Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Xeops ehramı — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Piramidaların daşları təxminən 2 ton ağırlığında olduğu hesab edilir və bu möhtəşəm piramidaları keçmişdə tikmək çətin olduğu üçün piramidaları "Dünyanın yeddi möcüzəsi"ndən biri kimi qələmə almışlar. Xeops ehramının tikintisinə hər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunmuşdur. İlk piramida fironCoserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Ehramın tikintisinə firon yaşıyan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn olunurdular. Ehramlar ilə yanaşı burada qayadan yonulmuş 20 metr hündürlüyündə böyük Sfinks (başı insan başı, bədəni aslan bədəni) heykəli qoyulmuşdur. Onu "Dəhşətlər atası" adlandırırlar.