Astrobiologiya
Astrobiologiya (yunan dilindən tərcümədə "astron" – ulduz) – kainatda həyatın təzahür formalarını öyrənən elm sahəsi.[1] Kosmik tədqiqatların vüsət aldığın dövrdə astrobiologiya kosmik biologiya və kosmik tibbin nailiyyətlərindən geniş istifadə edir. Astrobiologiya Yer kürəsinin inkişafının ilkin mərhələlərində həyatın onda necə yarandığını tədqiq edir. Belə ehtimal olunur ki, ultrabənövşəyi şüalanma və elektrik boşalmaları Yerdə üzvi maddələrin yaranmasına səbəb olmuşdur. Fotosintezin yaranması, atmosferdə tədricən O2-nin toplanması həyatın inkişafı üçün şərait yaratmışdır. Astrobiologiya Günəş sistemi yaratmışdır. Astrobiologiya Günəş sistemi planetlərində həyatın olub-olmaması problemləri ilə məşğul olur. XX əsrin kosmik tədqiqatları göstərdi ki, Ayda, Merkuridə, Venerada həyat yoxdur. Marsın tədqiqi onda primitiv həyat elementlərinin mövcudluğu ehtimalını yaradır. Astrobiologiyanın əsas vəzifələrindən biri Günəş sistemindən kənarda həyatın olub-olmamasını öyrənməkdir.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]1959-cu ildə NASA ekzobiologiya üzrə ilk layihəsini qurdu, 1960-cı ildə isə ekzobiologiyanın öyrənilməsi üçün proqram hazırladı.[3] 1971-ci ildə Yerdənkənar həyat axtaracaq SETI layihəsinin təməli qoyuldu. Bu layihə Yerdən kənar radiosiqnalların dinlənilməsi və yaddaşda saxlanılması ilə məşğul idi. 1976-cı ildə qurulan Vikinq layihəsi Marsda yadplanetli həyat əlamətlərini axtaran 3 bioloji tədqiqatdan ibarət idi. 1997-ci ildə Marsa eniş edən Mars Pathfinder aparatı isə Mars səthindəki qayalıqlarda bakteriya qalıqlarını tapmalı idi.[4]
Gənc və təsdiqlənməmiş sahə olmasına baxmayaraq, XXI əsrin başlanğıcından bəri NASA və Avropa Kosmik Agentliyi kimi digər elmi akademiyalar astrobiologiyanın öyrənilməsi və araşdırmaları üçün daha çox maraq göstərir. Bir çox universitetlər astrobiologiyanı təhsil proqramına əlavə edirlər.[5] ABŞ-nin Arizona,[6] Pensilvaniya, Montana və Vaşinqton universitetləri, Böyük Britaniyanın Kardiff[7] və Avstraliyanın Yeni Cənubi Uelz universitetləri[8] artıq bu yeni sahəni təhsil proqramına daxil etməklə birlikdə, həm də universitet daxilində Astrobiologiya Mərkəzləri yaradırlar.
Hal-hazırda bu sahə üzrə ən çox araşdırılan planet Yerə yaxın və Yerin səthinə oxşar səthə sahib olan, həmçinin Yerlə oxşar geoloji tarixə malik olan Marsdır. Alimlər hər gün daha da böyük əminliklə Marsda bir vaxtlar bol miqdarda su olduğunu açıqlayırlar, hansı ki Yerdəki kimi, Yerdən kənarda da həyat üçün ən əhəmiyyətli maddələrdən biri hesab olunur.[9]
2011-ci ilin noyabr ayında NASA Marsda həyat aşkar etmə tədqiqatlarının davam etməsi üçün marsoxod Curiosity aparatını qırmızı planetə yolladı. Avropa Kosmik Agentliyinin açıqlamasına görə, hal-hazırda hazırlanan və 2018-ci ildə Marsa göndəriləcək marsoxod ExoMars aparatı da həmçinin bu tədqiqatların davamı olacaq. Bir sözlə, alimlər Marsa digər planetlərdən daha çox inanırlar.[10][11][12]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Təriflər — Astrobiologiya [ölü keçid]
- ↑ M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 36,37
- ↑ Steven J. Dick and James E. Strick. The Living Universe: NASA and the Development of Astrobiology. Rutgers University Press, New Brunswick, NJ, 2004
- ↑ "Exopaleontology at the Pathfinder Landing Site". 2004-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
- ↑ ESA Embraces Astrobiology
- ↑ "Astrobiology at Arizona State University". 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
- ↑ "CASE Undergraduate Degrees". 2007-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
- ↑ "The Australian Centre for Astrobiology, University of New South Wales". 2013-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
- ↑ "NOVA | Mars | Life's Little Essential | PBS". 2009-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
- ↑ Webster, Guy; Brown, Dwayne. "NASA's Next Mars Rover To Land At Gale Crater". NASA JPL. 22 iyul 2011. 2012-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ Chow, Dennis. "NASA's Next Mars Rover to Land at Huge Gale Crater". Space.com. 22 July 2011. 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ Amos, Jonathan. "Mars rover aims for deep crater". BBC News. 22 iyul 2011. 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22. (#invalid_param_val)