Aişə Həfsə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aişə Həfsə Sultan
türk. Hafsa Sultan
osman. عایشه حفصه سلطان
Aişə Həfsə Validə Sultanın büstü, Manisa
Aişə Həfsə Validə Sultanın büstü, Manisa
30 sentyabr 1520 – 19 mart 1534
ƏvvəlkiGülbahar Xatun
SonrakıNurbanu Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
  • bilinmir
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Yavuz Sultan Səlim külliyəsi, İstanbul
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Yavuz Sultan Səlim
Uşaqları Sultan Süleyman Qanuni
Xədicə Sultan
Beyhan Sultan
Fatma Sultan
Hafsa Sultan
Şah Sultan
Ailəsi Osmanlı imperiyası
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aişə Həfsə Sultan (təq. 1479[1], bilinmir29 mart 1534, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Qanuni Sultan Süleymanın anası, Validə sultan.

Həyatı haqqında yetərli məlumat yoxdur. Vəfat etdiyi əsnada 56 yaşında olması səbəbilə, doğum tarixi olaraq 1478-ci il qəbul edilir. Bir çox vəqf sənədlərində adı Ayşə, Hafsa bint Əbdülmuin, Ayşə bint Əbdürrəhman olaraq qeyd olunur. Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edir. Beləcə, onun Krım xanı Məngli Gərayın qızı və Yavuz Sultan Səlimin digər hasəkisi Ayşə Xatunla eyni insan olmadığı isbat olunur.

Aişə Həfsə Sultanın, Şahzadə Səlimin Trabzon sancaqbəyliyi dönəmində saraya alındığı və ilk illərini Trabzon sarayında keçirdiyi bilinir. Burada keçirdiyi 20 il boyunca sırayla yeganə oğlu Şahzadə Süleymanı və qızları Xədicə, Beyhan, Fatma, Hafsa, Şahıhuban Sultanları dünyaya gətirdi. Oğlu Şahzadə Süleyman hələ 15 yaşında ikən babası Sultan Bəyazid tərəfindən Kəfə sancaqbəyliyinə təyin edilmiş, atası Yavuz Sultan Səlimin taxta çıxmasından sonra isə vəliəhd şahzadə olaraq Manisa sancaqbəyliyinə gətirilmişdir. Bütün bu təyinatlar boyunca Aişə Həfsə Sultan da oğlunun yanında yer almış, onunla birlikdə öncə Krıma, daha sonra isə Manisaya hərəkət etmişdir.

Əri Yavuz Sultan Səlimin 1520-ci ildə vəfatı və oğlunun taxta çıxmasının ardından Aişə Həfsə Sultan İstanbula gətirilərək Validə sultan elan edildi. 13 ildən çox Validə sultan olan Aişə Həfsə Sultan 19 mart 1534-cü ildə vəfat etdi və cənazəsi Yavuz Sultan Səlim külliyəsində, ərinin türbəsinin yaxınlığında dəfn edildi. Daha sonra məzarının üzərində öz adını daşıyan türbə inşa edilsə də, türbənin inşa tarixi tam olaraq bilinmir.

Bir çox yerli və əcnəbi tarixi mənbələrdə Aişə Həfsə Sultanın oğlunun üzərində güclü nüfuzunun olması, ancaq bu gücü xeyriyyə işlərində istifadə etdiyi və dövlət idarəsindən uzaq durduğu qeyd olunur. Bundan başqa oğlunun, cariyələrindən Xürrəm Sultana həddindən artıq bağlanmasından narazı olduğu və onun saray hərəmində güc qazanmasına mane olduğu bilinir. Bu narazılıqlarını oğluna ünvanladığı və günümüzədək gəlib çatan məktublarında müşahidə etmək mümkündür.

Gözəlliyi qədər gördüyü xeyriyyə işləriylə də tanınan Aişə Həfsə Sultan Manisada öz adını daşıyan bir külliyyə inşa etdirmişdir. Məscid, mədrəsə, sübyan (yetimlər) məktəbi və imarətdən ibarət olan bu külliyənin inşası 1523-cü ildə tamamlanmış, Aişə Həfsə Sultanın vəfatının ardından 1538-ci ildə hamam, 1539-cu ildə isə darüşşəfa (xəstəxana) binaları oğlu tərəfindən külliyəyə əlavə edilmişdir.

Bəzi mənbələrdə Beyhan SultanŞahıhuban Sultanın Yavuz Sultan Səlimin digər xanımı Ayşə Xatundan doğulduğu qeyd edilsə də, onların doğum və evlilik tarixləri bu iddianı çürüdür.

  • M. Çağatay Uluçay – İbrahim Gökçen, Manisa Tarihi, İstanbul 1939, s. 99.
  • M. Çağatay Uluçay, Haremden Mektuplar, İstanbul 1956, s. 74–80.
  • a.mlf., "Kanunî Sultan Süleyman ve Ailesi ile İlgili Bazı Notlar ve Vesikalar", Kanunî Armağanı, Ankara 1970, s. 227–257.
  • a.mlf., Harem, Ankara 1971, s. 47, 61, 62, 64, 66.
  • a.mlf., Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 29–30.
  • Danişmend, Kronoloji, II, 162.
  • Feridun M. Emecen, XVI. Asırda Manisa Kazâsı, Ankara 1989, s. 95–97.
  • L. P. Peirce, The Imperial Harem, New York 1993, s. 52–53, 199–200, 279.
  • Adnan Giz, "Yavuz’un Zevcesi, Kanunî Sultan Süleyman’ın Annesi Hafsa Hatun’un Mektupları", Tarih Dünyası, sy. 2, İstanbul 1952, s. 18, 768–769, 789–790.
  • a.mlf., "Belgelere Göre Kanunî Sultan Süleyman’ın Ailesi", Hayat Tarih Mecmuası, I, İstanbul 1978, s. 19–21.
  • Nihat Yörükoğlu, "Hafsa Sultan’ın Portresi", Vakıflar Bülteni, İstanbul 1970, s. 90–92.
  • a.mlf., "Hafsa Sultan", TA, XVIII, 315.