Bentonit (ABŞ-dəki Benton yatağına görə belə adlandırılmışdır) — kolloidal, o cümlədən sorbsion xassəli montmorillonit gili (bəzən argillit). Qələvi bentonit üçün yüksək plastiklik və şişmə səciyyəvidir. Montmorillonitdən başqa, bentonit tez-tez hidromikalar, qarışıq təbəqəli minerallar, kaolinit, sepiolit, palıqorskit, kristobalit, seolitlər və b. rəst gəlir. Bentonit vulkanik şüşələri və külün su hövzələrində diagenetik dəyişmələri nəticəsində, sualtı və subaeral aşınmada və hidrotermal proseslərdə, habelə hövzədə SiO2 və kalsium karbonatların çökməsi zamanı əmələ gəlir. Bentonit gillərinin bütün iri yataqları vulkan külləri və tuflarının sualtı pozulması yolu ilə əmələ gəlmişdir (Blek-Xils, Sanders-Defayans, ABŞ, Qumbri-Gürcüstan; Keles-Qazaxıstan və b.). Bentonit yerli adları: askanit, gilabı, qumbrin, gil. Sinonim: Bentonit gili.

Bentonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Sıxlıq 0,8195 ± 0,06 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbiətdə tapılması

redaktə

Təbii bentonitin yatağı Qafqazda, Qazaxıstanda və Çerkask vilayətindədir. Bentonitin əsas istehsalçıları: Rusiya, Yunanıstan, Azərbaycan, Yaponiya, İtaliya, Argentina, İspaniyaTürkiyədir.

Xassələri

redaktə

Bentonit açıq sarı rəngdədir. Formulu: Al2[Si4O10](ОH)2•nH2О Sıxlığı 0,760–0,879 q/sm3 Təbii gilli mineraldır, tərkibindəki hidroalümosilikat hidratlaşma nəticəsində 14–16 dəfə şişmə qabiliyyətinə malikdir. Su mühitində sıxlaşmış gel yaranır. Bu xassə , onun tərkibinə suyun daxil olmasının qarşısını alır, həmçinin qeyri-toksiklikyi, kimyəvi cəhətdən möhkəmliyi onun sənaye istehsalında, tikinti və digər bir çox tətbiq sahələrində istifadə edilməsinə səbəb olur.. Təbii yataq bentonitləri adətən 6–9,5 pH –a malikdir (1 saat soyuduqdan sonra 5% sulu süspenziya üçün) və eyni zamanda tərkibində 2% natrium karbonat vardır; tərkibində olmasından aslı olaraq natrium və kalsiumun ümumi miqdarı 80 me / 100 g-dan çox olmamaqdadır.

Növləri

redaktə

Bentonitlərin iki növü var:

  • aşağı şişkinlik dərəcəsi olan kalsium tərkibli;
  • yüksək şişkinlik dərəcəsi olan natrium tərkibli (şişmənin sürəti 7 ml / g və ya daha çox 12 ml / g). Bəzi təbii yataqlarda olan bentonitlərin yuxarıda göstərilən xüsusiyyətləri olmaya bilər. Yuxarıdakı xassələrə malik bentonitlər adətən aktivləşmiş bentonit hesab olunur.

Tətbiqi

redaktə

Bentonit yeyinti sənayesində , qazma məhlullarının hazırlanmasında, tökmədə, neft məhsulları və dəmir filizlərinin emalında, keramika istehsalında, işlənmiş sintetik və yarım sintetik yağların təmizlənməsində adsorbent kimi istifadə olunur. Bentonitin əsas komponenti (60–70%) olan montmorillonit neft-qaz, qida, kosmetik, formoloji və tikinti sənayesində geniş istifadə edilir. Bentonitdən həmçinin suda yaşayan canlı orqanizmlərin ev şəraitində saxlanılması üçün akvariumların dekorlaşdırılmasında tətbiq edilir. Bentonit bioloji cəhətdən aktiv bir maddədir, , heyvan yemlərinə və torpaqda gübrəyə əlavə edilir ki, bu da heyvanların məhsuldarlığını və əkinçilik təsərrüfatının məhsuldarlığını artırır.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
  • Ю.А.Полканов. Минералы Крыма: Науч.-попул. очерк.. — Симферополь: Таврия, 1989. — 160 с.: ил., 8 л. ил.
  • В.А.Кокарев. Использование бентонита зырянского месторождения в животноводстве Курган – 1998
  • "Энциклопедия виноградарства. В 3 томах". Гл. редактор А. И. Тимуш, Кишинёв: Главная редакция Молдавской Советской энциклопедии, 1986 г.

Xarici keçidlər

redaktə