Xarici İşlər Nazirliyi (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xarici İşlər Nazirliyi
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 28 may 1918
Əvvəlki qurum Azərbaycan SSR Xarici İşlər Nazirliyi
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Rəhbərlik
Nazir Ceyhun Bayramov
Müavinlər Mahmud Məmmədquliyev
Araz Əzimov
Fariz Rzayev
Elnur Məmmədov
Yalçın Rəfiyev
Samir Şərifov

Rəsmi saytı mfa.gov.az

Azərbaycan Respublikası Xarici İşlər NazirliyiAzərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir.

Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman NərimanovMirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız ikinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR XXİK-i bərpa etdi. 1946-cı ildən XXİK Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN yenə də ciddi səlahiyyətləri olmayan qurum idi. Bu dövrdən başlayaraq Azərbaycanın xarici siyasəti idarəsinə Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov (həm də dövlət müstəqilliyinin yeddi ayında) başçılıq etmişlər. Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq, heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan sovet dövründə də Azərbaycan mərkəzi hakimiyyət vasitəsilə ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə iştirak etmişdir. 50-ci illərin ortalarından etibarən canlanmağa başlayan beynəlxalq əlaqələr əvvəlki illərlə müqayisədə 70–80-ci illərdə xeyli geniş olmuşdur.

Uzun illər boyu müxtəlif formalarda sovet rejiminə qarşı apardığı mübarizə və 80-ci illərin sonu — 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın əksər dövləiləri tərəfindən tanındı və diplomatik münasibətlər quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü və ya yaradıcılarından biri oldu. Müstəqillik illərində Azərbaycan Respublikasının xarici işlər nazirləri Tofiq Qasımov, Həsən Həsənov, Tofiq ZülfüqarovVilayət Quliyev oldular.

Tabeliyindəki qurumlar

[redaktə | mənbəni redaktə et]
  1. ADA Universiteti
  2. Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi
  • Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;
  • Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir;
  • ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərin bütün kompleksi üzrə məlumatların araşdırılması əsasında Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri üzrə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrini hazırlayır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təklifləri hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə baxılması üçün təqdim edir;
  • xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparır;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni həyata keçirir, Azərbaycan Respublikası qanunvericiliyinin onun beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak edir;
  • Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, onların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla ticarət-iqtisadi və maliyyə əlaqələrinin, elmi-texniki, mədəni və digər mübadilələrinin genişləndirilməsi üzrə siyasətin və konkret tədbirlərin hazırlanmasında iştirak edir;
  • beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə Azərbaycan Respublikasının səylərini diplomatik vasitələrlə həyata keçirir;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir;

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]