Çar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çar (lat. caesar, yun. kαῖσαρ) — slavyanlarda monarx titulu. "Sezar" (Caesar) sözündən əmələ gəlmişdir.[1] Roma imperatorlarının titulu, qədim və orta əsr dövlətlərində hökmdar titulu.

"ÇAR" titulu ilə əlaqədar olaraq ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Tarixi ədəbiyyatda qədim Babilistan, Assuriya, Çin, Hindistan, İran, Yunanıstan, respublikaya qədərki Roma, ellinist MisirQafqaz Albaniyasının hakimləri çar adlandırılıb. Çar imperatordan sonra kral tituluna uyğun olan ali dövlət ünvanıdır. Bolqarıstanda monarxlar X-XIV əsrlərdə və 1908-ci ildən 1946-cı ildə monarxiyanın ləğvinədək, çar titulunu daşımışdırlar. Rusiyada çar titulu 1547-1721-ci illər aralığında dövlət başçısının rəsmi titulu idi. İlk çar IV İvan Qroznı olmuşdur. I Pyotr imperator titulunu qəbul etmişdir (1721).

  1. David S. Kidder , Noah D. Oppenheim. Entelektüelin Kutsal Kitabı (türkçe). Maya Kitap. 2012.