Yuri Xaçaturov
Yuri Xaçaturov | |
---|---|
erm. Յուրի Գրիգորիի Խաչատուրով | |
| |
Ermənistanın Baş Qərargah rəisi[d] | |
15 aprel 2008 – 3 oktyabr 2016 | |
Əvvəlki | Seyran Ohanyan |
Sonrakı | Movses Akopyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1952 (72 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi nəzəriyyəçi[d] |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Xaçaturov[1][2] (erm. Յուրի Խաչատուրով, 1 may 1952, Tetritskaro) — Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi, general polkovnik, Xocalı soyqırımını törədənlərdən biri.[3][4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda, Borçalının Ağbulaq (indiki adı Tetritskaro) şəhərində anadan olub. 1969-cu ildə Ağbulaq orta məktəbini bitirdikdən sonra Tbilisi Artilleriya məktəbinə daxil olub. Yuri bu məktəbi fəxri diplomla 1974-cü ildə bitirib. Məzun olduqdan sonra Yuri Xaçaturov Uzaq Şərqdə yerləşən artilleriya alay vzvodunun komandiri təyin edildi. 1976-dan 1982-ci ilədək Yuri Xaçaturov Uzaq Şərqdə artilleriya batareyasının komandiri, qərargah rəisi, tank əleyhinə artilleriya batalyonunun komandir müavini kimi vəzifələrdə xidmət edib.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Sovet ordusu
[redaktə | mənbəni redaktə et]Y.Xaçaturov 1982-dən 1985-ə kimi Leninqraddakı Kalinin Hərbi Artilleriya Akademiyasında təhsil alır. Bundan sonra o, Belarus Hərbi Dairəsinin Raket Qoşunlarının və Artilleriya Tank Diviziyasının qərargah rəisi təyin edilir. Daha sonra Xaçaturov 1987-ci ildən 1989-cu ilin fevralına kimi Əfqanıstandakı 40-cı Ordunun Raket Qoşunlarının və Artilleriya Diviziyasının qərargah rəhbəri təyin edilir. Əfqanıstan müharibəsindəki xidmətlərinə görə Xaçaturov Vətən Qarşındakı Xidmətlərinə görə Ordeni, iki dəfə Qızıl Ulduz Ordeni və Əfqan Ulduz Ordeni ilə təltif olunur.
Ermənistan ordusu
[redaktə | mənbəni redaktə et]Əfqanıstanda xidmət etdikdən sonra Xaçaturov Belorus Hərbi Dairəsinin tank ordusunda artilleriya briqadasının rəhbəri təyin edildi. Sovet Birliyinin dağılmasından sonra Belarus Müdafiə Nazirliyinin xüsusi sərəncamı ilə Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinə təyinatlandırıldı və orada 1992-ci ilin aprelində ikinci piyada alayının rəhbəri təyin edildi. Onun rəhbərlik etdiyi qoşunlar Qarabağ müharibəsində aktiv olaraq iştirak edirdi.
1992-ci ilin sentyabrında Xaçaturov Ermənistan Silahlı Qüvvələri Sərhəd Qoşunlarının rəhbər müavini təyin edildi. O, Gorus Piyada Alayının, Tavuş Motoatıcı Briqadasının, birinci və dördüncü ordu korpuslarının və onların hərbi birləşmələrinin qurulmasının təşəbbüskarı olub. Xaçaturov həmçinin Ermənistan Ordusu Baş Qərargah rəisinin müavini vəzifəsini də icra edib.
1995-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın sərəncamı ilə Yuri Xaçaturova general mayor rütbəsi verildi. Sonra 2000-ci ildə General leytenant və 2008-ci il 15 apreldə General Polkovnik rütbəsinə qaldırıldı. 21 mart 2000-ci ildə Ermənistan Müdafiə Nazirinin müavini təyin edilib. 2008-ci il 15 apreldə Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi təyin edildi. 2013-cü ildə Yuri Xaçaturovun vəzifə müddəti daha 4 il, 1 may 2017-ci ilə qədər uzadıldı.[5]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Evlidir, üç oğlu var.
Korrupsiya ittihamı
[redaktə | mənbəni redaktə et]2016-cı ildə Ermənistan mətbuatında Yuri Xaçaturova aid olduğu iddia edilən villanın şəkilləri paylaşılıb. İddiaya görə rəsmi illik gəliri 24 min ABŞ dolları olan baş qərargah rəisinin belə bir malikanəsinin olması onun dövlət vəsaitlərini qanunsuz olaraq mənimsəməsini sübut edir.[6][7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ermənistan məhkəməsi Yuri Xaçaturova ölkəni tərk etməyə icazə verib". BBC Azərbaycanca (az.). 6 avqust 2018. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
Yerevana şahid qismində istintaq orqanlarına ifadə vermək üçün gələn Yuri Xaçaturova ...
- ↑ Hüseynov, Nurlan. "Ermənistan seçkiləri - Paşinyanın davam edən mübarizəsi". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 24 may 2021. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
... İrəvan hərbi qarnizonunun rəhbəri Yuri Xaçaturov ...
- ↑ "Xocalı qatili yüksək vəzifəyə gətirildi". Axar.Az. 3 okt 2016. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Xocalı cəlladları hakim qarşısında – Gəlişmə". Teleqraf.com. 7 may 2019.
- ↑ "Yuri Khachaturov's Service Term extended for 4 Years".
- ↑ "Армянские СМИ распространили фото дворца начальника Генштаба армии". 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
- ↑ "Assets and the Mansion House of the Chief of the General Staff". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
- Pages using the JsonConfig extension
- 1 mayda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Tetritskaroda doğulanlar
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni kavalerləri
- "Jukov" medalı medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələri veteranı" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Sovet İttifaqının "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "Hərb xaçı" ordeni kavalerləri (Ermənistan)
- 2-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Ermənistan)
- "Vartan Mamikonyan" ordeni kavalerləri
- 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan)
- "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan)
- "Marşal Baqramyan" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ermənistan Müdafiə Nazirliyi
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları
- Xocalı soyqırımını törədənlər