Karbohidrogenlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Karbohidrogenlər - yalnız karbonhidrogen atomlarından ibarət olan birləşmələrdir.

Karbohidrogenlər iki yerə bölünür:

Karbon atomları arasında yalnız birqat rabitə olduqda doymuş karbohidrogenlər, bir və ya bir neçə ikiqat, üçqat rabitə olduqda isə onlar doymamış karbohidrogenlər adlanır. Bu birləşmələr tərkiblərindəki karbon və hidrogen atomlarının nisbətinə görə fərqlənir. Bir hidrogen atomu çıxarılmış karbohidrogenlərə Hidrokarbillər deyilir. Aromatik karbohidrogenlər, alkanlar, alkenlər, alkinlər, tsiklo-alkanlar və s. karbohidrogenlərin müxtəlif sinifləridirlər. Yerdə təbii şəkildə tapılan karbohidrogenlərin əksəriyyəti xam neftin tərkibində rast gəlinir. Hansı ki, burada parçalarına ayrılmış üzvi birləşmələr karbon və hidrogen bolluğu yaradır ki, bunlar da birləşdikdə sonsuz uzunluğa malik ola biləcəyi düşünülən zəncirlər əmələ gətirə bilirlər.

Halogenli törəmələri

[redaktə | mənbəni redaktə et]

Karbohidrogenlərin molekulunda bir və ya bir neçə hidrogen atomunu halogenlərlə əvəz etdikdə alınan birləşmələrdir.

Halogenli törəmələrin növləri

[redaktə | mənbəni redaktə et]

Molekulda halogen atomunun sayına görə;

  1. Birhalogenli birləşmələr
  2. İkihalogenli birləşmələr
  3. Üçhalogenli birləşmələr ola bilər.

Radikallara görə 2 qrupa bölmək olar;

  1. Doymuş karbohidrogenlərin halogenli törəmələri
  2. Doymamış karbohidrogenlərin halogenli törəmələri.

Doymuş karbohidrogenlərin birhalogenli törəmələri

[redaktə | mənbəni redaktə et]

Doymuş karbohidrogenlərin molekulunda bir hidrogen, bir halogen (xlor, brom, yod, flüor) atomu ilə əvəz olunsa, birhalogenli birləşmələr: xloridlər, bromidlər və ya yodidlər alına bilər. Metanda CH4 bir hidrogen bir xlor ilə əvəz olunsa, metilxlorod və ya xlor metan CH3Cl alınar.

Doymuş karbohidrogenlərin ikihalogenli törəmələri

[redaktə | mənbəni redaktə et]

Bunların ən sadə nümayəndəsi, metanda iki hidrogeni iki halogenlə əvəz etməklə alınan CH2Cl2 dixlormetan və ya metilxloriddir.

Halogenlərin karbonlar yanında yerləşməsindən asılı olaraq, ikihalogenli birləşmələr bir neçə növ ola bilər: halogenləri bir karbon yanında olan birləşmələrə hemdihalogenidlər, qonşu karbonlarda yerləşən birləşmələrə α-dihalogenidlər, halogenləri bir-birindən uzaq karbonlarda yerləşən birləşmələrə β, γ və habelə dihalogenidlər deyirlər.

Karbohidrogenlərin oksidləşməsinə qarşı inhibitor

[redaktə | mənbəni redaktə et]

Tərkibində kükürd, azot, oksiqen, hidroqen və karbon saxlayan kombinə təsirə malik inhibitordır.

Birləşmə 1-(3`-tietanil)-3-benziltiokarbamid kumil hidroperoksid ilə çox aşağı qatılıqlarda yüksək inhibitor xassələri göstərir. Antioksidantın belə yüksək inhibitor xassələri tietanil və tiokarbamid fragmentlərinin birgə olması və xüsusən də kompleksə hidroperoksid protonunun birləsməsi ilə izah etmək olar. Məhz bu amil alınmış inhibitorun antioksidləşdirici xassələrini kəskin yüksəldir.

Kimyəvi quruluşuna və əldə edilən səmərəliyinə görə sintez edilən birləşməyə ən yaxını 3-tietanilizotiosianatın benzilaminlə etil spirti mühitində qarşılıqlı təsirindən alınan neft məhsullarının antioksidantı -1-(3`-tietanil)-3-benziltiokarbamiddir. 1-(3`-tietanil)-3-benziltiokarbamidin kumil hidroperoksidlə kompleksi üzvi kimyada məlum olan üsulla [2] 1-(3`-tietanil)-3-benziltiokarbamidin üzərinə az miqdarda kumil hidroperoksidi əlavə etməklə və alınan qarışığı otaq temperaturunda bir gün saxlamaqla alınır. Alınan kompleks ağ kristallk maddə olub, asetonda, xlorbenzolda, toluolda, həmçinin sürtkü yağlarında və yanacaqlarda həll olunur.

Alınmış 1-(3`-tietanil)-3-benziltiokarbamidin kumil hidroperoksidlə kompleksi yüksək effektivli oksidləşmə inhibitoru olmaqla, karbohidroğenlərdə, həmçinin sürtkü yağlarında və yanacaqlarda istifadə edilə bilər.

Karbohidrogen oksidləşdirici mikroorqanizmlər

[redaktə | mənbəni redaktə et]

Təbiətdəki ekosistemlərdə geniş yayılıb. Karbohidrogenoksidləşdirici xassəsi tərkibindəki oksidaza qrupundan olan fermentlərə əsaslanır. Belə ki, karbohidrogenin mikrobioloji parçalanması prosesində əsas rol mikroorqanizmlərin payına düşür. Bu mikroorqanizmlər karbon və enerji mənbəyi kimi neft və neft məhsullarından istifadə edirlər. Belə mikroorqanizmlər əsasən aerob formasında rast gəlinir və “karbohidrogenoksidləşdirici mikroorqanizmlər” adı alıblar. Karbohidrogenoksidləşdirici mikroorqanizmlər heterotrof canlılar sisteminin bir hissə olub, həm çirklənmiş, həm də təmiz ekosistemlərdə mövcud olurlar. Karbohidrogenoksidləşdiricinin digər heterotrof mikroorqanizmlərdən fermentlərə görə fərqlənirlər. Bu fermentlər karbohidrogenin oksidləşməsində və hidrofob substratların məninsənilməsində iştirak edir. Biosenozun neft və neft məhsulları ilə çirklənməsi, ekosistem üçün əlavə karbohidrogen mənbəyi yaradır ki, bu da yuxarıdakı bakteriyaların inkişafı üçün zəmin yaradır. Buna görə də daimi çirklənmiş ekosistemlərdə karbohidrogenoksidləşdirən bakteriyaların miqdarı təmiz ekosistemə nəzərən yüksək olur. Belə ki, ətraf mühitdə karbohidrogenoksidləşdirən bakteriyaların sayı ilə karbohidrogenlər arasında miqdarı əlaqə mövcud deyil. Suda yaşayan karbohidrogenoksidləşdirici bakteriyaların taksonomik tərkibi çox müxtəlifdir, 28 növ bakteriya və 14 növ göbələk təsvir edilir. Karbohidrogenoksidləşdirən mikrofloranın tərkibinə əsasən aşağıdakılar daxildir: Generp Aspergillus, Penicillum, Gunninghamella, Cladosporum [3, 4], generasiya Candida, Rhodotorula, Trichosporom, Filamentous mantarlar, hidrokarbon oksidləşdirici mikrofloranın tərkibində, Rhodococcus, Nocardia, Corynebacterium, Frankia, Nocardiopsis, Brevibacterium, Actinomadura, Mycobacterium, Pseudonocardi, Pseudomonas, Acinetobacter. Torpaqlarda karbohidrogenoksidləşdirən mikroorqanizmlər əsasən bakteriya və göbələklər kimi göstərilir. 22 növ bakteriya, 19 növ maya göbələyi və 24 növ mikroskopik mitselili göbələk var. Torpağın tipik sakinləri aşağıdakı növlərdir: Pseudomonas, Arthrobacter, Mycobacterium, Brevibacterium, Rhodococcus, Bacillus, Nocardia, Achromobacter, Micrococcus, Klebsiella, Enterobacteriaceae, Mycobacterium, Beierinckia, Alcaligenes, Corynebacterium, Xanthomonas və s. Məlumdur ki, biosenozlarda dominantlıq təşkil edən karbohidrogenoksidləşdirici bakteriyaların tərkibi neft məhsullarının təbiətindən asılıdır. Beləliklə, T.V. Koronelli, Rhodococcus, Pseudomonas, Acinetobacter və Arthrobacter kimi cinslərə məxsus dominant növlərin çirklənmiş ekosistemlər üçün xarakterik olduğunu qeyd edir. Xronik çirklənmiş ekosistemlərdə Roxococcus sözsüz olaraq dominantdır və qalan növlər ikinci dərəcəli mövqe tutur.

Bərk karbohidrogenlər

[redaktə | mənbəni redaktə et]

Bərk karbohidrogenlər - parafin, serezin, vazelin və mumlardır.

Parafinlərin istehsal prosesi

[redaktə | mənbəni redaktə et]

Parafinlərin istehsal prosesi – qaçların (“qaç” - heterojen kristallik kütlədir, distillat netf yağlarının deparafinləşmə prosesindən əlavə çıxan yan məhsuldur) yağdan təmizlənməsindən ibarətdir və neft yağlarının deparafinləşmə prosesinə analoji olan prosesdir. Qaçların yağdan daha mükəmməl təmizlənməsi üçün xammala daha yüksək miqdarda ketonaromatik həllediciləri əlavə edirlər. Əmtəə parafinlərinin alınması üçün ağardıcı qillərdən istifadə etməklə kontakt təmizlənmə prosesini (hal hazırda nadir hallarda istifadə olunur) və məhsulun rəngini yaxşılaşdıran, həmçinin doymamış karbohidrogen birləşmələrinin miqdarını məhsulun tərkibində kəskin aşağı salan hidrotəmizlənmə prosesini tətbiq edirlər.

Serezinlərin alınma prosesi

[redaktə | mənbəni redaktə et]

Serezinlərin alınma prosesi- petrolatumların yağdan təmizlənməsi –qalıq yağlarının deparafinləşməsi prosesinə analoji prosesdir. Serezinlərin təmizlənməsi üçün kontakt və ya hidrogen təmizlənməsi prosesləri tətbiq edilir. Vazelinlər – parafin, serezin, petrolatum və neft yağlarının qarışıqlarının qaynaşması ilə alınır. Vazelinin xarici görünüşü – eynicinsli məlhəm strukturlu məhsuldur, tibb və baytarlıq sahəsində, eyni zamanda sənayedə geniş istifadə olunur. Mumlar - parafin, serezin, petrolatum və onların qarşıqlarının polimerlərlə, qətranlarla və digər komponentlərlə qaynaşmasından alınan məhsuldur.

  • M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.
  • Patent (Azerbaycan) 2003 02 21, 21 12.2000. FərzəliyevV.M., AllahverdiyevM.Ə. və b.
  • В.М.Капустин, Б.П.Тонконогов, И.Г.Фукс. Технология переработки нефти. Часть 3. Производство нефтяных смазочных материалов. //«Химия» 2014 г. 328 с.
  • Общий практикум по органической химии. М., 1965, изд. "Мир".