"Şah İsmayıl" ordeni
Bu məqalə Azərbaycan Respublikasının ali hərbi ordeni haqqındadır. Digər mənalar üçün Şah İsmayıl (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Şah İsmayıl" ordeni | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | orden |
Kimə verilir | Hərbi və dövləti xidmətlərə görə |
Status | təqdim olunur |
Statistika | |
Parametrlər | 27 mm x 47,5 mm |
Təsis tarixi | 10 noyabr 1992 |
Ardıcıllıq | |
Yüksək mükafat | "İstiqlal" ordeni |
Aşağı mükafat | "Azərbaycan Bayrağı" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
"Şah İsmayıl" ordeni — Azərbaycan Respublikasının ali hərbi ordeni.[1]
"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət ordenidir ki, onunla heç kim təltif edilməyib.[2][3][4]
Statusu
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.
"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- görkəmli sərkərdəlik fəaliyyətinə görə;
- respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.
"Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.
Təsviri
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeni biri digərinin idarə etdiyi yerləşdirilmiş, biri digərinə ox ətrafında dönmüş ikisəkkizquşəli ulduzdan fəaliyyət göstərir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.[5]
Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca "Şah İsmayıl" sözləri yazılmışdır.
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
- boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;
- paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.
Paltara bərkitmək üçün | Boyundan asmaq üçün | |||
---|---|---|---|---|
1993 | 1998–2015 | 2015-ci ildən | 1998–2015 | 2015-ci ildən |
Lent | ||||
"Şah İsmayıl" ordeni poçt markası üzərində
[redaktə | mənbəni redaktə et]2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.[6][7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine (az.)
- ↑ "Sahibini gözləyən ali mükafat — "Şah İsmayıl" ordeni niyə heç kimə verilmir?". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ "Elçibəyin təsis etdiyi "Şah İsmayıl" ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ "Elçibəyin təsis etdiyi orden kimlərə verilib?". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-03.
- ↑ Yeni markalar çap olunub. ictnews.az Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine (az.)
- ↑ 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Statutu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 saylı Qanunu
- "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Təsviri", Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429-IQD saylı Qanunu
- "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu