İtaliya incəsənəti
İtaliya incəsənəti —Bu dünya mədəniyyət tarixinin zəfər səhifəsidir. Heç vaxt, heç yerdə bu qədər görkəmli sənətkarlar, istedadlar yetişməmiş, incəsənətin bütün sahələrində bu qədər kəşflər edilməmiş, XVI-XVII əsrlər İtaliyasındakı kimi şah əsərlər yardılmamışdır. Həqəqitən bu dövrlər ölkənin qızıl yüzillikləridir. Rəssamların, heykəltəraşların və memarların statusu dəyişildi. Onlar sadə sənətkarlardan hörmət bəslənilən böyük sənətkarlara çevrildilər. Onların fəaliyyətləri yüksək qiymətləndirilir, saraylara dəvət olunur, Roma papaları, hersoqlar, xarici ölkələrin dövlət xadimləri onları öz saraylarına dəvət etmək üçün rəqabət aparırdılar. Sənətkarların individuallığı, yüksək sənətkarlığı, dərin biliklərə sahib olmağı dünya incəsənəti tarixinə İtaliya İntibahını bəxş etdi. Siyasi-iqtisadi şəraitin əlverişliliyi Avropa İntibahının məhz İtaliyada təşəkkülünə təkan verən səbəblərdən idi.
İtaliyada İntibah
[redaktə | vikimətni redaktə et]İntibah yalnız klassik ənənələrin və parlaq mədəniyyətinin dirçəlməsi demək deyildir. Bu miflərə və bibliya süjetlərinə yeni baxış idi. Bu müəmmalı və sirli dünyanın, dünyəvi insanın, füsunkar və gerçək italyan təbiətinin dərkində dahiyanə bir kəşf idi.
İntibah dövrü incəsənəti, hər şeydən əvvəl insanpərvərlik ideyalarına, əməlləri ilə cəmiyyəti irəli aparan canlı insan surətinə əsaslanır, insan zəkası və qüvvəsi, gözəlliyi realistik sənət əsərlərinin əsas məzmununu təşkil edirdi. İntibah dövründə üçölçülü məkanın yaradılması, dəqiq prespektiv qanunların axtarışına cəhd, kompozisiyanın bədii həlli və nəhayət ənənəvi tempera texnikasını yağlı boya texnikasını ilə əvəz edilməsi əldə olunan nailiyyətlərdəndir.
İntibah termini italyan humanistləri tərəfindən (Corcio Vazari) işlənsədə də, özünün indiki müasir mənasına XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir.
Antik mədəniyyət ənənələrinin canlandığı və yüksək inkişaf etdiyi İntibah dövrü İtaliyanı Avropa mədəniyyətinin mərkəzinə çevirdi. Sənətkarların individuallığı, yüksək peşəkarlığı, dərin biliklərə sahib olması və siyasi-iqtisadi şəraitin əlverişliliyi Avropa İntibahının məhz İtaliyada təşəkkülünə təkan verən amillər idi.
Təxminən 250 illik bir dövrü əhatə edən İtaliya İntibahı öz inkişafı yolunda bir neçə mərhələdən keçmişdir:
- Protorenessans (XII əsr- duçento)
- Erkən İntibah dövrü(XIIIəsr- treçento)
- Yüksək İntibah dövrü (XVI əsr- qızıl dövr kvatroçento)
- Son İntibah dövrü (XV əsr- çinkveçento)
Protorenessans
[redaktə | vikimətni redaktə et]Protorenessans rəngkarlığı orta əsr roman, qotik, Bizans ənənələri ilə bağlı olub İntibahın təşəkkül tapmasına şərait yaratdı.
Erkən İntibah
[redaktə | vikimətni redaktə et]Erkən İtalyan rəngkarlığı İntibah dövrü dünya incəsənət tarixinin ən önəmli hadisəsi hesab edilir. Bu dövrün ən tanınmış rəssamı Cotto di Bondone (1267—1337) olmuşdur. İntibahın atası – Florensiya məktəbinin görkəmli nümayəndəsi rəssam Cotto di Bondonenin yaradıcılığı, sözün əsl mənasında, yeni dövrün ruhunu təmsil edirdi. Rəssamın ənənəvi dini mövzularda yaratdığı əsərlər qotika ənənəsinə əsaslansa da, həcmli kompozisiyaların qurulması, arxa planda mənzərənin istifadə edilməsi kimi yeni bədii üslublara müraciət onun tablolarına reallıq və canlılıq bəxş edirdi. Cottonun əsərlərində təsvir olunan hadisə və surətlər əvvəllərdəki kimi, heç bir şey ifadə etməyən saya fonda deyil, bilavasitə əsərin süjeti ilə əlaqədar olan və onun ideya məzmunun kömək edən konkret şəraitdə müəyyən mənzərə və ya interyerdə yerləşdirilir.
Yüksək İntibah
[redaktə | vikimətni redaktə et]XV əsrin axırlarından başlayaraq İtaliya İntibahı inkişafının yeni dövrü Yüksək İntibah adı almış mərhələsi başlayır. Yüksək intibah dövrü antik mədəniyyət ənənələrinin yenidən canlandığı və misilsiz bir vüsətlə inkişaf etdiyi tarixi mərhələ idi.
Bu incəsənət hər şeydən əvvəl insan zəkasına böyük inam bəsləməklə, yeni humanist əxlaqı, insanın dünyəvi səadətini hər şeydən yüksək tutmuşdur. İntibah dövrü incəsənətində hərtərəfli inkişaf etmiş, həm mənəvi, həm də cismani nöqteyi –nəzərdən gözəl və qəhrəman insan idealı tərənnüm olunur. İnsanın zəkası və qüvvəsi, onun gözəlliyi Yüksək İntibah incəsənətinin əsas məzmununu təşkil edir. Bu mərhələ 40 ilə yaxın dövrü əhatə edir. qısaömürlü olmasına baxamayaraq, görkəmli sənətkarları ilə məşhurdur. Leonardo da Vinçi, Rafael Santi, Mikelancelo məhz yüksək İntibahın yetirmələridir Dövrünün dahi şəxsiyyətləri hesab edilən bu üç rəssamın yaradıcılığı üçün zəka, ahəng, güc xas idi. Hər üç rəssam dəzgah rəngkarlığı ilə yanaşı monumenal divar boyakarlığında (freska) əsərlər yaratmışlar. İncəsənət tarixinə yeniliklər qazandıran rəssamlardan Leonardo da Vinçi həyatı dərk etməyə və insan təbiətinin dərinliklərinə varmağa ,Rafael insan qəlbinin ən zərif tellərini duymağa, Mikelancelo isə insan həyatının faciəsini və əzəmətini çatdırmağa çalışırdı. Leonardo epik-povestliyi, Rafael-lirikliyi, Mikelancelo isə dramatizmi isə seçilirdi.
Son İntibah
[redaktə | vikimətni redaktə et]Son İntibah dövrü XVI əsrin 30-cu illərindən başlayır. Bu dövr təsviri sənət tarixində İntibahın böhran dövrü hesab edilir. Bu dövr İntibah dövrü irəngkarlığında insanın fiziki və mənəvi harmoniyasının itirilməsi ilə xarakterizə olunur. Rəssamların yaradıcılığında İntibah özülü üzərində yeni meyarların təsiri duyulur. Bu dövr rəssamlarından Tisian,Tintoretto və Veronezonu qeyd etmək olar. Həmçinin, bu dövrdə rəngkarlıq tarixində Manerizm dövrüdə önəmli yer tutur. Manerizm italyan maniera sözündən olub- manera deməkdir. Bəzi tətqiqatçılar manerizm cərəyanını barokko üslubunun ilk mərhələsi hesab edirdilər. Dəbdəbəyə maraq, dekorativlik, uzadılmış və ya deformasiya edilmiş fiqurlar, gərgin hərəkətdə verilmiş pozlar, kontrast işıqlandırma,mürəkkəb kompozisiya və qrotesk manerizmin əsas özəllikləri idi.
Barokko
[redaktə | vikimətni redaktə et]Barokko dünya incəsənət tarixinin ən “təmtəraqlı”, “qəliz”, “mürəkkəb” üslubu hesab edlir. İlk olaraq öz əksini memarlıqda tapan bu üslub, daha sonra incəsənətin digər istiqamətlərinə siraət edir. XVII-XVIII əsrlərdə renessans və klassisizm arasında mövcud olan barokko üslubu "yöndəmsiz", "qüsurlu", "ifrat meyilli, "kələ-kötür mirvari" (hərfi mənada "qüsurlu mirvari") kimi tərcümə olunur. Bu dövrdə rəngkarlıqda yeni kanonlar yaranır, obrazlarda daha emosinallıq, jest və ifadələrdə teatrallıq nəzərə çarpır. Barokko dövrü təsviri sənəti üçün kontrastlıq, gərginlik, obrazların dinamikliyi, effektivlik, əzəmətlilik və həcmliliyə meyl, reallıq və illuziyanın vəhdəti xarakterik idi. Təsvir təmtəraqlılığı və əzəməti ilə izləyicini cəlb etməli, həyəcan, vahimə və heyrət doğurmalı idi. Süjetlərdə daha çox mifoloji və dini mövzulara üstünlük verilir. Barokko dövrü İtaliya incəsənəti ənənələri əsasında iki dahi rəssam Mikelancelo Merisi de Karavacco (1573—1610) və Annibal Karracci (1555—1619) durur. Mikelancelo Merisi de Karavacco yaradıcılığı yalnız İtaliya incəsənətində deyil, dünya incəsənəti tarixində də önəmli yer tutur. Avropada realist incəsənətin başlanğıcı məhz onun adı ilə bağlıdır. Naturaya olan maraq, əşyaların dəqiq və həcmli təsviri, işıq-kölgənin kəskin kontrastla verilməsi onun yaradıcılığına xas idi. Merisi de Karavacco kəskin rəng kontrastı ilə əsərlərinə dramatiklik, teatrallıq qazandırır, obrazları mürəkkəb rakurslarda təsvir edirdi. O,öz qəhrəmanlarını seçirdi. Barokko tablolarından fərqli olaraq onun yaradıcılığında sadə xalq həyat səhnələrinə yer verilir və müqəddəsləri ilahi simadan uzaq olan sadə insanlar idi.
Karavacizm
[redaktə | vikimətni redaktə et]Əsasını Karavacconun qoyduğu Karavacizm – Avropa rəngkarlığında Barokko dövründə yaranmış cərəyandır. Bu bədii istiqamət nəinki İtalya, hətta dünyanın (Flandriya, Fransa, Hollandiya, İspaniya) bir çox tanınmış rəssamlarının yaradıcılığına təsir göstərmişdir. Karavacizm dövrünün digər istiqaməti olan Bolonya Akedemizmindən fərqli olaraq obrazları ideallaşdırmır. Naturaya olan maraq, əşyaların dəqiq və realistik təsviri, işıq-kölgənin kəskin kontrastla verilməsi əsərlərə dramatiklik, teatrallıq qazandırır. Karavacizm istiqamətində yaradılmış tabloların əsas xüsusiyyəti tenebrizm və kyaroskurodan rəngkarlıq maneralarından istifadə olunmasıdır.
Tenebrizm
[redaktə | vikimətni redaktə et]Tenebrizm (it. tenebre- kölgə) rəngkarlıqda işıq-kölgə üzərində qurulmuş kompozisiyalara deyilir. Bu tərzdə işlənmiş tablolarda bir başa əsas obraz işıq-kölgə vasitəsi ilə həcmlə verilərək ayrılır. Tenebrizmdən İtalya incəsənətində Karavaccodan əvvəl istifadə olunsa da, Karavacco yaradıcılığı ilə öz zirvəsinə qalxır.
Kyaroskuro
[redaktə | vikimətni redaktə et]Kyaroskuro-( it. chiaroscuro- işıq-kölgə)- rəngkarlıqda təsvirə həcm vermək üçün işıq-kölgənin, eləcədə bir rəngin və ya tonun parlaqlığını müxtəlif dərəcələrdə təyin etmək üçün istifadə edilir. Tanınmış nümayəndələri Karavacco, Rembrand və Velaskes olmuşdur.
Bolonya akademiyası
[redaktə | vikimətni redaktə et]Bolonya akademiyası- XVI-XVII əsrlərdə İtaliya rəngkarlığında manerizm cərəyanına qarşı yaranmışdı. Balonya akademiyası İntibah ənənələrinə əsaslanır, naturanın dəqiqliklə öyrənilməsini, proporsiyaların kanonlar daxilində idealizə edilməsini əsas götürürdü. Əsası 1585-ci ildə Karracci qardaşları tərəfindən qoyulmuş “Həqiqət yoluna yönəlmiş akademiya” özündən öncəki istiqamətlərin yeni təzahürdə təbliğatçısı idi. Alma-mater praktiki və teoritik fənnləri tədris edən mərkəzdə yerləşirdi. Mərkəzdə perspektiv qanunlar və anatomiya dəqiqliklə öyrədilir, antik dövr rəngkarlığına, dəqiq rəsmə diqqət yetirilirdi.Bolonya akademiyası Qvido Reni və Françesko Barbyeri kimi tanınmış rəssamlar yetişdirmişdir.
Macchiaioli və Verismo
[redaktə | vikimətni redaktə et]Akademik sənətə qalib gələn, avanqarda çevrilən ilk hərəkatlardan biri İmpressionistlərin yeniliklərini bir neçə nəfər tərəfindən gözlənilən rəngdən ("ləkə") inqilabi şəkildə istifadə edən Macchiaioli idi. onilliklər. Əhəmiyyətli eksponentlər Giovanni Fattori, Silvestro Lega, Telemaco Signorini, Cüzeppe Abbati idi.
Verismo sənətə məşhur və gündəlik mövzuları gətirdi. Digər müəlliflər arasında Lorenzo Viani, Cüzeppe Pellizza da Volpedo.
Lakin o vaxt Milanolu Skapigliati və xüsusən də mərhum italyan impressionizminin əsasını qoyan italyan naturalizm qəhrəmanı Francesco Filippini, Klod Mone ilə müxalif tədqiqatçı həmkarı idi.