Cebe noyon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cebe noyon
monq. ᠵᠡᠪᠡ ᠵᠠᠩᠵᠤᠨ
Şəxsi məlumatlar
Doğum tarixi 1181
Doğum yeri
Vəfat tarixi 1225
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Böyük Monqol imperiyası
Döyüşlər

Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı.

Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı.

Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi.

Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.

İbn əl-Əsir Cebe noyonun yürüşü haqda

[redaktə | mənbəni redaktə et]

Çin ətrafında çıxmış bir qövm QaşqarBalasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.

Sonra onlardan bir hissəsi Xorasana keçib oranı aldı, dağıtdı, əhalisini öldürdü və qarət etdi. Sonra Reyə, Həmədana, əl-Cəbəl vilayətinə və İraq sərhədinə qədər getdi. Sonra AzərbaycanArran vilayətlərinə gəlib, bir ildən də az müddətdə onları misli görünməmiĢ bir surətdə dağıtdı və əhalisinin çoxunu öldürdü. Çox az miqdarda qaçıb qurtaran oldu. Sonra Azərbaycandan və Arranda qurtarıb Dərbəndə və ġirvana gedərək, o tərəfdəki şəhərləri aldılar. Oranın padşahı yaşayan qaladan başqa, heç bir yer salamat qalmadı. Oradan da Allan, Ləzkistan tərəfə, o tərəflərdə yaşayan müxtəlif millətlərin üstünə getdilər. Qırğın və soyğunçuluğu oralarda da genişləndirdilər. Sonra əhalisinin çoxu türklərdən ibarət olan Qıpçaq vilayətinə getdilər. Onlara qarı durnaların hamsını öldürdülər, salamat qalanları meşələrə və dağların baĢına qaçıb ölkələrindən uzaqlaĢdılar. Bunlar Qıpçaq ölkəsini zəbt edilər. Bu hadisələrin onlar sürətlə və az bir zamanda törətdilər. Hər yerdə ancaq yürüş etdikləri qədər ləngiyirdilər, artıq dayanmırdılar.

Onlardan [tatarların] bu hissəsindən başqa bir dəstəsi də Qəznəy,onun ətrafına və Hindistan, Sicistan və Kirman vilayətlərindən qonşu ölkələrə keçmişdilər. Onlar burada da indiyə qədər qulaqlar eşitməmiş vəhşiliklər etmişdilər.[1]

  1. İbn əl-Əsir, Əl-Kamil fit-tarix, (Mükəmməl tarix), Azərbaycanın və qonşu ölkələrin tarixinə dair iqtibaslar (ərəbcədən yoxlanılmış tərcümə, ön söz, qeydlər və şərhlər akademik Ziya Bünyadovundur), B., 1996. səh.