Bəhruz Mənsurov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bəhruz Mənsurov
Bəhruz Qəhrəman oğlu Mənsurov
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1975(1975-03-13)
Doğum yeri
Vəfat tarixi 16 mart 1995(1995-03-16) (20 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Kursant
Təltifləri "Qızıl Ulduz" medalı

Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı həlak olub.

Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub.[1]

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2]

Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.

Oxuduğu orta məktəb onun adını daşıyır.

Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır[3].

  1. "MƏNSUROV BƏHRUZ QƏHRƏMAN oğlu. veten-ugrunda.az". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-09.
  2. Azərbaycan Respublikasının Milli Qəhrəmanı həmyerlimiz Bəhruz Mansurov haqqında çəkilən sənədli filmin nümaişi oldu. heydaraliyev-centers.az[ölü keçid]
  3. "Sumqayıt kimyaçıları Milli Qəhrəmanın xatirəsini yad ediblər". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]