Erkən padşahlıq (Misir)
Naviqasiyaya keç
Axtarışa keç
Erkən padşahlıq (e.ə. təq. 3000-2800 ci illər) dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı Mina idi). Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Nil çayının sol sahilində Misirin dini, siyasi, mədəniyyət və sənətkarlıq mərkəzi sayılan Memfis şəhərinin əsası qoyulmuşdur. Mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdır.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
- Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh. 596-599, Bakı, 1982