Anita Nyukom Makqi
Anita Nyukom Makqi | |
---|---|
ing. Anita Rosalie Newcomb McGee | |
Doğum tarixi | 4 noyabr 1864[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 1940[1][2] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | hərbi həkim[d], həkim |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Anita Rozali Nyukom Makqi (ing. Anita Rosalie Newcomb McGee; 4 noyabr 1864[1][2], Vaşinqton – 5 oktyabr 1940[1][2], Vaşinqton) – ABŞ ordusundakı xidmətlərinə görə tanınan amerikalı həkim. Rus-yapon müharibəsində Qırmızı xaç könüllüsü kimi iştirak etmişdir.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Anita Nyukom 1864-cü ildə Vaşinqton şəhərində doğulmuşdur. 1892-ci ildə Kolumbiya kollecini (indiki Corc Vaşinqton Universiteti) bitirmiş, Vaşinqtonda tibblə məşğul olan azsaylı seçilmiş qadınlardan biri olmuşdur. 1898-ci ildə İspaniya–ABŞ müharibəsi başlayanda Makqi Amerika İnqilabının Qızları təşkilatı üçün könüllü tibb bacıları hazırlamışdır. Makqinin təşkilatçılıq bacarığı onu ABŞ ordusundakı yeganə qadın köməkçi cərrah seçilməsinə gətirib çıxarmışdır. Müharibədən sonra daimi tibb bacısı korpusunun yaradılması üçün çalışmış və ABŞ Ordusunun Tibb Bacıları Korpusunun qurucusu olmuşdur.[4]
1903-cü ilin iyununda – Rus-yapon müharibəsinin başlamasına az qalmış Yaponiya diplomatı Takahira Koqoroya məktub yazmış və Yaponiya hökuməti üçün tibb bacısı supervayzeri kimi könüllü xidmət göstərmişdir. 1904-cü ilin aprelində 9 tibb bacısından ibarət komanda ilə Yokohamaya gəlmiş, 6 aylıq xidmətdən sonra 1904-cü ilin noyabrında ölkəsinə qayıtmışdır. Komanda hərbi obyektlərdə yaponların tətbiq etdikləri tibbi müalicə metodlarını müşahidə etmiş, Yapon Qırmızı Xaç təşkilatı üçün tibb bacısı yetişdirmişdir. İyun ayında yaponlara aid "Hakuai Maru" gəmi-xəstəxanasında olmuş, Matsuyamadakı hərbi xəstəxanada saxlanılan rus əsirləri ziyarət etmişdir. Makqi ABŞ-yə qayıtdıqdan sonra Rus-yapon müharibəsi haqqındakı təcrübələri haqqında əsərlər yazmış və mühazirələr vermişdir.[4]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 227. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 20 iyun 2023.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 4 noyabrda doğulanlar
- 1864-cü ildə doğulanlar
- Vaşinqtonda doğulanlar
- 5 oktyabrda vəfat edənlər
- 1940-cı ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Vaşinqtonda vəfat edənlər
- Arlinqton milli qəbiristanlığında dəfn olunanlar
- Corc Vaşinqton Universitetinin məzunları
- "Qiymətli tac" ordeni ilə təltif olunanlar
- ABŞ həkimləri
- Rus-yapon müharibəsi iştirakçıları
- Yaponiyadakı ABŞ qürbətçiləri
- Qadın həkimlər