Musa bəy Rəfiyev
Musa bəy Rəfiyev (tam adı: Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev; 1888, Yelizavetpol – 1938, Təbriz) — azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub. Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb. Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib.
Musa bəy Rəfiyev | |
---|---|
Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev | |
24 dekabr 1919 – 1 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Hacı Məmmədhüseyn Rəfiyev |
Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib.
Həyatı
redaktəMusa Rəfiyev 1888-ci ildə Gəncə şəhərində anadan olub.[1][2] İlk təhsilini Gəncənin Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə, daha sonra isə Gəncə Kişi Gimnaziyasında alıb.[3] Gəncə Kişi Gimnaziyasını gümüş medalla bitirdikdən sonra Kiyev İmperator Universitetinə daxil olub.[2][4] 1908-ci ildə Kiyev İmperator Universtitetinin tibb fakültəsini bitirdikdən sonra universitetin nəzdində olan klinikada ordinator kimi fəaliyyət göstərib.[4][5] Həmin ilin noyabr ayında Gəncəyə qayıdaraq Yelizavetpol şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərməyə başlayıb.[3][4] Nümunəvi fəaliyyətinə görə 1913-cü ildə "Titulyar müşavir", 1914-cü ildə "Kollej assesoru", 1916-cı ildə isə "Saray müşaviri" çini alıb.[3] 1914-cü ilin sonlarında Musa bəy Rəfiyev Həsən bəy Ağayev və Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətini yaradıb.[6][7]
Fevral inqilabından sonra Müvəqqəti hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkli olub.[3] Nəsib bəy Yusifbəyli tərəfindən qurulmuş Türk Ədəmi-Mərkəziyyət Firqəsinin ilk üzvlərindən olub.[4] 1917-ci ilin iyun ayının 17-də Müsavat partiyası ilə Türk Ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirilib. Musa bəy Rəfiyev bu qurultaydan sonra yaradılmış mərkəzi komitənin üzvlərindən biri olub.[8][9] Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub.[4]
1918-ci il iyunun 17-də Azərbaycan Cümhuriyyətinin ikinci hökumət kabinetində Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunub.[1][10] 1918-ci ilin oktyabrın 6-da Nazirlər Şurasının Sədri Fətəli xan Xoyski kabinədaxili dəyişikliklər etdikdən sonra Musa bəy Rəfiyev Himayədarlıq və Dini Etiqad naziri təyin edilir.[1] 1918-ci il noyabrın 14-də Vilyam Tomsonla danışıqlar aparmaq üçün Ənzəliyə göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü olub.[11] 1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib.[1][12][13] Musa bəy Rəfiyev 22 dekabr 1919-cu ildə formalaşdırılmış beşinci hökumət kabinetində İctimai təminat və səhiyyə naziri vəzifəsinə təyin olunub.[14][15] Bu vəzifəni 1920-ci il aprelin 1-nə qədər icra edib.[16] Fəaliyyət göstərdiyi müddətdə onun rəhbərliyi altında Azərbaycanda 35 xəstəxana, 56 feldşer məntəqəsi açılıb.[4]
Aprel işğalından sonra işğala qarşı baş tutmuş Gəncə üsyanının iştirakçılarından biri olub. Üsyan yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.[17][18] 1921-ci ilin sentyabrında Azərbaycanın işğal olunmasına qarşı yaradılmış "Azərbaycan [19]Məlumat Bürosu"nun ilk sədri olub.[20] 1922-ci ildə Musa bəyin sədrliyi ilə bu qurumun davamı olan "Azərbaycan Hökuməti və Parlament Üzvləri Komitəsi" formalaşdırılıb.[20]
1925-ci ilin oktyabr ayında ailəsi ilə birlikdə əvvəlcə Xoya daha sonra isə Təbriz şəhərinə köçüb.[20] Burada klinika açıb və özü də orada həkimlik edib.[21]
Musa bəy Nina Alekseyevna ilə ailə qurub. Bu evlilikdən 1922-ci ildə Leyla adlı qızları, 1926-cı ildə isə Davud adlı oğulları dünyaya gəlib.[22]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 317. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ 1 2 Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 69. ISBN 978-9952-8142-4-8.
- ↑ 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. 305. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ 1 2 3 4 5 6 Rəfiyev, Tofiq. "Муса Рафиев - один из создателей Азербайджанской Демократической Республики". 1news.az (rus). 2022-05-29. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 67. ISBN 978-9952-5661-5-4.
- ↑ Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 190. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Гаджиев, Н. "Как это было: Гянджа в начале ХХ века". azerhistory.com (rus). 2020-11-29. 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 81. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Yaqublu, Nəsiman. Müsavat partiyasının tarixi (PDF) (az.). Bakı: Adiloğlu. 2012. 56.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab (PDF). Bakı: Mütərcim. 2018. səh. 40.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). I. Bakı: Lider nəşriyyat. 2004. 236. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 269. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (stenoqrafik hesabatlar) (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 139. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 273. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). I. Bakı: Lider nəşriyyat. 2004. 124. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). I. Bakı: Lider nəşriyyat. 2004. 274. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 191. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Özcan, Ömer. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri // Selim Refik Refioğlu ve soyu üzerine (türk). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. 93. ISBN 978-9952-508-77-2.
- ↑ Mərdanov, Misir; Tahirzadə, Ədalət. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı) (az.). VI. Bakı. 2021. 337–351.
- ↑ 1 2 3 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 69. ISBN 978-9952-5661-5-4.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. 306. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Özcan, Ömer. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri // Selim Refik Refioğlu ve soyu üzerine (türk). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. 94. ISBN 978-9952-508-77-2.