İşembay rayonu
İşembay rayonu | |||||
---|---|---|---|---|---|
Ишембай районы | |||||
|
|||||
53°28′37″ şm. e. 56°30′43″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | İşimbay | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 845 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34794 | ||||
Poçt indeksi | 4532ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
İşembay rayonu (başq. Ишембай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi İşimbay şəhəridir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Rayon Aqidel çayının sağ sahilində yerləşir. İşembay rayonunun sahəsi 4002.59 km²-dir. Bələdiyyənin sahəsi isə 4106.06 km²-dir[3].
Qafuri, Beloret, Böryən, Mələuez, Sterlitamak rayonları, Salavat və Sterlitamak şəhərləri ilə həmsərhəddir.
Rayonun şərq hissəsi mütləq hündürlüyü 845 m-ə qədər olan Başqırd Uralının qərb silsilələrində yerləşir. Bölgənin qərb hissəsi bir az quraq iqlimi olan, meşə-çöl landşaftı ilə Pribelskaya qayalı dalğalı düzənlikdə yerləşir. Torpaqlar: boz, tünd boz meşə və qaratorpaq.
Yeraltı
[redaktə | mənbəni redaktə et]Daş duz, əhəng daşı, gips, qum, dolomit, çınqıl və neft kimi faydalı qazıntılara sahibdir.
İqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi kəskin kontinentaldır. Soyuq, uzun qışa və isti keçən yaya sahibdir. Yağıntının orta illik miqdarı 450-600 mm arasında dəyişir. Şaxtasız dövr 110-120 gün davam edir. Qışın ortasında qar örtüyünün hündürlüyü 20-30 sm, sonunda 30-40 sm-ə çatır. Küləyin istiqaməti: cənub-qərb[4].
Əhalisi
[redaktə | mənbəni redaktə et]Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[5]:
2024 - 85,5 min nəfər.
2035 - 78,92 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 42,2%, başqırdlar - 41,5%, tatarlar - 12,3%, çuvaşlar - 1,8%, digər millətlərdən olanlar - 2,2%[6]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.
- Urbanizasiya
Şəhər şəraitində (İşimbay şəhəri) rayon əhalisinin 73 % -i yaşayır.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Rayon sənaye və kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır. Kənd təsərrüfatına yararlı torpaqların 107,5 min hektarı (rayon ərazisinin 26,8% -i), o cümlədən 62,8 min ha əkin sahələri, 13,7 min ha biçənək sahələri, 31.6 min ha otlaq sahələri təşkil edir. Rayonun şərq hissəsi ətlik və südlük heyvandarlıq, qərbi şəkər çuğunduru və tərəvəz becərilməsi, donuzçuluq və arıçılıq məşquldur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Rayondakı ilk məktəblər XIX əsrdə meydana gəlir.
Məlumdur ki, 1931-ci ildə onların sayı 60-a yaxın idi, 1934-cü ildə artıq 81 məktəb fəaliyyət göstərirdi. Onlarda 203 müəllim vardı. Onların ikisi ali təhsilli, 26 nəfər orta təhsilli, 105 nəfəri yeddi illik təhsilli, 12 nəfəri ibtidai təhsilli idi.
İndi İşembay rayonunda 46 ümumtəhsil məktəbi, o cümlədən 20 orta məktəb, Ufa Dövlət Aviasiya Texniki Universitetinon bir filialı, neft kolleci və 3 peşə məktəbi fəaliyyət göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.gks.ru/dbscripts/munst/munst80/DBInet.cgi?pl=8006001.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-10-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
- ↑ "Arxivlənmiş surət". 2012-01-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-15.
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-21.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.