Duvr
Qəsəbə | |
Duvr | |
---|---|
ing. Dover | |
51°07′39″ şm. e. 1°18′44″ ş. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Statistik region | İngiltərə |
Rayon | [[Kent]] |
Rayon | [[Duvr]] |
Rayon | [[Duvr]] |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Dubris |
Sahəsi | 10,2 km² |
Mərkəzin hündürlüyü | 12 m |
İqlimi | Rütubətli, yağıntılı və buludlu |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 43,806[1] nəfər (2016) |
Sıxlığı | 4,283 nəf./km² |
Milli tərkibi | ingilislər, irlandiyalılar, ərəblər |
Etnoxronim | Duvrlı |
Rəsmi dili | ingilis dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +44 1304 |
Poçt indeksi | DOVER |
Digər | |
WhiteCliffsCountry.org.uk (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır.
Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir. Duvr Britaniyadakı fransız dilində qarşılığı olan bir neçə yaşayış məntəqələrindən biridir.
Duvrda bir hərbi kazarma var idi. Bu kazarma 2007-ci ildə bağlanmışdır.[2] Qəsəbədəki bərə servislərinin çoxunun tənəzzül olmasına baxmayaraq, Duvr limanı ilə əlaqədar olan işlər qəsəbənin məğulluğunun əksəriyyətini təşkil edir. Limanı özəlləşdirmə layihəsi 2012-ci ildə ləğv edilmişdir. Bunun səbəbi layihəyə olan yerli müxalifət idi.[3]
Etimologiya
[redaktə | mənbəni redaktə et]İlk dəfə latınlaşmış formasında (Portus Dubris) qeyd edilmiş Duvr adı, Britan dilində sular (o.vall dwfr, korn dowr)[4] mənasını verən bir sözdən gəlir. Həmin element qəsəbə adının fransız (Douvres) və müasir vall dilindəki (Dofr) formalarında mövcuddur.
Qəsəbənin müasir adı Uilyam Şekspirin "Kral Lir" (1603–1606) əsərindən bəri istifadə edilir. Duvra su vasitəsilə səyahət edən zaman görünən ağ rəngli uçurumlar Britaniya adasının qədim zamanlarda "Albion" adlandırılmasının səbəbi ola bilər.
Tarix
[redaktə | mənbəni redaktə et]Duvr tarix boyu Fransaya olan qısa məsafəsinə görə Britaniya üçün önəmli bir yaşayış məntəqəsi olmuşdur. Arxeoloji tapıntılar bu ərazidə daş dövrü insanlarının yaşadığı sübut edir. Tunc dövründə məntəqədə dəniz nəqliyyatı böyük əhəmiyyət kəsb edirdi. Ərazidə bəzi dəmir dövrünə aid tapıtılar da mövcuddur. Romalıların Duvra gəlməsi ilə məntəqə Roma İmperiyasının kommunikasiya şəbəkəsinin əhəmiyyətli bir parçası olmuşdur. Roma dövründə məntəqənin adı "Portus Dubris" olmuşdur. Məntəqə Roma hakimiyyəti dövründə liman qalası olmuşdur. Limanın üzərində tikilən qalalar, gəmilərə bələdçilik edən mayaklar və Britaniyadakı ən yaxşı qorunan Roma villaları Duvrda idi.
Duvr "Qiyamət günü kitabı"nda əhəmiyyətli bir şəhərcik olaraq təsvir edilmişdir. Məntəqə fərqli-fərqli hücumçulara qarşı möhkəm bir dayaq olmuşdur. Duvr orta əsrlərdə beşlik limanlarının paytaxtı olmuşdur.
Coğrafiya və iqlim
[redaktə | mənbəni redaktə et]Duvr qəsəbəsi Dil və Folkston qəsəbələri arasında olub, Böyük Britaniyanın cənub-şərqi küncündə yerləşir. Qəsəbə ilə Fransanın Kale şəhərinin yaxınlığında yerləşən Qris-Nyo burunu arasındakı məsafə sadəcə 34 kilometrdir. Qəsəbə Daur çayının vadisində yerləşir. Duvr körfəzi demək olar ki, dalğalarla əhatə olunmuşdur. Qəsəbənin iqlim təsnifatı dəniz iqlimidir (Koppen təsnifatı ilə Cfb). Qəsəbədə qeydə alınmış ən yüksək istilik dərəcəsi 31 °C (88 °F), ən soyuq istilik dərəcəsi isə −8 °C-dir (18 °F). Məntəqənin orta illik yağıntısı təxminən 570 mm-dir.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]Eduard Hastedin (1732–1812) verdiyi məlumata əsasən, Böyük Britaniyanın ilk ümummilli əhali siyahıyaalmasından bir il əvvəl, 1800-cü ildə Duvr qəsəbəsində 10,000 nəfərə yaxın insan yaşayırdı.[5]
2001-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən, Duvr qəsəbəsində 28,156 nəfər yaşayırdı, halbuki Milli Statistika İdarəsinin verdiyi məlumata əsasən, Duvrun bütün urbanistik əhalisi 39,078 nəfər idi.[6] Duvrun gənişləməsi ilə ucqar kəndlər qəsəbə ilə birləşmişdir. Müqəddəs Məryəm, Müqəddəs Ceyms, Baklend və Çarlton icmaları qəsəbə ilə birləşmişdir.
2016-cı ildə qəsəbədə 43,806 nəfər yaşayırdı. Bunların 21,921 nəfəri (50%) kişi, 21,885 nəfəri (50%) isə qadın idi. Qəsəbə əhalisinin 22,5%-i (9,858) 0-17 yaşlılardan, 59,5%-i (26,074) 18-64 yaşlılardan, 18%-i (7,874) isə 65 yaşdan yuxarı olanlardan ibarət idi. Qəsəbə əhalisinin əksəriyyəti ağdərili britaniyalılardan ibarət idi. Duvr əhalisinin əksəriyyətinin protestant xristian (67,5%; 26,062 nəfər) olmasına baxmayaraq, əhəmiyyətli bir dinsiz əhalisi var. Qəsəbədə xristian və dizsizlərdən başqa, müsəlmanlar, hindular, buddaçılar, siqhlər və yəhudilər də var.[1]
Tanınmış şəxslər
[redaktə | mənbəni redaktə et]Ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]Monteqyu Rods Ceyms Duvrın tarixi binası olan "Lord Warden Hotel"dən ilk dəfə 1911-ci ildə "Daha çox ruh hekayələri" kitabında nəşr olunan "Ryonları tökmək" qısa ruh-mövzulu əsərinin əsas mövqeyi olaraq istifadə etmişdir.
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "DOVER". 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2018.
- ↑ "Barracks leave Army legacy behind". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
- ↑ Niyt, Rupert. "White cliffs of Dover: locals repel buyout by the French". The Guardian. 20 dekabr 2012. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2017.
- ↑ "English Words" (ingilis). cornishdictionary.org.uk. 2017-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "Hasted description of Dover". British-history.ac.uk. 29 yanvar 1998. 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2011.
- ↑ "KS01 Usual resident population: Census 2001, Key Statistics for urban areas". National Statistics. 11 mart 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2007.
- ↑ "British towns twinned with French towns via [WaybackMachine.com]". Archant Community Media Ltd. 5 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2013.
- ↑ "Gradovi prijatelji Splita" [Split Twin Towns]. Grad Split [Split Official City Website] (Croatian). 24 mart2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2013.
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]- Statam, S.P.H. The history of the castle, town, and port of Dover. London: Longmans Green & Co. 1899. 462 p.
- Fut, Uilyam. Beaches, fields, streets, and hills ...: the anti-invasion landscapes of England, 1940. CBA research report 144. York: Council for British Archaeology. 2006. ISBN 1-902771-53-2.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- VikiSəyahətdə Duvr haqqında səyahət məlumatları var.
- Duvr limanı haqda
- Duvrın küçə xəritəsi Arxivləşdirilib 2017-07-09 at the Wayback Machine
- Duvr Müharibə Memorialı Layihəsi
- Qərb Zirvələrin Qorunması Cəmiyyəti
- Duvr qalasının dostları. Duvr qalasına töhfə verən və fayda görən yerli əhali üçün sxem.
- Dover. A Parliamentary and municipal borough of Kent, England. Yeni Beynəlxalq Ensiklopediya. Kembric, Massaçusets, ABŞ: Yel Universiteti Nəşriyyatı. 1905.