Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan | |
---|---|
31 avqust 1876 – 11 dekabr 1904 | |
Əvvəlki | Şevkəfza Sultan |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1826 |
Doğum yeri | |
Vəfat tarixi | 1904 |
Vəfat yeri | |
Dəfn yeri | Mihrişah Sultan türbəsi |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka, İstanbul ili) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gənclik illəri
[redaktə | mənbəni redaktə et]I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü.
Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi. Nəhayət, bu ziyarətlərdən birində Rəhimə Sultanı gördü və 1844-cü ildə Əsma Sultanın icazəsiylə onunla evləndi. Mükəmməl toy mərasimi həm Əsma Sultanın sarayında, həm də Topqapı sarayında davam etdi. 1845-ci ildə Sultan Əbdülməcidin digər xanımı Düzdidil xanımın vəfat etməsinin ardından yetim qalan 2 yaşlı Cəmilə Sultanı da himayəsinə aldı. Bundan başqa, Rəhimə Sultan 1853-cü ildə Tirimüjgan Sultanın vəfatının ardından yetim qalan 11 yaşlı oğlu Əbdülhəmid Əfəndini də övladlığa almışdı.
Validə sultanlığı
[redaktə | mənbəni redaktə et]Mənəvi oğlu Əbdülhəmid Əfəndinin 1876-cı ildə taxta çıxmasıyla Rəhimə Pərəstu Sultan da validə sultan elan olundu. Sələflərindən fərqli olaraq dövlət məsələlərində heç vaxt qarışmadı. Taxta çıxmazdan 3 gün öncə, Sultan Əbdülhəmid vaxtilə Sultan Əbdüləzizin Rəhimə Sultana bəxş etdiyi Maçka köşkünə getdi və cülus mərasiminin keçirildiyi Topqapı sarayına buradan getdi. 1885-ci ildə Osmanlı sarayını ziyarət edən İsveç kralı II Oskar və xanımı Kraliça Sofiyanın qarşılanma mərasimində validə sultan ünvanıyla iştirak etdi.
1904-cü ildə ağır xəstələnən Rəhimə Pərəstu Sultan çox keçmədən Maçkadakı köşkündə vəfat etdi və Mihrişah Sultan türbəsinə dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- M. Çağatay Uluçay — Padişahların Kadınları ve Kızları, p. 142
- Harun Açba (2007). Kadın efendiler: 1839–1924
- Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918
- Anne-Marie Riiber (1959). Drottning Sophia. (Queen Sophia) Uppsala: J. A. Lindblads Förlag. ISBN page 219