Xuko gölü
Xuko | |
---|---|
adıq Хыкъуэ | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1744Лист карты K-37-8-Б — ФГУП «ГОСГИСЦЕНТР» |
Eni | 0,15 km |
Uzunluğu | 0,26 km |
Sahəsi | 0,027 km² |
Dərin yeri | 10 m |
Orta dərinliyi | 7 m |
Yerləşməsi | |
43°56′ şm. e. 39°48′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xuko (adıq Хыкъуэ) — Krasnodar diyarının cənubunda yerləşən tektonik mənşəli göl. Göl Soçi şəhərinin Lazarevski rayonunda, Adıgey Respublikası sərhəddindədir. Göl yaxınlığında, Adıgey ərazisində Xuko dağı var (1901 m).
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Xuko adıge dilində delfin mənasını verir. Eyni adlı dağın zirvəsindən gölə baxdıqda delfin formasını xatırladır. Adıge dilindən sözün digər tərcüməsi «dəniz oğlu» deməkdir. Bu tərcümə daha etibarlı hesab olunur. Məhs adıqlar inanırlar ki, göl qədim dənizin qalığıdır[1].
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Xuko gölü Böyük Qafqaz silsiləsində, suayrıcı xəttə yaxın ərazidə yerləşir. Göl Pşexaşxe və Şae çaylarının yataqları arasındadır. Çərkəz aşırımından 5 km qərbdə, Fişt dağından isə 6 km cənub-qərbdədir. Göl Qafqaz təbiət biosfer qorğunun ərazisinə daxildir və UNESCO-nun Ümumdünya irsi siyahısındadır.
Formalaşması
[redaktə | mənbəni redaktə et]Gölün meydana gəlməsi tam dəqiqləşdirilməyib. Ehtimal olunur ki, gölün meydana gəlməsində tektonik proseslər əsas rol oynayıb. Məhs göl Kurdjipski-Adler tektonik sınma zonasında yerləşir. Bu sınma zonası Qərbi və Şimali-Qərbi Qafqazı ayırır. Bu tektonik sınma zonasında meydana gələn tektonik çuxurlarda göl formalaşmışdır. İntensiv eroziya və aşınma, eləcə də buzun geoloji fəaliyyəti gölün formalaşmasında əsas rol oynayıb. Digər versiyalardan biri də odur ki, göl yeraltı kanal vasitəsi ilə Qara dənizlə əlaqəlidir[2].
Xuko gölü yaxınlığında başaq, daha kiçik olan tektonik göl var. Ehtimallar görə bu göl vaxtı ilə Xuko gölündən dəfələrlə böyük olmuşdur. Sonradan göl yamacının aşınması nəticəsində su kütləsi axmışdır.
Xarakteriskası
[redaktə | mənbəni redaktə et]Göl oval formalı olub cənub-şərqdən şimal-qərbə doğru uzanmışdır. Sahil xətti az parçalanıb. Gölü əhatə edən yamacın hündürlüyü 5-100 metr arasında dəyişir. Sahəsi 27,5 min m²-dir. Uzunluğu 260 metr, eni isə 150 metrdir. Göl dəniz səviyyəsindən 1744 metr yüksəklikdə yerləşib. Maksimal dərinliyi 10 metrdir.
Gölə çay tüökülmür və çay çıxımır. Qış aylarında bölgəyə 4-5 metr qalınlığında qar yağır. Yay aylarında göl suyunun temperatur +15 °C-dən yuxarı qalxmır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Озёра Адыгеи. Озеро Хуко". 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.
- ↑ "Озеро Хуко". 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.