Aristokratiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dövlət idarəetmə formaları
redaktə

Aristokratiya (yunanca aristos-yaxşı, alicənab, əsilzadə + kratos-hakimiyyət) — dövləti idarəetmə formalarından biri, dövlət hakimiyyətinin imtiyazlı kübar azlığın əlində cəmləşdiyi idarəçilik forması.

Tarixi ədəbiyyatda Aristokratiya termini ən çox aşağıdakı variantlarda izah olunur: 1.Cəmiyyətin imtiyazlı təbəqələri, tanınmış nəslin nümayəndələri (Romada patrisilər, Rusiyada boyarlar, zadəganlar, Polşada panlar, şlyaxtaçılar, Azərcaycanda xanlar, bəylər, ağalar və s.). 2.Dövlət idarəetmə forması-burada ali hakimiyyət tanınmış nəslin nümayəndələrinə məxsusdur. Antik siyasi fikir tarixində Aristokratiya PlatonAristotel tərəfindən idarəetmə forması kimi təhlil edilmişdir, ona ən yaxşı idarəetmə növü kimi baxmışlar. Bu zaman hakimiyyət əsilzadələrin əlində cəmləşmiş olur. Bu idarəçilik forması quldarlıq cəmiyyətində mövcud olmuşdur. Antik dövrlərdə ilk dəfə Qədim Romada, Spartada bu kimi idarəetmə forması mövcud olmuşdur. 3. Aristokratiya anlayışı müasir dövrdə intellektual və mənəvi üstünlüyü əsalandıran elitist konsepsiya kimi də qəbul olunmaqdadır.

Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.14-15