Karl Foy
Karl Foy | |
---|---|
Doğum tarixi | 17 noyabr 1856[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 1907[1][2][…] (50 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | türkologiya, müasir yunan dili[d] |
Təhsili | |
Elmi rəhbəri | Georq Kurtsius |
Tanınmış yetirmələri | Karl Süshaym[d][3][4][…], Fridrix Müller[d][3][4][…] |
Karl Foy (alm. Karl Foy; 17 noyabr 1856[1][2][…], Lüdviqslust[d], Prussiya – 25 mart 1907[1][2][…], Berlin, Almaniya imperiyası) — alman filoloqu, şərqşünas-türkoloq, şair.[5] Almaniyanın türkologiya üzrə ilk professoru.[6]
Həyatı
[redaktə | mənbəni redaktə et]Karl Artur Filipp Henrix Foy şimal-şərqi Almaniyanın Lüdviqslust şəhərində anadan olmuşdur. Erkən yaşlarından yunan dilinə həvəs göstərmiş, Leypsiq Universitetində yunan filologiyası oxumuşdur. Alman filoloqu Georq Kurtsiusun tələbəsi olmuşdur.[7] 1879-cu ildə "Yunan vulqar dilinin fonetik sistemi" (alm. Save result Lautsystem der griechischen Vulgärsprache) adlı ilk əsəri çap edilmişdir.[5]
Daha sonra İstanbulda Odisey Neqroponte ailəsinin yanında qalmış, türk və alban dillərini öyrənmişdir. Bu məşhur yunan ailənin Parisə getməsindən sonra Böyükadada qalmış, daha sonra Yunanistana getmişdir. 1890-cı ildə Almaniyaya dönərək Berlindəki Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen) institutunda türk dili müəllimi olaraq çalışmışdır. Avqust Fişer ilə birgə "Şərq Dilləri Seminarının Xəbərləri" (alm. Mitteilungen des Seminars für Orientalische Sprachen) jurnalının "Qərbi Asiya Tədqiqatları" bölməsinin redaktoru olmuşdur.[5]
Türkologiya sahəsində Karl Foy fonetika problemləri üzrə ixtisaslaşmışdır. Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsinə "Güney türkcəsi" adını verərək, Anadolu və Azərbaycan coğrafiyalarındakı dialektləri incələmişdir.[5] K. Foy Azərbaycan dilini tədqiq edilməsində böyük nailliyyətləri olmuşdur. Onun 1903–1904-cü illərdə nəşr olunmuş Azərbaycan dilinin qrammatikası bir neçə onilliklər ərzində (sovet dilçilərinin əsərləri üzə çıxana qədər) bu dilin nümunəvi qrammatik təsviri olmuşdur (bu əsər 2011-ci ildə yenidən nəşr edilmişdir).[8] Onun başqa türk dillərinin də öyrənilməsində böyük xidmətləri olmuşdur. Xüsusilə alman ekspedisiyaları tərəfindən aşkar edilmiş manixey qrafikası ilə yazılmış Turfan fraqmentlərini tədqiq edən ilk alman türkoloqudur.[9]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Lautsystem der griechischen Vulgärsprache (Leypsiq, 1879).
- Lieder vom goldenen Horn (Leypsiq, 1888).
- Der Purismus bei den Osmanen. MSOS WAS 1 (1898), 20–55.
- Karaïmisch-türkische Sprachproben aus Kaliç in Galizien. MSOS WAS 1 (1898) 172–184.
- Das Aidinisch-Türkische. Keleti Szemie 1 (1899), 177–194, 286–307.
- Studien zur osmanischen Syntax. I. Das Hendiadyoin und die Wortfolge von ana baba. MSOS WAS 2 (1899), 105–136, 293.
- Der Personenname aydemir und das Wort demir. MSOS WAS 2 (1899), 287–293; MSOS WAS 3 (1900), 216f.
- Türkische Vokalstudien, besonders das Köktürkische und Osmanische betreffend. MSOS WAS 3 (1900), 180–215.
- Die ältesten osmanischen Transscriptionstexte in gothischen Lettern. MSOS WAS 4 (1901), 230–277; 5 (1902), 233–293.
- Azerbajǧanische Studien mit einer Charakteristik des Südtürkischen I. MSOS WAS 6 (1903), 126–193; 7 (1904), 197–265.
- Die Sprache der türkischen Turfan-Fragmente in manichärischer Schrift I. Einleitung. SBPA, Phil.-hist. Kl. 53 (1904), 1389–1403.
- Türkischer Katalog islamischer Bleisiegel, angezeigt. MSOS WAS 7 (1904), 277–279.
- Die Windrose bei Osmanen und Griechen mit Benutzung der Baḥrijje des Admirals Pīr-i-Reʼīs vom Jahre 1520 f. Ein Fragment von Karl Foy. Aus dem Nachlasse herausgegeben von Friedrich Giese. MSOS 2. Abt. 11 (1908), 234–247.[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Liebesgedichte.
- ↑ 1 2 3 4 Karl Arthur Philipp Heinrich Foy // LiederNet Arxivi (ing.). 1995.
- ↑ 1 2 Essays on Turkish Literature and History.
- ↑ 1 2 Introduction to Altaic Linguistics.
- ↑ 1 2 3 4 Eren, Hasan. Türklük Bilimi Sözlüğü I: Yabancı Türkologlar (PDF) (türk). Ankara: Türk Dil Kurumu. 1998. 157–158. 2024-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-23.
- ↑ Sertkaya, Osman Fikri. "BANG KAUP, Willy (1869-1934)". TDV İslam Ensiklopediyası (türk). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ Christoph Herzog. "Notes on the Development of Turkish and Oriental Studies in the German Speaking Lands". Türkiye Araştırmaları Literatür Dergisi (ingilis). V. 8 (№ 15). 2010: 27–28.
- ↑ Knüppel, Michael. "Turkic Languages of Persia: An Overview". İranika Ensiklopediyası (ingilis). 2000-01-01. 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ Nowka, Helmut. Turkologie an der Berliner Universität // Altaica Berolinensia: The Concept of Sovereignty in the Altaic World (ingilis). Wiesbaden: Otto Harrassowitz Verlag. 1993. 178–179.
- ↑ Aslan, Serdar. "Karl Foy (1856-1907) (Bibliography)". Islam Akademie. 2018-12-08. 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.