Yun Yon Pe
Yun Yon Pe | |
---|---|
kor. 배 윤영 | |
Doğum tarixi | 9 may 1998 (26 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | model[d] |
Yun Yon Pe (kor. 배 윤영; 9 may 1998, Tequ) – Cənubi Koreya dəb modeli. Vittoriya Çeretti, Faretta, Halima Aden, Adut Akeç, Paloma Elsesser, Radhika Nair, Fran Sammer və Selena Forres ilə birlikdə "British Vogue" jurnalının "New Frontiers" üzlüyündə yer almışdır.[1]
Karyerası
[redaktə | mənbəni redaktə et]Pe 9 may 1998-ci ildə Cənubi Koreyanın Tequ şəhərində doğulmuşdur.[2] Bir koreyalı stilist tərəfindən kəşf edildikdən sonra YGKPlus agentliyi ilə işləməyə başlamışdır.[3] 2016-cı ildə Prada brendinin modeli kimi debüt etmiş, reklamlarında iştirak etmişdir.[4] İkinci mövsümündə isə Chloé, Kenzo, Loewe və Christian Dior brendləri üçün podiuma çıxmışdır.[4] "The Fashion Spot" jurnalına əsasən 2019-cu ilin bahar mövsümündə ən çox rezerv olunan modellərin siyahısında Pe holland model Kimi Villemslə bərabərə qalmışdır.[5]
Bunlardan əlavə, Chanel, Fenty x Puma, Céline, Valentino, Paco Rabanne, Marni, Versace, Moschino, Fendi, Christopher Kane, Burberry, J.W. Anderson, Coach New York, Michael Kors, Altuzarra, Victoria Beckham və Tommy Hilfiger brendləri üçün də modellik etmişdir.[2] O, Luna Biyl, Anqok Mayen və Kara Teylor ilə birlikdə Diana fon Fürnstenberq kampaniyasında, eləcə də, Zara, Prabal Gurung, Tory Burch və Chanel brendlərinin kampaniyalarında iştirak etmişdir.[6]
2020-ci ilin aprelində Models.com saytı tərəfidən "top-50" modeldən biri kimi göstərilmişdir.[7] "British Vogue" jurnalının redaktoru Rozi Vogel-Eades onu 2018-ci ilin payız-qış dəb həftəsinin top modellərindən biri kimi seçmişdir.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Enninful, Edward. "9 Trailblazing Models Cover May Vogue". British Vogue. 2018-03-30. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ 1 2 Petrarca, Emilia. "Yoon Young Bae, South Korea's Rising Top Model, Is Poised to Be a Global Star". W. 2017-03-29. 2022-01-28 tarixində arxivləşdirilib.
- ↑ Quiroz, Bianca. "5 things to know about Yoon Young Bae". Be Asia. 2016-10-25. 2022-01-19 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Kim, Monica. "Meet Yoon Young Bae, Prada Girl and Korean Model of the Moment". Vogue. 2016-10-18. 2022-04-07 tarixində arxivləşdirilib.
- ↑ Hargrove, Channing. "Diversity At New York Fashion Week Reached An All-Time High". Refinery29. 2018-09-27. 2021-10-25 tarixində arxivləşdirilib.
- ↑ Goldstone, Peggy. "Jonathan Saunders' first campaign for Diane Von Furstenberg is all about diversity". Marie Claire UK. 2017-08-08. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "Top 50 Models". models.com. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
A British Vogue cover sealed Yoon Young Bae’s sizzling status. It feels like just yesterday a Prada exclusive marked this Korean model’s coming-up moment. Things have been good, nay great, for Yoon Young Bae in the international market: campaigns for DVF and Zara and editorial appearances in the best glossies Vogue Japan, i-D, Another, W Korea and a cover appearance on the latest British Vogue is the icing on the cake.
- ↑ Vogel-Eades, Rosie. "London Calling: Vogue's Standout Models Of LFW AW18". British Vogue. 2018-02-23. 2022-04-01 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yun Yon Pe — Instagram səhifəsi