Müzakirə:Herman Minkovski

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 il öncə, Karabakh-AZ tərəfindən "Herman Minkovski" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Herman Minkovski

[mənbəni redaktə et]

Məqalənin adı Herman Minkovski olmalıdır. Bu məqalənin German Minkovski kimi adlandırılması tərcümə səhvidir. Alimin adı rus dilli ədəbiyyatlarda Герман Минковский (Qerman Minkovskiy) kimi verilir. Çünki rus əlifbasında "h" hərfi yoxdur. Bizdə bu hərf varsa, niyə ondan istifadə etməyək?

Sadəcə mən bu dəqiqə bu adı dəyişə bilmirəm (Bu barədə köməklik etsəz pis olmaz. Çünki əvvəlcə yanlış adları dəyişə bilirdim. İndi nədənsə ad dəyişmə bölümü yoxa çıxıb). Vikipediyanın səlahiyyətli şəxslərindən xahiş edirəm ki, bu səhifənin adını dəyişsinlər. Əvvəlcədən təşəkkürlər. Karabakh-AZ (müzakirə) 17:44, 31 iyul 2022 (UTC)Cavabla