Yan Bagil
Yan Bagil | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Zvolen, Slovakiya |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bratislava, Slovakiya |
Vətəndaşlığı | Slovakiya |
Fəaliyyəti | mühəndis, ixtiraçı, zabit, texnik, aviokonstruktor |
Vikianbarda əlaqəli mediafayllar |
Yan Bagil (slovak. Ján Bahýľ; 25 may 1856 — 3 mart 1916) — Slovakiya ixtiraçısı və mühəndis. O, hərb elmində, hərbi qurulmada və mühəndislikdə ixtisaslaşmış və bu sahədə çalışmışdır. Onun xüsusi marağı uçuş aparatlarına idi.[1] 1895-ci ildə Bagil vertolyotun patentini almışdır.[2]
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Yan Bagil Avstriya imperiyası, Macarıstan krallığının Zvolensk-Slatina rayonunda anadan olmuşdur. 1869-cu ildə o Bansko-Ştyavnitsada dağlıq akademiyasını bitirmiş və texniki rəsm çəkmə üzrə diplom almışdır. Bundan sonra Bagil Macarıstanın Silahlı Qüvvələrində hərbi xidmətə daxil olmuşdur. Onun texniki qabiliyyətləri böyük zabitlər tərəfindən izlənilirdi. Bundan sonra onu texnik vəzifəsinə gətirdilər. Yeni təyinat Bagilin Vyana hərbi akademiyasında oxumağına icazə verdi. Bagil 1879-cu ildə akademiyanı bitirdi və leytenant kimi ehtiyata buraxıldı. Bagil orduda xidmət edən zaman bir sıra ixtiralar etdi. Onun ixtiralarının bir çoxu hidravlikanı əhatə edirdi.
İxtiraları
[redaktə | mənbəni redaktə et]Bagil öz birinci ixtirasını müstəqil olaraq maliyyələşdirmişdir. İxtiraçı onu "Buxar tankı" adlandırırdı. Ondan Rusiya ordusu tərəfindən istifadə edilirdi. Bagil ömrü boyu on yeddi ixtiranın patentini almışdır. Bu ixtiralara tank hissələrinin patentləri də daxil olmaqla, isti hava şarları, birləşdirilmiş hava turbinləri, Slovakiyada (Anton Marşal ilə birlikdə) birinci benzin mühərriki, Bratislava qalası üçün lift və sair daxildir. Bagil enerji mənbəyi kimi daxili yanma mühərrikindən istifadə edərək vertolyotun birinci modellərindən birini hazırlamışdır.[3] 5 may 1905-ci ildə bu model 4,3 metr hündürlüyə qalxmağa nail oldu və 1615 metr məsafəni uça bildi.[3] Bu pilotsuz vertolyot modeli təxminən 50 kq ağırlığında idi.[4]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2000-ci ildə Slovakiya astronomu Peter Kuşnirak tərəfindən kəşf olunan (26640) Bahyl asteroidi Yan Bagilin şərəfinə adlandırılmışdır. Slovakiya patent müəssisəsi (IPO SR) hər 2 ildən bir Yan Bagil adına mükafatı maraqlı ixtiralar edən şəxslərə verir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ján Bahýľ Konštruktér, vynálezca" (словацькою). 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
- ↑ ELET. "Ján Bahýľ - životopis, Úrad priemyselného vlastníctva Slovenskej republiky". www.indprop.gov.sk (slovak). 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
- ↑ 1 2 Aldawoodi, Namir. An approach to designing an unmanned helicopter autopilot using genetic algorithms and simulated annealing. ProQuest. səh. 37. ISBN 978-0-549-77349-8. 23 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2012.
- ↑ "Modellhubschrauber". 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
- ↑ indprop.gov.sk: IPO SR activities for SMEs Arxivləşdirilib 2016-09-02 at the Wayback Machine, abgerufen am 12. September 2011