Bolad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bolad
Doğum tarixi 1240
Doğum yeri
Vəfat tarixi 26 aprel 1313(1313-04-26)
Vəfat yeri
Fəaliyyəti diplomat, tarixçi, siyasətçi

Bolad (1240, Monqolustan26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri.

1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi.[1] 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi.

Arqun xan dövrü

[redaktə | vikimətni redaktə et]

7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyəkeşik verilərək Xorasan valisi təyin olundu.

Keyxatu xan dövrü

[redaktə | vikimətni redaktə et]

1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü. Çao ilk dəfə Bolad ağa sayəsində istifadə olunmağa başladı.

Qazan xan dövrü

[redaktə | vikimətni redaktə et]

1295-ci ildə Qazan xanın taxta çıxması ilə Boladın nüfuzu azalmağa başladı. Boladı monqol yetimləri və gənclərindən ibarət tümənin komandanı təyin etmişdi.[2]

Olcaytu dövrü

[redaktə | vikimətni redaktə et]

Olcaytu xan dövründə baş vəzir olmuşdur.

Bolad ağa Rəşidəddin Həmədaniyə Cəmi ət-Təvarixi yazmaq üçün kömək etmişdir.[3] 1311-ci ildə Ayurbavada xan tərəfindən "Tse knyazı" tituluna layiq görülmüşdür. 1313-cü ildə, Arrandakı "Saray əl-Mənsuriyyə" adlanan mülkündə 73 yaşında vəfat etmişdir.

  1. Bolad Çinsanq — Christopher P. Atwood-Encyclopedia of Mongolia and the Mongol Empire;
  2. Reuven Amitai-Preiss-Ghazan, Islam and Mongol Tradition: A View from the Mamlūk sultanate, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 59, No. 1 (1996)
  3. "Bolod – Encyclopedia Iranica". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.