Oslo Universiteti
Oslo Universiteti (Kral Frederik Universiteti) UiO[1] | |
---|---|
Universitetet i Oslo[1] | |
59°56′24″ şm. e. 10°43′19″ ş. u.HGYO | |
Əsası qoyulub | 1811 |
Tip | Dövlət Universiteti |
Rektor | Professor Ole Petter Ottersen (2009-dan) |
Tələbə sayı | 25,617 (2008) |
Şəhər | Oslo |
Ölkə | |
Universitet şəhərciyi | şəhərli |
Sayt | uio.no |
Vikianbarda əlaqəli mediafayllar |
Oslo Universiteti (norveçcə Universitetet i Oslo, lat. Universitas Osloensis) — Norveçin ən qədim, böyük və nüfuzlu universitetidir. Oslo şəhərində yerləşir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Universitet 1811-ci ildə "Kral Frederik Universiteti" (norveçcə Det Kongelige Frederiks Universitet və latınca Universitas Regia Fredericiana) kimi yaradılıb. Universitetin tikintisi üçün Humbolt Universitetindən nümunə götürülüb, və ilkin olaraq Danimarkanın və Norveçin kralı olan Frederikin şərəfinə adlandırılmışdır. Öz bugünkü adını isə 1939-cu ildə alıb.
Universitetdə lüteranlıq, ilahiyyat, hüquq, tibb, humanitar, riyaziyyat, təbiət elmləri, stomatologiya, sosial elmlər və təhsil fakültələri var. Hüquq fakültəsi hələ Milli Teatrın yaxınlıqda olan köhnə şəhərçikdə Karl Yohans küçəsində (Karl Johans gate), parlamentin (Stortinget) və kral sarayının yanında yerləşir. Digər fakültələr isə 1930-cu ildən tikilən müasir universitet şəhərçiyində Blindern adlı ərazidə yerləşir. Tibb fakültəsi isə Oslo ərazisində bir neçə universitet xəstəxanaları arasında bölüşdürülüb.
İndi universitetdə 27.000-ə yaxın tələbə təhsil alır və təxminən 4600 işçi çalışır. O, Skandinaviyada aparıcı universitetlərdən biri sayılır və ardıcıl olaraq "Dünya Universitetlərinin Akademik Reytinqi" tərəfindən tərtib onlunan dünyanın 100 top universitetlərinin siyahısında yer alır. 2009-cu ildə o Norveçdə birinci, Şimali Avropa ölkələrində isə üçüncü, Avropada 18-ci və dünyada 65-ci ən yaxşı universitet elan olunub.[4] Eyni zamanda Humanitar Fakültə Nordik ölkələrdə birinci, Avropada 5-ci və dünyada 16-cı ən yaxşı kimi seçilib.[5]. 2010-cu ildə QS Dünya Universitetlərin Reytinqində dünya üzrə 100-cü sırada olmuşdur.[6]
Oslo Universitetin 1811-ci ildə yaranılmasından əvvəl Kopenhagen Universiteti Danimarka-Norveç ittifaqında yeganə universitet olub. Danimarka-Norveç ittifaqının 1814-cü ilin dağılmaslndan sonra, ölkələr arasında təhsil əlaqələri davam etdirilib. Oslo Universiteti Norveçdə 1946-cı ilə qədər yeganə universitet olub, ona görə də tez-tez sadəcə "Universitet" kimi tanınılır. Qeyri-rəsmi olaraq ona qısaca "Kral Frederikin" deyilir.
Oslo Universiteti Nobel mükafatını alanların təhsil ocağı olub və Nobel Sülh Mükafatı da Oslo şəhərində Hüquq fakültəsinin yaxınlığında verilir.
Reytinqi
[redaktə | vikimətni redaktə et]2003[8] | 2004[9] | 2005[10] | 2006[11] | 2007[12] | 2008[13] | 2009[14] | 2010[15] | 2011[16] | 2012[17] | 2013[18] | 2014[19] | 2015[20] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
63 | 68 | 69 | 68 | 69 | 64 | 65 | 75 | 75 | 67 | 69 | 69 | 58 |
Nobel laureatları
[redaktə | vikimətni redaktə et]Oslo Universitetindən beş tədqiqatçi Nobel mükafatına layiq görülüb:
- Frityuf Nansen (Fridtjof Nansen) – 1922 – Sülh (Fəqət onun elmi işi ona mükafat gətirməyib)
- Raqnar Friş (Ragnar Frisch) – 1969 – İqtisadiyyat
- Odd Hassel – 1969 – Kimya
- Ivar Gəver (Ivar Giæver) – 1973 – Fizika
- Triqve Hovelmu (Trygve Haavelmo) – 1989 – İqtisadiyyat
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Deutsche Nationalbibliothek Record #1013645-9 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ 1 2 Norwegian Centre for Research Data. 1971.
- ↑ "Arxivlənmiş surət". 2015-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-14.
- ↑ Uniforum nett no – HF-fakultetet er i verdstoppen[ölü keçid]
- ↑ "QS World University Rankings 2010 Results". 2010-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-14.
- ↑ "ARWU - University of Oslo". Shanghai Ranking Consultancy. 2015. 2015-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.