55°58′10″ şm. e. 54°47′57″ ş. u.HGYO

Kaltasin rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Kaltasin rayonu
Ҡалтасы районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°58′10″ şm. e. 54°47′57″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 1 518,7[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 22.168 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34779
Poçt indeksi 4528ХХ
Rəsmi sayt
Kaltasin rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaltasin rayonu (başq. Ҡалтасы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi Kaltası kəndidir.

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1564 km² təşkil edir. Ərazisi şimaldan cənuba 47 km, şərqdən qərbə 63 km məsafədə uzanır. Şimalda Yanaul, şərqdə Buraev, cənubda Dyurtyurlin, qərbdə Krasnokamski rayonu ilə sərhədlənir. İqlimi kontinental, isti və bir az quraqdır. Ərazisində əsasən boz meşə torpaqları geniş sahə tutur. İynə və geniş yarpaqlı meşələr ərazisinin 33,6 % tutur. Ərazisindən kərpiç gili, neft, qum çıxarılır.

Kaltasin rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. İnzibati mərkəz rolunu Krasnı Xolm kəndi oynayırdı. Buna səbəb isə Kaltası kəndində inzibati binaların olmaması idi.

1932-ci ildə Krasnokamski rayonu Kaltasin rayonuna birləşdirilir. Bundan sonra inzibati mərkəz Nikolo-Berezovka kəndi olur.

1935-ci ildə rayon ərazisi yenidən Kaltasin və Krasnokamski rayonlarına bölünür. Bundan sonra Kaltasin rayonun mərkəzi Keltey kəndi olur. 5 mart 1935-ci ildə rayon mərkəziKaltası olur.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Alışeevski rayonu ərazisin milli tərkibi: marilər — 45,9 %, ruslar — 19 %, başqırdlar — 10,2 %, udmurtlar — 10,1 %, digər millər — 0,8 %[3].

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Rayonda 11 kənd inzivati vahidliyinə 79 yaşayış məntəqəsi daxildir[4]

Kaltasin rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Kənd təsərrüfatının taxılçılıq, kartoxçuluq, ətlik-südlük heyvandarlıq və donuzçuluq inkişaf etmişdir. 83,7 min ha ərazi (rayon ərazisinin 55,4 %) kənd təsərrüfatında istifadə edilir. 15,0 min ha ərazi otlaq kimi istifadə edilir. Ərazisindən UfaNeftekamsk avtomobil yolu keçir. Burada 10 kənd təsərrüfatı müəssisəsi, 30 kəndli-fermer təsərrüfatı və 7837 fərdi təsərrüfata sahibdir.

Rayon ərazisində 52 ümumtəhsil mərkəzi, 15 orta məktəb, 22 kütləvi kitabxana, 48 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada tatar, rus və mari dillərində «Zarya» — «Tan» — «Ujara» qəzetləri buraxılır.

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  4. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.