Məzmuna keç

hörümçək

Wiktionary saytından
[1] hörümçək
İsim Tək Cəm
Adlıq halı hörümçək hörümçəklər
Yiyəlik halı hörümçəyin hörümçəklərin
Yönlük halı hörümçəyə hörümçəklərə
Təsirlik halı hörümçəyi hörümçəkləri
Yerlik halı hörümçəkdə hörümçəklərdə
Çıxışlıq halı hörümçəkdən hörümçəklərdən

azərbaycanca: hörümçək

Mənalar :

  1. (Zoologiya, buğumayaqlılar) Özünə yem olan həşəratı tutmaq üçün tor toxuyan buğumayaqlı böcək. Hamının tanıdığı xallı hörümçəyin bədəni çay xərçəngi bədəni kimi başdöş və qarın hissələrinə ayrılır.. Hörümçəyin baş-döşü üzərində dörd cüt yeridici ayaq vardır. “Zoologiya”. _ Hörümçək toru – hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn saplaqdan toxuduğu tor. Gözümdə hörümçək toru qurdular; O göz yaşlarına inandıqlarım. M.Araz.
Xaçlı hörümçəyin daxili quruluşu: ürək; həzm kanalı; zəhər vəzi; beyin; ağız; malpigi borusu; ağciyər; qaraciyər; yumurta çıxarıcı kanal; yumurtalıq; tor vəzisi; tor ziyilciyi; anal dəlik; mədə

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]