Müzakirə:Bərzəx

Vikipediya, azad ensiklopediya
Ən son rəy: 9 il öncə, Qolcomaq tərəfindən
Naviqasiyaya keç Axtarışa keç

"Bərzəx" mənasında "aralıq" termini üçün mənbə olmalıdır--Melikov Memmedemail 10:52, 22 may 2015 (UTC)Cavabla

Aralıq sözünü bərzəx termininə qarşılıq olaraq vermişəm. Biz başqalarının dilini hər zaman öz dilimizdən üstün tutmuşuq, bu bizim xüsusiyyətimizdi. Bərzəx termininə (termin kimi) qarşılıq Boyun sözü daha uyğundur. Belə ki, bir sıra türk xalqları məhs onu Boyun olaraq adlandırırlar. Bu özləşmə hərəkatında da bir yol kimi digər türk dillərində olan sözlərin dilimizə gətirilməsidir. Məntiqlə fikirləşəndə dar su keçidi Boğaz adlanırsa və ya dənizə doğru kiçik çıxıntı Burundursa, buna qarşılıq boyun daha düz olar. Bu mənim yox dilçi alimlərin işidi. Hörmətlə Qolçomaq (müzakirə) 22:09, 23 may 2015 (UTC)Cavabla

Vikipediyada yeni termin yaratmaq yolverilməzdir. Şəxsi fikrim kimi, həqiqətən, ən azı "bərzəx" kimi terminlərin "ortaq türk terminləri" ilə əvəz olunması arzuediləndir, ancaq bu Vikipediyaya aid olan iş deyil, istifadəçilərin yeni termin yaratması Vikipediya prinsiplərinə tam ziddir. Bunu əvvəlcə aidiyyəti qurumlar etməlidir ki, Vikipediya üçün mənbə olsun --Melikov Memmedemail 07:17, 1 iyun 2015 (UTC)Cavabla
Ən son çap olunan AMEA-nın Orfoqrafiya lüğıtində Bərzəx (coğ.ter.) sözü var. --Araz Yaquboglu (müzakirə) 07:35, 1 iyun 2015 (UTC)Cavabla
"Bərzəx" sözü əvvəldən var, bunun üçün problem yoxdur, ancaq istifadəçi bu termin əvəzinə "aralıq" sözünün daha uyğun olduğunu fikirləşir--Melikov Memmedemail 07:41, 1 iyun 2015 (UTC)Cavabla
Məsələni şisirtməyə ehtiyac yoxdur. Mən dilimizdə özləşmənin həyata keçirilməsiin tərəfdarıyam və bu məsələdə mənə nəsə göstəriş verməyə ehtiyac yoxdur. Araz bəy artıq məqalənin adını dəyişib.

Qolçomaq (müzakirə) 08:14, 1 iyun 2015 (UTC)Cavabla