Elbrus Allahverdiyev
Elbrus Allahverdiyev | |
---|---|
Elbrus Hacı oğlu Allahverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə şəhəri |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Şelli, Ağdam rayonu |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gəncə, Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Aynurə, Sevinc və oglu Elbrus |
Atası | Allahverdiyev Haci |
Anası | Allahverdiyeva Antige |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1992-1993 |
Rütbəsi | Leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Elbrus Allahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub.[1] 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır.[1]
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir.[2]
16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Evli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Müqəddəs zirvədə. Azad Azərbaycan. 2015, 28 dekabr, s. 7". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
- ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Əsgərov V. Allahverdiyev Elbrus Hacı oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.20-21.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 33-34.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [https://web.archive.org/web/20141022122646/http://zengilan.com/qehreman.php?subaction=showfull&id=1200924919&archive=&start_from=&ucat=10& Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine Allahverdiyev Elbrus]
- Elbrus Allahverdiyev Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
- 27 oktyabrda doğulanlar
- 1958-ci ildə doğulanlar
- 34 yaşında vəfat edənlər
- 16 iyunda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin leytenantları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Gəncədə doğulanlar
- Ağdam rayonunda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları