Məzmuna keç

beyt

Wiktionary saytından

azərbaycanca: beyt 1

Mənalar :

  1. İki misradan ibarət olan şeir parçası. Şerin ikinci beyti. – Azca rəngi özünə gəlmiş Həkimülmülk beyti təkrar etdi. M.İbrahimov. Fəhlə yavaş-yavaş hecaladı, bir dəfə oxuyandan sonra ilk beyti əzbərlədi. M.Hüseyn.

azərbaycanca: beyt 2 köhn.

Mənalar :

  1. Ev, məskən.
  2. din. Məkkə şəhərində ziyarətgah olan ev. [Qurban:] Beyt haqqı, a bəy, o yerdə qır nə qədər desən tapılır, bir az qazırsan torpaqdan neft iyi gəlir. N.Vəzirov. [Hacı:] Vallah, billah, and olsun getdiyim beytə ki, biz onların qabağında dayana bilməyəcəyik. P.Makulu.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]