Müzakirə:Dagestanskiye Oqni

Vikipediya, azad ensiklopediya
Ən son rəy: 5 il öncə, Wertuose tərəfindən
Naviqasiyaya keç Axtarışa keç

Hesab edirəm ki, başqa ölkələrin yer adları azərbaycan dilinə tərcümə edilməməlidir. Şəhərin adı "Daqestanskiye Oqni" olduğu kimi yazılmalıdır. Necə ki, rus şəhərləri olan "Oryol" və "Voronej" şəhərləri dilimizə "Qartal" və "Qarğakirpi" kimi tərcümə edilmir.--Acategory 19:24, 22 avqust 2011 (UTC)Cavabla

Məqalənin adı hansı mənbəyə istinadən tərcümə olunmuş şəkildə yazılıb? Yer adları transliterasiya oluna bilər, amma tərcümə edilməsinə çox nadir hallarda, yalnız Azərbaycan dilində ənənəvi qəbul edilmiş hal olanda yol verilir. Mineralnıye Vodı, Nijniy Novqorod şəhərlərinin adları tərcümə edilmədiyi kimi bu şəhərin də adının tərcümə edilməsi məncə düzgün deyil. Wertuose 19:26, 22 avqust 2011 (UTC)Cavabla

Hörmətli, Wertuose, bu şəhərin adı bütün yerli dillərdi müxtəlif adlar daşıyır, (avar Дагъистаналъул цӀаял, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр) və buna görə nədən sırf rusca adı transliterirasiya olunmalıdı? Halbuki bir çox qaynaqlarda, həmçinin ədəbi qaynaqlarda, bu şəhərin adı azərbaycan dilində "Dağıstan İşıqları" kimi yazılır, bu səbəbdən mən məqalənin adının dəyişməsi tərəfdarıyam Sebirkhan (müzakirə) 21:27, 22 aprel 2019 (UTC)Cavabla
Azərbaycan şəhərlərinin də bəzilərinin yerli etnik azlıqlar tərəfindən istifadə edilən adları var, amma bunun həmin şəhərlərin xarici dillərdəki yazılış formasına bir təsiri yoxdur. Bizdə ingilis-ispan dillərini az, amma rus dilini çox adam bildiyi üçün Rusiya şəhərlərinin adlarını tərcümə etməliyik deyə bir qayda yoxdur.--Wertuose (müzakirə) 07:05, 23 aprel 2019 (UTC)Cavabla