Mixail Kalinin
Mixail Kalinin (7 (19) noyabr 1875[1][2], Verxnaya Troitsa[d], Tver quberniyası[d] – 3 iyun 1946[3][1][…], Moskva[3]) — SSRİ dövlət xadimi.
Mixail Kalinin | |
---|---|
rus. Михаи́л Ива́нович Кали́нин | |
SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü[d] | |
Vəzifədədir | |
19 mart 1946-cı ildən | |
SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri[d] | |
30 dekabr 1922 – 17 yanvar 1938 | |
17 yanvar 1938 – 19 mart 1946 | |
Sonrakı | Nikolay Şvernik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 (19) noyabr 1875[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 iyun 1946[3][1][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, müəllim |
Dini | ateizm |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKəndli ailəsində doğulmuşdur. Əmək fəaliyyətinə 1893-cü ildə Peterburqda başlamışdır. 1896-cı ildən Putilov zavodunda (Peterburq) tornaçı işləmiş, marksist dərnəyi yaratmışdır. 1900-cü ilin aprelində Tbilisiə sürgün olunmuşdur (oraya gedərkən yolüstü Bakıya gəlmiş, Balaxanıda gizli yığıncaqda iştirak etmişdir.). Həmin ildə həbs olunub Metex qalasına salınmış, 1901-ci ildə Revelə (indiki Tallin) sürgün edilmişdir. Leninçi "İskra"nın agenti və müxbiri idi. 1905-ci ildə Putilov zavodunun bolşevik təşkilatına başçılıq etmiş, 1906-cı ildə RSDFP Peterburq Komitəsinin üzvü seçilmiş, partiyanın 4-cü qurultayının nümayəndəsi olmuşdur. 1908–1910-cu illərdə Moskvada, 1911–1912-ci illərdə Peterburqda işləmiş, RSDFP Peterburq Komitəsinin tərkibinə daxil olmuş, Vıborq rayonunun partiya təşkilatına rəhbərlik etmişdir. Oktyabr inqilabından sonra Petroqrad şəhər bələdiyyəsinin başçısı, 1918-ci ildə şəhər təsərrüfatı komissarı vəzifələrində işləmişdir. 1922-ci ildən SSRİ MİK-in sədri, 1938–1946-cı illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. Qızıl meydanda dəfn edilmişdir.
Adlar və mükafatlar
redaktə- Sosialist Əməyi Qəhrəmanı (1944)
- "Qırmızı Əmək Bayrağı" Ordeni
- 3 dəfə "Lenin Ordeni"
Filmoqrafiya
redaktə- M. İ. Kalininin Bakıya səfəri (film, 1923) (Qısametrajlı Sənədli Film)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Mikhail Ivanovich Kalinin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ 1 2 3 4 Калинин Михаил Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.