Muğam deyəndə, ilk növbədə, dahi Füzulinin qəzəlləri yada düşür… Və yüz illər boyu Füzuli qəzəlləri Azərbaycan muğamının azərbaycanca danışmasını, özü də məzmun-mündərəcə, estetik baxımdan mükəmməl, aristokratik bir dildə danışmasını təmin etməklə kifayətlənməmiş, eyni zamanda münasib (və müvafiq) qəzəl seçimində muğam ustaları üçün alternativsiz meyar olmuşdur… Nizami Cəfərov
Onun (Molla Pənah Vaqif) şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühurundan gəlibsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub. Firidun bəy Köçərli