AbzasMedia
AbzasMedia | |
---|---|
URL | abzas.org |
Tipi | qeyri-kommersiya təşkilatı[d] |
Sahibi | Ülvi Həsənli |
Redaktor | Sevinc Vaqifqızı |
Açılma tarixi | 2016 |
AbzasMedia — Azərbaycanda fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı və müstəqil media orqanıdır. 2016-cı ildə Ülvi Həsənli daxil olmaqla bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib.[1] Fəaliyyəti əsasən korrupsiya araşdırmaları ilə bağlıdır. Sayt hər gün daxili siyasət və insan haqları ilə bağlı beş-altı xəbər, həmçinin dövri köşə yazıları və araşdırmalar dərc edir.[2]
AbzasMedia martın 19-da Çexiyada "People in Need" təşkilatının "Homo Homini" insan hüquqları mükafatına layiq görülüb.[3] 23 avqust 2024-cü ildə "Azad Media" mükafatı ilə təltif olunub.[4]
Yaradılması
[redaktə | mənbəni redaktə et]AbzasMedia 2016-cı ildə bir qrup ictimai fəal tərəfindən direktor Ülvi Həsənlinin təşəbbüsü ilə yaradılmışdır. Media orqanının yaradılmasındakı məqsədlərdən və onun fəaliyyət istiqamətlərindən biri korrupsiyanın Azərbaycanda güc bərabərsizliyini və sosial-iqtisadi bərabərsizliyi artıraraq cəmiyyətə zərərli təsirlərini vurğulamaq idi.
Qurucu direktor Ülvi Həsənli "Dalğa" Gənclər Hərəkatı, Azad Gənclik Hərəkatı və NİDA Vətəndaş Hərəkatı kimi demokratik dəyərlərin cəmiyyətə aşılanmasını hədəfləyən təşkilatların idarə heyətində təmsil olunmuşdur.
Saytın baş redaktoru jurnalist və hüquq müdafiəçisi Sevinc Vaqifqızı isə daha əvvəl Meydan TV müstəqil mühacir media qurumunda 9 il jurnalist olaraq çalışmış və bir sıra dövlət rəsmiləri, o cümlədən Prezident İlham Əliyev və ailəsi ilə bağlı korrupsiya araşdırmalarında mühüm rol oynamışdır.
Araşdırmaları
[redaktə | mənbəni redaktə et]AbzasMedia tərəfindən 2022–2023-cü illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri[5], Xarici İşlər naziri Ceyhun Bayramov[6], Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müavini Bəylər Eyyubov[7], DTX rəisi Əli Nağıyevlə[8] bağlı araşdırmalar, o cümlədən Heydər Əliyev Fondu və PAŞA Holdinga aid tenderlər barədə materiallar dərc olunmuşdur.[9][10][11] Həmçinin "Araşdırılmayan cinayətlər" seriyasında metropoliteninin sabiq rəisi Tağı Əhmədov[12], Slavyan Universitetinin sabiq rəhbəri Nurlana Əliyeva[13], sabiq Ordu Korpusunun Komandiri Hikmət Həsənov[14], sabiq mer Hacıbala Abutalıbov[15], sabiq deputat Elmira Axundova[16], sabiq nazir Hüseynqulu Bağırov[17] və hazırda maliyyə naziri olan Samir Şərifovun[18], general-leytenant Mais Bərxudarovun[19], sabiq millət vəkili Ziyad Səmədzadənin[20], Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin[21], general-leytenant, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun [22]adının hallandığı cinayətlər barədə də araşdırma materialları verilmişdir.
Bundan əlavə, AbzasMedia "Söyüdlü hadisələri"nin işıqlandırılmasında da aktiv iştirak etmiş, kənd sakinlərindən,[23][24][25][26] aktivistlərdən[27][28] və hüquqşünaslardan[29][30] alınan müsahibələr əsasında materiallar hazırlamışdır. Jurnalist Nərgiz Absalamova Söyüdlü kənd sakinlərinin keçirdiyi etiraz aksiyasını işıqlandıran zaman polislərin müdaxiləsi ilə üzləşmişdir[31]. Jurnalist dostu ilə birgə saxlanılmış, telefonu əlindən alınaraq kənddən zorla çıxarılmışdır.
Həbslər və təzyiqlər
[redaktə | mənbəni redaktə et]2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı[32]. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib. O, jurnalistlərə saxlanılan zaman onun polislər tərəfindən gözündən yumruqla vurulduğunu bildirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparılaraq orada da qeyri-insani davranışa və işgəncəyə məruz qaldığını qeyd edən Həsənli idarədə ona yumruqla zərbələrin endirildiyini bildirdi.[33] Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülərək barəsində həbs-qətimkan tədbiri seçilib[34].
Daha sonra "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı[35]. Elə həmin gün onun mənzilində axtarış apardıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı. Noyabrın 21-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçildi[36].
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində həbs qətimkan tədbiri seçib[37].
2023-cü ilin noyabr ayında Abzas Media rəhbərləri və əməkdaşları “qaçaqmalçılıq” ittihamı ilə həbs edildikdən sonra Nərgiz Absalamova da eyni iş üzrə noyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib[38]. Dindirilməsindən bir həftə sonra – noyabrın 30-da o, yenidən şahid qismində Bakı Şəhər Baş Polis idarəsinə dəvət olunub. Lakin şübhəli şəxs qismində saxlanılıb[39]. Ona qarşı Abzas Media rəhbərliyinə qarşı irəli sürülən eyni ittiham - Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi irəli sürülüb. Dekabrın 1-də Nərgiz Absalamova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.[40]
Elnarə Qasımova “AbzasMedia” işi ilə əlaqədar 2 dəfə - 24 noyabr 2023-cü il[41] və 13 yanvar 2024-cü ildə şahid qismində dindirilib. Sonuncu çağırışda - 13 yanvar 2024-cü ildə şübhəli şəxs qismində saxlanılıb[42]. 15 yanvar 2024-cü ildə isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub. Həmin gün Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib[43].
“AbzasMedia”nın əməkdaşları saxlanıldıqdan sonra, jurnalist Hafiz Babalı şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb[44]. 13 dekabrda Babalı polis tərəfindən nəzarətə götürülüb və onun evində Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi ilə birgə 8 polis əməkdaşı tərəfindən axtarış aparılıb[45]. “AbzasMedia”nın digər əməkdaşları kimi, onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olma) maddəsi ilə cinayət işi açılıb[46].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "AbzasMedia". Project Oasis Europe (ispan). 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2024.
- ↑ "Чем не угодили Abzas Media властям Азербайджана". Kavkazskiy Uzel (rus). 20 mart 2024. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2024.
- ↑ Bağırov, Emil. "Abzas Media Çexiyada mükafata layiq görülüb". Amerikanın Səsi (az.). 20 mart 2024. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2024.
- ↑ "Abzas Media is the winner of Free Media Awards 2024". turan.az (ingilis). 23 avqust 2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.
- ↑ "İlham Əliyevin kürəkəninə görə köçürülən kənd [Araşdırma]". 2023-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Xarici işlər nazirinin ailə sərvəti". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Bəylər Eyyubovun ailə üzvünün şübhəli sərvəti". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Naxçıvanın yeni sahibi - Əli Nağıyev". 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Prezidentin ailə üzvlərinə məxsus şirkət Ağdamda ev tikir". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Yeni araşdırma: Heydər Əliyev Fondunun Şuşanın "satınalma"sındakı rolu". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "ARAŞDIRMA: Prezidentin ailə üzvlərinə məxsus şirkət Qarabağda əkin-biçinlə məşğul olur". 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ ""Araşdırılmayan cinayətlər" seriyası: Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "200 min manatlıq yeyintidə adı keçən keçmiş rektor..." 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "İşgəncədə ittiham olunan vaxt təltif edilən general Hikmət Həsənov". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Hacıbala Abutalıbov Ramiz Mehdiyevdən niyə üzr istəyib?". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Əfv komissiyasının üzvü olan deputatın adı cinayət işində keçir". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Keçmiş nazir "ölü canlar"a maaş yazmaqda ittiham olunub". 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ ""Samir Şərifov da məhkəmədə mənim yanımda oturmalıdır"". 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Kütləvi işgəncə əmri verməkdə günahlandırılan general-leytenant Mais Bərxudarov". 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ ""MTN işi"ndə adı hallansa da, məhkəmədə dindirilməyən sabiq deputat". 2024-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-14.
- ↑ "Həbsində naziri günahlandıran iş adamı təcridxanada özünə qəsd edib".
- ↑ "Araşdırılmayan cinayətlər: 23-cü seriya – Nəcməddin Sadıkov".
- ↑ "Söyüdlü sakini: "Ay prezident, o polislərə əmr verənlərin poqonları sökülməli idi"".
- ↑ "Girişinə qadağa qoyulan kənddən reportaj".
- ↑ "Söyüdlü sakini: "Mənim nə qədər ömrüm var ki, 1500 manat cəriməni ödəyim?!"".
- ↑ "Gədəbəy sakini: "Ölümüz var, kəndə buraxmırlar"".
- ↑ ""Sianid gölü daşsa, çox böyük fəlakətlərə səbəb olacaq"".
- ↑ "Feministlər Söyüdlüdə baş verən həbslərə etiraz ediblər".
- ↑ ""Söyüdlü sakinlərini kənddən çıxmağa qoymurlar"".
- ↑ ""Söyüdlüdə həbs olunanların ailələrin qorxuda bilirlər, çünki onlar təkdir"".
- ↑ "Jurnalistlər Söyüdlüdən polis zorakılığı ilə çıxarılıb". Abzas.net (az.). İstifadə tarixi: 2024-11-15.
- ↑ "Ülvi Həsənli saxlanıldı". Qafqazinfo (az.). 2023-11-20. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ Mikroskop. "Ülvi Həsənli saxlanılan zaman polis zorakılığına məruz qalıb". Mikroskop - Qısa, vizual, izahlı (az.). 2023-11-20. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Vəkil: Ülvi Həsənli həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir". Voice of America (az.). 2023-11-21. 2023-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Abzas Medianın baş redaktorunun hava limanında saxlanıldığı bildirilir". Voice of America (az.). 2023-11-21. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Abzas Medianın baş redaktoruna cinayət işi açılıb". Voice of America (az.). 2023-11-21. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib". Voice of America (az.). 2023-11-23. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Nərgiz Absalamova şahid qismində dindirildi – Yenilənib".
- ↑ "Nərgiz Absalamova saxlanıldı". Qafqazinfo (az.). 2023-12-01. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Nərgiz Absalamova barədə həbs qərarı verildi". Qafqazinfo (az.). 2023-12-01. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Jurnalist Elnarə Qasımova Abzas Media işi ilə bağlı dindirilib".
- ↑ "Jurnalist Elnarə Qasımova saxlanılıb". Voice of America (az.). 2024-01-13. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ Bakupost.az. "Elnarə Qasımova həbs edildi". www.bakupost.az (az.). İstifadə tarixi: 2024-11-15.
- ↑ "Jurnalist Hafiz Babalı "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib".
- ↑ "Jurnalist Hafiz Babalı saxlanılıb". Voice of America (az.). 2023-12-13. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ ""Abzas Media" işi çərçivəsində saxlanılan Hafiz Babalı həbs edildi". baku.ws (az.). İstifadə tarixi: 2024-11-15.