Amundsenin Cənub qütbünə ekspedisiyası
Amundsenin Cənub qütbünə ekspedisiyası (ing. Amundsen's South Pole expedition) — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr[a] 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər.
Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. Amundsen daha sonra planını dəyişdirdi və cənubi qütbünün fəthinə hazırlaşmağa başladı; ictimaiyyətin və tərəfdarlarının ona nə dərəcədə dəstək verəcəyinə dair qeyri-müəyyənlik səbəbiylə o, yenidən planlaşdırılmış bu sirri heç kimə açmadı. O, 1910-cu ilin iyun ayında yola çıxdıqda hətta ekipajını da hədəflərinin Arktika olduğuna inandırmış, yalnız Framın son dayanacaq limanı olan Madeyranı tərk edərkən əsl istiqamətlərinin Antarktika olduğunu etiraf etmişdi.
Amundsen "Framheym" adlandırdığı öz Antarktika bazasını Böyük Buz səddindəki Balina buxtasında inşa edir. Bir neçə aylıq hazırlıq, yük daşıma və az qalsın fəlakətlə bitəcək yanlış bir başlanğıcdan sonra o, öz dəstəsi ilə birlikdə 1911-ci ilin oktyabrında qütb üçün yola çıxdı. Səyahət zamanı dəstə onlara qütb platosuna və nəticədə Cənub qütbünə gedən yolları tapmağa kömək edən Aksel Heyberq buzlağını kəşf etdilər. Səyahət qrupunun xizəklərdən və xizək itlərindən düzgün istifadə etməsi onlara sürətli və nisbətən problemsiz səyahət etməyə kömək etdi. Ekspedisiyanın digər uğurlarına VII Eduard yarımadasının ilk dəfə tədqiq edilməsi və geniş okeanoqrafik kruiz[b] də daxil idi.
Ekspedisiyanın uğuru böyük alqışlarla qarşılanmışdı, baxmayaraq ki, Skottun epik uğursuzluq hekayəsi Birləşmiş Krallıqdakı nailiyyətinə kölgə saldı. Amundsenin həqiqi planlarını son ana qədər gizli saxlamaq qərarı bəziləri tərəfindən tənqid edildi. Son qütb tarixçiləri Amundsen dəstəsinin bacarıq və cəsarətini hər tərəfli qəbul etdilər; bunun nəticəsidir ki, qütbdə yerləşən daimi elmi bazaya Skottla birlikdə onun adı verilmişdi.
Arxa plan
[redaktə | mənbəni redaktə et]Atası gəmi sahibi olan Amundsen 1872-ci ildə Norveçin paytaxtı Kristianiyadan (indiki Oslo) 80 km aralıqda yerləşən Fredrikstadda dünyaya göz açmışdır.[4] 1893-cü ildə Kristianiya Universitetindəki tibb təhsilini yarımçıq qoymuş və Arktikaya səyahət üçün suiti ovlayan Maqdalena gəmisinə dənizçi olaraq yazılmışdı. Bir neçə uzaq məsafəli dəniz səyahətindən sonra o, ikinci kapitan köməkçisi seçildi, dənizdə olmadığı müddətdə Norveçin Hardangervidda platosunun sərt mühitində krossover kimi bacarıqlarını inkişaf etdirdi.[5] 1896-cı ildə, həmyerlisi Frityof Nansenin qütb səyahətlərindən ilhamlanan Amundsen Belçika Antarktida Ekspedisiyasına, Adriyan de Gerlaçın rəhbərliyi altında Belçika gəmisinə kapitan köməkçisi kimi qoşuldu.[6] 1898-ci ilin əvvəlində gəmi Bellinshauzen dənizində üzən iri buz qayalarına ilişdi və demək olar ki, bir ilə yaxın burada hərəkətsiz qaldı. Beləliklə, ekspedisiya istəmədən də olsa ilk dəfə Antarktika sularında tam bir qışı keçirərək ekipaj arasında sinqa xəstəliyi, aclıq, dəlilik və depresiya ilə müşayiət olunan bir dövrdən keçdi.[7] Amundsen soyuqqanlılığını qorudu, hər şeyi qeyd etdi və qütb kəşfiyyat texnikasının, xüsusən köməkçi geyimlər, geyim və qidalanmanın bütün aspektlərində alınan bir təlim kimi bu təcrübədən gələcəkdə istifadə etdi.[8]
Belçikanın səyahəti Antarktika Kəşfiyyatının Qəhrəmanlıq dövrü olaraq bilinən dövrün başlanğıcı olaraq qəbul edilir. Bu səyahət İngiltərə, İsveç, Almaniya və Fransa kimi ölkələrin də ekspedisiyalara başlamağına səbəb oldu. Ancaq 1899-cu ildə Norveçə qayıdarkən Amundsen diqqətini şimala çevirdi. Ekspedisiya aparmaq bacarığına inamla, o, şimal Kanada adalarının labirintləri vasitəsi ilə Atlantikdən Sakit okeana gedən, o vaxta qədər kəşf edilməyən dəniz marşrut yolu Şimal-Qərb keçidinə səyahət planlaşdırdı. Kapitanının razılığını aldıqdan sonra Amundsen Arktika səyahəti üçün nəzərdə tutduğu, Gjøa adındakı yelkənli gəmidən istifadə etmə haqqını aldı. O, İsveç və Norveç Kralı Oskarın himayəsini, Nansenin dəstəyini və altı nəfərlik bir heyət ilə 1903-cü ilin iyununda yola salınması üçün kifayət qədər maliyyə dəstəyini təmin etdi.[9] Səyahət 1906-cı ilə qədər davam etdi və tamamilə uğurlu oldu; əsrlər boyu dənizçilərini məğlub edən Şimal-Qərb keçidi nəhayət fəth edildi.[10] 34 yaşında Amundsen qütb tədqiqatçıları içərisində birinci dərəcəli milli qəhrəman oldu.[9]
1906-cı ilin noyabrında amerikalı Robert Piri Şimal qütbü üçün son müvəffəqiyyətsiz tədqiqatından qayıtdı və 87 ° 6′-ni yeni ən şimal nöqtə olduğunu iddia etdi – hansı ki, bu rekord sonrakı tarixçilər tərəfindən mübahisələrə səbəb olmuşdu.[11] O, dərhal daha bir cəhd üçün vəsait toplamağa başladı.[12] Belçika gəmisindəki Amundsenin keçmiş gəmiçi yoldaşı Frederik Kuk 1907-ci ilin iyulunda guya ov səfəri ilə əlaqədar olaraq şimala yola çıxsa da, bunun Şimal qütbünün fəthi cəhdi olduğu şayələri dolanırdı.[13] Bir ay sonra Ernest Şekltonun Nimrod Ekspedisiyası Antarktikaya getdi, Robert Falkon Skott isə Şekltonun uğursuz olması halında daha bir ekspedisiya hazırladı.[14] Amundsen cənubda britaniyalılara prioritet vermək üçün heç bir səbəb görmədi və Antarktika ekspedisiyasına başlamağın perspektivləri barədə açıq danışdı — baxmayaraq ki, onun seçdiyi əsil hədəf Şimal qütbü olaraq qalırdı.[15]
Hazırlıqlar
[redaktə | mənbəni redaktə et]Nansen və Fram
[redaktə | mənbəni redaktə et]1893-cü ildə Nansen gəmisi Framı şimali Sibir sahillərindəki Arktika dəniz buzlaqlarının yanıyla sürdü və bu da ona Qrenlandiyaya doğru buzlu marşrut içərisində getməyə şərait yaratdı. Nansen inanırdı ki, bu marşrut onu Şimal qütbünə aparacaq. Ancaq bu istiqamət onları qütbə yaxınlaşdırmadı. Nansen və Hyalmar Cohansenin piyada çatmaq cəhdi də uğursuz oldu.[16] Buna baxmayaraq, Nansenin strategiyası Amundsenin öz Arktika planlarının əsasını təşkil etdi.[17] O, Nansenin başlanğıc nöqtəsinin şərqində yerləşən Berinq boğazından keçərək Şimal Buzlu okeanına girsə, gəmisinin daha şimala üzməyə nail olacağını və qütbün yaxınlığından və ya üzərindən keçəcəyini söylədi.[18]
Amundsen Framın belə bir iş üçün yararlı yeganə gəmi olduğunu israr edən Nansenlə məsləhətləşdi. Fram Nansenin tələb xüsusiyyətlərinə uyğun olaraq, Norveçin qabaqcıl gəmi inşaatçısı və dəniz memarı olan Kolin Arçer tərəfindən 1891–93-cü illərdə Arktika şəraitinin ən sərt mühitinə davamlı bir gəmi kimi hazırlanmış və inşa edilmişdir.[19] Gəminin ən fərqli xüsusiyyəti, Nansenə görə, gəminin "buzun qucağından ilan balığı kimi sürüşməsinə" imkan verən yumru gövdəsi idi.[20] Əlavə güc üçün gövdə Cənubi Amerikanın həmişəyaşıl ağacları ilə örtülmüş, mövcud ən sərt ağaclar və uzunluğu boyunca çarxlarla bərkidilmiş və dayaqlar quraşdırılmışdır. Gəminin ümumi uzunluğu 128 fut (39 m) ilə müqayisədə 36 fut (11 m) olan geniş eni ona çox qəribə bir görünüş verir di.[20] Bu forma onun buzdakı gücünü artırsa da, açıq dənizdəki hərəkətinə mənfi təsir etdi. Çünki gəmi həddindən artıq ləng hərəkət edir və ən narahat şəkildə öz istiqamətini dəyişirdi.[21] Bununla birlikdə, görünüşü sürəti və üzmə keyfiyyətləri bir neçə il ərzində davam edə bilən səyahət zamanı ekipaj üçün etibarlı və isti bir sığınacaq təmin etdiyindən dolayı ikinci dərəcəli olaraq qalırdı.[22]
Fram Nansenin, təxminən, üç il qütb buzlaqları arasında keçən ekspedisiyasından, demək olar ki, yararsız bir vəziyyətə düşmüşdü. Geri qayıtdıqdan sonra Otto Sverdrupun komandanlığı altında dörd il keçirmədən əvvəl yenidən təmir edilən gəmi[21] şimali Kanada adalarında 100.000 kvadrat mil (260.000 km²) məskunlaşmamış ərazini sxemləşdirərək tədqiq etdi.[23] 1902-ci ildə Sverdrupun səfəri başa çatdıqdan sonra Fram Kristianiyada dayandı.[18] Gəmi texniki cəhətdən dövlətin mülkü olsa da, Nansenin ilk tələbindən sonra tez bir zamanda qəbul edildi. O, 1896-cı ildə Arktikadan qayıtdıqdan sonra Framı Antarktidaya ekspedisiyaya aparmaq istədi, lakin 1907-ci ilə kimi bu ümidlər puç oldu.[18] Həmin ilin sentyabrında Amundsen Nansenin evinə çağrıldı və gəminin istifadə edilə biləcəyi bildirildi.[24]
İlk addımlar
[redaktə | mənbəni redaktə et]Amundsen planlarını 10 noyabr 1908-ci ildə Norveç Coğrafiya Cəmiyyətinin iclasında açıqladı. Framı Horn burnu ətrafından Sakit okeana aparacaqdı, San-Fransiskoda ön tədarük hazırlığından sonra gəmi Berinq boğazından keçərək Barrou burnuna qədər şimala davam edəcəkdi. Buradan dörd-beş il davam edə biləcək dəniz səyahətinə birbaşa başlamaq üçün buzlaqlar içərisindəki marşrutunu təyin edəcəkdi. Davamlı müşahidələr kimi elmi tədqiqatlar coğrafi tədqiqatlar qədər vacib idi. Amundsen bununla bir sıra problemlərin həllini tapmağı ümid edirdi.[25] Səyyahın bu planı cəmiyyət tərəfindən böyük canfəşanlıqla qəbul edildi və ertəsi gün Kral Haakon [c] 20.000 kron hədiyyə ilə ianə toplama kampaniyası başlatdı. 6 fevral 1909-cu ildə Norveç parlamenti gəminin yenidən təmir etdirilməsi üçün 75.000 krona qədər yardım qərarını qəbul etdi.[27] Ekspedisiyanın ümumi maliyyələşdirmə və iş rəhbərliyi Amundsenin qardaşı Leonun öhdəliyinə verildi ki, tədqiqatçı təşkilatın daha praktik cəhətlərinə fokuslana bilsin.[28]
1909-cu ilin mart ayında Şekltonun geri dönmədən əvvəl Cənub qütbündən 97 dəniz mili (180 km) aralıya — 88 dərəcə cənub enliyinə çatdığı elan edildi. Beləliklə, Amundsenin müşahidəsinə görə "qütbə çox az bir künc qalmışdı".[29] O, Şekltonun bu uğurunu səmimi şəkildə tərifləyərkən Şekltonu şimaldakı Nansenon cənubdakı ekvivalenti olduğunu qeyd etdi.[30] Cənub qütbünün bu qədər yaxınından keçilib fəth edilməməsindən dərhal sonra Skot bu az məsafəni əhatə edən və qarşılığında Britaniya İmperiyasından mükafat alacağı bir ekspedisiyaya (Terra Nova Ekspedisiyası adlandırılacaqdı) çıxmaq niyətini bildirdi.[14]
Heyət
[redaktə | mənbəni redaktə et]Amundsen ekspedisiyanın zabitləri olaraq üç dəniz leytenantını seçdi: ikinci komandir olacaq naviqator Torvald Nilsen, Hyalmar Fredrik Qyertsen və Kristian Prestrud. Qyertsen tibbi məlumatı çox az olsa da, ekspedisiya həkimi oldu və cərrahiyyə və stomatologiyada biliklərini artırması üçün "sürətləndirilmiş kurs "a göndərildi.[31] Girişdiyi hər işi həll edə bilməsiylə tanınan, hərbi topçu Oskar Vistinq Prestrudun tövsiyəsi üzərinə dərhal qəbul edildi. Amundsen yazırdı ki, Vistinqin əvvəllər xizək itləri ilə bağlı çox az təcrübəsi olsa da, o özünü bu sahədə inkişaf etdirdi və qısa zaman ərzində həvəskar baytara çevrildi.[32][33]
Ekspedisiya dəstəsinə ilk seçilənlərdən biri təcrübəli dülgər və xizək-qayırma ustası olan çempion xizəkçi Olav Byaland idi.[34] Byaland Norveçin Telemark əyalətindəki Morqedaldan idi. Bu bölgə xizəkçilərinin şücaət və bacarıqları ilə, həmçinin, xizək sürmədə müasir texnikaların öncüllüyünü etmiş Sondre Norheymin vətəni olaraq bilinirdi.[35] Amundsen Nansenin Arktika səyahəti üçün indiyə qədərki ən təsirli nəqliyyat vasitələrinin xizəklər və itlər olduğu fikrini qəbul etdi və ən bacarlıq xizək iti sürücülərini ekspedisiyaya daxil etməyə qərar verdi. Gjøa ekspedisiyasında öz şücaətini sübut edən Helmer Hanssen yenidən Amundsenlə səyahət etməyə razı oldu.[36] Daha sonra itlər üzrə mütəxəssis və Sverdrupun 1898–1902 Fram səyahətinin veteranı olan və Amundsen ilə yalnız San-Fransiskoya qədər səyahət etməyi planlaşdıran Sverre Hassel də ekipaja daxil oldu.[37] Bacarıqlı bir aşpazın əhəmiyyətini nəzərə alan Amundsen Gjøa-da da aşpazlıq etmiş, Sverdrup veteranı Adolf Lindströmün səyahətdə olmasını istədi.[38]
Belçika və Gjøa gəmisindəki təcrübələrindən Amundsen sabit və uyğun yoldaşların uzun səyahətlərdəki əhəmiyyətindən xəbərdar idi[32] və belə təcrübəli mütəxəssislərlə birlikdə ekspedisiyasının əsasını təşkil etdiyini hiss etdi. O, 1909-cu ilə qədər ekipaja yeni peşəkarlar dəvət etməyə dəvam etdi; Fram heyəti sonda cəmi 19 nəfər idi. Gəmi heyətinə seçilənlərin hamısı bir nəfər istisna olmaqla, Amundsenin şəxsi seçimi idi. O istisna bir nəfər də, Nansenin tələbi ilə səyahətə daxil edilən Hyalmar Cohansen idi. Nansen ilə əfsanəvi səyahətindən bəri Johansen ipə-sapa yatmırdı. Nansen və başqalarının ona kömək etmək üçün səylərinə baxmayaraq, onun həyatı içki və borcun arasında gedən bir döngüdəydi.[39] Nansen, keçmiş yoldaşına hələ də bu sahədə bacarıqlı bir işçi olduğunu göstərmək üçün son şans vermək istədi; Nansenin istəklərini rədd edə bilmədiyini hiss edən Amundsen Johanseni həvəssiz qəbul etdi.[32] Ekipajda sadəcə iki əcnəbi var idi: Byön Helland-Hansenin şagirdi olan gənc rus okeanoqrafı Aleksandr Kuçin (və ya Kutçin) və isveçli mühəndis Nat Sandbek.[40][41]
Plan dəyişikliyi
[redaktə | mənbəni redaktə et]1909-cu ilin sentyabrında qəzetlər Kuk və Pirinin hər birinin Şimal qütbünə, 1908-ci ilin aprelində Kukun, bir il sonra da Pirinin çatdığı barədə xəbər yaydılar. Xəbərə şərh verilməsi istənən Amundsen hər iki tədqiqatçını açıq şəkildə təsdiq etməsə də, orada hələ də ediləcək bir şeylərin qaldığını güman etdi.[42] Rəqiblərinin iddiaları ilə bağlı mübahisələrin qarşısını alarkən[d] Amundsen bu xəbərin dərhal öz planlarına ciddi şəkildə təsir edəcəyini gördü. Şimal qütbünü fəth etmək istəyi olmasa, ictimaiyyətin marağını və ya maliyyəsini əldə saxlamaq üçün çox əlləşməli olacaqdı. Amundsen fikirləşirdi ki: "Vəziyyət belədirsə, mənə həll edəcək heç nə qalmamışdı, sadəcə son böyük problem — Cənub qütbünü sınamaq olardı". Beləliklə, Amundsen cənuba getməyə qərar verdi; Arktika səyahəti Cənubi qütbü fəth olunana qədər "bir-iki il" gözləyə bilərdi.[45]
Amundsen plan dəyişikliyini ictimailəşdirmədi. Scottun bioqrafı David Kreynin qeyd etdiyi kimi, ekspedisiyanın dövlət və özəl maliyyəsi Arktikada elmi işlərə yönəldilmişdi; dəstəkləyənlərin təklif olunan 180 dərəcəlik plan dəyişikliyini anlayacaqlarının və ya razı olacaqlarının zəmanəti yox idi.[46] Bundan əlavə, dəyişdirilmiş hədəf Nansenin Framından istifadəni[47] və ya parlamentin Skotta xələl gətirməkdən və İngilisləri incitmək qorxusundan ekspedisiyanı dayandırmasına səbəb ola bilərdi. Amundsen niyyətini qardaşı Leon və ikinci kapitanı Nilsendən başqa hər kəsdən gizlətdi.[48]
Şəxsi olaraq yenidən qurulan ekspedisiya cədvəlinə görə Framın Norveçdən 1910-cu ilin avqustunda ayrılması və son liman dayanacağı olan Atlantika dənizindəki Madeyraya getməsi lazım idi. Oradan gəmi Amundsen əsas düşərgəsini düzəltmək niyyətində olduğu Ross Buz Rəfindəki (o zaman "Böyük Buz Baryeri" adı ilə tanınan) girən Vaytlar Körfəzinə, Antarktidadakı Ross Dənizinə birbaşa gedəcəkdi. Vayt körfəzi, Ross dənizindəki gəminin Skottun McMurdo Səsdəki nəzərdə tutulan bazasından 60 mil məsafəyə (110 km) yaxın məsafəyə girə biləcəyi ən cənub nöqtəsi idi.[48]1907–09-cu illərdə Shackleton Whales buxtasındakı buzu qeyri-sabit hesab edirdi, lakin Şackletonun qeydlərini araşdıran Amundsen buradakı maneənin şoal və ya skerry üzərində qurulduğunu və təhlükəsiz və etibarlı bir dayaq olacağını qərara aldı.[48][e] Sahil partiyasına enəndən sonra Fram, gələn ilin əvvəlində sahil partiyasını almadan əvvəl Atlantikada okeanoqrafik iş aparmalı idi.[48]
Nəqliyyat, avadanlıq və tədarük
[redaktə | mənbəni redaktə et]Amundsen ingilis kəşfiyyatçıların itlərə qarşı olan istəksizliyini başa düşmürdü: "Ola bilər ki, it öz sahibini başa düşə bilməsin? Yoxsa, sahibi itini anlaya bilmirdi?" deyə öz qeydlərində yazmışdı.[51] Cənuba getmək qərarından sonra o, 100 ən yaxşı və ən güclü Şimali Qrenlandiya xizək itinin səyahətə daxil olmasını əmr etdi.[52]
Dəstənin xizək çəkmələri Amundsen tərəfindən xüsusi olaraq hazırlanmış, onun mükəmməllik axtarışındakı iki illik sınaq və modifikasiyasının nəticəsi olmuşdur.[53] Tədqiqat dəstəsinin qütb geyimlərinə Şimali Qrenlandiyadan gələn dəri paltarları və Netsilik İnuit tərzində şimal maralı dərilərindən, canavar dərilərindən, Burberry parça və qabardindən hazırlanan geyimlər daxil idi.[54] Xizəklərin qolluqları Norveç göyrüşündən, alt hissələri Amerika karyasından hazırlanmışdır. Karyadan hazırlanan xizəklər buzlaqlardakı yarıqlara ilişmə ehtimalını da azaldırdı.[55] Çadırlar — "indiyə qədər istifadə olunan ən möhkəm və ən əlverişli çadırlardır"[56] — döşəməyə quraşdırılmış tək dirəkli idi. Amundsen qütbə səyahət zamanı yemək bişirmək üçün çox yer tutacağını düşündüyü Nansenin quraşdırdığı sobadan deyil, İsveç Primus sobalarından istifadə etdi.[57]
Amundsen Belçikadakı təcrübələrindən sinqanın təhlükələrinə bələd idi. Xəstəliyin əsas səbəbinin C vitamini çatışmazlığı olduğu o vaxt başa düşülməsə də, təzə ət yeməklə ona qarşı mübarizə aparmağın mümkün olduğu bilinirdi.[58] Buna görə Amundsen xizəkçilərin qida rasionuna günlük, müntəzəm olaraq suiti əti yeyilməsini əlavə etdi.[59] O, həmçinin, tərkibində tərəvəz və yulaf yarması da olan xüsusi növ döyülmüş-qurudulmuş ətin hazırlanmasını da əmr etdi: "Daha çox stimullaşdırıcı, qidalandırıcı və iştahaaçan bir yemək tapmaq mümkün olmazdı".[60] Ekspedisiya həm dərman kimi istifadə edilsin, həm də bayram və digər əlamətdar günlər qeyd edilə bilsin deyə şərab və spirtli içkiylə yaxşı təmin olunmuşdu. Belçikada heyət əhvali-ruhiyyəsinin çökdüyünü xatırlayan Amundsen asudə vaxtları keçirmək üçün 3000 kitabdan ibarət bir kitabxana, çox sayda mahnısı olan qrammafon və bir sıra musiqi alətlərini də səyahət tədarükünə daxil etdi.[61]
Yola düşmə
[redaktə | mənbəni redaktə et]Yola düşməyə aylar qalmış ekspedisiya üçün fond tapmaq daha da çətinləşmişdi. Məhdud ictimai maraq səbəbiylə məsələylə bağlı qəzet xəbərləri ləğv edilirdi. Üstəlik, parlament də 25 000 kronluq əlavə yardım istəyini geri çevirmişdi. Amundsen ekspedisiyanın baş tuta bilməsi üçün öz evini ipotekaya qoymuşdu. İndi onun maliyyə vəziyyətinin tamamilə məhv olmaması üçün tək yol ekspedisiyanın müvəffəqiyyəti idi.[62]
Farm Atlantik okeanının şimalında bir aylıq sınaq kruizinə çıxdıqdan sonra, 1910-cu il iyul ayının sonlarında itləri gəmiyə almaq və son hazırlıqlarını tamamlamaq üçün Kristiansanda yola düşdü. Amundsen Kristiansandda olarkən qardaşı Buenos Ayresdə Norveç Naziri olan, norveçli mühacir Piter "Don Pedro" Xristofersendən kömək təklifi aldı. Xristofersenin Framı həm Montevideoda, həm də Buenos Ayresdə yanacaq və digər avadanlıqlarla təmin etmə təklifi Amundsen tərəfindən böyük məmnuniyyətlə qarşılandı.[63] Fram 9 avqustda yola çıxmadan bir qədər əvvəl Amundsen ekspedisiyanın əsl hədəfini iki kiçik zabit Prestrud və Qyertsenlə bölüşdü. Madeyradan Funşala dörd həftəlik səyahətdə bəzi hazırlıqların mənasını verə bilməyən və sualları məmurlarından yayındırılan cavablarla qarşılanan heyət arasında qeyri-müəyyən bir əhvali-ruhiyyə meydana gəldi. Amundsenin bioqrafı Roland Huntford bunun "şübhə və aşağı əhval yaratmaq üçün kifayət olduğunu" söyləyirdi.[64]
Fram sentyabrın 6-da Funşala çatdı.[65] Üç gün sonra Amundsen yenidən qərarlaşdırılmış plan barədə ekipajı məlumatlandırdı. O, onlara hələ də son təyinat yeri olan Şimal qütbünə gedərkən Cənub qütbünə "gəzinti" etmək istədiyini söylədi, lakin bir müddət gözləməli oldu.[66] Amundsen yeni təkliflərini açıqladıqdan sonra hər bir üzvdən davam edib etməmək barədə qərar verməsi istənildi və hamısı müsbət cavab verdi.[65] Amundsen Nansenə uzun bir izahat məktubu yazaraq, Şimal qütbünün Kuk və Piri tərəfindən fəth edilməsi iddialarının öz planlarına necə ağır bir zərvə vurduğunu qeyd etdi. Amundsen bu hərəkəti etməyə məcbur edildiyini hiss etdi və bağışlanılmaq istədi. O inanırdı ki, Cənub qütbündə müvəffəqiyyət qazanması onun bütün günahlarını yuyacaq.[67]
9 sentyabrda Funşaldan ayrılmadan əvvəl Amundsen Skotta plan dəyişikliyini bildirmək üçün teleqram göndərdi. Skottun gəmisi Terra Nova 15 iyun tarixində Kardiffi tərk etmişdi və oktyabrın əvvəlində Avstraliyaya çatmalıydı. Melburnda Amundsen cənuba doğru getdiyi barədə açıq məlumatlar olan teleqramını göndərdi.[68] Səyyahın planları və ya Antarktida istiqaməti barədə heç bir məlumatın verilməməsi xəbəri[69][70] Skot tərəfindən Kral Coğrafiya Cəmiyyətinin katibi, Con Skott Keltiyə göndərildi:"Düşünürəm ki, zamanı gələndə biləcəyik". Amundsenin yenidən cızdığı planları haqqında xəbərlər oktyabrın əvvəlində Norveçə çatdı və ümumi olaraq, qərəzli reaksiyalara səbəb oldu. Nansen xeyir-dua verdiyini və səmimi şəkildə razılığını bildirsə də,[71] Amundsenin hərəkətləri mətbuat və ictimaiyyət tərəfindən, əsasən, qınanıldı və maliyyə dəstəyi tam olaraq kəsildi.[72] Gözlənildiyi kimi, İngiltərədən gələn reaksiyalar düşmən mövqedə idi; Keltinin ilk başda ifadə etdiyi inamsızlıq tez bir zamanda qəzəb və nifrətə çevrildi. "Mən Amundsenin gizli hərəkətləri ilə bağlı təfərrüatları Skotta göndərdim. Skottun yerində olsaydım, onları quruya buraxmazdım", keçmiş nüfuzlu RGS prezidenti Klement Markhalm yazdı.[73] Dünyadakı reaksiyalardan xəbərsiz olan Fram dörd ay cənuba doğru üzdü. İlk aysberqlər 1911-ci ildə Yeni İl günü, buz sədlər isə 11 yanvarda göründü. 14 yanvarda isə Fram artıq Balina buxtasında idi.[74]
İlk mövsüm, 1910–1911
[redaktə | mənbəni redaktə et]Framheym
[redaktə | mənbəni redaktə et]Fram buxtanın cənub-şərq küncündə buzlarla örtülü sahilə lövbər saldıqdan sonra gəmidən 2,2 mil (4,1 km) məsafədə ekspedisiyanın əsas məskəni üçün bir yer seçdi.[75] Altı dəstə it dəstəni əraziyə köçürmək üçün istifadə edildi, çünki sığınacağın qurulma işləri başlamışdı. Byaland və Stubberud meylli yerləri düzəldərək buzun dərinliyinə doğru qalacaqları yerin təməlini qoydu. Küləklər, əsasən, şərqdən gəldiyi üçün daxma şərq-qərb oxunda, qapı qərbə açılacaq şəkildə quruldu. Bu şəkildə külək yalnız daha alçaq olan şərq divarını vururdu.[76] Dam 21 yanvar tarixində artıq quraşdırılmışdı və altı gün sonra sığınacaq tam hazır vəziyyətdə idi.[77] Sahil dəstəsinin istifadəsi, həm də qütbə səyahət etmədən yüklərin daşınması üçün bu vaxta qədər böyük bir ət ehtiyatı, o cümlədən 200 suiti bazaya gətirildi.[78] Baza Framheym, yəni "Framın evi" adlandırıldı.[79]
3 fevral səhəri tezdən Terra Nova gözlənilmədən Balina buxtasına gəldi. Gəmi 29 noyabr 1910-cu ildə Yeni Zelandiyadan yola düşmüş və yanvar ayının əvvəllərində Mak-Medro boğazına çatmışdı. Skott və onun əsas dəstəsini quruya endirdikdən sonra Terra Nova Viktor Kampbellin rəhbərlik etdiyi 6 nəfərlik qrupu VII Eduard yarımadasının şərqinə doğru aparmışdı. Bu qrupun əsas məqsədi indiyə qədər çox bilinməyə ərazinin geniş tədqiqi olsa da, bu istək sahilə yaxınlaşan iri dəniz buzlaqları tərəfindən əngəllənmişdi. Gəmi Fram ilə qarşılaşanda Səddin kənarı boyunca qərbə doğru üzərək quruya enmək üçün uyğun bir yer axtarışında idi.[80] Skott ilk başda Amundsenin Ueddell dənizində, yəni qitənin tam əks tərəfində olduğunu düşünürdü.[81] Bu onu göstərirdi ki, norveçlilərin belə bir yarış içində olması britaniyalılar üçün heç də yaxşı əlamət deyildi.[82] İki qrup bir-birlərinə çox mülayim münasibət göstərdi; birinci, Kampbell və onun zabitləri Harri Penell ve Corc Murrey Levik Framda səhər yeməyi yedi, əvəzində də Terra Novada günorta yeməyi yeyildi.[83] Amundsen Terra Novanın simsiz radiosunun olmadığını öyrənəndə rahatlanmışdı, çünki radionun olmağı onun qütbü ilk fəth edən insan xəbəri olma strategiyasını korlaya bilərdi.[84] Ancaq o, Kampbellin Skottun motor quraşdırılan xizəklərinin çox yaxşı işləməsi xəbərindən xeyli narahat olmuşdu.[85] Bütün bunlara baxmayaraq, Amundsen britaniyalılara Framheymin yanında VII Eduard yarımadasının tədqiqi üçün baza qurmağı təklifi etsə də, Kampbell təklifi geri çevirdi və Amundsenin harada olmasıyla bağlı xəbəri Skotta çatdırmaq üçün Mak-Medro boğazına yola düşdü.[86]
Yük səfərləri
[redaktə | mənbəni redaktə et]Amundsen gələn yay qütbü fəth etmək üçün apardığı hazırlıqlar çərçəvəsində fevral ayının əvvələrində Sədd boyunca yükdaşıma işlərini təşkil etməyə başladı. Proqnozlaşdırılan marşrutda əvvəlcədən müntəzəm olaraq qurulmuş tədarük anbarları Cənub qütb dəstəsinin daşımalı olduğu ərzaq və yanacağın miqdarını məhdudlaşdırardı. Depo səfərləri heyət, it və avadanlığın ilk əsl sınağı olacaqdı. 10 fevralda başlayan ilk səyahət üçün Amundsen onu müşayiət etmək üçün Prestrud, Helmer Hanssen və Yohanseni seçdi; 3 xizək 18 it tərəfindən çəkiləcəkdi.[87] Getmədən əvvəl Amundsen Fram ilə bağlı təlimatları Nilsenə tapşırdı. Gəmi Cənub okeanında okeanoqrafik iş proqramı həyata keçirmədən və 1912-ci ildə mümkün qədər erkən Səddə qayıtmadan əvvəl yenidən təmir üçün Buenos-Ayresə üzməli idi.[88][f]
Dörd nəfər cənub səfərinə başlayanda Sədd barədə yeganə məlumat əvvəlki tədqiqatçıların nəşr etdikləri kitablarda olan qədər idi, buna görə də, çətin səyahət şərtlərinə hazır idilər. Sədd səthinin adi bir buzlaq kimi olduğunu görəndə təəccübləndilər; ilk gündən 15 dəniz milini (28 km) qət etməyə müvəffəq oldular.[90] Amundsen itlərinin bu şərtlərdə nə qədər yaxşı işlədiyini qeyd etdi və ingilislərin Səddə itlərdən istifadəyə bu qədər biganə olmaqlarını başa düşə bilməmişdi.[91] Dəstə fevralın 14-də 80 °Cənub enliyinə çatdı və anbarı yerləşdirdikdən sonra 16 fevralda Framheymə qayıtdı.[92]
İkinci tədarük anbarını daşıyan dəstə fevralın 22-də səkkiz nəfər, yeddi xizək və qırx iki it ilə Framheymdən ayrıldı.[93] Səddəki havanın vəziyyəti kəskin pisləşdi; orta temperatur 9 °C (16 °F) aşağı düşmüş[94] və yağan qar əvvəlki hamar buz səthində yeriməyi xeyli çətinləşdirmişdi. Bəzən −40 °C (−40 °F) qədər aşağı düşən temperatura baxmayaraq, dəstə martın 3-də 81 °Cənub enliyinə çatdı və burada ikinci anbarı qurdu.[95] Amundsen, Helmer Hanssen, Prestrud, Yohansen və Vistinq daha sonra 83 °Cənub enliyinə çatmağı ümid edərək ən güclü itlərlə davam etsələr də, kəskin hava şəraitindən dolayı 8 martda 82 °Cənub enliyində dayanmalı oldular.[95] Amundsen xizək itlərinin gücdən düşdüyün gördü,[96] dəstə düşərgəyə qayıtdı və yüngül xizəklərlə 22 martda Framheymə çatmaq üçün sürətlə sürdü.[97] Amundsen yaxınlaşan qütb gecəsindən əvvəl cənuba daha çox tədarükün daşınmağını istədi və Yohansenin rəhbərlik etdiyi yeddi nəfərlik bir qrup 80 ° enliyə 6 ədəd kəsilmiş suitini — 2400 funt (1100 kq) əti çatdırmaq üçün Framheymi tərk etdi.[98] Dəstə 11 apreldə, gözlənildiyindən üç gün sonra — buz yarıqları sahəsinə düşdükdən sonra geri döndü.[99]
Ümumilikdə, tədarükün daşındığı səyahətlərdə 7500 funt (3400 kq) miqdarda üç anbar quruldu, bunlara 3000 funt (1400 kq) suiti əti və 40 ingilis qallonu (180 L) ağ neft daxil idi.[97] Amundsen səyahətlərdən çox şey öyrəndi, xüsusən də itlərin çox ağır olan xizəklərdə çətinlik çəkdiyini gördüyü ikinci səyahətdə. O, qütb səyahəti üçün, lazım gələrsə, adamların sayını azaldıb, itlərin sayını artırmaq qərarına gəldi.[100] Səyahətlər zamanı Yohansen və Amundsen arasında tez-tez fikir ayrılıqları yaranırdı. İkinci yükdaşıma səyahətində Yohansen avadanlıqların qənaətbəxş olmamasından açıq şəkildə şikayət etdi. Amundsen bunu səlahiyyətlərinə qarşı bir etiraz olaraq qəbul etdi.[101][102]
Qış
[redaktə | mənbəni redaktə et]Framheymin üzərində 21 apreldə batan günəş 4 ay ərzində görünməyəcəkdi.[103]Amundsenın Belçika espedisiyanın buzlaqlar içərisində keçirdiyi qışı məhv edən əhvali-ruhiyyə itkisi və cansıxıcılığı yaxşı xatırlayırdı. Buna görə də, xizəklərlə bağlı hər hansısa bir i iş olmasa belə, dəstənin məşğul qalmağı vacib idi.[104] Yükdaşınması zamanı yaxşı işləməyən xizəklərin təmir edilməsi tək təcili iş idi. Belə xüsusi olaraq seçilmiş ekspedisiyaya əlavə olaraq, Amundsen özüylə birlikdə Sverdrupun 1898–1902-ci ildəki Fram ekspedisiyasında istifadə edilən xizəklərdən bir neçəsini gətirmişdi. İndi o, işi davam etdirmək üçün bu ləvazimatların daha uyğun olacağını düşünürdü. Byaland tirləri rəndələməklə, demək olar ki, bu köhnə xizəklərin çəkisini 3 dəfə azaltmış və özündə bir az artıq qalan karya odunundan 3 ədəd xizək hazırlamışdı. Byalandın təzə quraşdırdığı xizəklərin səyahətin son mərhələsində qütb platosunun özündə istifadə edilməsi planlaşdırılarkən, uyğunlaşdırılmış xizəklər Səddi keçmək üçün istifadə edilməliydi.[105] Digərləri qoruyucu eynəklər, çəkmə, bişirmə avadanlıqları, xizək və çadırların son təmir işlərini apararkən,[106] Yohansen səyahət üçün ərzaq payını (42 000 biskvit, 1320 qurudulmuş ət konservi və təxminən 100 kq şokolad) hazırladı.[107] Sinqanın təhlükələrinə qarşı dəstə gündə iki dəfə qışın başlanğıcından əvvəl böyük miqdarlarda dondurulmuş və saxlanılmış suiti əti yeyirdi. Aşbaz Lindström adamların C vitamini qəbulunu gücləndirmək üçün qablaşdırılmış sarı böyürtkən və qaragilə hazırlamışdı. Bundan əlavə, təzə mayadan hazırlanmış kəpəkli un çörəyi də B vitamini ilə zəngin idi.[108][109]
Amundsen öz adamlarına və avadanlıqlarına güvənsə də, Hasselə görə o, Skottun motorlu xizəklərinin və bu xizəklərin Britaniya dəstəsini uğura aparacağı qorxusunun dərdini çəkirdi.[110] Bu düşüncəylə Amundsen ağlında qütb səyahətinə avqustun sonlarında, gün çıxan kimi başlamağı planlaşdırmışdı, baxmayaraq ki, Yohansen onu Səddin mövsümün belə erkən bir vaxtında çox soyuq olacağı barədə xəbərdarlıq etmişdi. Amundsen onu rədd etmiş və 24 avqust gün doğuşunda 7 xizək hazır hala gətirilmişdi.[111] Yohansenin narahatçılığı yersiz deyildi, çünki kəskin hava şəraiti (temperatur −58 °C-ə (−72 °F) qədər aşağı düşürdü) iki həftə ərzində dəstənin bazanı tərk etməsinə əngəl olmuşdu.[112] 1911-ci il sentyabrın 8-də temperatur −27 °C-ə (−17 °F) yüksələndə Amundsen daha çox gözləməməyə qərar verdi və 8 nəfərlik qrup səyahətə başladı. Lindström Framheymdə tək qaldı.[111]
İkinci mövsüm, 1911–1912
[redaktə | mənbəni redaktə et]Səhv başlanğıc
[redaktə | mənbəni redaktə et]Hər gün 15 dəniz mili (28 km) məsafə qət edən dəstə yaxşı başlanğıc etmişdi. İtlər elə sürətli qaçırdı ki, ən güclü dəstələrdən bəziləri maşrutu da keçərdi. Belə itlər yenidən xizəklərə taxılırdı.[113] Canavar və qütb maralı dərilərinin içərisindəki adamlar hərəkət edərkən soyuq temperatura dözə bilsələr də, dayananda əziyyət çəkir və gecələri çox çətin yatırdılar. İtlərin pəncələri buz tutmuşdu.[111] 12 sentyabrda temperatur −56 °C-ə (−69 °F) enəndə sadəcə 4 dəniz mili (7.4 km) gedən dəstə ayaq saxladı və sığınacaq üçün iqlular tikməyə başladı.[113] Amundsen o zaman səyahətə mövsüm baxımından çox erkən çıxdıqlarını başa düşdü və Framheymə qayıtmağa qərar verdi. O, öz inadkarlığına görə adamları və itlərinin həyatını riskə atmaq istəmirdi.[114] Yohansen öz günlüyündə belə tarixi və uzun bir səyahətə vaxtından çox-çox əvvəl çıxmağın axmaqlığını və ingilisləri məğlub etmə düşgünlüyünün təhlükələrindən yazmışdı.[115] Dəstə 14 sentyabrda Framheymə qayıdarkən xizəkləri yüngülləşdirmək üçün avadanlıqlarının çoxunu 80°Cənub enliyindəki anbarda qoydu. Növbəti gün güclü üzbəüz küləkli, dondurucu temperaturda donaraq ölən bir neçə it davam etməyə gücü qalmamış başqa itlərlə dəyişdirilərək, xizəklərə qoşuldu.[116] 16 sentyabrda Amundsen Framheymin 40 dəniz mili (74 km) uzaqlığına çatan dəstəsinə mümkün qədər tez bir şəkildə bazaya sürmək əmri verdi. O, öz xizəyi olmadığı üçün Vistinqin xizəyinə minmiş və hər kəsi geridə qoyan Helmer Hanssen və onun komandasını ötüb keçmişdi. Üç nəfər doqquz saat sonra, onlardan iki saat sonra Stubberud və Byaland və bir azdan da Hassel Framheymə gəlib çatmışdı.[117] Yohansen və Prestrud yanacaq və ərzaqsız bir halda buzlaqların arasında çöldə qalmışdı. Prestrudun itləri uğursuz olmuş, dabanları çox pis donmuşdu. Onlar Framheymə gecə yarısı, bazaya qayıtmaq üçün yola çıxdıqdan 17 saat sonra Framheymə gəlmişdilər.[118]
Növbəti gün Amundsen Yohansendən onun və Prestrudun niyə bu qədər gec olduğunu soruşdu. Yohansen əsəbi bir şəkildə onların tərk edildiyini düşündüyünü dedi və lideri adamlarını arxada qoyduğu üçün belə cəzalandırdığını dedi.[119] Amundsen daha sonra Nanseni Yohansenin "şiddətli itaətsizlik" göstərdiyini dedi, nəticə olaraq da, Yohanseni qütb dəstəsindən uzaqlaşdırdı. Beləliklə, Amundsenin komandası 5 nəfər qaldı.[120] Yohansen Prestrudun nəzarətinə verildi. Prestrud VII Eduard yarımadasını tədqiq edəcək dəstədə Yohansendən aşağı rütbədə idi. Amundsen, Helmer Hanssen, Byaland, Hassel və Vistinqi tərk edən Stubberud onların qütb dəstəsinə qoşulmağa razı salınmışdı.[121]
Cənub qütbü səfəri
[redaktə | mənbəni redaktə et]Səddlər və dağlar
[redaktə | mənbəni redaktə et]Amundsen səyahətə yenidən başlamağa nə qədər həvəsli olsa da, oktyabrın ortasına, payızın ilk qədəmlərinə qədər gözlədi. O, 15 oktyabrda yenidən yola çıxmağa hazır idi, ancaq hava şəraitinə görə bir neçə gün daha səyahəti təxirə saldı.[122] 1911-ci il 19 oktyabrda 5 adam, 4 xizəyə qoşulmuş 52 itlə birlikdə səfərə başladı.[123] Hava tezliklə pisləşdi və güclü dumana girən dəstə Yohansenin anbar dəstəsinin keçən payız kəşf etdiyi buzlaq yarıqlarının içərisində ilişib qaldı.[124] Vistinq sonralar Amundsenlə birlikdə sürdüyü xizəyin altlarındakı qar körpü qırılanda yarğanın aşağısında necə itdiyini xatırlamışdı.[124]
Bu bədbəxt hadisəyə baxmayaraq, onlar 15 dəniz mili (28 km) qət etməyə müvəffəq olmuş və 82°Cənub enliyindəki anbara 5 noyabrda çata bilmişdilər. Onlar öz maşrutlarını 3 mil intervalla yerləşən, qar bloklardan tikilmiş təpə sırasıyla işarələdilər.[125][126] 17 noyabrda dəstə Səddin kənarına çataraq, Transantarktika dağları ilə qarşılaşdı. Şeklton tərəfindən tapılan Birdmor buzlaq yolundan istifadə edən Skottan fərqli olaraq Amundsen dağlar boyunca öz maşrutunu cızmalı oldu. Dağların ətəklərini bir neçə gün sınadıqdan və 1500 fut (460 m) dırmaşdıqdan sonra dəstə onlar üçün daha rahat olan, platonun yuxarılarına tərəf 30 dəniz mili (56 km) uzanan dik buzlaq marşrutunu gördülər. Amundsen bu buzlağa onların səyahətini maliyələşdirən başçılardan Aksel Heyberqin adını verdi.[127][g] Buranı dırmaşmaq komandanın gözlədiyindən daha çətin oldu. Uzun dolanbaclı yolları 3 günd qət edən dəstə nəhayət buzlağın zirvəsinə gəlib çata bilmişdi.[127] Amundsen öz itlərinə qarşı böyük rəğbət hissi duyur və onların belə bir şəraitdə işləməyəcəyi düşüncəsini xor görürdü. Çünki dəstə 21 noyabrda artıq 17 mil qət etmişdi və 5000 fut (1500 m) dırmaşmışdı.[128]
Qütbə doğru
[redaktə | mənbəni redaktə et]85° 36′ cənub enliyində, buzlağın zirvəsində 10 600 fut (3200 m) qət etdikdən sonra Amundsen səyahətin son mərhələsi üçün hazırlıqlara başladı. Dırmaşmaq üçün istifadə edilən 45 itdən (7 it Sədd mərhələsində həlak olmuşdu) sadəcə 18-i səyahətə davam edəcək, qalanları qida üçün öldürüləcəkdi. Hər bir xizək sürücüsü öz komandasındakı itləri öldürdü, dərilərini soydu və ətini də itlər və adamlar arasında bölüşdürdü. "Biz o yeri Qəssablar Mağazası adlandırdıq" – Amundsen o anları belə xatırlayırdı. "Havada qəm və depressiya var idi, biz belə sevdiyimiz itləri özümüz böyütmüşdük".[129] Peşmançılıqlar dəstənin bol ərzaqdan ləzzət almasına mane olmadı. Vistinq, xüsusilə, əti hazırlamaqda və təqdim etməkdə öz bacarığını göstərmişdi.[130]
Qalan ləvazimatları və itlərin sümüklərini anbarda qoyan dəstə tədarüklərini 3 xizəyə yükləyərək, 60 günə qədər davam edə biləcək qütb səfərinə hazırlaşdı. Pis hava şəraiti onların səyahətə başlamalarına 25 noyabra qədər mane oldu. Onlar, çətin duman içərisində, bilinməyən yerdə ehtiyatla yola düşdülər.[131] Dəstə zəif görünüş sahəsi və tez tez qarşılarına çıxan, buz səth üzərində qırılmış yarğanlardan dolayı çox yavaş səyahət edirdi. Amundsen bu ərazini "Şeytanın buzlağı" adlandırdı. Dekabrın 4-də dəstə yarğanların qar və buz təbəqələri arasında gizləndiyi bir yerə çatdı, Amundsen dəstə buranı keçdikçə çıxan " xoş olmayan çuxur" səsi səbəbiylə əraziyə "Şeytanın rəqs zalı" adını verdi. Bir gün sonra bərk səthə çıxan dəstə artıq 87°Cənub enliyinə gəlmişdi.[132]
Noverçlilər 8 dekabrda Şekltonun ən uzaq cənub nöqtəsi rekordu olan 88° 23′ cənub enliyini ötüb keçmişdilər.[133] Onlar qütbə yaxınlaşdıqca, landşaft üzərində başqa bir ekspedisiya qrupunun onları qabaqladığının sübutu sayıla biləcək izlər gördülər. 12 dekabrda düşərgədə olarkən dəstə anidən üfüqdə görünən qara cisimə diqqətini yönəltdi, ancaq ortaya çıxdı ki, bu öz itlərindən qalan şeylərin ilğım kimi görünməsi idi.[134] Növbəti gün onlar qütbdən 15 dəniz mili (28 km) aralıda 89° 45′ cənub enliyində düşərgə saldılar.[135] Bir sonrakı gün, yəni 14 dekabr 1911-ci ildə Amundsen yoldaşlarıyla birlikdə xizəklərin qarşısında, təxminən saat 3-də Cənub qütbünün çevrəsinə çatdı.[136] Onlar Norveç bayrağını burada yüksəltdi və qütb platosunu "VII Kral Haakon platosu" adlandırdılar.[137] Amundsen daha sonralar öz nailiyyətini istehza ilə belə qiymətləndirmişdi: "Heç vaxt bir adam öz arzularına tamamilə əks olan başqa bir hədəfdə belə uğurlu olmamışdı. Şimal qütbünün ətrafındakı ərazilər – Şeytan görsün oranı – uşaqlıqdan bəri mənə ovsunlamışdı və mən indi burada, Cənub qütbündəyəm. Bundan daha dəli bir şey ola bilər mi?"[138]
Kuk və Pirinin şimaldalı müzakirələrə və mübahisələrə səbəb olan iddialarını nəzərə alan dəstə növbəti 3 gün ərzində qütbün tam dəqiq yerini tapmaq üçün işlədi. Amundsen Skott üçün səhvsiz işarələr qoymaq istəyirdi.[139] Günün müxtəlif vaxtlarında bir neçə sekstant yazısını götürdükdən sonra Byaland, Vistinq və Hassel qütbü işarələmək üçün müxtəlif istiqamətlərə xizək sürdülər.[140] Nəhayət dəstə Polheym adını verdikləri çadırı öz müşahidələriylə hesabladıqları, qütbə mümkün ən yaxın nöqtəyə qurdular. Amundsen çadırın içində Skott üçün ləvazimatlar və Kral Haakona ünvanlanan və onun Skotta çatdırmaq istədiyi məktubu qoydu.[140]
Framheymə qayıdış
[redaktə | mənbəni redaktə et]18 dekabrda dəstə Framheymə qayıtmaq üçün səyahətə başladı.[141] Amundsen Skottan əvvəl qayıtmağa və bu xəbəri çatdıraraq, tarixə keçməyə böyük səy göstərmişdi.[142] Buna baxmayaraq, o, itlərinin və adamlarının gücünü qorumaq üçün günlük məsafə limitlərini 15 dəniz mili (28 km) olaraq limitləmişdi. 24 saatlıq qütb gündüzü içərisində dəstə gün boyu günəşi arxalarında almaq və qar korluğunun təhlükəsini azaltmaq üçün sürətlə gedirdilər. Gediş yollarında özləri tərəfindən işarələnən qar təpələri vasitəsiylə onlar 4 yanvar 1912-ci ildə Qəssablar Mağazasına çatdılar və Səddin yamacına enməyə başladılar.[143] Əl xizəklərində olan adamlar "vızıltı kimi aşağı endilər", ancaq motorlu xizəkdəkilər üçün – Helmer Hanssen və Vistinq – yamac etibarsız idi; buradakı yarğanlara ilişmək təhlükəsi və manevrə etmək çətinliyi xizəklərin sürətini bir növ azaltmışdı. [144]
7 yanvarda dəstə Səddə yerləşdirdiyi ilk anbarına çatdı.[145] Amundsen bura gəlib çatanda artıq sürəti artıra biləcəklərini hiss etdi. Yeni günlük sürətləriylə onlar gündə 30 dəniz mili (56 km) qət edərk, 25 yanvar səhər saat 4-də Framheymə çatdı.[146] Oktyabrda səyahətə başlayarkən istifadə olunan 52 xizək itindən, sadəcə 2 xizəyi çəkən 11 it sağ qalmışdı. Qütbə səyahət və oradan qayıtmaq 99 gün çəkmişdi (nəzərdə tutulandan 10 gün daha az) və onlar 99 gün ərzində 1860 dəniz mili (3440 km) məsafə yol getmişdilər.[147]
Xəbərin dünyaya çatdırılması
[redaktə | mənbəni redaktə et]Amundsen Framheymə qayıdış yolunda ekspedisiyanı sonlandırarkən vaxt itirməmişdi. Sığınacaqdakı vida naharından sonra dəstə sağ qalan itləri və daha dəyərli olan ləvazimatları Framın göyərtəsinə yerləşdirərək, 1912-ci ilin yanvarın 30-da Balina buxtasından yola düşdü. İstiqamət Tasmaniyanın mərkəzi Hobart şəhərinə idi. Amundsen 5 həftəlik dəniz səyahəti rzində teleqramlarını hazırladı və mediyaya verəcəyi ilk hesabatın qaralamasını cızdı.[148] 7 martda Fram Hobarta çatdı. Amundsen tezliklə Skottdan hələ bir xəbər olmadığını öyrəndi. O dərhal qardaşı Leona, Nansenə və Kral Haakona öz uğurları haqqında qısa məlumat verən teleqram göndərdi. Növbəti gün o, müəllif hüquqlarını tamamilə satdığı Londonun Daily Chronicle qəzetinə tarixi səyahət haqqındakı ilk tam hesabatı teleqrafla göndərdi.[149] Fram Hobartda iki həftə gözləyərkən, ona Duqlas Mousonun Aurora gəmisi qoşuldu. Aurora Avstraliya Antarktika Ekspedisiyasına xidmət edirdi. Amundsen onlara sağ qalan 11 itini hədiyyə etdi.[150]
Ekspedisiyanın digər nailiyyətləri
[redaktə | mənbəni redaktə et]Şərq dəstəsi
[redaktə | mənbəni redaktə et]1911-ci il noyabrın 8-də Prestrud, Stubberud və Yohandsen VII Eduard yarımadasına getmək üçün yola düşdülər.[151] Səddin bərk buzlağının buzla örtülü torpağa çevrildiyi hissədə axtarışın çətinləşdiyi məlum oldu. Dekabrın 1-də dəstənin ilk olaraq gördüyü quru torpaq sahəsi Skottun Diskaveri ekspedisiyası tərəfindən 1902-ci ildə qeydə alınan nunatak idi.[152] Bu nöqtəyə çatdıqdan sonra onlar geoloji nümunələr və mamır örnəkləri topladılar və 16 dekabrda Framheymə dönmədən əvvəl ətrafı qısaca tədqiq etdilər.[153] Onlar VII Eduard yarımadasına ayaq basan ilk insanlar idi.[154]
Fram və Kainan Maru
[redaktə | mənbəni redaktə et]Balina buxtasını 15 fevral 1911-ci ildən tərk edən Fram Buenos-Ayresə doğru üzdü və 17 apreldə bura gəlib çatdı.[155] Burada Nilsen ekspedisiyanın fondlarının tükəndiyini öyrəndi; gəminin ehtiyaclarını qarşılamaq üçün lazım olan məbləğ ortada yox idi. Xoşbəxtçilikdən, Amundsenin dostu Don Pedro Xristoferson gəmini tədarük və yanacaqla təmin etmək üçün öz köməyini göstərmişdi.[156] Fram Cənubi Amerika və Afrika arasında 3 ay davam edəcək okeanoqrafik kruiz üçün iyunda limandan ayrıldı.[157] Gəmi 5 oktyabrda cənuba üzmədən əvvəl son təmir işlərinin aparılması və təchizatının yaxşılaşdırılması üçün sentyabr ayında Buenos-Ayresə qayıtdı. Güclü küləklər və qasırğalı dənizlər səyahəti uzatdı, ancaq gəmi 9 yanvar 1912-ci ildə Balina buxtasına gəlib çatdı[158]. 17 yanvarda Framheymin üzvləri ikinci gəminin görünməsiylə böyük təəccüb hissi keçirdilər. Bu gəmi Nobu Şirasenin rəhbərlik etdiyi Yapon Antarktika Ekspedisiyasını aparan Kainan Maru gəmisi idi.[159] Dil fərqliliklərindən dolayı iki ekspedisiya arasında çox məhdud əlaqə qurulsa da, norveçlilər yaponların VII Eduard yarımadası üçün burada olduğunu anladılar.[160] Kainan Maru növbəti gün ayrıldı və 26 yanvarda dəstə VII Eduard yarımadasında dayandı. Bu, dənizdən bu sahilə ilk eniş idi. RRS Discovery (1902), Nimrod (1908) və Terra Novanın (1911) bütün cəhdləri uğursuz olmuşdu.[161]
Nəticəsi
[redaktə | mənbəni redaktə et]İlk reaksiyalar
[redaktə | mənbəni redaktə et]Amundsen Hobartda olarkən sabiq ABŞ prezidenti Teodor Ruzvelt və Böyük Britaniya kralı V Georq daxil olmaqla, bir çox nüfuzlu şəxsdən təbrik teleqramları aldı. Kral xüsusi olaraq Amundsenə qayıdarkən ilk gəldiyi limanın Britaniya İmperiyasının torpaqları olmasın duyduğu məmnuniyyəti bildirdi. 500 illik Danimarka və İsveç hakimiyyətindən 6 il əvvəl öz müstəqilliyini əldə edən Norveçdə qəzetlər xəbəri böyük başlıqlarda yazdılar. Milli bayraq bütün ölkə ərazisində dalğalandırılırdı. Ekspedisiyanın bütün iştirakçıları King Haakon tərəfindən ekspedisiyanı yad etmək üçün təsis edilən Norveç Cənub qütbü medalı (Sidpolsmedalyen) ilə təltif edildilər.[162] Ancaq Amundsenin bioqrafiyaçısı Roland Huntforda görə Amundsen öz taktikalarının hamısını açıq bir şəkildə bildirməmişdi. Norveçli bir qəzet Amundsenin yeni bir maşrut tapdığını və Skottun Mak-Murdo boğazından getdiyi yolu getmədiyini yazmışdı.[163]
Britaniyada mətbuat Amundsenin qalibiyyətinə olan reaksiyanı məhdudlaşdırsa da, ümumi olaraq müsbət yanaşırdı. Amundsenin uğurunda maddi marağı olan Daily Chronicle and the Illustrated London News qəzetlərindəki həvəsli hesabatlardan başqa Manchester Guardian bildirirdi ki, hər hansısa bir səbəbdən olacaq danlama norveçlilərin cəsarət və əzmi sayəsində yox edilmişdi. Young Englandın oxuyucuları "Cəsur şimallıların" qazandığı şöhrətə paxıllıq etməməyə çağırdı və The Boy's Own Paper hər bir britaniyalı oğlanın Amundsenin ekspedisiya hesabatını oxumalı olduğunu dedi.[164] The Times-ın müxbiri Skottu səyahət barədə məlumatlandırmada uğursuz olan Amundsenə yüngül məzəmmət göstərdi. "Kaptan Skottan daha çox heç kim Cənub qütb tədqiqatında baş tutacaq əməkdaşlığı məmnuniyyətlə qarşılaya bilməzdi. Ancaq kaptan Amundseni bilən hər kəs onun dürüstlüyünə şübhə etmir və buna görə də, biz onun qütbə çatdığı iddiasına inanmalıyıq".[165]
RGS-dəki yuxarı vəzifəli şəxslər məsələylə bağlı daha düşmən mövqe ortaya qoydular, ən azından şəxsi olaraq. Onlara görə, Amundsenin nailiyyəti "çirkli bir fırıldağın" nəticəsi idi. Markham Amundsenin iddiasının saxtakarlıq ola biləcəyini düşünürdü, "Həqiqəti bilmək üçün Terra Nova qayıdana qədər gözləməliyik" deyə Markham yazmışdı.[163] 1912-nin sonlarına yaxın Amundsen RGS-yə müraciət etdikdə cəmiyyətin rəhbəri Corc Kerzonun "itlər üçün 3 alqış" çağırışından sonra özünü təhqir edilmiş hiss etdi.[166] Şeklton Amundsenin qələbəsinə qara yaxan ittihamlara qoşulmadı və onu "bu günün, bəlkə də, ən böyük qütb tədqiqatçısı" adlandırdı.[167] Ərinin ölüm xəbərini almadan əvvəl Ketlin Skott Amundsenin səyahətinin "çox böyük nailiyyət olduğunu" , "birini qıcıqlandıran şeyin birilərini heyrətləndirməli olduğunu" qəbul etdi.[167]
Skott faciəsi
[redaktə | mənbəni redaktə et]Amundsen Avstraliya və Yeni Zelandiyada mühazirələr demək üçün Hobartı tərk etdi. O, daha sonra ekspedisiya hesabat yazısını bitirdiyi Buenos-Ayresə yollandı. Norveçə qayıdarkən o, kitabın nəşrinə nəzarət etdi. Daha sonra Amundsen ABŞ-da uzun bir mühazirə gəzintisinə çıxmadan əvvəl Britaniyaya səyahət etdi.[168] 1913-cü ilin fevralında Medison, Viskonsində olarkən o, Skott və 4 yoldaşının 17 yanvar 1912-ci ildə qütbə çatdığı, ancaq 29 marta qədər hamısının qayıdış yolunda həlak olduğu xəbərini aldı. Uilson, Bovers və Skottun cansız bədənləri Antarktika qışı bitdikdən sonra 1912-ci ilin noyabrında tapıldı. Amundsenin xəbərə ilk reaksiyası "Faciə, faciə" oldu.[169] Onun daha sonrakı rəsmi açıqlaması belə oldu: "Kaptan Skott arxasınca bir kişini kişi edən şərəf, səmimiyyət, cəsarət və hər şeyin rekordunu qoydu".[170]
Huntforda görə, Skottun ölüm xəbəri Amundsenin nailiyyətinin kölgədə qoymuşdu.[171] Birləşmiş Krallıqda tezliklə Skottun alicənablıqla davrandığı və oyunu ədalətlə oynadığı barədə əfsanələr dolanmağa başladı. O, məğlub edilmişdi, çünki rəqibi Amundsen insanların sürdüyü xizəklərə etibar etmək əvəzinə itlərdən istifadə etmə niyyəti barədə gərçəkləri gizlədən və yenə eyni itləri ərzaq üçün doğrayan sadə bir şöhrətpərəst idi. Üstəlik, o, o vaxtın Britaniya yuxarı təbəqəsi tərəfindən əldə edə bildiyi hər şeyi azaltmaqda peşəkar kimi görülürdü.[172] Bu hekayə Skottun jurnallarındakı nəşrlər və onun "İctimaiyyətə mesajı" ilə dəstəkləndi. Huntford qeyd edirdi ki, Skottun ədəbi istedadı onun kozırı idi. Bu, sanki, basdırılmış çadırdan uzanan əl və alınmış intiqam idi."[171] Bu cür olsa belə, Amundsenin adı digər tədqiqatçılar arasında hörmətlə çəkilirdi. Onun bir neçə il sonra yazılmış Terra Nova Ekspedisiyası hesabatında Skottun yoldaşı Apsli Çeri-Qarrard Amundsenin uğurunun əsas səbəbi kimi "adamların yüksək diqqətə layiq keyfiyyətlərini", xüsusilə də, onun əvvəllər bilinən maşrutu yox yeni bir yol xəritəsi izləməyindəki cəsarətini göstərirdi.[173]
Tarixi perspektiv
[redaktə | mənbəni redaktə et]Birinci Dünya müharibəsinin 1914-cü ildə başlamasıyla Amundsenin Şimal qütbünə olan, Cənub qütb ekspedisiyası tərəfindən öncəlik olaraq qəbul edilmiş şimal qütb səyahəti 1918-ci ilin iyuluna qədər təxirə salındı. O, daha sonra Arktika sularında 7 il qalmış olan, xüsusi hazırlanmış Maud gəmisi ilə yola düşdü. Gəmi Şimal qütbü üzərindən keçməsə də, bu, ekspedisiya müddətində Şimalşərq keçidinin içərisindən keçən ikinci gəmi oldu.[174] Amundsen 1923-cü ildə ekspedisiyanı tərk etdi və ömrünün qalan illərinin böyük hissəsini havadan qütb tədqiqatına həsr etdi. 1926-cı il 12 may tarixində o, Linkoln Elsvort və Umberto Nobaylla birlikdə Norge drijablı ilə Şimal qütbünə uçdu. O və Vistinq hər iki qütbü görə ilk insanlar olaraq tarixə keçdilər.[175] Amundsen 1928-ci ildə sonrakı Nobayl ekspedisiyasını xilas etmə əməliyyatında iştirak edərkən təyyarəsi ilə birlikdə Norveç və Şpitsbergen arasındakı dənizlərdə yoxa çıxdı. [176]
Amundsenlə birlikdə qütbü görmüş 4 nəfərdən Maud səyahətindən liderlərinə müşayiət edilməsi istənildi. Byaland və Hassel təklifi qəbul etmədi, ümumiyyətlə, hər ikisi bundan sonra hər hansısa bir qütb kəşfiyyatında iştirak etmədi.[177][178] Helmer Hanssen və Vistinq hər ikisi Mauda qoşuldu, Vistinq Amundsen ekspedisiyanı tərk etdikdən sonra səyahətin liderliyini əlinə aldı. O, həmçinin, 1936-cı ildə Framın Osloya olan son səyahətinə də kapitanlıq etdi. Fram burada muzeyə çevrildi.[179] Yohansen Antarktidadan geri qayıtdıqdan sonra normal bir həyat qura bilmədi və qaradinməz, insanlarla münasibət qurmayan birinə çevrildi. O, öz təcrübələri və Amundsenlə olan mübahisəsi barədə müzakirə etməkdən imtina etdi və depresiya və kasıbçılıq içərisindəki bir həyata çəkildi. Yohansen 4 yanvar 1913-cü ildə Oslodakı mənzilində silahla özünü öldürdü.[180]
Skott əfsanəsi öz səhvlərinin nəticəsi olaraq uğursuz olan "bacarıqsız qəhrəmam" kimi xarakterizə edildiyi 20-ci əsrin son on beş illiyinə qədər davam etdi. Mədəniyyət tarixçisi Stefani Barczevskiyə görə, belə bir təsvir onu tənqidlərin gerisində qoyaraq ilk səfsətəli nəzəriyyələrdən biridir.[172] 21-ci əsrin əvvəllərin yazıçılar Skott faciəsi üçün onun bacarıqsızlığından daha məntiqli səbəblər göstərərək, onun nüfuzunu bərpa etdilər.[181][182] Skottun üzərinə yenidən diqqət çəkilməsi Amundsenin nailiyyətlərini də gündəmə gətirdi. Barczevski yazır ki, "Amundsen və adamları qütbə möhtəşəm planlaşdırma kombinasiyası, uzun itli xizək təcrübələri və vacib fiziki möhkəmlilik sayəsində çata bilmişdi".[172] Diana Priston da öz Skott ekspedisiyası hesabatında Amundsenin uğurunun əsasını izah edərkən eyni elmi əsasları gətirmişdi. Amundsenin tək hədəfi qütbə çatmaq olsa da, Skott elmi bilik və coğrafi tədqiqatın yarışan iddiaları arasındakı uyğunluğu təmin etməliydi. "Praktikalı və təcrübəli peşəkar Amundsen hər şeyi diqqətlə planlaşdırmış və Arktikada öyrəndiyi bütün dərsləri tətbiq etmişdi… O, xüsusilə, düzgün sınanılmış nəqliyyat vasitələrinə və onların gerçəkçi ərzaq potensialına güvənirdi. O, həmçinin, öz adamlarını idarə edərkən hərəkət etmirdi."[183] ABŞ-nin 1957-ci ildə qurduğu Cənub qütbündəki elmi bazasına hər iki qütb öncülünün xatirəsini yaşatmaq üçün "Amundsen-Skott" stansiyası adı verildi.[184]
Çağdaş araşdırmalar
[redaktə | mənbəni redaktə et]Amundsenin ekspedisiyasından 100 il sonra nəşr edilən bir məqalədə araşdırmaçılar çadır və bayraqların buzun 17 metr dərinliyinə və Cənub qütbündən bir dəqiqəlik[185] ya da təxminən bir dəniz mili məsafədə basdırıldığını iddia etdi. Skottun dəstəsi 18 yanvar 1912-ci ildə çadırı tapmış və onu son görənlər olmuşdu. Henri Robertson Bovers çadırın şəklini çəksə də,[186] qütbdən qayıdarkən ölmüşdü.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Bəzi mənbələr tarixi 15 dekabr olaraq verir. Qərb və şərq yarımkürələri və beynəlxalq tarix xətti Cənub qütbündə birləşdirildiyi üçün Amundsen 14 dekabr tarixini Hobarta gəlişi ilə bağlı ilk teleqraf hesabatında və daha dolğun Cənub qütbü hesabatında söyləsə də, hər iki tarix düzgün sayıla bilər.[1][2]
- ↑ Gəmi ilə bir çox ölkələrin limanlarında dayanmaqla uzunmüddətli dəniz səyahəti[3]
- ↑ Norveç 1905-ci ildə İsveçdən ayrılmışdı. Kral Oskar Norveç taxtını tərk etmiş, onun yerinə Danimarka şahzadəsi Karl Norveçin VII Kral Haakonu olmuşdu.[26]
- ↑ Piri tezliklə Kuku yalan iddia irəli sürməklə günahlandırdı və davamında aparılan istintaqda Kukun məktublarında ciddi şübhə doğuracaq məqamlar aşkarlandı. Piridəki məlumatlar isə onun ekspediyasını maliyyələşdirən Milli Coğrafiya Cəmiyyəti tərəfindən sorğu-sualsız qəbul edildi. Kukun səyahəti ictimaiyyət tərəfindən dəstək görmədi, ona inanan çox az insan içində Amundsen də var idi. Piri, ümumi olaraq, 20-ci əsrin sonlarına qədər Şimal qütbünün fatehi olaraq qəbul edilmişdi. Əsrin sonlarında isə Volli Herbertin tədqiqatlarına görə Piri əslində Şimal qütbünə çatmamışdı.[43][44]
- ↑ Torpaqlanmış buz haqqında Amundsenin nəzəriyyəsi sonda səhv oldu, baxmayaraq ki, düşərgəsinin yaxınlığındakı buzlar 1987 və 2000-ci illərə qədər əhəmiyyətli dərəcədə dağılmadı.[49]
- ↑ Amundsen ekspedisiyanı dəniz və sahil dəstəsi olmaqla ikiyə bölmüşdü: Nilsenin rəhbərliyindəki dəniz dəstəsi Framla üzəcəkdi, Amundsen, Prestrud, Yohsansen, Helmer Hanssen, Hassel, Byaland, Stubberud, Vistin və Lindström isə sahil dəstəsininə daxil idi. Amundsen Cənub Qütbü kitabının 179-cu səhifəsində Vistinqi sahil dəstəsinə daxil etməmişdi. [89]
- ↑ Burada qarşılaşılan və ilk dəfə quşbaxışı xəritələnən digər yerlərə Amundsen və yoldaşları daha çox öz adlarını və onları maliyyələşdirənlərin adlarını verdi. Belə yerlərə Kraliça Mod dağları, Şahzadə Olav dağları, Fridtyof Nansen dağı, Don Pedro Xristofersen dağı, Uilhelm Xristofersen dağı, Hanssen dağı, Vistinq dağı, Hassel dağı, Byaland dağı, Enqelştad dağı, Liv buzlağı və Nilsen platosu daxildir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 511
- ↑ Amundsen. səh. xvii, Vol. I
- ↑ "Azleks saytında "kruiz" sözünün izahı". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
- ↑ Langner. səh. 25–26
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 43–57
- ↑ Langner. səh. 41
- ↑ Crane. səh. 74–75
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 64–74
- ↑ 1 2 Langner. səh. 78–80
- ↑ Maxtone-Graham. səh. 230–36
- ↑ Herbert. səh. 191–201
- ↑ Fleming. səh. 348–49
- ↑ Fleming. səh. 351
- ↑ 1 2 Barczewski. səh. 60–62
- ↑ Langner. səh. 82–83
- ↑ Scott, J.M.. səh. 140–94
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 194
- ↑ 1 2 3 Huntford, 2001. səh. 547–49
- ↑ Huntford, 2001. səh. 183–86
- ↑ 1 2 Nansen. səh. 62–68, Vol. I
- ↑ 1 2 The Fram Museum
- ↑ Fleming. səh. 240
- ↑ Fairley. səh. 260–61
- ↑ Scott, J.M.. səh. 244–45
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 197–200
- ↑ Scott, J.M.. səh. 200–02
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 205
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 204–06
- ↑ Amundsen. səh. 36–41, Vol. I
- ↑ Riffenburgh. səh. 300
- ↑ Amundsen. səh. 72, Vol. I
- ↑ 1 2 3 Huntford (The Last Place on Earth), 1985. səh. 247–51
- ↑ Amundsen. səh. 102, Vol. I
- ↑ Amundsen. səh. 137–38, Vol. I
- ↑ Weinstock, J. "Sondre Norheim: Folk Hero to Immigrant"
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 90-248
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 276–77
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 205–07
- ↑ Huntford, 2001. səh. 518–19, 542
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 286
- ↑ Barr, 1985
- ↑ The New York Times, 8 September 1909
- ↑ Fleming. səh. 365–89
- ↑ Herbert. səh. 273–329
- ↑ Amundsen. səh. 42–43, Vol. I
- ↑ Crane. səh. 425–26
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 214
- ↑ 1 2 3 4 Amundsen. səh. 45–7, Vol. I
- ↑ Solomon. səh. 94–95
- ↑ Amundsen. səh. 62–64, Vol. I
- ↑ Amundsen. səh. 58, Vol. I
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 210
- ↑ Solomon. səh. 163
- ↑ Amundsen. səh. 78–79, Vol. I
- ↑ Amundsen. səh. 76, Vol. I
- ↑ Amundsen. səh. 77, Vol. I
- ↑ Amundsen. səh. 85–86, Vol. I
- ↑ Preston. səh. 219
- ↑ Amundsen. səh. 51, Vol. I
- ↑ Amundsen. səh. 55, Vol. I
- ↑ Amundsen. səh. 68–70, Vol. I
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 244–45
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 275
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 277–78
- ↑ 1 2 Amundsen. səh. 125–31, Vol. I
- ↑ Langner. səh. 115
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 279–80
- ↑ Crane. səh. 423
- ↑ Jones. səh. 78
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 299
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 300–01
- ↑ Barczewski. səh. 65–66
- ↑ Crane. səh. 428
- ↑ Amundsen. səh. 138–68, Vol. I
- ↑ Huntford, 1979. səh. 335–38
- ↑ Amundsen. səh. 181–82, Vol. I
- ↑ Turley. səh. 73–74
- ↑ Langner. səh. 124
- ↑ Amundsen. səh. 194, Vol. I
- ↑ MacPhee. səh. 87
- ↑ Huntford, 1979. səh. 368
- ↑ Solomon. səh. 93
- ↑ Cherry-Garrard. səh. 135
- ↑ MacPhee. səh. 89–92
- ↑ Langner. səh. 132
- ↑ Huntford, 1979. səh. 344–45
- ↑ Langner. səh. 144–45
- ↑ Huntford, 1979. səh. 346
- ↑ Amundsen. səh. 179, Vol. I
- ↑ Huntford, 1979. səh. 347
- ↑ Langner. səh. 145
- ↑ MacPhee. səh. 105
- ↑ Turley. səh. 79
- ↑ Huntford, 1979. səh. 350
- ↑ 1 2 Huntford, 1979. səh. 352
- ↑ Langner. səh. 149
- ↑ 1 2 MacPhee. səh. 106
- ↑ Amundsen. səh. 254, Vol. I
- ↑ Huntford, 1979. səh. 357–58
- ↑ Langner. səh. 151
- ↑ Langner. səh. 149–50
- ↑ Huntford, 1979. səh. 355–56
- ↑ Huntford, 1979. səh. 379
- ↑ Langner. səh. 159
- ↑ Huntford, 1979. səh. 382–83
- ↑ Langner. səh. 160
- ↑ Huntford, 1979. səh. 390
- ↑ MacPhee. səh. 120–21
- ↑ Langner. səh. 160–61
- ↑ Langner. səh. 161
- ↑ 1 2 3 Langner. səh. 170
- ↑ MacPhee. səh. 123
- ↑ 1 2 Huntford, 1979. səh. 407
- ↑ Langner. səh. 172
- ↑ Huntford, 1979. səh. 408
- ↑ Langner. səh. 172–73
- ↑ Huntford, 1979. səh. 409
- ↑ Langner. səh. 174–75
- ↑ Langner. səh. 175
- ↑ Huntford, 2001. səh. 571
- ↑ MacPhee. səh. 131
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 386
- ↑ Turley. səh. 86
- ↑ 1 2 Langner. səh. 178
- ↑ Langner. səh. 179
- ↑ Huntford, 1979. səh. 430–37
- ↑ 1 2 MacPhee. səh. 143
- ↑ Huntford, 1979. səh. 450
- ↑ Amundsen. səh. 63–66, Vol. II
- ↑ Langner. səh. 184–85
- ↑ Amundsen. səh. 67–73, Vol. II
- ↑ Amundsen. səh. 105–07, Vol. II
- ↑ Huntford, 1979. səh. 459
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 451–52
- ↑ Langner. səh. 193
- ↑ Huntford, 1979. səh. 487
- ↑ Amundsen. səh. 122, Vol. II
- ↑ Langner. səh. 195–96
- ↑ Huntford, 1979. səh. 491
- ↑ 1 2 MacPhee. səh. 155
- ↑ Huntford, 1979. səh. 494–95
- ↑ MacPhee. səh. 169
- ↑ Turley. səh. 118–19
- ↑ Amundsen. səh. 157, Vol. II
- ↑ Langner. səh. 206
- ↑ Turley. səh. 120
- ↑ Amundsen. səh. 173–74, Vol. II
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 493–97
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 510–11
- ↑ Amundsen. səh. 352, Vol. II
- ↑ Amundsen. səh. 216, Vol. II
- ↑ Amundsen. səh. 240 and 246, Vol. II
- ↑ Amundsen. səh. 249–61, Vol. II
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 493
- ↑ Amundsen. səh. 316, Vol. II
- ↑ Amundsen. səh. 328–31, Vol. II
- ↑ Amundsen. səh. 316–28, Vol. II
- ↑ Amundsen. səh. 331–46, Vol. II
- ↑ Hamre. səh. 417
- ↑ Amundsen. səh. 271–72, Vol. II
- ↑ Huntford, 1979. səh. 527
- ↑ Sydpolsmedaljen (Norway's South Polar medal)
- ↑ 1 2 Huntford (The Last Place on Earth), 1985. səh. 511–16
- ↑ Jones. səh. 89–90
- ↑ The Times, 9 March 1912. səh. 5
- ↑ Barczewski. səh. 121
- ↑ 1 2 Huntford (Shackleton), 1985. səh. 344
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 525
- ↑ Preston. səh. 242
- ↑ Jones. səh. 248
- ↑ 1 2 Huntford (The Last Place on Earth), 1985. səh. 525–26
- ↑ 1 2 3 Barczewski. səh. 1–2
- ↑ Cherry-Garrard. səh. 607
- ↑ Huntford (The Last Place on Earth), 1985. səh. 532–33
- ↑ Fleming. səh. 411–14
- ↑ Fleming. səh. 420
- ↑ Huntford, 1979. səh. 496
- ↑ Sverre Helge Hassel
- ↑ Oscar Wisting
- ↑ Huntford, 1979. səh. 529
- ↑ The Daily Telegraph, 19 December 2004
- ↑ Gray, Richard. "Scott of the Antarctic could have been saved if his orders had been followed, say scientists". The Telegraph. 31 December 2012. 14 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2013.
- ↑ Preston. səh. 221
- ↑ National Science Foundation, 27 April 2009
- ↑ Orheim, Olav. "The present location of the tent that Roald Amundsen left behind at the South Pole in December 1911". Polar Record. 47 (3). 21 January 2011: 268–270. doi:10.1017/S0032247410000719.
- ↑ "In Search of Amundsen's Tent". 3 June 2012. 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2019.
Mənbələr
[redaktə | mənbəni redaktə et]Kitablar
[redaktə | mənbəni redaktə et]- Amundsen, Roald; Nilsen, Thorvald; Prestrud, Kristian. The South Pole: An Account of the Norwegian expedition in the Fram, 1910–12 (Volumes I and II). Chater, A.G. tərəfindən tərcümə olunub. London: C. Hurst & Company. 1976 [1912]. ISBN 0-903983-47-8. First published in 1912 by John Murray, London.
- Barczewski, Stephanie. Antarctic Destinies: Scott, Shackleton and the Changing Face of Heroism. London and New York: Hambledon Continuum. 2007. ISBN 978-1-84725-192-3.
- Cherry-Garrard, Apsley. The Worst Journey in the World. London: Penguin Books. 1970 [1922]. ISBN 0-14-009501-2. First published in 1922 by Chatto and Windus, London.
- Crane, David. Scott of the Antarctic. London: HarperCollins. 2005. ISBN 978-0-00-715068-7.
- Fairley, T.C. Sverdrup's Arctic Adventures. London: Longmans. 1959. OCLC 732299190.
- Fleming, Fergus. Ninety Degrees North. London: Granta Books. 2002. ISBN 1-86207-535-2.
- Hamre, Ivar. "The Japanese South Polar Expedition of 1911–1912: A Little-Known Episode in Antarctic Exploration". The Geographical Journal. 82 (5). November 1933: 411–423. doi:10.2307/1786962. JSTOR 1786962. (abunə tələb olunur)
- Herbert, Wally. The Noose of Laurels. London: Hodder & Stoughton. 1989. ISBN 0-340-41276-3.
- Huntford, Roland. Scott and Amundsen. London: Hodder and Stoughton. 1979. ISBN 0-340-19565-7.
- Huntford, Roland. The Last Place on Earth. London and Sydney: Pan Books. 1985. ISBN 0-330-28816-4.
- Huntford, Roland. Shackleton. London: Hodder & Stoughton. 1985. ISBN 0-340-25007-0.
- Huntford, Roland. Nansen. London: Abacus. 2001. ISBN 0-349-11492-7.
- Jones, Max. The Last Great Quest. Oxford (UK): Oxford University Press. 2003. ISBN 0-19-280483-9.
- Langner, Rainer-K. Scott and Amundsen: Duel in the Ice. Beech, Timothy tərəfindən tərcümə olunub. London: Haus Publishing. 2007. ISBN 978-1-905791-08-8.
- MacPhee, Ross. Race to the end: Amundsen, Scott, and the attainment of the South Pole. New York and London: Sterling Innovation. 2010. ISBN 978-1-4027-7029-6.
- Maxtone-Graham, John. Safe Return Doubtful: The Heroic Age of Polar Exploration. London: Constable. 2000. ISBN 0-09-480330-7.
- Nansen, Fridtjof. Farthest North, Volume I. London: Archibald Constable & Co. 1897. OCLC 499726131.
- Preston, Diana. A First Rate Tragedy. London: Constable. 1999. ISBN 0-09-479530-4.
- Riffenburgh, Beau. "Nimrod": the Extraordinary Story of Shackleton's First Expedition. London: Bloomsbury Publishing. 2005. ISBN 0-7475-7253-4.
- Scott, J.M. Fridtjof Nansen. Sheridan, Oregon: Heron Books. 1971. OCLC 143929.
- Solomon, Susan. The Coldest March: Scott's Fatal Antarctic Expedition. New Haven, Connecticut: Yale University Press. 2001. ISBN 0-300-09921-5.
- Turley, Charles. Roald Amundsen, explorer. London: Methuen. 1935. OCLC 3331281.
Onlayn
[redaktə | mənbəni redaktə et]- "Amundsen Would Compare" (PDF). The New York Times. 8 September 1909. İstifadə tarixi: 15 October 2011.
- "Amundsen-Scott South Pole Station". Office of Polar Programs. National Science Foundation. 27 April 2009. İstifadə tarixi: 16 October 2011.
- Barr, William. "Aleksandr Stepanovich Kuchin: The Russian who went South with Amundsen". Polar Record. Cambridge University Press. 22 (139). 1985: 401–412. doi:10.1017/S0032247400005647.
- "Captain Amundsen's Achievement. Work of Previous Explorers". The Times. London. 9 March 1912. səh. 5. (abunə tələb olunur)
- Rees, Jasper. "Ice in our Hearts". The Daily Telegraph. London. 19 December 2004. İstifadə tarixi: 14 October 2011.
- "The Polar Ship Fram". The Fram Museum. 10 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 October 2011.
- "Sverre Helge Hassel". The Fram Museum. 14 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2011. (in Norwegian)
- "Oscar Wisting". The Fram Museum. 16 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2011. (in Norwegian)
- Weinstock, John. "Sondre Norheim: Folk Hero to Immigrant". The Norwegian-American Historical Association. 12 April 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 October 2011.
- "Sydpolsmedaljen". Store Norske Leksikon. İstifadə tarixi: 11 November 2011. (in Norwegian)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Map of Amundsen's and Scott's South Pole journeys from The Fram Museum (Frammuseet) (archive link)
- The South Pole: An Account of the Norwegian Antarctic Expedition in the Fram at Internet Archive and Google Books (scanned books original editions color illustrated)
- Roald Amundsens dagbok fra hans Sørpolen-ekspedisjon Arxivləşdirilib 2018-01-26 at the Wayback Machine (Roald Amundsen's diary from his South Pole Expedition) at Sorpolen 1911–2011 (Norveç dilində)