Altruizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Altruizm (lat. alter - başqa) — başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Eqoizmin əksidir. Altruizm terminini fəlsəfəyə Ogüst Kont gətirmişdir. Onun mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir.