Düzbucaqlı — Bütün bucaqları düz bucaq olan paraleloqrama (90°) düzbucaqlı deyilir.[1] Düzbucaqlı paraleloqramın xüsusi halı olduğu üçün onun bütün xassələrinə malikdir. Tərəfləri ab olan düzbucaqlının perimetri 2(a+b)-yə, sahəsi isə ab-yə bərabərdir. Məsələn: "'Düzbucaqlının"' eni "2" uzunluğu isə "4" olarsa bu düzbucaqlının perimetri 2•("2"+"4")=2•6=12 olar. Bu düzbucaqlının sahəsi isə "2"•"4"=8 olar. Düzbucaqlı paralelpipedin12 tili var. Düzbucaqlının 2 simmetriya oxu var.

Diaqonalları

redaktə

•Diaqonallarının uzunluqları eynidir və kəsişmə nöqtəsində yarıya bölünür;

•Diaqonallar tənbölən deyil;

•Düzbucaqlının diaqonalının kvadratı onun iki bitişik tərəfinin kvadratları cəminə bərabərdir (Pifaqor teoreminə görə).

Xassələri

redaktə
  • Düzbucaqlınin qarşı tərəfləri bərabərdir.
  • Daxili bucaqlarının cəmi 360°-dır (4•90°=360°).
  • İxtiyari düzbucaqlının xaricinə çevrə çəkmək olar və bu çevrənin diametri düzbucaqlının diaqonalına bərabərdir.
  • Düzbucaqlının daxilinə çevrə çəkmək mümkün deyil.

Həmçinin bax

redaktə
  1. "Düzbucaqlı, romb, kvadrat". Cəfər Əliyevin bloqu (az.). 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.