İstifadəçi müzakirəsi:HulaguKaan
Vikipediya | Xoş gəldiniz, HulaguKaan! |
Tez-tez soruşulan suallar | Salam, HulaguKaan. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
Redaktə qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Şahzadə 17:14, 5 Avqust 2010 (UTC)
Bəxtiyar Hacıyev
[vikimətni redaktə et]Salam, Bəxtiyar Hacıyev başlığını sizin sildiyiniz görünür. Niyə "lazımsız" kateqoriyasından sayılır ki? HulaguKaan 21:37, 8 Oktyabr 2010 (UTC)
Qiyabi olaraq tanıdığım Bəxtiyar Hacıyev haqqında olan məqaləni mən silməmişəm. Vago silib. Ensiklopedik məqalə olmadığı üçün silinib. Mən isə Bəxtiyar hacıyev.jpg faylını silmişəm. Çünki heç bir məqaləyə yerləşdirilməmişdir. Mən o əməliyyatı Vagodan sonra etdim. Əgər mən silməsəydim, istənilən halda digər idarəçilərdən biri tərəfindən silinəcəkdi. --Cekli829 12:37, 9 oktyabr 2010 (Cek vaxtı ilə)
Bot, sonra linkləmə, bu kimi kodlardan başım çıxmır, əlimdən gəldiyincə diqqət etməyə çalışıram. Sizlərə əlavə zəhmət verdiyim üçün üzr istəyirəm.HulaguKaan 00:28, 18 Oktyabr 2010 (UTC)
- Bu səhifəni oxuyun. Həmdə qaralama dəftərində redaktə təcrübələrinizi edə bilərsiniz. Əgər bundan sonra da hansısa mövzuda çətinlik çəksəniz, kömək etməyə hazıram. Hörmətlə:-- Pərviz 00:47, 18 Oktyabr 2010 (UTC)
Neçə gündür "Yosa" başlığında müzakirədə yazı yazmışam, kitabdan qaynaq göstərmişəm, müdaxilə edən yoxdur. Durumu protest edirəm!!! — Bu imzasız yazı HulaguKaan (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 16:02, 26 Oktyabr 2010 (UTC)
Əlavə edildi
[vikimətni redaktə et]Sizin İstifadəçi adınızı dəyişmək barədə müraciətiniz bu səhifəyə əlavə edildi. Əlavələrinizi edə bilərsiniz. Hörmətlə: -- ■ Sultan mesaj 20:32, 4 may 2013 (UTC)
Ulduz
[vikimətni redaktə et]Salam. Maraqlı fəaliyyətə görə Ulduz mükafatı aldınız. Ümüd edirəm ki, fəaliyyətiniz davamlı olacaq. Hörmətlə:--Baskervill (talk) 20:52, 24 aprel 2014 (UTC)
DƏVƏT
[vikimətni redaktə et]DƏVƏTNAMƏ | ||
Salam! Bakı Slavyan Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Bakı Slavyan Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
--Ayşad Əsgərli (talk) 14:13, 1 may 2014 (UTC)
İbrahim Ləmbəranski məqaləsi
[vikimətni redaktə et]Salam. 5 iyun 2014-də İbrahim Ləmbəranski məqaləsini sildiyiniz görünür. Bu barədə açıqlama verərdiniz zəhmət olmasa, axı bu adam çox önəmlidir son dövlərdə, ayrıca köklü bir ailədən gəlir. Nəsə senzura var? --HulaguKaan (talk) 12:00, 1 iyul 2014 (UTC)
- Yalnız o məqaləni yox, həmin dövrdə 2000-dən çox məqalə silmişəm. Hansı ki, o məqalələr boş və qeyri-ensiklopedik məqalələr idi. Hörmətlə, --►Cekli829 06:45, 2 iyul 2014 (UTC)
Lyosa
[vikimətni redaktə et]Salam. Niyə israrla məqalənin adını "Mario Barqas Yosa"ya dəyişdirirsiniz? Özünüz də müzakirə səhifəsində qeyd edirsiniz ki, hətta ASE-də də "Mario Varqas Lyosa" yazılıb. İnternetdə sizdən başqa kimsə bu yazıçını "Barqas Yosa" kimi axtaracaqmı Azərbaycan dilində. İndi nə zamansa səhv transliterasiya edilib, ruslar alınıb - hər nə. Fakt odur ki, bu adamın adı bu günə qədər Azərbaycandilli mənbələrdə həmişə Varqas Lyosa kimi yazılıb. Özümüzdən yenilik etməyək. Hörmətlə:--Sortilegus (talk) 21:59, 3 iyul 2014 (UTC)
- İstinad etdiyiniz sayt da viruslu saytdır. --Sortilegus (talk) 22:05, 3 iyul 2014 (UTC)
Siz sayılırla hərəkət edirsiz ya faktlarla? Sayta Opera ilə girsəniz bütün detalları və subutlarla sizin indiyə qədər "hər nə" deyib ört-bas etdiyiniz səhv çürüdülməkdədir. "Hər nə"yə qalsa, sizin adını çəkdiyiniz saytların hamısı hansı təhsil sisteminin yetişdirdiyi müxbirlərin yazdığı yazılardır, bilirsiniz. Hispaniya.com-dakı məqalə ispan dili üzrə filoloq tərəfindən ortaya qoyulmuş məsələdir. Qaldı ki ASE, bu kitab aktuallığını itirib. Bu kitab rus dilinin hegemonluğu zamanı yazılmış bir kitabdır. O zaman Azərbaycan dili digər dillərlər müstəqil ünsiyyətdə olmadığından, bu cür səhvlərə yol verilə bilər. Kimsə də, irdələməz.
Sizin kimi on nəfər Lyosa yazandan sonra niyə kimsə internetdə Yosa yazsın ki? Ekspert olmadığınız bir sahədə sırf adminlik imkanınızdan yararlanıb vandallıq edirsiniz. --HulaguKaan (talk) 09:49, 5 iyul 2014 (UTC)
Fayl statusu Şəkil:Bəylər eyyubov.jpg
[vikimətni redaktə et]Hörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Bəylər eyyubov.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 16:32, 1 avqust 2014 (UTC)
Dəvət
[vikimətni redaktə et]DƏVƏTNAMƏ | ||
Salam! Tənha kişi (film, 2009) məqaləsinin "Seçilmiş məqalə" namizəd statusunu əldə etməsi ilə əlaqədar, Sizi Vikipediya:Seçilmiş məqalə namizədləri/Tənha kişi (film, 2009) səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
--Keete 37 (Farid Aliev) (müzakirə) 15:08, 19 may 2015 (UTC)
Colan təpələri
[vikimətni redaktə et]Salamlar! Bu təpənin adı Ərəbcə Colandır. Bir çox Azərbaycan kitab və dərsliklərində də bu cür yazılıb. Siz hansı əsasa görə dəyişiklik etdiniz? Xahiş edirəm əsaslandırın. Hörmətlə:--Enver62 (müzakirə) 21:04, 29 mart 2016 (UTC)
Xosep Qvardiola
[vikimətni redaktə et]HulaguKaan sizi 24 saatlığa blokladım. Ümüdvaram gələcəkdə digər istifadəçilərlə müzakirə zamanı Siz oxumağı bacarırsınız? tipli cümlələrdən daha istifadə etməyəcəksiniz. Mənim nə sizinlə, nə də Xosep Qvardiola ilə şəxsi qərəzim yoxdur. Ola bilər siz haqlısınız və həqiqətən də Cuzep Quardiola yazılmalıdır. Sadəcə iş burasındadır ki, axtarış zamanı saytların demək olar hamısında Xosep Qvardiola çıxır. Cuzep Quardiola isə ümumiyyətlə çıxmır. Sizi səbrli olmağa çağırıram. Əminəm ki yekunda düzgün qərar veriləcək.--Nicat49 ⋠müzakirə⋡ 23:34, 8 iyun 2017 (UTC)
Nicat49, qəbul edirəm ki, emosional davranmışam. Amma sizinlə mənim aramdakı danışıqda, siz özünüz özünüzü hakim təyin edə bilməzsiniz. Bu ədalətsizdir. Verdiyiniz qərarın ədalətdə yeri yoxdur. Əgər şikayətiniz varsa, bunu digər idarəçilər müəyyənləşdirməli idi. İndiki halda siz, idarəçi hüququnuzdan öz mənfəətiniz, öz qərarlarınızı diktə etmək üçün istifadə etmiş sayılırsınız. Əgər sizdən daha yüksək nəzarətçi varsa, ümid edirəm, bu vəziyyətə göz yummayacaq. HulaguKaan (müzakirə) 08:57, 9 iyun 2017 (UTC)
Cekli829, Sortilegus, Baskervill
- HulaguKaan vikipediyada heç kim heç kimə hakimlik etmir. Yazdığınız absurt cümlələrə cavab yazıb müzakirəni başqa səmtə yönəltmək istəmirəm. Hörmətli idarəçilər - Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill,Cekli829, Sortilegus, Vusal1981 və Wertuose istifadəçi HulaguKaan iddia edir ki, Xosep Qvardiolanın adı azərbaycan dilində Cuzep Quardiola formasında yazılmalıdır. Düzü mən ispanca bilmirəm, ancaq KİV-lərin demək olar hamısında (Azertag, 1news, APA, Trend, İdmantv və s.) Xosep Qvardiola yazılır. Cuzep Quardiola formasında isə heç bir KİV məlumatı tapmaq mümkün deyil. İstifadəçinin özü də heç bir mənbə göstərə bilmir. Mən bütün bunları nəzərə alıb məhs Xosep Qvardiola yazılmasının tərəfdarıyam. Əgər aranızda mənim yanlış düşündüyümü iddia edən varsa lütfən bildirsin. Birdə onuda qeyd edim ki, mən maraq üçün Azərbaycan Respublikası Prezidentinin saytında Xosep yazıb axtarışa verdim və orada Avropa Parlamentinin sədri Xosep Borrell Fontellesin adı çıxdı. Bu şəxin adı ingiliscə belə yazılır - Josep Borrell Fontelles, Qvardiola isə ingiliscə belə yazılır - Josep Guardiola Sala. Yəni gördüyünüz kimi bütün KİV-lər kimi Azərbaycan Respublikası Prezidentinin saytıda Josepi Cuzep yox Xosep kimi tərcümə edib.--Nicat49 ⋠müzakirə⋡ 20:28, 9 iyun 2017 (UTC)
Nicat49, təəssüf ki, vikidə bu cür səlahiyyət sizə verilib. Adın tərcümə yox transliterasiya edilə biləcəyini, ümumiyyətlə bunun nə demək olduğunu, fərqin nə olduğunu anlamamısınız, yəqin sizin üçün heç fərqi də yoxdur. Odur ki, imkan varkən, bas getsin edirsiniz. Yuxarıda bir ton yazı yazmışam, 4 dənə link atıb qaynaq göstərmişəm, təkrarən sizə demişəm ki, mən göstərən qaynağın sizin qaynaqlardan geri qalan yanı yoxdur, gəlib burda yazırsınız ki, qaynaq göstərə bilmir. Deyirsiniz ispanca bilmirsiniz, məsələyə hakim deyilsiniz, çünki burda heç ispan dilinin dəxli yoxdur, katalon dilinə görə belə vəziyyət yaranıb. Yənə təkrar edirəm, sizin bu məsələdə fikir yürütmək imkanınız çatmır təəssüf ki, amma sırf idarəçi statusunuz var deyə, bundan maksimum yararlanırsınız. Nəysə, burda belə yazırsız, da cəhənnəmə yazın, amma real həyatda birdən tema düşsə, Xosep deyəndə ağlınıza gələcək ki, əslində səhv deyirsiz, katalonlarda Xosep adı yoxdur, Cuzep adı var və bu ad Josep yazılır. İspanlarda isə Josep adı yoxdur. Daa heçnə :D
- HulaguKaan yuxarıda yazdığım kimi yenədə sizin təəssüf ki, vikidə bu cür səlahiyyət sizə verilib. və sizin bu məsələdə fikir yürütmək imkanınız çatmır kimi cəfəng fikirlərinizə münasibət bildirməyəcəm. Boş-boş cümlələr yazmaqdansa mənbə göstərsəydəniz daha yaxşı olardı. Sizin deməyinizdən belə çıxır ki, mən bütün KİV-lərə inanmayıb, onların hamısını görməməzdikdən gəlib sırf sizin sözünüzə inanıb məqalənin adını Cuzep Quardiola qoymalıyam ? Yuxarıda digər idarəçiləridə müzakirəyə tag etmişəm. Əminəm ki, əgər onlar mənim yanlış olduğumu düşünsələr mütləq fikir bildirəcəklər. Qvardiola kataloncada məhs Josep Guardiola i Sala yazılır. Yəni ispancadan fərqli bir şey yoxdur yazılışında. Ən maraqlısı odur ki, mən google-da azərbaycanca ümumiyyətlə Cuzep adlı şəxs tapa bilmədim. Bu arada sizdən daha öncə müzakirə zamanı etik qaydalara riayət etməyinizi xahiş etmişdim, ancaq görünür siz (imkan varkən, bas getsin edirsiniz / burda belə yazırsız, da cəhənnəmə yazın) xəbərdarlığı qulaq ardına vurmusuz. Ona görə sizin blokunuzun müddətini uzadıram. Gələcək fəailiyyətinizdə uğurlar.--Nicat49 ⋠müzakirə⋡ 22:47, 9 iyun 2017 (UTC)
Səsvermə
[vikimətni redaktə et]Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Anar kerimxanov (müzakirə) 19:54, 21 iyun 2017 (UTC)
Əlaqə
[vikimətni redaktə et]Salam. Sizinlə necə əlaqə saxlamaq oalr? Mailiniz var mı?--131.117.142.115 11:27, 7 avqust 2017 (UTC) ==
Salam. Vikipediyada özəl məktub da yollamaq olur. ~~~~
Seçilmiş məqalə statusunun geri alınması
[vikimətni redaktə et]Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/1 − 2 + 3 − 4 + · · ·
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Yeddi gözəl (balet)
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Alban xaç daşları
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Azıx mağarası
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Möminə Xatun türbəsi
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Coser ehramı
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Titanik
- Vikipediya:Yaxşı məqalə statusunun geri alınması/Yaşar Nuri
- Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/İzotermik proses
- Vikipediya:Yaxşı məqalə statusunun geri alınması/Pol Sezan
- Vikipediya:Yaxşı məqalə statusunun geri alınması/Almaniya
Hörmətlə --Azerifactory (müzakirə) 07:31, 7 sentyabr 2017 (UTC)
İdarəçi seçkisi
[vikimətni redaktə et]İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:11, 1 oktyabr 2017 (UTC) |
İdarəçi seçkisi
[vikimətni redaktə et]İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:10, 2 oktyabr 2017 (UTC) |
Məqalə Silmə Fəaliyyəti
[vikimətni redaktə et]Hörmətli @Babək Akifoglu yaratdığım "Joze Mauru di Vaskonselos" səhifəsini səsverməyə belə qoymadan, silmisiniz. Xahiş edirəm, sildiyiniz məqaləni bərpa edin, və daha sonra məqalənin genişləndirilməsi üçün kömək edin. Kömək ola bilmirsinizsə, köstəklik eləməyin.
Hörmətli AzVikinin digər istifadəçilər, bu kimi vandalizmlə dəfələrlə qarşılaşıram. Bu da növbəti vandalizm nümunəsidir. İdarəçilərdən, burokratdan xahiş edirəm, bu istifadəçinin fəaliyyəti nəzarətdə saxlanılsın, özbaşına sildiyi başqa məqalələr varsa, onlar da müvafiq yoxlanışdan keçsin. — Bu imzasız yazı HulaguKaan (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 09:13, 3 yanvar 2018 (UTC)
- Hörmətli istifadəçi HulaguKaan. İstənilən idarəçiyə qarşı təhdid qarışıq xəbərdarlıq elan etməyiniz xoşagəlməz haldır. Bloklanma qaydalarının müvafiq bəndinə əsasən gələcəkdə bu kimi hallara görə bloklana bilərsiniz. Hər hansısa anlaşılmazlığı sadəcə sual verməklə, qərəzsiz, hisslərə qapılmadan, normal ifadələrlə də soruşub aydınlaşdıra bilərsiniz. Məqalənin silinməsinə gəldikdə isə, yaratdığınız adı çəkilən məqalə boş və mətnsiz olduğuna, ay yarım müddətinə bu vəziyyətdə saxlanıldığına, üzərində heç bir iş aparılmadığına görə, eyni zamanda məqalənin işlənəcəyi barədə heç bir şablon yerləşdirilmədiyinə görə silinmişdir. Gələcəkdə bela hallarda {{iş gedir}} şablonundan istifadə etməyinizi məsləhət görürəm. Fəaliyyətinizdə uğurlar diləyir və məqaləni zənginləşdirməyə davam etdiyinizə görə təşəkkürümü bildirirəm. --Babək Akifoğlu (müzakirə) 14:23, 3 yanvar 2018 (UTC)
Hörmətli Babək Akifoğlu, qeyd etdiyiniz iradları qəbul etmirəm, çünki heç bir texniki imkanı olmayan bir istifadəçinin hər hansısa təhdit, hədə, hökmranlıq üçün nə fürsəti var, nə də gücü. Heç seçdiyim ifadələrdə də bu cür bir təhditkar, hədələyici ifadə olmadığına inanıram. Əksinə, sizin texniki olaraq əldə etdiyiniz "bloklanma" xüsusiyyətindən əsassız şəkildə faydalana bilənəcəyinizə dair məni hədələməyiniz, sizin bir idarəçi olaraq sorğulanmanıza səbəbdir. Növbəti seçkilərdə bunu nəzərə alacağımı nəzərinizdə saxlayın.
Bir məqalənin silinməsi üçün onun səsverməyə qoyulmağı lazım olduğunu güman edirdim. Əgər Az-Vikidə belə bir qayda yoxdursa və idarəçilər şəxsi qənaətlərinə görə məqalə silmək hüququna malikdirlərsə, bəs bizim vikipediyaçılar olara könüllü bir-birimizə dəstək olmaq xüsusiyyətimiz harda qalıb? Bir məqaləni silməkmi daha asandır, yoxsa, içi "boş olan" başlığı doldurmaqmı? Bir idarəçi asan olanı seçib, məqaləni zənginləşdirmək əvəzinə onu silir, bircə cümləlik də olsa, kiçik bir məlumatın yerləşdirilməsinə baxmayaraq, özü bircə cümlə belə əlavə etmədən, tamamiylə silirsə, onda o nə təhər idarəçidir? Qeyd etdiyim kimi, növbəti seçkilərdə, bunu mütləq hamı nəzərə almalıdır.
Paylaşdığınız koda görə minnətdaram, çalışacam, digər məqalələrdə istifadə edim. Amma yenə xatırladıram, başlığı silib yox etməkdənsə, həmin işarəni siz özünüz də qoya bilərdiniz və bu daha pozitiv, dostanə olardı, nəyinki silib yox etmək. Xatırladıram ki, silmək dağıtmaq, yox etmək vandallıq əlamətidir və siz bu əməli törətmisiniz. HulaguKaan (müzakirə) 17:58, 3 yanvar 2018 (UTC)
Baskervill, Azerifactory, Cekli829, White Demon Wertuose
- Hörmətli istifadəçi. Nəzərəinizə çatdırıram ki, "Bloklanma funksiyasından istifadə edib hər hansısa istifadəçini hədələmək" deyə bir şey yoxdur. İstifadəçi müəyyən etik normaları keçdiyində ona xəbərdarlıq etmək və ya bloklamaq biz idarəçinin borcudur, əks təqdirdə vikipediyada anarxiya hökm sürər. Hər hansısa istifadəçinin boş məzmunlu məqaləsini zənginləşdirmək idarəçinin vəzifəsi deyildir. Sizin "məqalə" adlandırdığınız mətnsizlik yalnız kiçik preambuladan ibarət boş məzmun idi. Əgər idarəçinin sizin bir cümlədən belə ibarət olmayan məqalənizi silməyini vandallıq hesab edirsinizsə və buna görə onu vandal adlandırırsınızsa, siz artıq ikinci dəfə etik normaları keçirsiniz. Sizə ikinci dəfə xəbərdarlıq edir və diqqətli olmağa çağırıram. --Babək Akifoğlu (müzakirə) 19:07, 3 yanvar 2018 (UTC)
Hörmətli Babək Akifoğlu, Verdiyiniz bu cavabla törətdiyiniz əməllə bağlı əvvəlki fikrimdə sabit qalıram. HulaguKaan (müzakirə) 19:13, 3 yanvar 2018 (UTC)
Sildiyiniz Səhifələr
[vikimətni redaktə et]Hörmətli Emin bəy, sildiyiniz https://az.wikipedia.org/wiki/Əfqan_Xəlilli məqaləsinin https://az.wikipedia.org/wiki/Vikipediya:Ensiklopedik_əhəmiyyətlilik_(şəxslər) əsasında, və ya "Wikipedia" ingilis dilində olan prinsipləri əsasında izah edə bilərsinizmi, niyə ensiklopedik deyil? HulaguKaan (müzakirə) 18:43, 5 yanvar 2018 (UTC)
Salam. Qeyd etdiyiniz məqalədə heç bir istinad yox idi. Bəzi linklər əlavə etmişdiniz, həmin linklərdə sadəcə tərcüməçi kimi Əfqan Xəlillinin adı qeyd olunmuşdu. Yəni şəxs haqqında məlumat deyildi, tərcümə etdiyi əsərlərin linkləri idi. Bu, şəxsin ensiklopedik olduğuna gətirib çıxarmır. Şəxslərin ensiklpedik əhəmiyyətlilik kriteriyalarının heç biri ilə uzlaşmır bu məqalə.--Emin ismarıc 18:48, 5 yanvar 2018 (UTC)
Şəxsin özünün ensiklopedik olduğuna dair mətbuatda haqqında gedən məlumatlar, müsahibələri, açıqlamaları etibarlı mənbələrlə göstərilmişdi. Səsvermədəki digər iştirakçılardan biri isə tərcümələri haqqında mənbə olmadığını göstərən şərh qoymuşdu, onun vurğuladığı çatışmazlıq aradan qaldırılmışdı. Müəyyən bir müddət idman mediasında gündəm olmuş, ümumiyyətlə isə idman sahəsində, bir tərcüməçi olaraq tanınan şəxsdir. Qeyd etdiyim prinsiplər baxımından ensiklopedik şəxs olduğu qənaətindəyəm. Və təklif edirəm ki, tələsməyib səsvermənin yekununu gözləyəsiniz. Gəlin mövqelərimizi şəxsi qənaətlə yox Wikipedia prinsipləriylə əsaslandıraraq ortaya qoyaq. HulaguKaan (müzakirə) 18:55, 5 yanvar 2018 (UTC)
Şəxsin ensiklopedik olduğuna dair heç bir istinad yoxdur. Cəmi bir müsahibəsindən [1], [2] iki fərqli linkə keçid verib istinad etmisiniz. Yəni heç bir yerdə Əfqan Xəlilli adlı şəxs haqqında məlumat yoxdur. Yuxarıda qeyd etdiyiniz Şəxslərin ensiklopedik əhəmiyyətliliyi kriteriyasından hansına görə bu şəxsi ensiklopedik hesab etdiyinizi qeyd etmədiniz. Belə məqalələr inkişaf etmiş vikipediyalarda müzakirəsiz silinir. Vikipediya prinsiplərinə əsasən məqalənin silinməsi düzgün qərardır.--Emin ismarıc 19:20, 5 yanvar 2018 (UTC)
Hörmətli Emin, 1 məqalədə onun bioqrafik məlumatları qeyd olunub. Onu ensiklopedik şəxs edən, məşhurluğudur. Fəaliyyəti onu ictimai şəxs edir və buna görə fəaliyyəti jurnalistlər tərəfindən də izlənilir. Bundan əlavə peşəsi etibariylə yayımlanmış məqalə və tərcümələri də onu ensiklopedik şəxs edir. Bunlarla bağlı isə onlarla mənbə qeyd edilib və yenə də etmək mümkündür. Vikipedianın hansı prinsipinə əsasən ensiklopedik şəxs olmadığını əsaslandıra bilərsinizmi? HulaguKaan (müzakirə) 19:45, 5 yanvar 2018 (UTC)
Bioqrafik məlumatlar şəxsi ensiklopedik edirmi? Bütün bioqrafik məlumatlar Vikipediyaya əlavə olunmalı deyil. Mən ensiklopedik sayıla biləcək bir səbəb olmadığı qənaətindəyəm. Siz iddia edirsiniz ki, ensiklopedikdir və bunu sübut edəcək istinadlar yoxdur. Qeyd etdiyiniz onlarla mənbəni göstərəsiniz, bəlkə? Müzakirəni çox uzatmağın mənası yoxdur, çünki bu, Əfqan Xəlillini ensiklopedik şəxs etmir.--Emin ismarıc 19:56, 5 yanvar 2018 (UTC)
Fəaliyyəti ilə bağlı məlumat - tərcümələri, məqalələri, müsahibələri üçün ayrı ayrı qaynaqlar, mənbələr göstərilib. Bioqrafik məlumat onsuz da istənilən şəxs haqqında verilir, bu da normaldır. Həyatı hissəsində bu məlumatlar göstərilib, məlumatın hardan alındığına dair də, müsahibəsinin girişində gedən məlumatda göstərilib. Siz daha diqqətli baxsanız görərsiniz. Lakin onu ensiklopedik şəxs edən, məşhurluğu və fəaliyyətidir. Məşhurluğuna dair yenə internetdəki məlumatlar, müsahibələr qoyulub və yenə əlavə edilə bilər. Tərcüməçi olaraq yaradıcılığına dair də etdiyi tərcümələrlə bağlı məlumatlar qaynaqlarıyla bərabər göstərilib. Siz daha diqqətli baxın lütfən. Daha nə olmalıdır ki? Başda göstərdiyim prinsipləri əsas götürərək - məşhurluğu və yaradıcılığı - , ensiklopedik şəxs olduğunu bildirirəm. Bəs siz hansı əsasla, hansı qayda və prinsiplə bunun əksini sübut edirsiniz? HulaguKaan (müzakirə) 20:07, 5 yanvar 2018 (UTC)
Özünüzün istinad etdiyi Şəxslərin ensiklopedik əhəmiyyətlilik kriteriyasında yazılan bəndlər bunlardır:
- Şəxs vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir.
- Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır.
- Şəxs müstəqil kitabın, filmin və ya çoxsaylı dövri nəşrlərin mövzusunu təşkil etmiş əhəmiyyətli və ya məşhur bir işin icraçısı və icrasında iştirakçı olmuşdur.
- Şəxsin işi əhəmiyyətli abidə, mühüm bir sərginin vacib hissəsi olmuş, tənqidçilərin diqqətini əhəmiyyətli dərəcədə cəlb etmiş, yaxud bir neçə məşhur muzey və ya qalereyanın daimi kolleksiyaları arasında təmsil olunmuş, yaxud işləri bir sıra məşhur kitabxanada yer almışdır.
Bunlardan heç biri Əfqan Xəlilliyə aid edilə bilmir. Şəxsin məşhur olduğunu, fəaliyyətini qeyd edirsiniz. Amma bunları təsdiq edən bir mənbə yoxdur. Əfqan Xəlilli tərcüməçidir, öz peşəsi ilə məşğuldur. Amma hər hansı xüsusi bir işlə yadda qalmayıb, uğur qazanmayıb. Ümid edirəm, sizə hər şey aydın oldu. Əfqan Xəlilli haqda məqalə nə vaxtsa, vikipediyada ola bilər, bu da şəxsin karyerasının necə olacağı ilə bağlıdır. İndiki vəziyyəti ilə məqalə bərpa olunmayacaq. Sağ olun.--Emin ismarıc 14:15, 6 yanvar 2018 (UTC)
Share your experience and feedback as a Wikimedian in this global survey
[vikimətni redaktə et]Hello! The Wikimedia Foundation is asking for your feedback in a survey. We want to know how well we are supporting your work on and off wiki, and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation. You have been randomly selected to take this survey as we would like to hear from your Wikimedia community. The survey is available in various languages and will take between 20 and 40 minutes.
You can find more information about this survey on the project page and see how your feedback helps the Wikimedia Foundation support editors like you. This survey is hosted by a third-party service and governed by this privacy statement (in English). Please visit our frequently asked questions page to find more information about this survey. If you need additional help, or if you wish to opt-out of future communications about this survey, send an email through the EmailUser feature to WMF Surveys to remove you from the list.
Thank you!
Reminder: Share your feedback in this Wikimedia survey
[vikimətni redaktə et]Every response for this survey can help the Wikimedia Foundation improve your experience on the Wikimedia projects. So far, we have heard from just 29% of Wikimedia contributors. The survey is available in various languages and will take between 20 and 40 minutes to be completed. Take the survey now.
If you have already taken the survey, we are sorry you've received this reminder. We have design the survey to make it impossible to identify which users have taken the survey, so we have to send reminders to everyone. If you wish to opt-out of the next reminder or any other survey, send an email through EmailUser feature to WMF Surveys. You can also send any questions you have to this user email. Learn more about this survey on the project page. This survey is hosted by a third-party service and governed by this Wikimedia Foundation privacy statement. Thanks!
Your feedback matters: Final reminder to take the global Wikimedia survey
[vikimətni redaktə et]Hello! This is a final reminder that the Wikimedia Foundation survey will close on 23 April, 2018 (07:00 UTC). The survey is available in various languages and will take between 20 and 40 minutes. Take the survey now.
If you already took the survey - thank you! We will not bother you again. We have designed the survey to make it impossible to identify which users have taken the survey, so we have to send reminders to everyone. To opt-out of future surveys, send an email through EmailUser feature to WMF Surveys. You can also send any questions you have to this user email. Learn more about this survey on the project page. This survey is hosted by a third-party service and governed by this Wikimedia Foundation privacy statement.
Nicat49 adlı idarəçinin fəaliyyəti
[vikimətni redaktə et][[3]] gedən müzakirələrdən sonra Nicat49 tərəfindən hesabımın 1 aylıq bloklanması ucbatından tək imkanımın bura çatdığından yazıram.
Bu istifadəçinin öz idarəçi səlahiyyətlərdən təhdid, hədə qorxu üçün istifadə etdiyini, qərəzli olduğunu bildiyimi və bunu onun özünə bildirdiyim üçün bloklanmışam. Maraqlı olan isə odur ki, o elə həmin səbəbləri əsəs gətirib mənə qarşı istifadə edir. Bir bir seçdiyi ifadələrin əvvəlindəki ifadələri sadəcə görməzdən gəlib, bloka əl atır.
""vaxtınızı itirmək istəmirsinizsə, zəhmət çəkib başqa işlə məşğul ola bilərsiniz" - ifadəsində hansı təhqir və ya kobudluq var. O mənə qarşı "mənim vaxtımı mənasız müzakirələrə sərf etməyərək" deyirsə, ona başqa nə cür kömək etmək olar?
"Sizin fəailiyyətinizin çox hissəsi ya kimlərləsə nəyisə mübahisə etməkdən,... .. kimi 1-2 cümləlik məqalələr yaratmaqdan ibarətdir." kimi kobud və ucuz sözlərə nə deməli? Mən elə bilirəm ki, Vikipediyada 1 hərflik orfoqrafik səhvi belə düzəldənə təşəkkür edirlər. Qarşılığında isə o, öz səlahiyyətlərindən sui istifadə edərək, müzakirədə haqlı görünmək, müzakirəyə son nöqtə qoymaq məqsədiylə bloklanmaya işarə edən "Bunu xəbərdarlıq kimi qəbul edin." (və nəticədə də bloklamışdır) kimi ifadələr işlətmişdir. Bununla artıq ikinci dəfədir ki, bu idarəçi özünü haqlı göstərmək üçün, müzakirəni akademik yox, texniki yöndən sonlandırmaq üçün öz idarəçi səlahiyyətindən sui istifadə edir və buna nəzarət edən yoxdur.
"məntiqi əlaqə yoxdur təklifinizdə" ifadəsini özünə təhqir kimi qəbul edir. Gəlin bu cümlənin necə istifadə edildiyinə tam baxaq: "Biz orijinal ingilis dilindəki mətni Azərbaycan dilinə tərcümə edərkən razılaşa bilmirik, siz durub rusca mətnləri qaynaq kimi təqdim edirsiz? Məntiqi əlaqə yoxdur təklifinizdə."
Qərəzli şəkildə hədə olaraq təqdim etdiyi "mənim məqsədim sizlə qisasçılıq olsa idi, bunu real həyatda edərdim" ifadələrimin isə tamamı belədir:
Mənim məqsədim sizlə qisasçılıq olsa idi, bunu real həyatda edərdim. Halbuki, sizi tanımıram, mənim üçün virtual varlıqdır sadəcə sizin vikipediya hesabınız. Əqli-psixoloji vəziyyətim yerindədir, sizə kin bəsləmirəm. Bu ifadələrdə hansı hədə qorxudan söhbət gedir?
"sizin gələcək seçimlərdə səlahiyyətdən məhrum olmağınıza gətirib çıxardacaq" Bunu isə zaman göstərəcək! HulaguKaan (müzakirə) 10:30, 26 mart 2019 (UTC)
- Salam hörmətli Nicat49, tətbiq etdiyiniz blokun bir qədər ağır olduğunu düşünürəm. Qarşımızdakı istifadəçinin müəyyən qədər fəaliyyəti var və düşünürəm ki, inkişaf etməkdə olan vikipediyamızın fəal və təcrübəli istifadəçilərə ehtiyacı var. Buna görədə onları uzun müddətli bloklamaqla həvəsdən salmağımız doğru olmaz. Biz idarəçilər gərək müzakirələrdə səbirli olaq və bloklamaq bizim ən son edəcəyimiz iş olsun. Aranızdakı müzakirəni oxuduqdan sonra istifadəçinin qaydaları kobud şəkildə pozmadığının şahidi oldum. Ona görə də sizdən istifadəçinin üzərindəki bloku qaldırmağı və ya 3 gündən artıq olmayan müddətə təyin etməyinizi rica edirəm. Hörmətlə --eldarado ✉ 15:57, 26 mart 2019 (UTC)
İstifadəçinin diqqətinə çatdırım ki, bir istifadəçi məqalənin məzmununu silirsə və bundan sonra idarəçiylə redaktə müharibəsi aparırsa, idarəçi ona mütləq xəbəbdarlıq etməlidi, burda qeyri-adi heçnə yoxdur. Daha əvvəl elə bu istifadəçi ilə bu müzakirədə idarəçi həmkarım Babək Akifoğlu demişkən - "İstifadəçi müəyyən etik normaları keçdiyində ona xəbərdarlıq etmək və ya bloklamaq biz idarəçinin borcudur, əks təqdirdə vikipediyada anarxiya hökm sürər". İstifadəçin özünü müdafiə üçün "süddən çıxmış ağ qaşıq" kimi göstərməyə çalışmasını da anlayışla qarşılayıram. Təkrarən burda qeyd edirəm. İstifadəçinin mənim ünvanıma yazdığı "vaxtınızı itirmək istəmirsinizsə, zəhmət çəkib başqa işlə məşğul ola bilərsiniz", "siz kimsiniz ki", "siz özünüz qərəzli profilə sahibsiniz, hər kəsi özünüz kimi zənn edirsiniz", "məntiqi əlaqə yoxdur təklifinizdə", kimi ifadələr işlətməyi bloklama qaydalarının 4-cü bəndinin kobudluq və təhqir, "mənim məqsədim sizlə qisasçılıq olsa idi, bunu real həyatda edərdim" (müəyyən eyham vurmaq kifayətdir) "sizin gələcək seçimlərdə səlahiyyətdən məhrum olmağınıza gətirib çıxardacaq" kimi ifadələri isə bloklama qaydalarının 4-cü bəndinin təhdid bölməsinə uyğun gəlir. İstər təhqir, istər kobudluq, istərsə də təhdid edən istifadəçi məhz kobud qayda pozuntusu etmiş olur. İstifadəçinin müəyyən qədər fəaliyyətinin olması ona qaydaları pozmağa icazə vermir. İdarəçi olduğum müddətdən günümüzədək Cəlaldan başqa müəyyən qədər fəaliyyəti olan istifadəçiləri blokladığımı xatırlamıram. Bu mənə də xoş deyil. Ancaq istifadəçi qaydaları pozursa, bu hallar yenidən baş verməsin deyə ona qarşı mütləq tədbir görmək lazımdır. Eldarado əminəm ki, siz də belə düşünürsüz. Əlavə olaraq onu da qeyd edim ki, istidaçinin yenə də sonu nida ilə bitən "Bunu isə zaman göstərəcək" tipli cümlə yazması onun hələ də təhdid və qisasçılıq ritorikasəndan əl çəkmədiyini göstərir. Hörmətli Eldarado, sizin ricanızı nəzərə alıb yeganə edə biləcəyim güzəşt istifadəçinin blokunun müddətini yarıbayarı azaltmaqdır və çox ümid edirəm ki, istifadəçi blok müddəti bitdikdən sonra daha konstruktiv fəailiyyətlə məşğul olacaq. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 21:05, 26 mart 2019 (UTC)
Nicat49, siz yenə də özünüzü müdafiə etmək üçün mənim sözlərimi təhrif edirsiniz. Mən gördüyüm qədəriylə 2010-cu ildən bəri hesabımı ancaq siz blok etmisiniz.
Ümumiyyətlə, 2 tərəfli mübahisə zamanı, tərəflərdən birinin əlində bloklama səlahiyyəti varsa, orada ədalətli nəticə mümkün deyil. Təsəvvür eləyin, polislə siravi vətəndaş arasında mübahisə yaranıb və polis onu götürüb 48 saatlığına nəzarət kamerasına salır. Bu kimi durumlarda, hətta hesabımın bloklanması ədalətli qərar olsa belə, o qərari bu idarəçi verə bilməməlidir. Onun bu qərarı verərkən hissi davranmadığını, eqoist olmadığını kim sübut edə bilər? Onun verdiyi qərar şübhəli deyilmi?
Bir idarəçi ilə bir istifadəçi arasında mübahisə yaranıbsa, bunun həllinə digər idarəçilər birlikdə qərar verməlidirlər. İdarəçilər arasında da müəyyən dostluqlar, qruplaşmalar ola bilər, real həyatda oturub çay içiblər axı nə də olsa :) Ona görə belə durumlarda bütün idarəçilər məsələyə münasibət bildirməlidir.
Elə yuxarıda da göründüyü kimi, idarəçinin biri digərinə deyir ki, verdiyin qərar çox ağırdır. Sonradan idarəçi qərarını dəyişir. Bu da onu göstərir ki, idarəçinin qərarı hissidir. Sırf acıqlanıb deyə belə 1 aylıq blok edir hesabımı.
Yaxşı, bu yazını oxuyan bütün idarəçilərə səslənirəm, AZ- VİKİPEDİYADA idarəçilik funksiyasından sui istifadə edən idarəçilərin qarşısını almaq, bu kimi halları aradan qaldırmaq üçün bir mexanizm varmı? Hansı üst departamentə müraciət edilməlidir? Yoxsa, elə oldu bitdiyə gəlir hər şey? HulaguKaan (müzakirə) 11:49, 27 mart 2019 (UTC)
Bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, bir neçə idarəçi xaric, bu problemə münasibət bildirən olmadı. Lakin, verba volant, scripta manent, deyərək, bu qeydləri bura yazmaq haqqımdan istifadə edirəm:
Hesabımın bloklanması üçün Nicat49 adlı idarəçinin əsas gətirdiyi, Bloklanma qaydalarının 4-cü bəndində deyilir:
"4.İstifadəçi digər istifadəçilərə qarşı kobud davranıb onları təhqir və təhdid edərsə;"
- Təhdid etmədiyimi bildirməyə baxmayaraq, idarəçi bunları qərəzli şəkildə göz ardı etmişdir. - Özü kobud və qərəzli olduğu halda, ona verilən idarəçi səlahiyyətlərindən sui istifadə edərək, öz eqosunu tətmin edərcəsinə hesabımı bloklamış və nəticədə ani olaraq əlavə etmək istədiyim məlumatları əlavə edə bilməyəcək vəziyyətə düşmüş, yekunda da Vikipediyanın təməl prinsiplərindən olan məlumatın azad şəkildə paylaşılması önlənilmişdir.
"Kobud ifadə" anlayışı nisbidir. Onun mənə yazdıqları da mənim tərəfimdən kobudluq olaraq qəbul edilirsə, o zaman nə etməli? Bu ifadənin altı konkret sözlərlə doldurulmadığı halda, idarəçi kefi istədiyi qədər bloklama müddəti haqqından istifadə edib hər dəfə uyuşmazlıq yarandıqda hesabımı blok edəcək?
Ayrıca, mənimlə razılaşmadığı məsələdə onun mövqeyi heçkəs tərəfindən yekdilliklə qəbul edilmir. Nəticədə, yenidən təklif etdiyim versiyalar əlavə edilir məqalələrə.
Bütün bunlar, Nicat49 adlı idarəçinin qərəzli olduğuna, idarəçi səlahiyyətlərini daşımağa layiq olmadığına qənaət gətirmək olar. Lakin, təəsssüf ki, vikipediyada olan "gizli admin həmrəyliyi" səbəbindən, hardasa hansısa çayxanada-kofedə görüşüb bir süfrədə oturmuşluqdan yaranan "üz-üzdən utanar" misalı idarəçilər də bir-birinin ayağına basmaq istəmir. HulaguKaan (müzakirə) 09:36, 4 aprel 2019 (UTC) [[Şəkil:Az.ssr.ensk.ekrangoruntusu.jpg.png|thumb|Azərbaycan Sovet Ensikliopediyası, cild III, səh. 246 ]]HulaguKaan (müzakirə) 10:46, 4 aprel 2019 (UTC)
FİDE TİTULLARININ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ
1979-cu ildə nəşr edilmiş, Azərbaycan Sovet Ensiklopediyasının III cildinin 246-cı səhifəsində yazılır:
"Qrossmeyster ( alm. Großmeister - böyük usta) şahmat və dama yarışlarında nəaliyyətlərinə görə idmançıya verilən yüksək fəxri ad. SSRİ-də Q. adı şahmatda 1935, damada isə 1951-ci ildən verilir. Beynəlxalq Q. adı yüzxanalı dama üzrə 1948, şahmat üzrə 1949-cu illərdə Ümumdünya Dama Federasiyası (FMJD) və Ümumdünya Şahmat Federasiyası (FİDE) tərəfindən təsis edilmişdir. 1976-cı ildən Q. adı qadın şahmatçılara da verilir. Q.-lərin sayına görə SSRİ başqa ölkələrdən irəlidədir."
deyə açıqca bildirilir ki, Qrossmeyster titulu qadınlar və kişilərə verilir. O titulun adında "kişilər arasında qrossmeyster", "kişilər arasında XXX" kimi ifadələr yoxdur. Belə ki, həmin kitabın 41-ci səhifəsində məşhur qadın şahmatçı Qaprindaşvili Nona haqqında məlumatda qeyd edilib ki, "ilk qadın qrossmeyster". Deyilməyib "kişilər arasında qadın qrossmeyster". [[Şəkil:Qrossmeyster.azssri şahmat.jpg.png|thumb|Azərbaycan Sovet Ensikliopediyası, cild III, səh. 246 ]]HulaguKaan (müzakirə) 10:46, 4 aprel 2019 (UTC) Təxmin edirəm ki, Nicat49 rus dilindən tərcümə edərkən, "международного гроссмейстера среди мужчин " ifadəsini səhvən "kişilər arasında beynəlxalq qrossmeyster" olaraq tərcümə edir. Düzü, original ingiliscə və ya fransızca mətnlər ola ola rus dilindən tərcümə etmək çox lazımsızdır. İngiliscə "Open title", fransızca isə "Titre mixte" ifadələri Azərbaycan dilində "Açıq şahmat turniri" kimi tərcümə edilir. Qaliblərin qazandığı titullar isə müvafiq şəkildə ayrıca göstərilir. Açıq turnir isə sırf kişilərin arasında olmur, hərçənd şəhmatçıların əksəriyyəti kişi olsa da. Belə ki, ancaq kişilər üçün ayrıca şahmat turniri yoxdur, bildiyim qədəriylə. O ümumidir, bütün insanlar üçündür. Odur ki, açıq turnirin qaliblərinə "kişilər arasında xxx" demək çox absurddur. Hətta elə ingiliscə, FİDE Titles səhifəsindəki Mart, 2019 reytinqində bir neçə "Open title" (mən təklif edirəm bunu "Qarışıq titullar" kimi tərcümə edək) statistikası var. Orada Cəmi rəqəm = Kişi + Qadın formasında verilib. Yəni sırf titulun daşıyıcılarının genderlərə görə sayı ayrılıqda da göstərilib. HulaguKaan (müzakirə) 10:49, 4 aprel 2019 (UTC)
- Məsələnin ümumən müzakirə olunduğuna və hər şeyin aydınlaşmasına rəğmən siz yenədə prinsip aparırsız. Yenə də təkrar yazıram International Master (IM) və Grandmaster (GM) normativini yerinə yetirən qadın şahmaçıların ünvanına "kişilər arasında" yazılmasında qətiyyən yanlışlıq yoxdur. Azərbaycan Sovet Ensiklopediyasında qeyd etdiyiniz Nona Qaprindaşvili misalı isə düzgün deyil. Nona GM titulunu 1978-ci ildə alıb, orada qeyd olunan titul 1976-cı ildə layiq görüldüyü WGM tituludur. Yəni GM titulu ASE-də ümumiyyətlə qeyd olunmayıb. Madəm Nona Qaprindaşvilinı misal çəkdiz, elə isə sizə məhz onun timsalında Grandmaster (GM) normativini yerinə yetirən qadın şahmaçının ünvanına "kişilər arasında" yazılmasını bir neçə mənbələrlə sübut edəcəm. 1) “Böyük Rusiya Ensiklopediyası”nda Nona Qaprindaşvili məqaləsində qeyd olunub - первый междунар. гроссмейстер среди женщин (1976) и первая женщина, которой присвоено звание междунар. гроссмейстера среди мужчин (1978). 2) Şahmat mövzusunda bir çox kitabın müəllifi olan Beynəlxalq qrossmeyster Endryu Soltisin - "Soviet Chess 1917-1991" kitabında qeyd olunur - Gaprindashvili also became the first woman to earn a norm for the mens grandmaster title. 3) Rusiya Şahmat Federasiyasının rəsmi saytında NONA GAPRINDASHVILI profilində qeyd olunub - Nona became the first international grandmaster among women. She was also the first woman to receive the title of international grandmaster among men in 1978. və ən əsası 4) Nonaya müsahibə zamanı sual verilir - You was the first woman to get the title of Grand Master (absolute). What was your feeling when you achieved this goal? Nona cavab verir - You can say the title of ‘male’ Grand Master!
- HulaguKaan-dan başqa məni məqaləyə yalan informasiya əlavə etməkdə itttiham edən istifadəçi tapılmayana qədər, bu müzakirə mənim üçün bitmişdir.--Nicat49 ⋠müzakirə⋡ 19:49, 4 aprel 2019 (UTC)
- Hörmətli HulaguKaan, bu müzakirəyə bildiyim qədəri ilə yeganə qoşulan idarəçi mən idim, zəhmət olmasa izah edin görüm nə üçün belə bir iddia ilə ittiham edirsiz məni? Lakin, təəsssüf ki, vikipediyada olan "gizli admin həmrəyliyi" səbəbindən, hardasa hansısa çayxanada-kofedə görüşüb bir süfrədə oturmuşluqdan yaranan "üz-üzdən utanar" misalı idarəçilər də bir-birinin ayağına basmaq istəmir. Bəlkə çayxanada görmüsüz məni, xəbərim yoxdur. --eldarado ✉ 13:20, 7 aprel 2019 (UTC)
- Hörmətli Eldarado, bu müzakirəyə yazılı olaraq qoşulub fikrini bildirən siz idiniz. Buna görə sizə təşəkkür edirəm. Burda baş verənlərdən başqa idarəçilərdən də xəbəri var və onlar susmağı tərcih edirlər. Siz isə ortaya öz mövqenizi qoymusunuz.
- HulaguKaan-dan başqa məni məqaləyə yalan informasiya əlavə etməkdə itttiham edən istifadəçi tapılmayana qədər, bu müzakirə mənim üçün bitmişdir.--Nicat49 ⋠müzakirə⋡ 19:49, 4 aprel 2019 (UTC)
Qeyd etdiyiniz görmək məsələsində isə, bir qrup idarəçilərin virtualdan keçib realda da bir biriylə görüşüb, tanış olub, münasibət qurduqları gizli olmayan bir şeydir. Bəlkə bundan xəbəriniz yoxdur ümumiyyətlə? )) Hər halda mən Azərbaycan dilində aydın yazmışam, sizi ittiham etdiyimi hardan çıxardınız? #yoxdureləsöhbət HulaguKaan (müzakirə) 20:22, 7 aprel 2019 (UTC)
Böyük Qaramurad Kilsəsi
[vikimətni redaktə et]Salam hörmətli Nicat49, Böyük Qaramurad Kilsəsi ilə bağlı ünvanladığınız suala cavab olaraq bildirirəm ki, mədəbi qeyd edilən tarixlərdə tədqiq edərkən, onun heç də iddia edildiyi kimi "Həmşivəng" olmadığını müəyyənləşdirdim. Həmşivəng adlı bir monastrın Getik çayı sahillərində, indiki Ermənistan-Azərbaycan sərhəddində, böyük ehtimal indiki Ermənistan ərazisində qaldığı təxmin edilir. Hələ ki, 100% əminlik yoxdur.
Dini Qurumların saytında da hal-hazırda bu barədə məlumat yoxdur. Sizin arxivdən göstərdiyiniz məlumat artıq oradan götürülüb. Hərçənd, həmin məlumatın qaynağı haradan idi? O da yazılmamışdır. Ümid edirəm, bu adlandırmaların və onların qaynaqlarının nə qədər əhəmiyyətli olduğunun fərqindəsiniz. Dövlət saytının qaynaq olaraq bəlkə sizə, və ya vikipediya prinsiplərinə kifayət edəcəyini deyə bilərsiniz, amma həqiqət budur ki, dövlət adına da insanlar çalışır və o insanlar da səhvə yol verə bilir. Uzun Həsən "portreti" bu məsələdə əhəmiyyətli nüminədir. Mənə görə doğru olan o səhvləri təkrarlamamaqdır.
Mənim niyə "Böyük Qaramurad Kilsəsi" olaraq dəyişməyimə gəldikdə, sırf məbəd o kənddə yerləşir deyə, düşündüm ki, bu cür şərti adlandırma daha az səhv olar. Yerli əhali üçün bu cür kilsələr sadəcə "vəng"dir. Mənası da monastr, kilsə deməkdir. Bu cür məbədlərin tədqiqi zamanı istər istəməz erməni mənbələrinə gedib çıxmalı oluruq. Çünki məbəd müsəlman əhalinin yox, xristiyan, dolayısıyla da erməni əhalinin marağında olub. Onların versiyasını əlavı etmişdim. Bununla bağlı həm ermənilər, həm də digər tədqiqatçılar Makar Barxudariantsın tədqiqatlarına gedib çıxacaq. O da, "Artsax" adlı kitabında Xəmşi monastırının yerini dəqiq müəyyən edə bilmədiyini qeyd edib.
Bu cür şərti adlandırmanı İrmaşlı Kilsəsində də etmişdim. Hətta səhifəni qurarkən İrmaşlı Alban Kilsəsi yazmışdım. Daha sonra bunun düz olmayacağına qənaət gətirib neytral adla İrmaşlı Kilsəsi olaraq dəyişdim. Bundan başqa internetdə "mahrasa" adıyla təqdim edilən başqa monastrda da dəyişim etmişdim. Əgər hissiyatla hərəkət edilməzsə, bu adların hamsı sual altındadır. HulaguKaan (müzakirə) 07:52, 27 mart 2019 (UTC)
- Hörmətli HulaguKaan, qeyd etdiyiniz "məbədi tədqiq edərkən, onun heç də iddia edildiyi kimi "Həmşivəng" olmadığını müəyyənləşdirdim." və ya "sırf məbəd o kənddə yerləşir deyə, düşündüm ki, bu cür şərti adlandırma daha az səhv olar" kimi fikirlər sizə məqalənin adını dəyişmək hüququ vermir. Özünüz mənbə göstərmirsiz, göstərilən mənbəni isə bəyənmirsiz. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytının özü elə bu sahədə etibarlı mənbədi. Ancaq siz ənənəvi olaraq yenə də göstərilən istinadları bəyənməməkdə və onlarda belə səhvlər tutmağa davam edirsiz, "dövlət adına da insanlar çalışır və o insanlar da səhvə yol verə bilir" kimi fikirlər səsləndirməklə. Bu səbəbdən sizdən buradakı istinadlara da baxmağınızı rica edəcəm. Bundan sonrakı fəailiyyətiniz zamanı etibarlı mənbəyə əsaslanmadan, yalnız öz mülahizələriniz əsasında məqalələrin adlarını dəyişməyin. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 17:18, 27 mart 2019 (UTC)
İdarəçi seçkisi
[vikimətni redaktə et]İdarəçi seçkisi | ||
Salam, HulaguKaan. Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, --NMW03 (müzakirə) 21:48, 16 iyun 2019 (UTC) |
Dəvətnamə
[vikimətni redaktə et]İstanbul məqaləsi | ||
Salam, HulaguKaan. Sizi İstanbul məqaləsinin seçilmiş məqalə statusu alması üçün labaratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm! |
İş gedir
[vikimətni redaktə et]Salam. İrəvan Türk Cümhuriyyəti məqaləsinə İş gedir şablonunu yerləşdirmisiniz və artıq 1 aya yaxındır ki, dəyişiklik etməmisiniz. Dedim yəqin unutmusunuz, buna görə də bildirmək istədim. — Surə 🗯 17:28, 10 sentyabr 2020 (UTC)
Salam @Surə, bu təşkilat hələ də inkişaf mərhələsində olduğu üçün məlumatlarında mütəmadi dəyişiklik olacaq kimi görünür. Müvafiq şablon yoxdursa, istəyirsinizsə, iş gedir şablonunu ləğv etməkdə azadsınız. Təşəkkür edirəm. HulaguKaan (müzakirə) 22:32, 12 sentyabr 2020 (UTC)
- Belə bir şablon yerləşdirdim. — Surə 🗯 17:19, 14 sentyabr 2020 (UTC)
We sent you an e-mail
[vikimətni redaktə et]Hello HulaguKaan,
Really sorry for the inconvenience. This is a gentle note to request that you check your email. We sent you a message titled "The Community Insights survey is coming!". If you have questions, email surveys@wikimedia.org.
You can see my explanation here.
MediaWiki message delivery (müzakirə) 18:46, 25 sentyabr 2020 (UTC)
İnzibatçı seçkisi
[vikimətni redaktə et]İdarəçi seçkisi | ||
Salam, HulaguKaan. Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 03:14, 6 iyul 2022 (UTC) |