Fenantren

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fenantren
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı fenantren
Kimyəvi formulu C₁₄H₁₀[1]
Molyar kütlə 178,23 q/mol
Fiziki xassələri
Sıxlıq 1,179 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 101 °S
Qaynama nöqtəsi 340 °S
Öz-özünə yanma temperaturu 450 °C[2]
Buxarın təzyiqi 1 Pa[3], 10 Pa[3], 100 Pa[3], 1 kPa[3], 10 kPa[3], 100 kPa[3]
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,5943[4]
Təsnifatı
CAS-da qeyd. nöm. 85-01-8
PubChem
SMILES c1ccc2c(c1)ccc3ccccc32
ChEBI 28851
ChemSpider

Fenantren - kimyəvi formulu - C14H10.

Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər.

Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir. Fenantren 1010C-də əriyir, 340,20-də qaynayır. Fenantren antrasen kimi zəif aromatik xarakterli maddədir. Fenantreni oksidləşdirdikdə əvvəlcə fenantrenxinon sonra difen turşusu əməmlə gəlir. Fenantrenxinon 2080-də əriyən, narıncı kristal maddədir. Su buxarı ilə distillə olunmamasına, iysizliyinə və başqa xassəslərinə görə fenantrenxinon xinon olmayıb, daha çox diketondur. Bir əvəzli fenantrenin 5 izomeri vardır (1,2,3,4, və 9) çoxlu izomer əmələ gətirə bildiyi üçün fenantren törəmələrinin öyrənilməsi çox çətindir.

Fenantren alkoloidləri

[redaktə | mənbəni redaktə et]

Çində, İranda, Türkiyədə, Özbəkistanda və başqa isti ölkələrdə bitən xaşxaş bitkisinin baş hissəsini gül açana yaxın dövrdə çərtir və ya kəsirlər. Həmin kəsiklərdən axan şirəni - qətranı toplayırlar. Çox vaxt onu qurudub toz halına salırlar. Tiryəkin tərkibində 20-25%-ə qədər müxtəlif alkaloidlər vardır. Kimyəvi quruluşları və fizioloji təsirlərinə görə bu alkaloidləri iki qrupa ayırmaq olar:

  • Benzilizoxinolin törəmələri. Yuxarıda öyrəndiyimiz papaverin və narkotin bu qrupdan olub, əsəb sisteminə zəif, saya əzələlərə isə qüvvətli antispazmatik təsir edir.
  • Fenantren törəmələri. Tiryəkin tərkibində narkotin və papaverindən başqa 20-yə qədər quruluşca bir-birinə yaxın alkaloid tapılmışdır. Onların çoxu, başlıca olaraq morfin, kodein və tebain, fenantren törəmələri olub, mərkəzi əsəb sisteminə təsir edir.

Tiryəkin tərkibində 9%-ə qədər morfin, 0,4%-ə qədər tebain və 0,3%-ə qədər kodein olur.

Morfin bir molekul su ilə kristallaşır. susuz halda 254o -də parçalanaraq əriyir, suda az həll olur. Morfin və onun duzları şiddətli zəhərdir. Morfinin hidroxlorid duzu kiçik dozalarda sakitləşdirici, ağrıkəsici və yuxugətirici dərman kimi təbabətdə çox işlədilir.

Bir molekul su ilə kristallaşır, suda pis həll olur. Susuz kodein 155o-də əriyir. Tiryəkdə rast gələn kodein sol kodeindir. Kodein və onun duzları, eləcədə dionin təbabətdə öskürəyə qarşı işlədilən mühüm dərmandır.

  • M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
  1. PHENANTHRENE (ing.).
  2. Phenanthrene (ing.).
  3. 1 2 3 4 5 6 CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 97 Boca Raton: 2016. P. 6–120. ISBN 978-1-4987-5428-6
  4. CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 97 Boca Raton: 2016. P. 3–444. ISBN 978-1-4987-5428-6