olması barədə razı deyiləm. Lüğətlər və mənbələrdə də “cizgi filmi”nin “animasiya filmi”nin bir növü kimi sinonimliyi vurğulanır. Buradakı “cizgi roman” və “cizgi hekayə” sözlərindən də aydın olur ki, dilimizdə “cartoon” mənasında “cizgi” sözü işlənir. İstiqamətlənmə kimi də qeyd edilib lüğətdə. samral müzakirə 20:00, 4 noyabr 2024 (UTC)
- Samral, verdiyiniz bu mənbədə cizgi filmin animasiya filminin növü olduğu nəyinki vurğulanmır, ümumiyyəbelə bir şey yazılmır. Harda bu vurğulanır, dəqiq? Rəşid Ağamalıyevin kitabında isə "техника рисованой анимации" anlayışı səhv tərcümə olunub. Cizgi roman yeni bir termindir və Türkiyə türkcəsindən kalkadır (əslində, bu termin qrafik roman termindən gəlib əvvəl və onlarda, konkret bu şəkildə ümumiyyətlə komikslər üçün işlənilir). Bu nümunə sadəcə onu göstərir ki, bizdə cizgi sözü yeni bir şəkildə işlənilir, köhnə (xətt və animasiya) mənalarına əlavə olaraq. Animasiya ilə sinonim olmadığını isə göstərmir. --Мурад 97 (müzakirə) 20:37, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, mövzunu, məsələni o qədər qəlizləşdirirsiz ki, sanki məqsədiniz həll yox, öz fikrinizi yürütməkdir. Gəlin həllyönümlü olaq. Filankəs səhv deyir, filan tərcümə kalkadır, filan yerdə səhv yazılıb. Onda nə edək? Siz nə deyirsizsə onu edək? samral müzakirə 00:11, 5 noyabr 2024 (UTC)
- Samral, təqdim etdiyiniz mənbələr haqqında verdiyim konkret sualıma cavab vermirsiniz və eyni zamanda, məsələnin qəlizləşdirməkdə məni ittaham edirsiniz. Mənim öz fikrim burda ümumiyyətlə yoxdur. Mən yazdıqlarımı mənbələrnən təsdiqləmişəm. Flankəs nə demək? Həmin "flankəsin" kitabını mənbə olaraq təqdim edən mən deyildim, ki. Siz bir şəxsin kitabını mənbə olaraq təqdim etmisiniz, mən isə həmin mənbədə tərcümə səhfini göstərmişəm (konkret müzakirə etdiyimiz məsələ ilə bağlı olan səhfini). Nə edək? Vikipediyada norma nədir, onu. İki sinonim sözündən hansı daha çox işlənilir, o məqalənin adı olsun, hər iki söz məqalənin başlıq hissəsində qeyd olunsun. --Мурад 97 (müzakirə) 11:53, 5 noyabr 2024 (UTC)
- @Мурад 97, mövzunu, məsələni o qədər qəlizləşdirirsiz ki, sanki məqsədiniz həll yox, öz fikrinizi yürütməkdir. Gəlin həllyönümlü olaq. Filankəs səhv deyir, filan tərcümə kalkadır, filan yerdə səhv yazılıb. Onda nə edək? Siz nə deyirsizsə onu edək? samral müzakirə 00:11, 5 noyabr 2024 (UTC)
- Samral, verdiyiniz bu mənbədə cizgi filmin animasiya filminin növü olduğu nəyinki vurğulanmır, ümumiyyəbelə bir şey yazılmır. Harda bu vurğulanır, dəqiq? Rəşid Ağamalıyevin kitabında isə "техника рисованой анимации" anlayışı səhv tərcümə olunub. Cizgi roman yeni bir termindir və Türkiyə türkcəsindən kalkadır (əslində, bu termin qrafik roman termindən gəlib əvvəl və onlarda, konkret bu şəkildə ümumiyyətlə komikslər üçün işlənilir). Bu nümunə sadəcə onu göstərir ki, bizdə cizgi sözü yeni bir şəkildə işlənilir, köhnə (xətt və animasiya) mənalarına əlavə olaraq. Animasiya ilə sinonim olmadığını isə göstərmir. --Мурад 97 (müzakirə) 20:37, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, mən sizinlə “animasiya” və “cizgi” sözlərinin sinonim olması barədə razı deyiləm. Lüğətlər və mənbələrdə də “cizgi filmi”nin “animasiya filmi”nin bir növü kimi sinonimliyi vurğulanır. Buradakı “cizgi roman” və “cizgi hekayə” sözlərindən də aydın olur ki, dilimizdə “cartoon” mənasında “cizgi” sözü işlənir. İstiqamətlənmə kimi də qeyd edilib lüğətdə. samral müzakirə 20:00, 4 noyabr 2024 (UTC)
- @Samral, @Мурад 97, məncə, müzakirəni köçürün səhifənin MS-nə, həm də orada müzakirə davam etsin. Hörmətlə, Qədir (müzakirə) 19:44, 4 noyabr 2024 (UTC)
- Samral, iki söz sinonim olanda, onlar üçün iki ayrı məqalə olmur. Adətən Google Trends-ə baxıb, məqalənin adını daha çox istifadə olunan termin qoyulur. Biz burda "cartoon" məqalənin adını müzakirə etmirik. Həmin məqalənin özündə yazılıb ki, "The specific meaning has evolved, but the modern usage usually refers to either <...>". Yəni ingilis dilində bu çoxmənalı və dəyişkən termindir, və başqa dillərdə həmin anlayışlar üçün müxtəlif terminlər istifadə oluna bilər (o, konkret olaraq Azərbaycan dilinə isə, demək olar ki, heç zaman cizgi kimi tərcümə olunmur). Amma yenə də, bu artıq ayrı problemdir. Bu müzakirə üçün əsas odur ki, biz animasiya ilə cizgi sözlərinin (o cümlədən, sizin verdiyiniz mənbənin sayəsində) sinonim olduğu haqqında razıyıq. --Мурад 97 (müzakirə) 19:29, 4 noyabr 2024 (UTC)
- @Мурад 97, əlbəttə ki, oxuyub sonra istinad edirəm. AME-dən də qeyd etdiyim mənbələrə əsasən bu adını dəyişdirməyi təklif etdiyiniz məqalə “animasiya” adlandırılmalı, növləri arasında Animasiya və cizgi filmi də göstərilməlidir. “Cartoon” məqaləsini də “cizgi” kimi yaratmaqdan başqa variant görmürəm. “Cartoon” barədə sizin alternativiniz varsa, buyurun. samral müzakirə 19:11, 4 noyabr 2024 (UTC)
- İnkinci cavabınızla bağlı. Yəni, bu mənim yazdığımı təsdiq edir. Bunlar sinonimdir. Sinonim olmasaydı, istiqamətlənmə yox, ayrı məqalə olardı. --Мурад 97 (müzakirə) 18:40, 4 noyabr 2024 (UTC)
- Qərar:
- Hazırkı ad: Stridiya
- Yeni ad: İstiridyə
- Səbəb: Salam, rusca-azərbaycanca lüğətdə[1] istridyə, ingiliscə-azərbaycanca lüğətdə[2] istiridyə kimi və türkcə-azərbaycanca lüğətdə[3] istridyə qeyd olunub.
Ümumiyyətlə, İSTİRİDYƏ və İSTRİDYƏ variantları çox işlənilir. Sebirkhan (müzakirə) 12:03, 2 noyabr 2024 (UTC)
İstinadlar
- Şərhlər:
- Qərar: