Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyəti (az.-əski. آذربایجان خالق جومهوریتی), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti[5][6] (az.-əski. آذربایجان جمهوریتي), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.[7]
Demokratik respublika | |||||
Azərbaycan Xalq Cümhuriyyəti | |||||
---|---|---|---|---|---|
آذربایجان خالق جمهوریتي | |||||
|
|||||
«Bir kərə yüksələn bayraq bir daha enməz! !بیر کره یوکسلن بایراق، بیر داها ائنمز» |
|||||
Himn: Azərbaycan himni |
|||||
|
|||||
|
|||||
Paytaxt |
Gəncə (17 sentyabr 1918-ci ilə kimi) Bakı (17 sentyabr 1918-ci ildən) |
||||
Rəsmi dilləri | Türk dili [Ş 1][2][3] | ||||
Dövlət dini | İslam | ||||
Valyuta | Azərbaycan manatı, Azərbaycan rublu, Bakı bonları | ||||
Ərazisi | 113900 km2[Ş 2] | ||||
Əhalisi | 2,862,000 | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Milli Şuranın sədri | |||||
• 1918 | Məhəmməd Əmin Rəsulzadə | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti. Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti hökumətə məxsus idi. Hökumət parlament qarşısında cavabdeh idi. AXC hökuməti 1918-ci ilin 28 mayından 16 iyuna qədər Tiflisdə, 16 iyundan 17 sentyabra qədər Gəncədə, 17 sentyabrdan 1920-ci ilin 28 aprelinə qədər isə Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı. Yeni dövlət 1922-ci ildə ZSFSR-in tərkibində SSRİ-nin qurulmasında iştirak etdi. 1936-cı ildə müstəqil müttəfiq respublika ünvanını aldı. 1991-ci ildə Sovet Sosialist Respublikalar İttifaqının dağılması nəticəsində Şimali Azərbaycanda Azərbaycan Respublikası yarandı.
Tarix
1918-ci il
Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.[8]
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.[9][10]
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində — Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi.[11] Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu.[12] 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.[13]
1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının — ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı.[14] İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.[15]
Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.[16] Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".[17]
27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.
Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən gəlmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi.[18] Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.[18]
Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi.[18] Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur.[18] Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.[19][20]
Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü.[13] Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı Vilyam Montqomery Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.[13]
1919-cu il
1919-cu il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda əlaqədar hökumət üzvlərindən daxili işlər naziri Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T. Səfərəliyev çıxış etdilər.[13] Hətta müxalifətin tələbi ilə hökumət başçısı F. Xoyskinin özü də parlament qarşısında çıxış etdi. Buna baxmayaraq Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab etdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. Müsavat fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən Məhəmməd Əmin Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir.[13]
Fevralın 25-də hökumətin başçısı F. Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F. Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən Müsavat fraksiyasının üzvü Nəsib bəy Yusifbəyliyə tapşırıldı.[21]
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi.[22] O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi.[22] İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi.[23] 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu.[24] Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.[13] 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.[13]
Avqustda Azərbaycan Parlamenti tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu.[25] 19 avqustda İngiltərə-İran müqaviləsinə görə İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar.[26] Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.[27]
1920-ci il
Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F. Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi.[28] Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F. Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi.[29] F. Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.[30]
Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifi ilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul etdi: "Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar".[31] Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-nin Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.[32]
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F. Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-də Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprelin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyildilər.[33] Beləliklə, müstəqillik mövqeyində duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökumətin dağılmasına gətirib çıxartdı.[34]
XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S. A. Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı.[35] Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1920-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.[36]
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q. Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.[37]
Aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 20.45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verliməsi barədə qərar çıxartdı:[38]
1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək
2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq
3. Azərbaycan Ordusu olduğu kimi saxlanacaq
4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq
5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək
6. Azad şəraitdə toplaşacaq Azərbaycan Şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.
1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Süvari — dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı.[39] Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar, lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər.[40] Sonuncu qısamüddətli döyüş Xırdalan və Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.[41]
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarıldı.[42] Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı.[43] Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.
Hökumət və siyasət
1918-ci il 28 mayda Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. İlk Hökumətdə vəzifələr aşağıdakı kimi bölüşdürülmüşdü: Fətəli xan Xoyski — Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov bəy Sultanov — hərbi nazir; Məmmədhəsən Hacınski — xarici işlər naziri; Nəsib bəy Yusifbəyli — maliyyə və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov — ədliyyə naziri; Məmməd Yusif Cəfərov — ticarət və sənaye naziri; Əkbər ağa Şeyxülislamov — əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov — yollar, poçt və teleqraf naziri; Camo bəy Hacınski — dövlət nəzarəti naziri.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu.[45] Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.[45] Parlament iclaslarının gündəliyindən xeyli hissəsi bu məsələlərə həsr edilmiş və bu barədə xüsusi qərarlar qəbul olunmuşdu.[45]
Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı.[44] İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.[44] Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. İkinci Hökumətə Fətəli xan Xoyskidən başqa Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov, Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov və Musa bəy Rəfiyev daxil oldular.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr aşağıdakı qaydada yenidən bölüşdürüldü.[44] Fətəli xan Xoyski — Nazirlər Şurasının sədri; Behbud xan Cavanşir — daxili işlər naziri vəzifəsi ilə yanaşı ticarət və sənaye naziri vəzifəsini də icra edir; Əlimərdan bəy Topçubaşov — xarici işlər naziri; Məmməd Həsən Hacınski — maliyyə naziri; Nəsib bəy Yusifbəyli — xalq maarifi naziri; Xudadat bəy Məlik-Aslanov — yollar naziri; Xosrov bəy Sultanov — əkinçilik və dövlət əmlakı naziri; Ağa Aşurov — poçt və teleqraf naziri; Xəlil bəy Xasməmmədov — ədliyyə naziri; Xudadat bəy Rəfibəyli — xalq səhiyyəsi naziri; Musa bəy Rəfiyev — himayədarlıq və dini etiqad naziri; İsmayıl xan Ziyadxanov — hərbi işlər üzrə müvəkkil; Əbdüləli bəy Əmircanov — dövlət müfəttişi.[44]
Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi.[44] Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət kabinəsində Xəlil bəy Xasməmmədov — daxili işlər naziri; İ. Protasov — maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov — yollar naziri; Nəsib bəy Yusifbəyli — maarif və dini etiqad naziri; Aslan bəy Səfikürdski — poçt-teleqraf və əmək naziri; Səməd bəy Mehmandarov — hərbi nazir; Rüstəm xan Xoyski — himayədarlıq naziri; Yevsey Gindes — xalq səhiyyəsi naziri; Mirzə Əsədullayev — ticarət və sənaye naziri; Məmmədhəsən Hacınski -dövlət nəzarəti naziri; Konstantin Lizqar — ərzaq naziri; Xosrov bəy Sultanov — əkinçilik və dövlət əmlakı naziri; Teymur bəy Makinski — ədliyyə naziri vəzifələrini tutdular.[44]
Dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı.[44] 1919-cu il martın 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu. Digər vəzifələr aşağıdakı kimi bölündü: Əliağa Həsənov — maliyyə naziri; Ağa Əminov — ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov — xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov — yollar naziri; Camo bəy Hacınski — poçt və teleqraf naziri; Səməd bəy Mehmandarov — hərbi nazir; Viktor Klenevski — himayədarlıq naziri; Abram Dastakov — səhiyyə naziri; Rəşid xan Qaplanov — maarif və dini etiqad naziri; Aslan bəy Qardaşov — əkinçilik və dövlət əmlakı naziri; Nəriman bəy Nərimanbəyli — dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski — ədliyyə və əmək naziri; X. Amaspür — portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.[44]
1919-cu il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədərbaşçılıq etdi.[44] Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski — xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski — daxili işlər naziri; Xəlil bəy Xasməmmədov — ədliyyə naziri; Rəşid xan Qaplanov — maliyyə naziri; Həmid bəy Şaxtaxtinski — maarif və dini etiqad naziri; Əhməd bəy Pepinov — əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov — yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri); Camo bəy Hacınski — poçt və teleqraf naziri; Musa bəy Rəfiyev — səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov — dövlət nəzarəti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski — ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov -maarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti on bir fraksiyadan və bu üzvlərdən ibarət idi:
- I. Müsavat və Bitərəflər fraksiyası
- Məhəmməd Əmin Rəsulzadə
- Həsən bəy Ağayev
- Nəsib bəy Yusifbəyli
- Xəlil bəy Xasməmmədov
- Məmmədhəsən Hacınski
- Abbasqulu Kazımzadə
- Musa bəy Rəfiyev
- Cavad bəy Məlikyeqanov
- Mehdi bəy Hacınski
- Mehdi bəy Hacıbababəyov
- Rəhim bəy Vəkilov
- Şəfi bəy Rüstəmbəyli
- Hacı Səlim Axundzadə
- Mustafa Mahmudov
- Asəf bəy Şıxəlibəyov
- Abuzər bəy Rzayev
- Əhməd Həmdi Qaraağazadə
- Ağa Əminov
- Nəriman bəy Nərimanbəyli
- Mirzə Sadıq Axundzadə
- Müseyib bəy Əxicanov
- Mustafa ağa Vəkilov
- Məmmədbağır Şeyxzamanlı
- Məhəmməd Əli Rəsulzadə
- Murtuza Axundov
- Rza bəy Axundov
- Məmmədrza ağa Vəkilov
- Cəlil bəy Sultanov
- Əşrəf bəy Tağıyev
- Məmməd Yusif Cəfərov
- Mirzə Əsədullayev
- Yusif Əhmədzadə
- Baxış bəy Rüstəmbəyov
- Fətəli xan Xoyski
- Ağa bəy Səfərəliyev
- Əsədulla Əhmədov
- Ağa Aşurov
- Qulamhüseyn bəy Kazımbəyov
- Mir Hidayət bəy Seyidov
- II. İttihad fraksiyası
- Qara bəy Qarabəyov
- Mir Yaqub Mehdiyev
- Qazı Əhməd bəy Məmmədov
- Cəmil Lənbəranski
- Bəhram bəy Vəzirov
- Sultan Məcid Qənizadə
- Həmdulla əfəndi Əfəndizadə
- Zeynal bəy Vəzirov
- Heybətqulu Məmmədbəyli
- Əli bəy Zizikski
- Qara bəy Əliverdilər
- Əsəd bəy Əmirov
- İsgəndər bəy Axundov
- Ağa bəy Səfərəliyev
- Yusifəli Əliyev
- III. Əhrar fraksiyası
- Aslan bəy Qardaşov
- Hacı Molla Əhməd Nuruzadə
- Muxtar əfəndi Əfəndizadə
- Qərib Kərimoğlu
- Bayram Niyazi Kiçikxanlı
- Qasımoğlu Hacı Əli
- Abdulla əfəndi Qabulov
- Hacı Hüseyn Əfəndiyev
- IV. Sosialistlər fraksiyası
- Səməd ağa Ağamalıoğlu
- Əliheydər Qarayev
- Qasım bəy Camalbəyov
- Hacı Kərim Sanılı
- Əhməd bəy Pepinov
- Camo bəy Hacınski
- Rza bəy Qaraşarlı
- Aslan bəy Səfikürdski
- İbrahim Əbilov
- Bağır Rzayev
- Vladislav Bakradze
- Əkbər ağa Şeyxülislamov
- İbrahim İsmayılzadə
- Abbas bəy Atamalıbəyov
- V. Bitərəflər
- VI. Müstəqillər
- VII. Sol müstəqil
- VIII. Slavyan – Rus İttifaqı fraksiyası
- Viktor Klanevski
- Vasili Kravçenko
- Serqey Remizov
- Fyodor Kotilevski
- M.N Vinoqradov
- IX. Milli azlıqlar fraksiyası
- Lorens Kun
- Moisey Quxman
- Stanislav Vonsoviç
- Vasil Kujim
- Vladimir Ollonqren
- Nikolay Mixaylov
- ?. Dubrovski
- X. Erməni fraksiyası
- XI. Daşnaksütyun fraksiyası
Parlamentdə fəaliyyət göstərən fraksiya və qruplar arasında ən iri və aparıcı fraksiya milli mənafelərin daşıyıcısı olan Müsavat fraksiyası idi. Bu fraksiya, demokratik bitərəflər qrupu ilə birlikdə, Parlamentin və Hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir, milli mənafe ilə bağlı bütün qanun və qərarların qəbul edilməsində həlledici rol oynayırdı.[44] Parlamentdə ikinci iri fraksiya İttihad fraksiyasına məxsus idi. Bu fraksiya 1919-cu ilin dekabrına qədər milli-demokratik cərəyana qarşı müxalifətdə olmuş və Hökumətlərin təşkilində iştirak etməmişdir.[44] Parlamentdə ifrat solçu mövqedən çıxış edən fraksiyalardan biri də sosialistlər bloku idi.[44] Onlar Azərbaycanın Rusiya Sovet Federativ Sosialist Respublikasına birləşdirilməsini, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə biləcəyini, iqtisadi və sosial islahatların yalnız sosializm quruluşu şəraitində mümkün olacağını təbliğ edirdilər.[44] Bu blok Şimali Azərbaycanı yenidən işğal etməyi qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı.[44] Ermənilər Parlamentdə iki fraksiya ilə təmsil olunsalar da, əslində bir mövqedən çıxış edir və ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün bütün imkanlardan istifadə edirdilər.[44] Sovet işğalı reallaşdıqda erməni fraksiyaları bolşeviklərin tərəfinə keçdilər.[44]
Parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır.[44] Qalan 130 iclasdan ikisi tarixi (Azərbaycamn istiqlalının və Bakının azad olunmasının 1-ci ildönümləri münasibətilə 1919-cu il 28 may və 15 sentyabr tarixli iclasları); dördü təntənəli (rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə 1919 və 1920-ci il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olunmuş 1919-cu il 27 iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə 1920-ci il 14 yanvar iclasları); ikisi isə fövqəladə iclaslar (Ermənistanın Gürcüstana müharibə elan etməsi ilə əlaqədar 1918-ci il 20 dekabr tarixli və Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə 1920-ci il 17 mart tarixli) olmuşdur.[44] Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə vəziyyəti, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan qanun layihələri, bir qayda olaraq, yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan təxminən 230-u qəbul edilmişdir.[44] Parlamentin fəaliyyəti onun Nizamnaməsi rolunu oynayan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi.[44]
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə komissiyası; qanunvericilik təklifləri komissiyası; Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya; mandat komissiyası; hərbi komissiya; aqrar məsələlər komissiyası; sorğular üzrə komissiya; təsərrüfat-sərəncamverici komissiya; ölkənin məhsuldar qüvvələrindən istifadə üzərində nəzarət komissiyası; redaksiya komissiyası və fəhlə məsələləri üzrə komissiya.[44]
Xarici siyasət
Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya Müharibəsinin başa çatması ilə müşayiət edilən gərgin diplomatik mübarizə şəraitində yarandı və fəaliyyət göstərdi. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqlənməsinə nail oldular.[46] Məhz belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi, lakin Birinci Dünya Müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətdən yetərincə faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin, məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi.[47]
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı idi.[48] Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra xarici ölkələrə mühacirət etmiş cümhuriyyət xadimləri, ayrı-ayrı ziyalıların dünyanın müxtəlif ölkələrində nəşr etdirdikləri əsərlər 1918–1920-ci illərdə həyata keçirilmiş Azərbaycan diplomatiyasının bir sıra qaranlıq səhifələrini aydınlaşdırmağa imkan verir.[49][50]
Xarici ölkələrin AXC-də yerləşən nümayəndəlikləri
Ölkə | Nümayəndənin adı | Ünvan |
---|---|---|
ABŞ | ||
Belçika | ||
Böyük Britaniya | ||
Danimarka | ||
Ermənistan | ||
Finlandiya | ||
Fransa | ||
Gürcüstan | ||
İran | ||
İsveç | ||
İsveçrə | ||
İtaliya | ||
Litva | ||
Polşa | ||
Ukrayna | ||
Yunanıstan |
Ordusu
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov bəy Sultanov hərbi nazir təsdiq edilmişdi.[51] Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu.[52] Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi çağırışın yerinə yetirilməsinə cəlb olunurdular.[53] 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.[44]
1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılar idi: 8 alaydan i ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadası.[44] Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi.[44] Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi.[44] Hər pulemyot bölüyünün tərkibində 8 pulemyot var idi. Bundan başqa, hər alayda bir süvari kəşfiyyat bölüyü, bir piyada kəşfiyyat bölüyü, bir istehkam bölüyü, bir rabitə-telefon bölüyü və bir qeyri-nizami bölük var idi.[44] Alayların ştat tərkibi onların hamısında eyni deyildi.[44] Süvari alayları üç süvari bölüyündən, pulemyot bölüyündən, təlim və rabitə komandalarından ibarət idi.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı.[54] 1918-ci ilin sentyabrında Bakının Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri -"Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı.[55] Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-cu il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D. Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi.[54] Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəğan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi.[54]
1919-cu il oktyabrın 1-də "Astrabad" hərb gəmisinin heyəti təsdiq edildi.[55] Gəminin kapitanı vəzifəsinə azərbaycanlı mütəxəssis Kitabçızadə təyin edildi.[55] "Ərdəğan" gəmisinin komandiri vəzifəsi isə kapitan Həsən Çilingərzadəyə tapşırıldı. Dekabrın 5-də "Qars" və "Ərdəğan" gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi komissiya yaradıldı. 1920-ci ilin əvvəllərində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75 mm-lik və 100 mm-lik toplarla təchiz edilmiş "Qars" və "Ərdəğan" hərb gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargin" köməkçi gəmiləri, "Orion" nəqliyyat gəmisi, silahlarla təchiz edilmiş "Puşkin" buxar gəmisi və bir neçə kater var idi.[55] 1920-ci ildə xaricdən saatda ən azı 23 dəniz mili sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlanmış 12 ədəd katerin, həmçinin sualtı qayıqlarla döyüş üçün nəzərdə tutulmuş, iki topla təchiz edilmiş, saatda 26–36 dəniz mili sürətilə hərəkət edən katerin alınması planlaşdırılmışdı.[54] Düşmən gəmilərinin dənizdən hücumlarının qarşısının alınması üçün mina düzən gəminin, çox da böyük olmayan 6 ədəd sualtı gəminin, mövcud hərb gəmilərinin döyüş imkanlarını artırmaq üçün müxtəlif çaplı 92 ədəd topun alınması da nəzərdə tutulmuşdu, lakin Bakı əməliyyatı bu planların həyata keçirilməsinə imkan vermədi.[54]
Hərbi-hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi.[44] Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu.[44] Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi.[44] Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi.[44] Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919-cu il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi.[44] Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi.[44] 1919-cu il sentyabrın 14-də Aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi.[44] 1920-i ildə Azərbaycan ordusunda 40 min əsgər və zabit xidmət edirdi. Onların 30 mini piyada, 10 mini atlı qoşun idi.
Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün hərbi nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı.[44] Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də xarici işlər nazirliyinə məktub yazaraq, Aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət olunması imkanlarının öyrənilməsini xahiş etdi.[44] Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləş məsi və Aprel işğalı (1920) hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.[44]
İnzibati bölgü
Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi.[44] Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir.[44] Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı.[44] Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı.[44] İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.[44]
Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını — Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı.[44] Gürcü silahlı qüvvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanın Xarici İşlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi.[44] Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı.[44] Buna görə də həmin problemin beynəlxalq İstanbul konfransında müzakirə edilməsi qərara alındı.[44] 1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi.[44] Bu məsələ daha geniş şəkildə Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu.[44] Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol quberniyası (Yelizavetpol qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis və Sığnaq qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kür və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasını, Batum və xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.[44]
Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı İmperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla apardıqları müharibə nəticəsində Borçalı mahalında Loru mahalını və onun ətraflarını zəbt etdilər.[44] Ermənistan Azərbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi.[44] Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti ilə birləşdirildi.[44] Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı, lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı.[44] Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi.[44] Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı.[44] 1920-ci ilin ünvan — təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu:[44]
Ərazinin adı | Kv. kilometr | Qeyd |
---|---|---|
Bakı quberniyası | 39075,15 | Mübahisəsiz ərazi |
Gəncə quberniyası | 44371,29 | |
Zaqatala mahalı | 3992,54 | |
1 İrəvan quberniyası | 9858,69 | |
Cəmi | 97297,67 | |
2 İrəvan quberniyası | 7913,17 | Mübahisəli ərazi |
3 Tiflis quberniyası | 8685,13 | |
Cəmi | 16598,30 | |
Yekun | 113895,97 |
- 1 İrəvan quberniyasının mübahisəsiz ərazisinə daxildir: Şərur-Dərələyəz qəzasının I və II polis sahələri; Naxçıvan qəzasının I, II, III və IV polis sahələri; Yeni Bəyazid qəzasının I və II polis sahələri.
- 2 İrəvan quberniyasının mübahisəli ərazisinə daxildir: İrəvan qəzasının I, II, III və IV poIis sahələri, Eçmiədzin qəzasının II və III polis sahələri; Sürməli qəzasının I, II və III polis sahələri; Yeni Bəyazid qəzasının III polis sahəsinin bir hissəsi;
- 3 Mübahisəli zonanın tərkibinə Tiflis quberniyasının aşağıdakı hissələri daxildir: Tiflis qəzasının II və III polis sahələri; Sığnaq qəzasının polis sahəsi; Borçalı qəzasının I, II, III və IV polis sahələrinin bir hissəsi.
İqtisadiyyat
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu.[44] Bolşevizmdən fərqli olaraq, Cümhuriyyət liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər.[44] Əksinə, hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür".[44]
Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət Hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Azərbaycanda neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı — Batum neft kəməri bərpa olunmuş, Bakı – Culfa dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.[44]
Müstəqil dövlətin atributu kimi, milli pul vahidinin buraxılması Cümhuriyyətin maliyyə siyasətinin mühüm uğuru idi.[44] 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar — "Bakı bonları" buraxıldı (bu zamanadək tədavüldə "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması ilk vaxtlardan Hökumətin iqtisadi siyasətinin əsas məsələsi oldu.[44] Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.[44]
Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olurdu. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı.[44] 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı.[44] Maliyyə Nazirliyinin 1919-cu il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması nəzərdə tutulurdu; Parlament xəzinəyə müəyyən rüsum (ixrac olunan xammalın dəyərinin 25 faizi qədər) keçirmək şərti ilə xammal ixracına icazə verilməsinə dair qanun qəbul etdi. Xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı.[44] Qüvvədə olan 1914 il 15 noyabr tarixli qanunun 1919-cu il 20 oktyabr tarixli qanunla əvəz edilməsi, bu sahədə məsuliyyəti artırdı.[44] Ölkənin sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından Azərbaycana xaricdən gətirilən bir sıra zinət şeylərinə müvəqqəti olaraq xüsusi gömrük tarifləri tətbiq olundu.[44] Eyni zamanda daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi.[44] Hökumət çevik vergi siyasəti yeridir, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində tədbirlər görürdü.[44] Bu məqsədlə xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilmiş (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilmişdi), xarici sərmayəçilərə və Azərbaycana sərmayə qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonları təklif olunmuşdu.[44]
Azərbaycan Hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi.[44] Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli olması, Hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı.[44] Hökumətin hazırladığı 1919-cu il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi (Cümhuriyyət dövründən qabaq xaricə spirtli içkilərin satışı qadağan olunmuşdu. Bu da təsərrüfatların və Hökumətin maliyyəsinə olduqca mənfi təsir göstərmişdi).[44] Hökumət hesab edirdi ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır.[44] Öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaq onlara əlverişli idi.[44] Bu qanun layihəsini işləyib hazırlayarkən Hökumət onu da nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir.[44] Xaricə satışına icazə verilən 85 dərəcəli konyak spirti və 40–45 dərəcəyə qədər olan üzüm və tut spirti isə bu məqsəd üçün yaranır.[44]
Cümhuriyyətin xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Gürcüstanla bağlanan müqavilə mühüm əhəmiyyətə malik idi.[44] 1918-ci il dekabrın 26-da bir illik müddətə bağlanan bu müqaviləyə əsasən, böyük ehtiyac olan məhsulların, bu respublikaların tələbatları çərçivəsində gömrük vergiləri qoyulmadan alınıb-satılmasına, habelə Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına icazə verilirdi.[44] Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarının ümumi satışı isə 20 milyon puddan çox olmamalıdır.[44] Gürcüstanın bəzi məhsullarının (daş kömür, meşə materialları və s.) neftin dəyərinin 1/10 hissəsi həcmində Azərbaycana gömrüksüz satılması nəzərdə tutulurdu.[44] Müqaviləyə görə, alman məhsulların başqa ölkələrə satışına icazə verilmirdi.[44] Azərbaycan Xalq Cümhuriyyəti Rusiya ilə iqtisadi əməkdaşlığa da böyük əhəmiyyət verir, neft, pambıq və başqa ixrac məhsulları üçün Rusiya bazarının əhəmiyyətini nəzərə alırdı.[44] 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalanmışdı.[44] Lakin Rusiya Azərbaycanı qane edə biləcək bir sıra şərtlər vəd etsə də, onlara əməl etmədi.[44]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı, çünki bu zaman neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Odur ki, Parlament və Hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi. Təbii sərvət iqtisadi inkişaf üçün maddi baza olsa da, iqtisadi qüdrət və gücün təbii sərvətdən asılılığının həmişəlik olmadığı və gələcəkdə dəyişəcəyi Azərbaycan Xalq Cümhuriyyətinin istinad etdiyi başlıca iqtisadi müddəalardan biri idi.[44]
Digər tərəfdən, fəhlə və dövlət qulluqçularının məvacibinin həcminin dəfələrlə qaldırılması haqqında Hökumətin qəbul etdiyi qərarlar büdcədə böyük kəsir yaradırdı və bu kəsirin də ödənməsi tarif normalarının artırılması və əlavə kağız pulların kəsilməsi hesabına həyata keçirilirdi.[44] Bütün bunlar həm də bahalığa və inflyasiyaya, zehmətkeşlərin sosial vəziyyətinin pisləşməsinə səbəb olurdu.[44] Sosial-iqtisadi sahədə xeyli işlər görülsə də, fəhlə məsələsinin, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib məsələlərdən olan aqrar məsələnin həll olunmaması əhalinin vəziyyətini pisləşdirirdi.[44] Bundan istifadə edən sosialistlər fraksiyası və Azərbaycan Kommunist Partiyası əhali içərisində narazılığı artırmaq üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirmiş və Bakı əməliyyatı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi üçün əlverişli zəmin yarada bilmişdilər.[44]
Nəqliyyat
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində ölkədə quru və su yolları, xüsusən də dəmir yolu və boru kəmərləri nəqliyyat əlaqələrində mühüm rol oynayırdı. Bu dövrdə dəmir yollarının ümumi uzunluğu 954,2 km idi. Onun 498,2 km-i Bakı — Böyük Keşik, 87,8 km-i Biləcəri — Yalama, 189,2 km-i Uluxanlı — Culfa, 51,2 km-i Ələt — Zubovka, 27,1 km-i Bakı — Balaxanı, Sabunçu – Suraxanı xətlərinin payına düşürdü. Həmin dövrdə iqtisadi və ticarət əhəmiyyətli şose və torpaq yolların sıx şəbəkəsi də mövcud idi. Bu tipli yolların ümumi uzunluğu 4169,1 km, o cümlədən şoseləşdirilmiş yolların uzunluğu 1507,3 km idi.[44]
Yollar Nazirliyi dəmir yolu nəqliyyatını sahmana salmaq üçün parovoz və vaqon parkının təmiri, yeni nəqliyyat vasitələrinin alınması, dəmir yolu qulluqçularının məvaciblərinin artırılması, onlara güzəştli şərtlərlə ərzaq verilməsi, parovoz maşinistlərinə və onların köməkçilərinə həqiqi hərbi xidmətdən möhlət verilməsi, dəmir yolu stansiyalarının qaydaya salınması, mühafizəsinin təmin edilməsi və s. kimi mühüm tədbirlər gördü.[44] Bütün bu tədbirlər tezliklə öz bəhrəsini verdi. Artıq 1919-cu il iyulun 15-dən Bakı — Batum istiqamətində gündə 4 cüt qatarın, həmin ilin sonundan isə Bakı — Port-Petrovsk (Mahaçqala) istiqamətində də ciddi qrafik üzrə gündə 4 cüt qatarın hərəkəti təmin edildi.[44]
1918-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı idarəsinin fəaliyyəti bərpa edildi.[44] Ticarət gəmiləri ilə Bakı ilə Port-Petrovsk, Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi.[44] 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycandan çıxdıqdan sonra Bakı limanı və ticarət donanması da Cümhuriyyət Hökumətinin sərəncamına keçdi, ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladılar.[44]
Azərbaycan Hökuməti şose yollarının bərpası üçün 1919-cu il fevralın 17-də Yollar Nazirliyinin sərəncamına 1 milyon manat kredit ayırdı. Həmin il aprelin 24-də isə bilavasitə Yevlax-Şəki şose yolunun təmiri və seldən qorunması üçün bənd tikilməsinə 210 min manat vəsait verildi. Hökumət nəqliyyat vasitələrinin təmiri və normal istismarı məsələlərini daim diqqət mərkəzində saxlayırdı. 1919-cu il aprelin 28-də Bakıda avtomobillərin ilkin təmiri və avtomobil zavodunun saxlanması üçün 175 min manat vəsait ayrıldı.[44] Həmçinin, Yollar Nazirliyinə tapşırıldı ki, avtomobil zavodunun gəliri və xərcləri haqqında əsaslı məruzə hazırlasın.[44] Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin və mürəkkəb şəraitdə həyata keçirdiyi tədbirlərlə ölkədə nəqliyyatın işini, əsasən, qaydaya sala bildi. Dəmir yolu və su nəqliyyatı, neft kəmərinin istismarı dövlət xəzinəsinə gəlir gətirməyə başladı.[44]
Demoqrafiya
Gülüstan və Türkmənçay müqavilələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövrdə Rusiya imperiyasının Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı yeritdiyi ayrı-seçkilik siyasəti, deportasiyalar və soyqırımları nəticəsində Şimali Azərbaycan əhalisinin etnik tərkibi, sayı və yerləşməsi məqsədyönlü şəkildə dəyişdirildi, burada yaşayan azərbaycanlıların sayı xeyli azaldı.[44] Rusiya işğalından sonra ermənilərin müxtəlif ölkələrdən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi etnik-siyasi vəziyyətə ciddi təsir göstərmiş, azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası həyata keçirilmişdir.[44] Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda Cənubi Qafqazın 237055 kv. km-lik ərazisində 7667370 nəfərin yaşadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3306000 (43,1%) müsəlman, 1786000 (23,3%) erməni, 1641000 (21,4%) gürcü.[44] Həmin sənədə əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2353000 nəfər yaşayırdı ki, bu da Cənubi Qafqaz əhalisinin 30,7%-nə bərabər idi.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris sülh konfransına təqdim etdiyi sənədlərə görə isə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Cənubi Qafqaz ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi bildirilirdi. Göstərilən sənədlərdə məhz həmin ərazi müvafiq olaraq Cənubi Qafqazın əhalisi də hesablanmışdı.[44] Paris sülh konfransına təqdim olunmuş sənədlərə əsasən, ümumiyyətlə, Cənubi Qafqazın əhalisi 8081668 nəfərdən ibarət idi. Onların 4617671 nəfəri (57,1%) Azərbaycanda yaşayırdı.[44] Azərbaycan əhalisinin 75,4%-ni (3481889 nəfər) azərbaycanlılar, 17,2%-ni (795312 nəfər) ermənilər, 0,6%-ni (26585 nəfər) gürcülər, 6,7%-ni (310885 nəfər) başqa xalqların nümayəndələri təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ölkə əhalisinin sayı və etnik tərkibinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirirdi. Əhali haqqında daha bir məlumat Azərbaycan Xalq Cümhuriyyətinin ünvan-təqvimində xüsusi cədvəl halında dərc edilmişdi.[44]
Göstərilən cədvəldən istifadə edərkən nəzərə almaq lazımdır ki, həmin cədvəl 1917-ci il üçün Qafqaz təqvimi əsasında tərtib edildiyinə görə, faktiki olaraq, 1916-cı ilə aid olan vəziyyəti əks etdirir.[44] Digər tərəfdən, bu cədvəlin özündə də türk-müsəlman əhalinin sayı təhrif edilirdi.[44] Bundan əlavə, cədvəldə verilən rəqəmlər Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadığı bütün ərazilərə deyil, qonşuların iddia irəli sürmədiyi mübahisəsiz ərazilərə aiddir.[44] Cədvəldə, eyni zamanda, Tiflis quberniyasına aid mübahisəli ərazi və orada yaşayan azərbaycanlı əhalinin sayı da öz əksini tapmamışdır.[44] Beleliklə, aşağıda göstərilən cədvəl 1916-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində yaşayan əhalinin, o cümlədən azərbaycanlıların sayını əks etdirir:[44]
Ərazi | Müsəlmanlar | Ermənilər | Gürcülər | Ruslar | Başqaları | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mütləq say | % | Mütləq say | % | Mütləq say | % | Mütləq say | % | Mütləq say | % | |||
Bakı quberniyası (şəhər əhalisi) | 47.866 | 66,2 | 5.663 | 7,8 | - | - | 3.788 | 5,2 | 15.192 | 2,1 | 72.509 | |
Bakı quberniyası (kənd əhalisi) | 693.391 | 86,4 | 37.258 | 4,6 | 30 | 0 | 68.847 | 8,5 | 3.711 | 0,5 | 803.237 | |
Bütün Bakı quberniyası (şəhər rəisliyi daxil olmadan) |
741.257 | 85,0 | 42.921 | 4,9 | 30 | 0 | 72.635 | 8,1 | 18.903 | 2,0 | 875.746 | |
Bakı şəhər rəisliyi | 198.391 | 48,8 | 77.166 | 19,0 | 8.974 | 2,2 | 104.599 | 26,0 | 16.699 | 4,0 | 405.829 | |
Bütün Bakı quberniyası (şəhər rəisliyi ilə birlikdə) |
939.648 | 73,5 | 120.087 | 9,3 | 9.004 | 0,7 | 177.234 | 13,8 | 35.602 | 2,7 | 1.281.575 | |
Bütün Gəncə quberniyası | 797.880 | 62,5 | 418.859 | 32,9 | 1.030 | 0,1 | 36.777 | 2,9 | 20.585 | 1,6 | 1.275.131 | |
Bütün Zaqatala mahalı | 85.136 | 91,84 | 2.530 | 2,73 | 4.664 | 5,03 | 326 | 0,35 | 42 | 0,05 | 92.698 | |
İrəvan quberniyasının bir hissəsi | 129.586 | 61,0 | 80.530 | 38,0 | 96 | 0,04 | 593 | 0,24 | 1.653 | 0,72 | 212.458 | |
Bütün Azərbaycan Xalq Cümhuriyyəti üzrə, cəmi | 1.952.250 | 68,2 | 622.006 | 21,4 | 14.794 | 0,6 | 214.930 | 7,5 | 57.882 | 2,3 | 2.861.862 |
Dil
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi.[44] Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.[44] Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar Hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir.[44]
Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır.[44] Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlamentə aid deyildi.[44] Ona görə də Parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, Parlament üzvlərinin öhdəsinə buraxılmışdı.[44] Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli Parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, Parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.[44]
Təhsil
Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib.[56] Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq edilib. Maarif naziri isə sonradan AXC hökumət başçısı olan Nəsib bəy Usubbəyov olub. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi.[56] Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi.
Xalq Maarifi Nazirliyi 1919–20-ci il tədris ilinin əvvəlindən Ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinfinin milliləşdirilməsini qərara aldı.[56] 1918-ci il 7 sentyabr fərmanı ilə bütün Ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini və onların ana dili tədrisi tətbiq edilib.[56] Bu təlimlərin tədrisi üzrə xərcləri dövlət öz üzərinə götürüb. Bakı şəhəri milli məktəblərin inspeksiyasında və Bakı quberniyasında 1918–19-cu tədris ilində 76 rus – bunlardan Bakıda 30, əyalətlərdə isə 46 məktəb var idi.[56] Onlardan 51-i dövlət, qalan 25-i isə şəhər, neft-sənayeçiləri qurultayına məxsus idi və özəl sayılırdı.[56]
Xalq maarif naziri yəhudi məktəblərinin rəhbəri Y. Baysband və F. Şapiroyanın təşkil etdikləri yəhudi dili, yəhudi xalqının tarixi və yəhudi ədəbiyyatının tarixi kurslarına dinləyiciləri yazdırmağa icazə verdi.[56] Dərslər 20 oktyabr 1918-ci ildə başlayıb.[56] 1918-ci ilin oktyabr ayında Yəhudi Milli Şuranın nəzdində fəaliyyət göstərən məktəblərdə 700 nəfər təhsil alır, 24 müəllim çalışırdı. Bu məktəblər hər ay 10 min rubl məbləğində dövlət tərəfindən subsidiyalaşdırılırdı.[56] Azərbaycan dövləti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənirdi. Alman koloniyalarında tədris keçən müəllimlərin hər birinə 1918 və 1919-cu ildə inspeksiya tərəfindən hər ay 90 rubl ödənilirdi.[56]
1918-ci ildə Səhiyyə Nazirliyi təsis edilir, bu nazirliyə rəhbərlik isə Musa bəy Rəfiyevə həvalə edilir.[56] Bu illərdə Bakı və Gəncə kimi şəhərlərdə onlarla yeni aptek və xəstəxana açılır.[56] 1919-cu ildə tibb fakültəsi də olan Bakı Dövlət Universitetinin əsası qoyulub, kafedranın ilk rəhbəri görkəmli cərrah, professor Vasili Razumovski (1920-ci ilə qədər) olur.[56] Burada, həmçinin tibbin tarixi də tədris edilirdi. Qısa bir müddət ərzində Razumovskinin rəhbərliyi altında Xüsusi Hazırlıq Komissiyası yaradılır.[56] Bu ilin avqust ayında qəbul imtahanları təşkil edilir və beləliklə də ilk tələbələr – gələcək həkimlərin qrupu yığılır.[56] 1922-ci il avqust ayının 2-də tibb fakültəsinin ilk 29 məzunu arasında yalnız üç azərbaycanlı – A. Ələkbərov, Ceyran Sultanova və sonradan elmlər doktoru və professor olan Adilə Şahtaxtinskaya olub.[56]
Xalq təhsili məsələləri ilə məşhur müəllim Əlicabbar Orucəliyevin başçılıq etdiyi Bakı Şəhər Dumasının tədris şöbəsi də məşğul olurdu.[56] 1919-cu ilin 15 iyul tarixli iclasında Şəhər Dumasının şəhər məktəblərinin müəllimləri üçün 1600 rubl təqaüd təyin etdi.[56] Bu istiqamətdə Bakı neft-sənayeçiləri də müəyyən addımlar atırdı: onların da məktəblərində müəllimlərin məvacibləri artırılmışdı.[56]
Bakıda məktəb binaları ilə dəhşətli bir vəziyyət alınmışdı.[56] Onların çoxu ya tamamən dağıdılmış, ya da əsaslı təmir tələb olunacaq qədər bərbad idi.[56] Hökumət Bakı şəhər ibditadi məktəblərində məktəb-sanitar nəzarətinin təşkil edilməsi üçün 827,600 rubl vəsait ayırmışdı.[56] Məktəblilərə müxtəlif ictimai təşkilatlar da yardım göstərirdilər. Bakı şəhər məktəblərinə yardım ictimai idarəsi məktəblərdə isti səhər yeməkləri təşkil edirdi.[56] Vəsaitin yığılması üçün idarə lotereya və əvvəlki illərdən qalmış əşyaların satış yarmarkasını keçirirdi.[56]
Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər və Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Həmidə Məmmədquluzadə, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesenatlar da yardım edirdi.[56]
Səhiyyə
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı gündən əhalinin sağlamlığı qayğısına qalmış və səhiyyə sahəsində ciddi tədbirlər görmüşdür. Bu sahədə ən böyük uğurlardan biri ölkənin səhiyyə sisteminin yaradılması və təşkili işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının — Səhiyyə Nazirliyinin yaradılması idi. 1918-ci il iyunun 7-də Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş 2-ci hökumət kabinəsi Gəncədə fəaliyyət göstərərkən Müsəlman Milli Şurası nəzdindəki qaçqın şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi yaradıldı.[44] Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən olan Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin xalq səhiyyəsi və himayədarlıq naziri təyin edildi.[44]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlament və Hökumət, xüsusən də Xalq Səhiyyə Nazirliyi əhalinin sağlamlığına mənfi təsir göstərən antisanitariya ilə ciddi mübarizə aparmağa, xarici mühit və məişət şəraiti ilə bağlı mənfi amilləri aradan qaldırmaqla yoluxucu xəstəliklərə, ağır epidemiyalara qarşı profilaktik tədbirlər həyata keçirməyə başladı.[44] Az vaxt içərisində Gəncə yaxınlığındakı Zəyəm və Zurnabad kəndlərində taun əleyhinə məntəqə təşkil olundu. Səhiyyə şəbəkəsinin genişləndirilməsinə başlandı.[44] Kənd yerlərində xəstəxanalar, ambulatriyalar, feldşer məntəqələri və s. müalicə müəssisələri açıldı, yeni tibb ocaqlarının bünövrəsi qoyuldu. Dövlət tibb müəssisələrini dava-dərmanla, avadanlıqlarla təmin etmək məqsədilə lazımi tədbirlər görüldü.[44] Bunun üçün dövlət aptek anbarı, laboratoriyası və s. yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökuməti sağlamlığın mühafızəsinə dair vəzifələr və tədbirlər barədə bir sıra qanun və qərarlar qəbul etdi. Cümhuriyyət Hökuməti tibb xidməti heyətini genişləndirmək məqsədilə səhiyyə sistemində qısamüddətli tibb işçiləri kursları açdı.[44] Bütün bunların nəticəsi idi ki, Xalq Cümhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe olan 33 kənd xəstəxanası fəaliyyət göstərirdi. Onların hərəsində 1 həkim, 2 feldşer və xidmətçi tibb bacıları işləyirdi. Bu tibbi personal 6 çarpayılıq kənd xəstəxanalarında xəstələrə xidmət edir, ambulator müalicəyə ehtiyacı olanlara isə pulsuz tibbi yardım göstərirdi.[44]
Bu dövrdə qeyri-hökumət tibbi cəmiyyət, birlik və təşkilatlarının da fəaliyyəti geniş vüsət almışdı. Bakı şəhəri həkimlər cəmiyyətinin əsas fəaliyyət istiqaməti sənayə gigiyenası, yatalaq epidemiyasının aradan qaldırılması olmuşdur.[44] Cəmiyyət Bakı Dövlət Universiteti tibb fakültəsinin avadanlıqla təchiz edilməsinə yardım göstərmək üçün Avropanın aparıcı klinikaları ilə əlaqə yaratmışdı.[44] Bakının tanınmış həkimləri təbabətin müxtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə məruzələr edirdilər.[44] Onun nəzdində boş iş yerlərini qeydə almaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara vaxtaşırı yardım göstərmək məqsədilə Həkimlərə yardım bürosu yaradılmışdı.[44] 1919-cu ildə Bakıda təsis edilmiş qeyri-hökumət tibb cəmiyyətlərindən biri də Uşaq həkimləri dərnəyi idi. Dərnək uşaqlar və yeniyetmələr arasında yayılmış yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi sahəsində təcrübə mübadiləsi aparır, qabaqcıl müalicə üsullarının tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə məşğul olurdu. 1920-ci ilədək Azərbaycanda, artıq 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi.[44]
Mədəniyyət
Təsviri sənət və memarlıq
Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi önəm verirdi. Ən mühüm dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaşmaq və müasirləşmək" şüarı bu işdə əsas götürülmüşdü.[44] Cümhuriyyət Hökuməti 1918-ci il noyabrın 9-da "mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət" bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi.[44]
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il martın 23-də dövlət gerbinin və rəsmi sənədlərdə üzərində dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrini hazırlamaq məqsədilə müsabiqə elan olunması barədə qərar qəbul etmişdi.[44] Çox güman ki, müsabiqəyə göndərilən layihələrin heç biri bəyənilmədiyindən qəbul edilməmişdi.[44] Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü üçün layihələrin hazırlanması üçün yeni müsabiqə elan olunması barədə qərar çıxardı.[44] Dövlət gerbinin, orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadə iştirak edirdi. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında Parlament binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk olunmuşdu.[44]
Milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilirdi. 1919-cu ildə nəşr olunan "Zənbur" jurnalında Azərbaycan satirik qrafıkasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu.[44] Karikaturalardan birində silahlı Denikini, Kolçakı və Androniki ciblərində gəzdirən ingilis qəsbkarları təsvir olunmuşdu. Onun rəsmlərində cəhalət, nadanlıq, qaniçən erməni-daşnak quldurlarının vəhşi və iyrənc əməlləri ifşa edilirdi.[44] Bu mövzu rəssam Bəhruz Kəngərlinin də yaradıcılığında əhəmiyyətli yer tuturdu. Onun erməni-müsəlman münaqişəsini əks etdirən məşhur "Qaçqınlar" silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi.[57] Əzim Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatı üçün dekor və geyim eskizləri hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında "Hacı Qara", "Ölülər", "Dağılan tifaq", "Pəricadu" və s. tamaşalara tərtibat vermişdi.[58] Milli mədəniyyətin tərəqqisi və inkişafı yolunda ilk ciddi addımlar atılmışdı. Əli bəy Hüseynzadənin "Şeyxülamın portreti" və "Bibiheybət məscidi" tablolarını xüsusilə qeyd etmək lazımdır.[44] Bu dövrdə rəssamlar plakat sahəsində də diqqtəlayiq əsərlər yaratmışlar.[59]
Memarlıq və heykəltaraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Bakı Politexnik Məktəbinin nəzdində heykəltaraşlıq sinfinin açılması nəzərdə tutulmuşdu.[60] 1918-ci ildə Bakının erməni-daşnak quldurları tərəfindən yandırılmış möhtəşəm binaları — Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi, İsmailiyyə Sarayı Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhərin baş memarı vəzifəsində çalışan görkəmli memar Zivər bəy Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu.[61] Erməni millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərini bərpa etmək üçün Zivər bəyin təşəbbüsü ilə "Yeni Şirvan cəmiyyəti təsis olunmuşdu. O, mühəndis Ömər bəy Avuyevlə birlikdə "İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyəti"ni də yaratmışdı.[62] Zivər bəy Əhmədbəyov, memar Nəbioğlu Qacar, mühəndis MəmmədHəsən Hacınski və Hacı bəy Axundov Şirvanşahlar Sarayı kompleksin tədqiqi sahəsində fəaliyyət göstərmişlər. Sənətşünaslardan Məhəmməd Ağaoğlu, Hüseyn bəy Mirzəcamalov, memar Nəbioğlu Qacar islam mədəniyyəti, muzeyşünaslıq qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışlar.[63]
Teatr
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu.[44] Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi.[44] Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi.[44] İctimai həyatda teatrın rolu artdı.[44] Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olmuşdur. Truppa tanınmış sənətkarlardan Hacağa Abbasov, Mirzağa Əliyev, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məhəmmədzadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır Cabbarzadə, Əbülhəsən Anaplı, Əhməd Anatollu, Mirmahmud Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım, Mina xanım və başqalarını bir yerə toplayaraq, həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərir, repertuarını zənginləşdirmək qayğısına qalırdı.[44]
Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrının binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, mühüm dövlət tədbirləri də keçirilirdi.[44] Dövlət Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı.[44]
Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyətin inkişafına göstərdiyi qayğı nəticəsində milli teatrın inkişafında müəyyən nəzərəçarpan uğurlar qazanıldı.[44] "Dəmirçi Gavə", "Nadir şah", "Ölülər", " Yağışdan çıxdıq, yağmura düşdük", "Bəxtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", "Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbəxt milyonçu", "Vətən, yaxud Silistrə", "Ev tərbiyəsinin bir şəkli", "Evliykən subay", "Arşın mal alan" əsərləri milli teatrın repertuarında ən yaxşı tamaşalar idi.[44]
Xeyriyyə tamaşalarının təşkili teatrın fəaliyyətində, bir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi.[44] Bu işdə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası xüsusi fəallıq göstərirdi.[44] Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyov tərəfindən təşkil edilmiş xeyriyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından toplanmış vəsait Dağıstanın "Qızıl Aypara Cəmiyyəti"nə göndərilmişdi.[44]
Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş dram əsərləri mühüm yer tuturdu.[44] Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı. Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaş masına ciddi diqqət yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii keyfiyyətlərinə lazımi diqqət yetirilməsi üçün xüsusi ədəbi komissiya yaradılmışdı.[44]
Cümhuriyyət dövründə Azərbaycanın digər mədəniyyət mərkəzlərində də teatr sənəti inkişaf etməkdə idi.[44] Naxçıvan teatrı bunların içərisində xüsusilə fərqlənirdi. Naxçıvan teatrının təşəkkülündə dövrün ictimai-siyasi və fəlsəfi fikrinin inkişafı şəraitində yetişən maarifpərvər ziyalılardan Cəlil Məmmədquluzadə, Böyük xan Naxçıvani, Əliqulu Qəmküsar, Rza Təhmasib, Rza İsfəndiyarlı, Mir Həsən Mirişli və digərlərinin mühüm xidməti olmuşdur.[44] "Ölülər", "Evliykən subay", "Arşın mal alan", "Dağılan tifaq", "Hacı Qara", "Bəxtsiz cavan" və digər əsərlər tamaşaya qoyuldu. Aktyorlar Mirzə Ələkbər Sabirin və onun ədəbi məktəbinin davamçıları olan şairlərin satiraları əsasında səhnəciklər hazırlanmasına da xüsusi diqqət yetirirdilər.[44]
Musiqi
Azərbaycan teatrı milli opera sənətinin yaranmasında xüsusi rol oynamış və ilk Azərbaycan operaları məhz bu teatrın səhnəsində tamaşaya qoyulmuşdu. "Leyli və Məcnun" operasının tamaşaya qoyulduğu 1908 il yanvarın 12-si Azərbaycan musiqisi tarixində milli Azərbaycan operasının yarandığı gün oldu.[44] Üzeyir Hacıbəyov ilk "Leyli və Məcnun" operasından sonra "Şeyx Sənan", "Əsli və Kərəm", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu" kimi digər muğam operalarını da yaratdı. O, Azərbaycanda musiqili komediya janrının da banisidir.[44] Onun "Ər və arvad", "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan" musiqili komediyalarında Azərbaycan xalqının adət-ənənələri, həyat və məişəti öz əksini tapmışdır.[44]
Milli musiqi janrlarının yaranması yolunda Üzeyir Hacıbəyovla ilə çiyin-çiyinə çalışan böyük sənətkarlardan biri də Müslüm Maqomayev idi. Teatr fəaliyyətinə orkestrin skripkaçısı kimi başlayan Müslüm Maqomayev tezliklə orkestrin dirijoru olmuş və Azərbaycan opera sənətinin daha bir klassik əsərini — "Şah İsmayıl" operasını yaratmışdır. 1916-cı ildə yazılmış bu opera məhz 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhnəyə qoyulmuş və böyük uğur qazanmışdı.[44]
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq xanəndələri və el aşıqları müstəsna rol oynamışlar. Xalq içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda və Yaxın Şərqdə də məşhur olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Məcid Behbudov və başqaları ölkənin mədəni həyatında, bayramlarda, xeyriyyə konsertlərində və başqa el şənliklərində yaxından iştirak edirdilər.[44] Bu illərdə, eyni zamanda, ustad aşıqlardan Abbasqulu, Nəcəfqulu və Aşıq Ələsgərin iştirakı ilə "Şərq konsertləri" verilirdi.[44] Azərbaycanda xanəndəlik sənətinin yüksəlişi ilə əlaqədar olaraq çalğı musiqisi də inkişaf etmiş, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqa ustad tarzənlər yetişmişdir.[44]
Bu dövrdə Azərbaycanın musiqi həyatında "Beynəlmiləl", "Marselyoza" kimi inqilabi mahnıların, Koroğlu, Qaçaq Nəbi, Səttarxan haqqında tarixi mahnıların xalq arasında yayılması təsadüfi deyildi.[44] Dövrün ümumi əhvali-ruhiyyəsi, xalqın inqilabi fəallığı, demokratik meyllər belə mahnıların özünəməxsus melodiyalarında öz ifadəsini tapırdı.[44] Üzeyir Hacıbəyov "Azərbaycan marşı"nı məhz həmin mahnıların təsiri altında yazmışdı.[44] Bu əsərdə bəstəkar Cümhuriyyət dövründə xalqının qəlbində baş qaldıran vətənpərvərlik hisslərini, mütərəqqi ideyaları, milli qüruru ifadə etmişdi.[44]
Ədəbiyyat
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur.
Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar.[44] Ədəbi prosesi tənzim edənlər və yaradanlar — Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Cümhuriyyət hökumətinin sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əliabbas Müznib və başqaları idilər.[44] Xüsusən, "Cümhuriyyət şairi" Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi.[44]
Cümhuriyyətin verdiyi qələm azadlığından bəhrələnirdilər. Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Abdulla bəy Divanbəyoğlu və başqaları pedaqoji işdə, publisistika sahəsinde, dövlət işlərində çalışır, siyasi həyata qoşulurdular.[44] Firidun bəy Köçərlini, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni və Salman Mümtazı daha çox ədəbiyyat tarixi məsələləri düşündürürdü.[44] Belə ki, Yusif Vəzir "Litva tatarlarının tarixi", "Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər" kitablarını yazır, Salman Mümtaz Azərbaycanın klassik şairlərinin əsərlərini toplayırdı.[44] Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Eynəli bəy Sultanov, Hüseyn Minasazov və başqaları Tiflisdə çalışırdılar.[44]
1918–20-ci illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı dövri mətbuatın kəsərli silahı olan publisistikanın üzərinə düşürdü.[44] Azərbaycan publisistikası ideya-mövzu cəhətdən çox rəngarəng və zəngin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müs təqilliyinin qorunub saxlanması, milli ordunun yaranması, ölkədə demokratik parlament seçkiləri ve islahatların keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlerin didişməsi və s. publisistikanın toxunduğu əsas məsələlər idi.[44] Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai kon-sepsiya dayanırdı.[44] Bu konsepsiya 20 əsrin əvvəllərində Azərbaycanda intişar tapmış "türkləşmək, islamlaşmaq, müasirləşmək" idealında təcəssüm olunurdu.[44]
Mətbuat
Azərbaycan mətbuatı tarixində 1918–20-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsi idi.[44] 1918–20-ci illər mətbuatını ideya istiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar, lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.[44]
Süqutu
Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi.[44] Azərbaycan Xalq Cümhuriyyəti dövründə "İstiqlal" (1918–20), "Azərbaycan" (1918–20), "Övraqi-nəfisə" (1919), "Müsəlmanlıq" (1917–19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918–19), "Zənbur" (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur.[44] Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"-in təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə, maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, 19 əsrin sonları — 20 əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir.[44]
Azərbaycanın 1918–20 illərdəki dövri mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus "Gənclər yurdu", tələbə və müəllimlərə aid "Əfkari-mütəəllimin", elm və incəsənət xadimlərinin "Mədəniyyət" kimi qəzet və jurnalları nəşr olunurdu. Onların səhifələrində milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu.[44]
28 aprel hadisəsi
Sovet tarixşünaslığında 28 aprel hadisəsi, ideoloji çərçivədə ilkin mərhələdə çevriliş, sonradan inqilab kimi qələmə verilmişdir. Coğrafi-strateji mövqeyi, zəngin təbii ehtiyatı ilə fərqlənən Bakı geniş inqilabi məkanın 4–5 iri mərkəzindən biri sayılırdı. Neft sənayesində kapital axını Bakını "proletar şəhəri" etmişdisə də, milli inqilabçılıq yox dərəcəsində idi. Sovet rejiminin qurulmasında mühüm rol oynamış partiya liderlərinin (əsasən qeyri-azərbaycanlı) əksəriyyəti Bakı mühitindən qaynaqlanmışdı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəz statusunda idi. Lenin deyirdi: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin."
Tədbirlər
1919-cu ilin fevralında "bakılıların əhval-ruhiyyəsindən sürətli və həlledici hərəkət üçün istifadə" göstərişini alan Xəzər-Qafqaz cəbhəsinin hərbi inqilab şurası məqsədyönlü tədbirlər görürdü. Azərbaycan Cümhuriyyətinin dirçəliş mərhələsində milli dövlətçiliyin təməlini sarsıdan əks-kəşfiyyat maşını fasiləsiz işləyirdi. Respublika mayın 28-də varlığının ikinci ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə bolşeviklərin "Müstəqil Sovet Azərbaycanı" şüarı faktiki baxımdan çox əhəmiyyətli manevr oldu. Həmin ideya siyasi idealların, baxışların həyata keçirilməsi yolunda siyasi vasitədən qeyri məqsəd güdmürdü. Bu mənada Stalin fikrini açıq ifadə etmişdi: "Gələcək müstəqillik (Bakı tutulandan sonra) haqqındakı söhbətlər yoldaş Orconikidzenin konstruksiyasında yəqin ki, Bakını tutmaq faktını Azərbaycanın müstəqilliyi haqqında notalarla əlaqələndirmək cəhdidir. Mənə elə gəlir ki, gələcək (güman edilən) müstəqillik ciddi əməli əhəmiyyəti olmayan bir bəyannamədir". Əməli əhəmiyyəti şəksiz olan məsələ isə Bakının tutulmasıdır.
Beynəlxalq vəziyyət
Lakin beynəlxalq vəziyyəti nəzərə alan xarici işlər komissarı G. Çiçerin 1920-ci ilin martında Bakının fəthini zəruri sayan Leninə yazmışdı: "Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar… Bizi imperialist hesab etmələrinə yol verməməliyik". Beləliklə, xarici müdaxilə daxili üsyan xətti ilə pərdələndirildi. Milli hökuməti devirmək uğrunda silahlı üsyana hazırlıq başlandı, lakin üsyanın uğurla nəticələnəcəyinə bolşevik liderləri şübhə ilə yanaşırdılar. Stalin yazırdı: "Bu üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın hüdudlarını keçmək lazım gələcəkdir". Bakı bolşevikləri 1919-cu ilin yazından partiya təşkilati işini genişləndirib, hətta ingilis əsgərləri arasında təbliğat aparıb, onların vətənə dönməyi tələb etmələrinə nail olsalar da, Azərbaycan ordu və donanmasını "inqilabiləşdirmək" yönündə səy göstərsələr də, 1920-ci ildə daha intensiv hərbi sursatla təchiz edilib fəhlələrdən hərbi drujinalar yaratsalar da, "kütləvi fəhlə təşkilatlarını ümumi məqsədə səfərbər" etsələr də, ideoloji təbliğat, ölkədaxili qiyamın Qarabağda təşkili (hələ 1919-cu ildə N. Yusifbəyliyə məktubunda Nərimanov yazırdı ki, Ermənistan öz agentlərini Moskvaya göndərərək, sovet oriyentasiyasından bəhs edirlər. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratlar Pirumov və Zaxaryan Moskvada "ərazi güzəştləri müqabilində Azərbaycan Cümhuriyyəti hökumətini devirmək işində öz hökumətlərinin təklifini bildirdilər"), hökumət böhranına zəmin yaratmaq və hətta Türkiyənin "mənafeyi" naminə "canıyananlıq" silahlı üsyana ümid üçün əminlik vermirdi.
İstiqlaliyyətinin de-fakto tanındığı Azərbaycan xaricdən gözlənilən yeganə ciddi təhlükəni bolşevik təcavüzündə hiss edirdi. Antantanın bu istiqamətdə gənc respublikaya yardım tədbiri "deklorativ vədlərdən" kənara çıxmırdı. Rus diplomatiyası isə müddətli notalar mübadiləsindəki "prinsipial" mövqeyində hiyləgər manevr etdi, aprelin 17-də Azərbaycanla ticarət-iqtisadi əlaqələr yaratmağa razılıq məzmunlu teleqram göndərdi.
Bütün köməkçi vasitələrdən istifadə olunsa da, məqsədin əsas təminatçısı XI ordunun yürüş planı idi: "XI ordunun son vəzifəsi Bakı quberniyasını tutmaq deyil, Azərbaycanın bütün ərazisinin tutulması hesab edilsin". XI ordunun nəinki gününə, hətta saatınadək Bakı üzərinə hazırladığı hücum planı — 52 nömrəli əmr heç bir əlavə şərh olmadan açıq hərbi müdaxilə aktından, yerli əhalinin öz müqəddəratını hansı "sərbəstliklə" həll etmə imkanından xəbər verir: "…aprelin 27-i saat 4-də hücuma keçmək və əsas qüvvələrlə Qusar, Quba, aprelin 28-də Qızılburun, aprelin 29-da Astraxanka və Şamaxı, Ağsunu tutmaq…". Ordu komandanı Levandovski və digər hərbçilər hərəkətlərində tam qətiyyətli idilər: "Mən aprelin 27-dək Dərbənddə, 27-də Xudatda, aprelin 28-də Dəvəçidə, aprelin 30-da Yaşmada, mayın 1-də Biləcəri-Bakıda olacağam".
Əməliyyatın məxfiliyi
Əməliyyatın son dərəcə məxfiliyi, A. Mikoyanın rəhbərliyi altında türk dilini, məişətini, yerli şəraiti bilən qrupun (Q. Musabəyov, H. Cəbiyev və b.) bələdçi-yardımçı funksiyası, Azərbaycan hökumətinin əsas hərbi qüvvələrinin qərb sərhədində cəmləşməsi nəticəsində Yalama-Bakı rayonunda yerləşmiş cüzi qüvvənin qeyri-sayıq davranışı aprelin 27-nə keçən gecə Azərbaycan Cümhuriyyətinin dövlət sərhədlərinin pozulmasını və ərazisinin işğalını təmin etdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə bitdi: "Onlar üçə yaxın artilleriya divizionunu itirdi, 600–700 nəfərədək əsir düşdü". Rus ordusu isə otuz nəfərədək itki verdi. "Üçüncü İnternasional" zirehli qatarı Biləcəri stansiyasına çatanda Azərbaycan hökuməti qoşunlarının məğlubiyyətindən xəbər tutdu. Azərbaycan parlamenti fakt qarşısında qalaraq reallıqla barışmağa məcbur oldu.
Azərbaycan hökuməti müttəfiq dövlətlərin Tiflisdəki nümayəndələrinə aprelin 27-də müraciət edib, ərazisinin bolşevik işğalı ilə əlaqədar, yenidən hücum etməmələri üçün Ermənistan hökumətinə təsir göstərməyi xahiş etmişdi. İşğaldan xəbər tutan Azərbaycan nümayəndəliyi aprelin 28-də San-Remo konfransına nota təqdim etmişdi, lakin nə bu, nə də sonrakı müraciətlərin əməli əhəmiyyəti olmadı.
H. Sultanov ultimatumu
Azərbaycan parlamentinə hakimiyyəti təslim etmək haqqında AK (b)P Bakı bürosu, Mərkəzi Fəhlə konfransı adından H. Sultanov ultimatum verdi: "Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm. Mən çox yaxşı başa düşürdüm ki, arxamızda MK-dan olan hörmətli yoldaşlar deyil, Yalamada yerləşən qırmızı süngülər dayanır… MK-ya ümid etmirdim ki, o işi ləngidə bilərdi". XI ordu əksinə, "əgər sutkada 25 kilometr irəliləyirdisə, Azərbaycanda bu sürət sutkada 50 kilometr oldu".
Sovet Respublikası elan edilməmiş, mövcud beynəlxalq hüquq normalarına məhəl qoyulmadan rus ordusu nəinki sərhədi keçmiş, gəlib Bakıda hökumət üzvlərini, xarici missiyaları həbs edərək qazamata göndərmişdir və İnqilabi Hərbi Şuraya təntənə ilə bildirmişdir: "25 aprel tarixli 52 nömrəli əmrdə qoyduğunuz vəzifə yerinə yetirilmişdir". Qələbədən ruhlanan orduya "bir qədər məhdudiyyətlə" yeni əmr verilir: "XI ordu qoşunları Azərbaycanın, keçmiş rus imperiyası hüdudlarında bütün ərazisinə yiyələnsin. Əsla İranın sərhədlərini keçməmək". "Xüsusi dünya siyasəti" icad edənlər üçün rəva görülən hər hərəkətin xüsusi də əsası olurdu. Azərbaycanın müstəqil siyasi vahid kimi Rusiya tərəfindən tanınacağı təqdirdə belə Bakı (neft) iddiasından əl çəkməyən bolşevik rəhbərlər "medalı" digər üzünə çevirməklə əcaib vasitələr seçirdilər: "Bakını xətərsizliklə tutmaq məqsədilə fəhlələrin daxildən çıxışını yüngülləşdirmək üçün Azərbaycana rəsmi müharibə elan etməyə bizim xüsusi dünya siyasətimiz yol verirmi?" Belə cəfəngiyyata vaxt sərf etmədən məsələ daha cəld, asan həll edildi: nə Azərbaycanın müstəqilliyi tanındı, nə də ona qarşı müharibə elan edildi.[64]
Bakının vəziyyəti
Birbaşa və qəti həmlə aylarla uzanan intizara son qoydu: Bakı nefti Rusiyanın ixtiyarına keçdi. Azərbaycanda aprel çevrilişinin rus ordusu tərəfindən həyata keçirildiyini və baş tutduğunu bütün tarixi sənədlər açıq, birbaşa əks etdirir və təsdiqləyir: "Əgər inqilab qansız keçibsə, Müsavat hökuməti devrilib, bu o demək deyildir ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, XI Qızıl ordu güclü idi".
Hərbi təcavüz nəticəsində süqut
1920-ci ilin aprelində müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti birbaşa hərbi təcavüz nəticəsində süqut etdi. Bu işğal aktına 70 ildən sonra dövlət səviyyəsində siyasi qiymət verildi: "1920-ci il aprelin 27–28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin" (1991-ci il, 18 oktyabr). Azərbaycan xalqının tarixində "Sovet epoxasının" əsasını qoyan həmin tarixdən 90 il ötür. Dövlət müstəqilliyinin bərpası, milli dövlət quruculuğu istiqamətində aparılan siyasət nəticəsində bu gün Qafqaz regionunun liderinə çevrilmiş Azərbaycan Respublikası beynəlxalq arenada öz siması və mövqeyi ilə tanınan bir dövlətdir.[65]
Həmçinin bax
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
- Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
- Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi
- Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi
- Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi
- Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol şəbəkəsi
- Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Şərhlər
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Dil". axc.preslib.az. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
- ↑ "Фарид Алекберли. История государственного языка в Азербайджане". "Elm". History & Heritage Website. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
- ↑ Азербайджанская Демократическая Республика(1918–1920) / Н. Агамалиева. — Баку: «Элм», 1998. — 5-8066-0897-2
- ↑ "Ərazi". axc.preslib.az. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-02.
- ↑ ""Azərbaycan Xalq Cümhuriyyəti" ifadəsi yanlışdır — Əslində, necə olmalıdır? — Tarixçilərdən AÇIQLAMA". 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
- ↑ Ədalət Tahirzadə. "Azərbaycan Cümhuriyyəti" – ilk milli dövlətimizin gerçək adı!. Bakı: Çapar Yayınları. 2020. ISBN 978-9952-8356-8-7.
- ↑ ""Əhali"" (az.). axc.preslib.az. 8 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
- ↑ Yaqublu N. Azərbaycan milli mücadiləsi və Məhəmməd Əmin Rəsulzadə. B., 2001, 154 s.
- ↑ "Qrandükün sarayı". jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
- ↑ "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. metbuat.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
- ↑ Rəfiyev В. Aysberqin sualtı hissəsi (1920-ci illər). B., 1995, 53 s.
- ↑ Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. B., 1998, 158 s
- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Cümhuriyyəti 1918–1920. Bakı: Elm. 1998. 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 fevral 2017.
- ↑ Çəmənzəminli Y. V. Müstəqilliyimizi istəyiriksə. B., 1994, 72 s
- ↑ Çəmənzəminli Y. V. Biz kimik və nə istəyirik? B., 1919.
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti – Bayraq". Preslib (az.). 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
- ↑ "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- ↑ 1 2 3 4 "World War I: Battle for Baku". www.historynet.com. www.historynet.com. 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- ↑ Yale, William (1968) Near East: A Modern History p. 247
- ↑ Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
- ↑ Milman A. İnqilabdan əvvəlki Azərbaycanda özünüidarə orqanları necə seçilirdi. B., 1961, 64 s
- ↑ 1 2 Qafarov, Vasif. "THE AZERBAIJANI DELEGATION TO THE PARIS PEACE CONFERENCE". www.visions.az. www.visions.az. 18 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- ↑ Ratqauzer Y. A. Şura Azərbaycanı uğrunda mübarizə. B., 1929, 116 s
- ↑ Rüstəmbəyli M. Çarpışan qüvvələr. B., 1991, 184 s.
- ↑ Nəsibzadə N. ADR (məqalə və sənədlər). B., 1990, 94 s
- ↑ Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918–1920). B" 1996.
- ↑ Yaqublu N. Müsavat Partiyasının tarixi. В., 1997, 327 s
- ↑ Nəzirli Ş. Arxivlərin sirri açılır. B., 1999, 411 s.
- ↑ Nəzirli Ş. Qacarlar. B., 1995.
- ↑ Məhərrəmov N. Daşnaksityun və Azərbaycanın taleyi. B., 1995, 95 s.
- ↑ Məmmədov X. Azərbaycan milli hərəkatı (1875–1918). B" 1996, 174 s
- ↑ Məmmədzadə M. B. "Milli Azərbaycan hərəkatı". Bakı, 1992, səh. 246
- ↑ İstiqlal qurbanları. B., 1993, 35 s.
- ↑ Milman A. Ş. Bakı Soveti Azərbaycanda proletar diktaturası orqanıdır (oktyabar 1917-iyul 1918). B., 1957.
- ↑ Karlinski V. Sosializm uğrunda mübarizə. В., 1934, 262 s
- ↑ Yefremov M. Q. Baki yollarinda. Bax:Sovet hakimiyyəti uğrunda xatirələr. В., 1967, s.92–97.
- ↑ Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. B., 1992, 142 s.
- ↑ Tarix elmləri doktoru, professor Anar İsgəndərov. "Azərbaycan tarixinə doğan günəş". www.anl.az. Xalq Qazeti. 21.05.2020. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.05.2020.
- ↑ Miralıyev T. Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərəkatında bolşeviklərin rəhbərliyi (1917–1920). B., 1963, 88 s.
- ↑ Mirhadıyev M. Kapitalizmdən sosializmə keçid dövründə Azərbaycanda proletariat diktaturası dövlətinin təşkili və inkişafı (1917–1937). B., 1975, 106 s.
- ↑ Miralıyev T. Azərbaycanda qızıl qvardiyaçılar və qırmızı partizanlar. B., 1970, 130 s.
- ↑ Quliyev С. В. Lenin və Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizə. B., 1957, 74 s
- ↑ Atakişiyev A. Oktyabr inqilabı Azərbaycan fəhlə sinfinə nə verdi? B., 1957, 90 s
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). Lider nəşriyyat. 2004. 440. 2020-10-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 fevral 2017.
- ↑ 1 2 3 Azərbaycan Demokratik Respublikası: Azərbaycan höküməti (1918–1920) (PDF). Gənclik. 1990. 2018-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 fevral 2017.
- ↑ M. Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Berlin, 1938
- ↑ Mir — Yacoub. Le probleme du Caucase. Paris, 1933
- ↑ М. Э. Расул-заде. О пантуранизме (В связи с Кавказской проблемой). Париж, 1930
- ↑ Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. İstanbul, 1923
- ↑ Mir Yaqub. Dünya siyasətində petrol. İstanbul, 1928
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2005, səh 107
- ↑ Yüceer Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan hareəkatı, Ankara, 1996
- ↑ Aзepбaйджанская Демократиская Pecnyблика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998;
- ↑ 1 2 3 4 5 Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920), Армия (документы и материалы), Б., 1998
- ↑ 1 2 3 4 Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920 illər), B., 1993
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 "Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil və maarif". oxu.az. oxu.az. 2018-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- ↑ Дипломатические беседы А. А. Т о п ч и б а ш е в а в Стамбуле (Записи чрезвычайного посланника и полномочного министра Aзepбaйджанской Pecnyблики (1918 −1919 гг.), Б., 1994
- ↑ Гаджибейли Дж., Избранное, Б., 1993
- ↑ Агамалиева Н., Худиев Р., Aзepбaйджанская Pecnyблика. Страницы политической истории 1918–1920 гг., Б., 1994
- ↑ Багирова И. С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997
- ↑ Балаев А., Азербайджанское национально – демократическое движение 1917–1920 гг., Б., 1990
- ↑ Дарабади П. Г., Военные проблемы политической истории Азербайджана в начале в XX века, Б., 1991
- ↑ Исторические факты о деяниях армян на азербайджанской земле (редакторы – согставители Тамилла Мусаева и Адиль Мамедов), Б., 2003.
- ↑ "Arxivlənmiş surət". 2018-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
- ↑ Xalq qəzeti, 2015-ci il, 16 aprel, müəllif Firdövsiyyə ƏHMƏDOVA, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti
Xarici keçidlər
«Azərbaycan Xalq Cümhuriyyəti» |
---|
- axc.preslib.az (az.) (ing.) (rus.)
- Gasimov, Zaur: The Caucasus, in: Europäische Geschichte Online (EGO), hg. vom Institut für Europäische Geschichte (IEG), Mainz European History Online (EGO), published by the Institute of European History (IEG), Mainz 2011–11–17.
- Azərbaycan Xalq Cumhuriyyəti hökumətləri Arxivləşdirilib 2014-08-07 at the Wayback Machine
- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün daxili işlər nazirləri Arxivləşdirilib 2008-05-04 at the Wayback Machine
- Азербайджанская Народная Республика — Azerbaijan.az Arxivləşdirilib 2011-05-23 at the Wayback Machine
- Azərbaycan Respublikası-20 Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine
- Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" (az.). azerbaijan-news.az. 2014-10-14. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
- "Azərbaycana İrəvanı güzəştə getmək şərti qoyuldu" – 1918-ci ilin gizlinləri "BRİFİNQ"DƏ [ölü keçid]
- Rəsulzadənin heykəli nə zaman və harada qoyulacaq?