Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. 1993 və 2011-ci illər arasında ölkənin Avroviziya təmsilçiləri Dora pop festivalı vasitəsilə seçilmişdir. İştirak etdiyi illər ərzində Xorvatiya heç vaxt müsabiqənin qalibi ola bilməmiş və indiyədək əldə edilən ən yüksək nəticə 1996-cı ildə Maya Blaqdan və 1999-cu ildə Doris Draqoviçin təmsilində qazandıqları dördüncü yer olmuşdur. Ölkə ümumilikdə altı dəfə müsabiqədə ilk onluqda yer almışdır.
2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Xorvatiya altı dəfə yarımfinal mərhələsində məğlub olmuşdur. 2010-cu ildən 2013-cü ilədək dörd il ard-arda yarımfinal məğlubiyyətindən sonra ölkə 2014 və 2015-ci illərdə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Növbəti ildə Avroviziyaya geri dönən Xorvatiya 2016 və 2017-ci illərdə müsabiqənin finala yüksələ bilmişdir.
Xorvatiya daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində Avroviziyada iştirak etmişdir. Xorvat qrupu olan Riva 1989-cu ildə Yuqoslaviyaya Avroviziyada ilk və yeganə qələbəsini qazandırmışdır. 1990 Avroviziya Mahnı Müsabiqəsi Xorvatiyanın Zaqreb şəhərində keçirilmişdir.
Təmsilçilər
[redaktə | vikimətni redaktə et]1993 | Xorvatca, İngiliscə | Put | "Don't Ever Cry" | 15 | 31 | 3 | 51 |
1994 | Xorvatca | Toni Çetinski | "Nek' ti bude ljubav sva" | 16 | 27 | ||
1995 | Xorvatca | Magazin və Lidiya Horvat-Dunyko | "Nostalgija" | 6 | 91 | ||
1996 | Xorvatca | Maya Blaqdan | "Sveta ljubav" | 4 | 98 | 19 | 30 |
1997 | Xorvatca | E. N. I. | "Probudi me" | 17 | 24 | ||
1998 | Xorvatca | Daniyela Martinoviç | "Neka mi ne svane" | 5 | 131 | ||
1999 | Xorvatca | Doris Draqoviç | "Marija Magdalena" | 4 | 118 | ||
2000 | Xorvatca | Qoran Karan | "Kad zaspu anđeli" | 9 | 70 | ||
2001 | İngiliscə | Vanna | "Strings of My Heart" | 10 | 42 | ||
2002 | İngiliscə | Vesna Pisaroviç | "Everything I Want" | 11 | 44 | ||
2003 | Xorvatca, İngiliscə | Klaudia Beni | "Više nisam tvoja" | 15 | 29 | ||
2004 | İngiliscə | İvan Mikuliç | "You Are The Only One" | 12 | 50 | 9 | 72 |
2005 | Xorvatca | Boris Novkoviç və LADO | "Vukovi umiru sami" | 11 | 115 | 4 | 169 |
2006 | Xorvatca | Severina | "Moja štikla" | 12 | 56 | ||
2007 | Xorvatca, İngiliscə | Dragonfly və Dado Topiç | "Vjerujem u ljubav" | 16 | 54 | ||
2008 | Xorvatca | Kraljevi ulice və 75 Cents | "Romanca" | 21 | 44 | 4 | 112 |
2009 | Xorvatca | İqor Sukrov və Andrea | "Lijepa Tena" | 18 | 45 | 13a | 33 |
2010 | Xorvatca | Feminnem | "Lako je sve" | 13 | 33 | ||
2011 | İngiliscə | Daria | "Celebrate" | 15 | 41 | ||
2012 | Xorvatca | Nina Badriç | "Nebo" | 12 | 42 | ||
2013 | Xorvatca | Klapa s Mora | "Mižerja" | 13 | 38 | ||
2016 | İngiliscə | Nina Kralyiç | "Lighthouse" | 23 | 73 | 10 | 133 |
2017 | İngiliscə, İtalyanca | Jak Hudek | "My Friend" | 13 | 128 | 8 | 141 |
2018 | İngiliscə | Franka Bateliç | "Crazy" | 17 | 63 | ||
2019 | İngiliscə, Xorvatca | Roko Blajeviç | "The Dream" | 14 | 64 |
- QEYD:
- a. ↑ Xorvatiya yarımfinalda 13-cü yeri tutmasına baxmayaraq münsiflər heyətinin qərarı ilə finala vəsiqə qazanmışdır.
Səsvermə tarixi
[redaktə | vikimətni redaktə et]Xorvatiyanın ən çox xal "verdiyi" ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Bosniya və Herseqovina | 144 |
2 | Malta | 82 |
3 | Serbiya | 76 |
4 | Rusiya | 73 |
5 | Sloveniya | 71 |
Xorvatiyanın ən çox xal "aldığı" ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Sloveniya | 125 |
2 | Bosniya və Herseqovina | 115 |
3 | Şimali Makedoniya | 77 |
4 | Malta | 71 |
5 | Almaniya | 51 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi
[redaktə | vikimətni redaktə et]İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
1990 | Zaqreb | Vatroslav Lisinski Concert Hall | Helqa Vlahoviç Brnobiç və Oliver Mlakar |