Vikipediya:Yardım masası

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 gün öncə, Gadir tərəfindən "Elvin Abdullayev müğənni" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə
Xoş gəldiniz! — Bu səhifə vasitəsilə Vikipediyadan necə istifadə və redaktə ediləcəyi barədə suallarınızı verə bilərsiniz!
(Mən doğru yerdəyəm?)
  • Digər növ suallar üçün axtarış qutusundan istifadə edin, buradan: axtarış qutusu; yaxud Kömək:Mündəricat səhifəsinə baxın. Əgər müəyyən bir səhifə/məqalə ilə bağlı şərhləriniz varsa, həmin səhifələrin/məqalələrin müzakirə səhifələrini istifadə edin.
  • Hər sualı inzibatçılara verməyin, sadəcə texniki, həssas və inzibati hallarda Vikipediya:İnzibatçılara müraciət səhifəsi vasitəsilə onlara müraciət edin. Spesifik hallarda istifadəçilərin müzakirə səhifələri vasitəsilə birbaşa özlərinə yazın. (necə yazacağınızı öyrənin.)
  • E-poçt ünvanınızı, şifrənizi, yaxud digər əlaqə vasitələrinizi qeyd etməyin. Sizə burada cavab veriləcək.
  • Əgər sizin sualınız hər hansısa Vikipediya məqaləsi, qaralama məqalə, yaxud da başqa bir səhifə ilə əlaqədardırsa, bizə bu haqda ətraflı yazın. Vikipediyadan kənar mövzularla bağlı müraciətlər qeydə alınmayacaq.
  • Suallarınıza cavab verilənədək bu səhifəni diqqətinizdə saxlayın.


Qaralamadan dərc olunma

[mənbəni redaktə et]

Bu başlıq Vikipediya:Kənd meydanı#Qaralamadan dərc olunma səhifəsindən köçürülmüşdür. Hörmətlə, Qədir (müzakirə) 03:36, 23 oktyabr 2024 (UTC)Cavabla

Salam. Mən, İdris Abbasov məqaləsində məsləhət bilinən dəyişikləri bacardığım qədər etdim. Lütfən kömək edin məqaləni dərc edək. Artıq bir neçə həftədir qaralama bölməsindədir. Öncədən təşəkkür edirəm. Ayten filoloq (müzakirə) 07:24, 22 oktyabr 2024 (UTC)Cavabla

Salam Qədir bəy.
Diqqətiniz üçün təşəkkür edirəm.
Mən deyilən düzəlişləri bacardığım qədər etdim İdris Abbasov məqaləsində.
Necə onu dərc edək,kim bunu etmək səlahiyyətindədir.Lütfən yardım edin Ayten filoloq (müzakirə) 17:48, 24 oktyabr 2024 (UTC)Cavabla
Salam. Məqaləyə gözucu nəzər yetirdim. Qeydlərimi buraxıram. Əvvəla bunu soruşum, "Əsas elmi nailiyyətləri" bölməsindəki məzmunu birbaşa haradansa köçürmüsünüz? Keçid. Özünüz yazmısınızsa da, mübaliğəli ifadələrlə doludur və Vikipediyada şəxsləri öymə xarakterli yazılara icazə yoxdur (bax: Vikipediya:Vikimübaliğə). Məqalə ensiklopediya məqaləsi şəklində tərtib olunmayıb, tərtibatla bağlı bir sıra ciddi problemlər var və məqalə CV formasında tərtib olunub, həmçinin məzmun tərəfsiz deyil. Ən əsası, bu halı ilə məqalənin ensiklopedikliyini müəyyənləşdirmək və fikir bildirmək qeyri-mümkündür. Bura nəzər yetirin: VP:ŞEƏ. Analoji məqalələr istinad alınaraq tərtib oluna bilər. Mən təklif edirəm ki, məqaləni dərc edib SNS edək. Amma ensiklopedikliyi müzakirə edilib müsbət qərar çıxsa da, məzmun uyğun deyil və böyük ehtimalla silinəcək. @Sura Shukurlu üçün maraqlı olar bəlkə. Məqalə keçidi: Qaralama:İdris Abbasov. Hörmətlə, Qədir (müzakirə) 04:05, 25 oktyabr 2024 (UTC)Cavabla

Elvin Abdullayev müğənni

[mənbəni redaktə et]

Salam Elvin Abdullayevin Wikipedia səhifəsi niyə görə silinib? (müğənni) Alamdar Manafov (müzakirə) 02:38, 26 oktyabr 2024 (UTC)Cavabla

Şəxs ensiklopedik deyil. Tanış olun: VP:ŞEƏ. Hörmətlə, Qədir (müzakirə) 04:11, 26 oktyabr 2024 (UTC)Cavabla
Azərbaycanda tanınmış və sənəti ilə daim gündəmdə olan bir sənətçi necə ensiklopedik deyil? Azərbaycanın tanıdığı 1 müğənnidir və sevilən insandır.Bu hansı meyarlara görə araşdırılır? Daim yeni mahnıları ilə gündəmdədir . Alamdar Manafov (müzakirə) 09:56, 26 oktyabr 2024 (UTC)Cavabla
Meyarlar yuxarıda qeyd olunub. Məşhur olmaq ensiklopediklik deyil, hər məşhura da məqalə yaradılmır. Ensiklopedik dəyəri mənbələr müəyyən edir. Hörmətlə, Qədir (müzakirə) 10:16, 26 oktyabr 2024 (UTC)Cavabla