Məzmuna keç

yoğun

Wiktionary saytından

azərbaycanca: sıx

Mənalar :

  1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip. // Kök, dolğun, ətli-canlı. Yoğun adam. – Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə. Qarnı yoğun, boynu da dam tiridir; Ruhu ölüb, nəfsi hələ diridir.. M.Ə.Sabir.
  2. Qalın. Yoğun səs. [Cahandar ağanın] yoğun, zəhmli səsi eşidildi. İ.Şıxlı.
  3. məc. Qaba, kobud, yontalanmamış, tərbiyəsiz; qanmaz, kütbeyin.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]