Zəkəriyyə əl-Qəzvini
Naviqasiyaya keç
Axtarışa keç
Zəkəriyyə əl-Qəzvini | |
---|---|
ərəb. زكريَّا بن مُحمَّد بن محمود القزويني | |
Doğum tarixi | 1203[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1283[2][3][…] |
Vəfat yeri | |
Elm sahələri | təbiət elmləri[1], Kosmoqrafiya[1], coğrafiya[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud əl-Qəzvini (1203-1283) — İran tarixçisi və coğrafiyaşünası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud 1203-cü ildə Qəzvin şəhərində anadan olmuşdu.
Onun “Asar əl-bilad və əxbar əl-ibad” (“Ölkələrdəki abidələr və allah bəndələri haqqında xəbərlər”) əsərində (1275-1276- cı ildə tamamlanmışdır) Azərbaycanın şəhərləri, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvaninin həyat və fəaliyyətinə dair məlumatlar da vardır. Azərbaycan alimi Əbdürrəşid Bakuvi özünün “Abidələrin” xülasəsi və qüdrətli hökmdarların möcüzələri” (“Kitab təlxis əl-asar va acayib əl-malik əl-qəhhar”) əsərini yazarkən Zəkəriyyə əl-Qəzvininin bu coğrafi əsərinə istinad etmişdir.
Zəkəriyyə əl-Qəzvini 1283-cü ildə vəfat edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Qazwīnī, Zakarījāʾ ibn Muḥammad al- // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 QAZWĪNĪ AL- // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.